пятница, 25 июля 2014 г.

Zəngilan гауоnu

Zəngilan гауоnu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazın cənub – şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 707 km2, əhalisi 37.4 min nəfərdir (01.01.2006). Mərkəzi Zəngilan şəhəridir.
Rayona Zəngilan şəhəri, Ağ Oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri, Şərikan qəsəbələri və Malatkeşin, Genlik, Beşdəli, Keçikli, Bartaz, Qarqulu, Ördəkli, Qaragöz, Qaradərə, Çöpədərə, Baharlı, Sobu, Dəlləkli, Rəzdərə, Kolluqışlaq, Sa­tarız, Məşədiismayıllı, Zəngilan, İçəri Müşlan, Məlikli, Qıraq Müşlan, Üdgün, Yenikənd, Rəbənd, Sarıl, Xumarlı, Hacallı, Şərifan, Muğanlı, Xurama, Məmmədbəyli, Babalı, Zərnəli, Havalı, Aşağı Yeməzli, Orta Yeməzli, Yuxarı Yeməzli, Sarılı Xəştab, Quyudərə Xəştab, İsgəndərbəyli, Ağbiz, Ağakişilər, Vejnəli, Muğanlı, Aladin, Dərə Gilətağ, Şamlı, Mirzəhəsənli, Burunlu, Seyidlər, Şayıflı, Qaragöl, Nəcəflər, Yusiflər, Tağlı, Cahangirbəyli, Turabat, Tiri, Vəliqulubəyli, Ağkənd, Əmirxanlı, Qazançı, Canbar, Günqışlaq, Dərəli, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Yuxarı Gəyəli, Sarıqışlaq, Birinci Alıbəyli, İkinci Alıbəyli, Böyük Gilətağ, Vənəndli, Aşağı Göyəli, Şəfibəyli, Pirveysli, Kosaqan kəndləri daxildir.

Rayonun relyefi qərbdə dağlıq, şərqdə düzənlikdir. Yura, Tabaşir və Neogen Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. Ərazisinin çox yerində qışı quraq keçən mülayim isti iqlim üstünlük təşkil edir. Orta temperatur yanvarda 1°C, iyulda 25.3°C-dir. İllik yağıntı 400-500 mm-dir. Çayları (Həkəri, Oxçu və s.) Araz hövzəsinə aiddir.

Düzən və dağətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır. Quru çöl, dağ kserofit bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr (palıd, vələs və s.). Bəsitçayın dərəsində nadir çinar meşəsi (Bəsitçay Dövlət Təbiət Qoruğu) var. Heyvanları: cüyür, çöldonuzu, ayı, tülkü və s. Quşları: turac, kəklik və s.

Rayonun əsas təsərrüfatı üzümçülük, tütünçülük, tərəvəzçilik və heyvandarlıqdır. Rayonda 2 şərab zavodu, çörək zavodu, konserv zavodu, 2 toxuculuq kombinatı, tikiş, mərmər və əhəng sexləri və s. var.

Zəngilan rayonunda 39 ümumtəhsil məktəbi, 3 yeddiillik musiqi məktəbi, tarix-diyarsünaslıq muzeyi, 1 kitabxana, mərkəzi rayon xəstəxanası, 4 kənd xəstəxanası, 4 feldşer-mama məntəqəsi, dəmiryol xəstəxanası və s. var.

Tarixi-memarlıq abidələrindən dairəvi bürc (14 əsr), türbə (1304-05 illər), sərdabələr (13-14 əsrlər) və s. qeydə alınmışdır.

29-30 oktyabr 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.

Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.875





Комментариев нет:

Отправить комментарий