воскресенье, 27 июля 2014 г.

Dahilər İmam Hüseyn (Ə)-ın inqilabının mahiyyəti haqqında..

1. Çarlz Dikkens (Yazıçı): “Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər.Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədəkarlığı etmişdir.”
2. Mahatma Qandi (Hindistanın dövlət xadimi): “Mən İmam Hüseynin (ə) İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm.Və mənə aydın olub ki, əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolunu getsinlər.”, “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim.”, “Mənim İmam Hüseynin (ə) 72 tərəfdarı kimi bir silahım olsaydı, bütün Hindistanı 24 saat ərzində əsarətdən xilas edərdim.”
3. Edvard Braun (Tarixçi): “Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar
4. Tomas Karlayl (Filosof): “Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışlar.Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur.Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi.
5. ”Boris Dokberi (Yazıçı): “Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlmağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər.
6. ”Marbini (Alman filosofu): “Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır.Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.
7. ”Lev Tolstoy (Görkəmli rus yazıçısı və mütəfəkkiri): “Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı.”
8. Edvard Broun (Kembric universitetinin professoru) : “Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir.
9. ”Rabindrant Taqor (Ədəbiyyat üzrə nobel mükafatı laureatı) : “ Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar, necə ki, bunu İmam Hüseyn (ə) etdi.” “İmam Hüseyn (ə) ən soyuq qəlbi də isidir.”, “İmam Hüseyn (ə) bəşəriyyətin lideridir.”
10. Cəvahirləl Neyru (Hindistanın ilk baş naziri): “İmam Hüseynin fədakarlığı dünyada bütün qruplar, cəmiyyət və toplumlar üçün haqq yolunun ideal nümunəsidir.
11. ”Ceyms Korn (“Çin tarixi” əsərinin müəllifi) : “Hüseyn və tərəfdarları səkkiz növ düşmənlə mübarizə aparırdılar.Onlardan dördü oxlar yağdıran Yezidin qoşunları idi, beşincisi qızmar günəş idi, altıncısı Kərbəlanın səhrası idi, yeddincisi aclıq, səkkizincisi isə susuzluq idi.Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı.Tarix boyu bugünədək heç kəs bu cür qəhrəmanlıq göstərməyib.”
12. Radra Krişnan (Hindistanın eks prezidenti) : “Baxmayaraq ki, İmam Hüseyn (ə) 1300 il bundan öncə dünyasını dəyişib, onun ruhu bugünkü insanların ruhlarına hakimdir.
13. ”İqnaz Qoldziher (Macar yazıçısı) : “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri zorakılıqla mübarizəni somvolizə edir.”"
Çat Danışığı Bitdi

Комментариев нет:

Отправить комментарий