воскресенье, 27 июля 2014 г.

Ermənilər Qarabağa necə gəldi?

xanliqlar Ermənilər Qarabağa necə gəldi?
XIX əsrin əvvəllərindən etibarən, Rusiyanın Zaqafqaziyanı işğal etdiyi vaxtdan indiki Ermənistan ərazisində min illər boyu yaşamış türk boylarının qanlı-qadalı günləri başlamışdır. İki əsrlik imperiya siyasətinin nəticəsi olaraq türklərə qarşı dəfələrlə soyqrım həyata keçirilmiş, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən türk-azərlərini sonuncu nəfərinədək qovmuşlar. 
Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlmişdir.Yaxın Şərqi,Hindistanı işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə,İran və Azərbaycanın sərhədləri kəsiyində özünə etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin etibarlı ərazidən tranplin kimi istifadə etsin.Kökləri I Pyotrun hakimiyyəti dövrünə gedib çıxan erməni-rus yaxınlaşmasının arxasında bütövlükdə Orta Şərqin və xüsusilə Cənubi Qafqazın müstəmləkə edilməsilə bağlı təcavüzkar planlar gizlənmişdir. Şərqdə işğal planlarının dövlət siyasəti səviyyəsinə qaldırılması, əsasən I Pyotrun adı ilə bağlı olduğundan, məhz onun dövründən etibarən ermənilərdən bir alət kimi istifadə etmək mütəmadi və ardıcıl xarakter kəsb etdi. Rus tarixçisi Potto bu barədə yazırdı: “Böyük Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər saldı və Ermənistanın taleyində Rusiyanın rolunu qabaqcadan görə bildi.” Çar müstəmləkəçiləri Azərbaycan hüdudlarına yaxınlaşdıqca ermənilərin “xəyalları” da get-gedə reallaşmağa başladı. Rusiya ilə İran arasında baş vermiş I Rus-İran (1805-1813), II Rus-İran (1826-1828), həmçinin Rus-Türk müharibələrində ermənilər çox böyük canfəşanlıqla iştirak edirdilər. Bunu Potto, Semyanov kimi rus, Parsamyan kimi erməni tarixçiləri də təsdiq edirdi.
İranla müharibənin ən qızğın nöqtələrində vuruşan erməni könüllü birləşmələrinin müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Onlar Rusiyanın qələbəsində gələcək erməni ərazisinin və burada erməni dövlətinin düzəldilməsi üçün geniş imkanların yaradılmasını görürdülər. Nəticədə, 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanılarkən ermənilər “unudulmadı.” Türkmənçay müqaviləsinin XV maddəsində deyilirdi: “Hansı dərəcəyə məxsus olmasından aslı olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində, ya da rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqib, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan sonra o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Rusiyaya sərbəst keçmək, hökümət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir.” XV maddənin müqavilənin mətninə daxil edilməsi üçün ermənilər birbaşa hərəkət etməyib, Rusiya diplomatik dairələrində nüfuz və təsirə malik Paskeviç və onun qohumu Qriboedovundan hiyləgərcəsinə istifadə edə bildilər.Qriboedov,gələcəkdə Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. A.S.Qriboedovun “İrandan ermənilərin bizim vilayətə köçürülməsi haqqında qeydlər”ində ermənilərin Azərbaycana köçürülməsi məsələsini işıqlandırmışdır. O, göstərirdi ki, polkovnik Lazerev özünü erməni emiqrantlarının himayəçisi hesab edir, həmçinin Lazerev etiraf edirmiş ki, ermənilərin şüursuzcasına rus qanunlarından heç nə anlamır və bu qanunlarla yaşamaq istəmirdilər. Türkmənçay müqaviləsi onlara tam sərbəstlik verirdi. “Köçmələr vaxtı onların əsas silahları bunlar idi: knyaz Arqutinski, Qamazov, digər tabe olan zabitlər isə onların təsiri altında hərəkət edirdilər.”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57)
Mayor Vladimirovdan bəhs edərkən Qriboedov göstərirdi: “Biz onunla bu hadisəni çox müzakirə etdik, müsəlmanlarla necə etmək lazımdır, onları təzə gələnlərlə barışdırıb başa salmaq lazımdır ki, bu gəlmələr müvəqqəti məskunlaşıb, onlar buradan gedəcəklər və gəldikləri bu yerlərdə həmişəlik qalmayacaqlar.” .”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57). O, bu haqda yerli xanlarla da danışmışdı. Nəhayət , yerlilərə müraciət edərək deyirdi ki, onlar gürcü ermənilərindən daha xeyirlidirlər. Gürcü tacir ermənilər xəzinəyə heç bir xeyir vermirlər, lakin fars erməniləri əkinçilər və çörək bişirənlərdir.
