Kürdüstan Fəhlə Partiyası (kürd. Partiya Karkerên Kurdistan və ya PKK, türk. Kürdistan İşçi Partisi, həmçinin KADEK, Kongra-Gel və KCK) — Abdullah Öcalantərəfindən 27 noyabr 1978-ci ildə yaradılan milli təmayüllü marksist-leninist terror təşkilatı. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdır.
Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər.
Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər.
PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir.
Abdulla Öcalan 4 aprel 1949-cu ildə Şanlıurfa ilinin Halfeti ilçəsinin Ömərli kəndində anadan olmuşdur.[2] Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir.[2]Ancaq aparılmış araşdırmaya əsasən məlum olmuşdur ki, milliyyəti erməni olan Abdullah Öcalanın əsil adı Artin Aqopyandır.[3][4][5] Belə ki Öcalanın atası və anası 1915-ci il hadisələri zamanı ailəsini itirmiş və yetim qalmış erməni ailələrinin uşaqları idilər. Öcalanın atası bir kürd ailə, anası isə bir türk ailə tərəfindən övladlığa götürülmüşdür.[3]Abdullah Öcalan 1978-ci ildə Əli İldırımın qızı Kəsirə ilə evlənmişdir.[6]
Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır.
1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan İşçilər Partiyasını yaratmışdır.
PJAK (kürd. Partiya Jiyana Azad a Kurdistanê) - İranda fəaliyyət göstərən terror təşkilatı. PJAK, PKK-nın əsas silahlı qanadlarından biridir. Təşkilatın məqsədi,İran ərazilərinin kürdlər yaşayan mərkəzlərini ələ keçirmək və buranı Kürdistan adlanan dövlətə qatmaqdır. PJAK 2009 - 2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmişdir. Terror təşkilatının bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır.
Комментариев нет:
Отправить комментарий