N.İ.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə” başlıqlı qeydlərində isə bu məsələ ilə bağlı daha ətraflı məlumat vardır. “Biz öz müstəmləkiçilik siyasətimizə Zaqafqaziya qapılarında rusların deyil, digər yerlərdən gələn insanların daxil olması ilə başladıq.” .”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.60). Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki, almanlar öz vətənlərində lazımsız hesab edilirdilər. Şavrov bunlardan Yelzavetpol və Tiflis quberniyalarında koloniyalar yaratdıqları və əlbəttə ki, bunlara ən yaxşı torpaqlar və imtiyazlar verdiklərini deyir.
Burada Şavrov ermənilərin köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: “1826-1828-ci ilin müharibəsi qurtardıqdan sonra biz 2 il ərzində (1828-1830) 40 mindən çox fars ermənisi və 8460 türk ailəsi köçürdük və onları Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik.” Həmin yerlərdə erməni əhalisi yox dərəcəsində idi. Həmçinin erməniləri Tiflis, Borçalı, Axaltsixi və Axalkalaki bölgələrinə köçürdük. Şavrovun etirafı sübut edirdi ki, o dövrdə Zaqafqaziya quberniyalarında əsasən gürcülər və azərbaycanlılar yaşayırdı. O, göstərirdi ki,erməniləri yerləşdirmək üçün 200 min desyatin xəzinə torpağı ayrılıb və 2 milyon rubl məbləğində müsəlmanların şəxsi mülkləri satın alınıb. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə (Sevan) gölünün ətrafı bu ermənilərlə məskunlaşdırılır. Şavrov göstərirdi ki, bu dövrdə rəsmi şəkildə köçürülmüş 124 min ermənidən başqa, bu yerlərə qeyri-rəsmi surətdə də ermənilər gəlmişdi. Onların sayı 200 mini keçmişdi.
İrandan Şimalı Azərbaycana köçürülən ermənilərin sayı haqqında mənbələrdə müxtəlif məlumatlar var. S.N.Qlinkanın dilimizə tərcümə olunmuş “Ermənilərin Azərbaycana köçürülməsi” kitabında yazdığına görə köçürmə əməliyyatı nəticəsində İrandan 8 mindən artıq erməni ailəsi Arazı keçərək Şimalı Azərbaycan torpaqlarında məskunlaşdı. Məcburən 40 minə yaxın adam Arazın şimalına gətirildi. Tanınmış rus hərbi tarixçisi Potto qeyd edirdi: “Təkcə 1828-ci ilin martında köçən erməni ailələrinin sayı 5 minə çatırdı.” Erməni keşişi Nerses Aştrakeçiyə istinad edən Kuznetsova da Şimali Azərbaycana gətirilən erməni ailələrinin sayının 8 min olduğunu gğstərir. İ.Şopenə görə isə İrandan erməni vilayətinə 35560 nəfər, 6946 erməni ailəsi köçürüldü. (M.Muradov “Çar Rusiyasının Azərbaycana köçürmə siyasəti,Bakı 2001, səh.95.)
Rus tarixşünaslığında ermənilərin Azərbaycana köçürülməsi məsələsi kifayət qədər aydın, açıq-aşkar göstərilmişdir. Burada az da olsa, çarizmin milli müstəmləkəçilik siyasətinin ünsürləri rus mənbələrində öz dili ilə göstərilir. Təəssüf ki, ermənilərə daim əzabkeş xalq kimi baxan rus müəllifləri onların gələcəkdə Qafqaz xalqlarının, xüsusilə azərbaycanlıların başına gətirəcəkləri müsübətdən ya xəbərsiz idilər, yaxud da bunu əvvəlcədən bilirdilər. Təbii ki, əvvəlcədən bunu bilmələri rus çarizminin, ümumilikdə rus dövlətçiliyinin məqsədlərindən idi.
Əsrlər boyu mövcud olan və hələ də davam edən erməni-rus yaxınlığı sovet hakimiyyəti illərində də davam edirdi.Təkcə onu demək kifayətdir ki, bu illərdə erməni millətçiləri yalnız sovet Ermənistanın deyil, həmçinin sovet Rusiyasınn da məsul vəzifələrində çalışırdılar. Onlar öz mövqelərindən istifadə edərək sovet hakimiyyəti dövründə də öz mənfur siyasətlərindən əl çəkmirdilər. 1937-ci ildə represiyalar zamanı, 1948-1953-illərdə azərbaycanlıların öz doğma yurd-yuvalarından köçürülməsi zamanı, Zəngəzur kimi mühüm tarixi torpaqlarımızın “işğalı” zamanı,1988-1989- cu illərdə Qərbi Azərbaycanlıların son nəfərinədək öz yurdlarından köçürülməsi və nəhayət Sovet dövlətinin adından N.Qarbaçovun ermənilərə Dağlıq Qarabağ haqqında vədləri ermənilərin SSRİ hakimiyyəti illərində də nə qədər böyük hörmətə layiq edildiklərini göstərir.
SSRİ-nin yaradılmasından sonrakı ilk onillik ərzində erməni məsələsinə bu qədər düzgün don geyindirilmişdi. Elə ona görə də, əsrin sonunda Qurko –Kryajinin 1926-cı il sovet ensiklopediyasına əsaslanaraq yazdığı “Erməni məsələsi” həqiqəti əks etdirir. Burada göstərilir ki, erməni məsələsi Şərq məsələsinin bir hissəsini təşkil edir. Bu məqalədə erməni məsələsinin daxili və zahiri mahiyyətindən və bu məsələnin XVIII əsrdən meydana gəldiyini göstərir.Qurko –Kryajin Türkiyə ermənilərinin XIX əsrdən etibarən daha da fəallaşdığını “Qərb dövlətləri” Şərqə hücum etdikcə məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atdıqlarını göstərir. XIX əsrin 70-ci illərində rus ziyalıları Türkiyə erməniləri arasında “milli özünüdərkin oyanması” və hətta döyüşkən millətçilik təbliğatı aparırdı.”… sırf iqtisadi zəmində kəskinləşən erməni məsələsi “böyük dövlətlərin” – Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi “xristianların müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə” şüarları ilə pərdələnirdi.( Qurko –Kryajin “Erməni məsələsi” Bakı.1990.səh 9)
Digər bir sovet müəllifi A.V.Fadeevin “Rusiya Şərq böhranı XIX əsrin 20-ni illərində” adlı əsərində adından da göründüyü kimi Rusiyanın XIX əsrin əvvəllərində Qafqaz böhranında rolundan danışılır. İlk əvvəl hələ XVIII əsrin sonundan etibarən Rus çarizminin işğalçılıq planlarını həyata keçirmək vədlərindən danlşılır. Müharibədə iştirak edən ordunun tərkibi haqqında və işğallar geniş şəkildə işıqlandırılır. Şuşanın işğalı zamanı gözəl bir faktı göstərir. “Mühasirə olunmuş Şuşadan bir müddət xəbər gəlmədi. Nəhayət, A.Alhunyan adlı bir nəfər Qarabağ ermənisi düşmənin üzük qaşı kimi mühasirəsini yarıb Yermalova polkovnik Reut haqqında xəbər verdi.” Bu “qəhrəmanlıq” sübut edirdi ki, Qarabağ erməniləri rus xalqına dost və sadiqdir. Müəllif həmçinin göstərirdi ki, “Pəmbəkdən və Loridən olan könüllü ermənilər ləyaqətlə polkovnik Sevarzamidzenin qoşununda ruslarla çiyin-çiyin düşmənlərə qarşı vuruşurdular.(Fadaeov.A.F Rossiə i vostoçnıy krizis 20-x qodov XIX beka.Mockba,1958,səh.151)
Sovet hakimiyyətinin son illərində erməni-türk münasibətlərinin kəskinləşdiyi və soydaşlarımızın öz yurdlarından didərgin salındığı bir vaxtda tarixçilərimiz bu məsələyə öz münasibətlərini bildirdilər. Bunlardan biri X.D.Xəlilov idi ki, o da məsələyə münasibətini “Qarabağın etnik tarixindən” adlı əsərində bildirir. İlk öncə o, Qarbağın tərkibinə daxil olan tarixi etnoqrafik vilayətləri sadalayır. Kiçik Qafqaz dağları, Kür-Araz ovalığı, Kürlə-Arazın qovuşduğu yerdən vilayətin cənub sərhədi başlayır,cənubda Araz çayı,Qarabağ dağları –Keşbek, Solvart, Erekli adı ilə məşhur olan və Göyçə gölünə qədər uzanan dağlar, Şərqdə isə Kür və Goran çayları –bütün bunlar sərhədlərdir.
Müəllif göstərir ki, Qarabağda 17 türk mahalı yerləşirdi:Sisyan, Dəmirçi-Aslanlı, Küparə, Bərgüşad, Bəhabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara-Dizaq, Otuziki, İyirmi dörd, Qaraçaorlu, Vərənd, Dizaq, Acan. Bir neçə kəndləri nəzərə almasaq 12 mahalda yalnız azərbaycanlılar yaşayırdı. Dizaq, Vərənd, Xaçın, Çiləbörd, Talış mahallarında azərbaycanlılar və ermənilər bir yerdə yaşayırdılar. Çarizmin müstəmləkəçilik planlarından bəhs edərkən müəllif qeyd edir ki, çarizm hər hansı bir yeri tutanda xalqları bir-birinə qarşı qoyurdu. O cümlədən çarizm azərbaycanlılara qarşı ermənilərdən istifadə etdi. “Çar ordusunun komandiri Sisianov 1805-ci il 22 may 19N-li raportunda yazırdı ki, öz coğrafi mövqeyinə görə Qarabağ həm Azərbaycanın, həm də İranın qapısı hesab olunur, ona görə də o, məsləhət görürdü ki, Çar bu yerləri öz əlində saxlasın. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi Sisianov öz mövqelərini möhkəmləndirmək üçün Zaqafqaziyanın başqa yerlərindən olan erməniləri Qarabağa köçürdü”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə,səh.38)
Artıq təxminən 180 il idi ki, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi. Nəhayət 18 oktyabr 1991-ci ildə Azərbaycan özünün müstəqilliyini elan etdi. Buna baxmayaraq, bu dövlətçiliyimizin ilk addımları çox gərgin şəraitdə keçdi. 1988-ci ildən başlayan erməni-müsəlman (azər) qarşı durması nəticəsində qonşularımız yenidən ərazi iddiaları ilə çıxış etdilər. Sovetlər dövründən başlayaraq xalqımıza qarşı 1905-ci il, 1918-ci il hadisələrini törədənlərin etdikləri vəhşiliklər unuduldu. Məhz bu unutqanlığımızı nəzərə alaraq, müstəqillik qazandıqdan sonra bütün erməni məsələsinə dair əsərlər yazıldı. Əsrin əvvəllərində yazılmış, lakin çap olunmamış 1905-1906-cı illər hadisələrini işıqlandıran əsərlər yenidən nəşr edildi. Bunlara Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərini misal göstərmək olar.
F.Əsədov və S.Kərimova “Çarizmi Azərbaycana gətirənlər” əsərində ermənilərin köçürülməsinə hazırlıq barəsində aşağıdakılar deyilir.Sülh danışıqları ərəfəsində Paskeviç İranda olarkən ermənipərəst siyasətinə ciddi şəkildə əməl edildi. Hər yerdə onu ermənikeşişləri Nerses, Stefan, habelə ailəyə yaxın olan Sarkis müşayiət edirdi.Ermənilərin köçürülməsi məqsədilə Paskeviç, ermənilərdən ibarət xüsusi komitə təşkil etdi. Komitəyə milliyətcə erməni olan Qriqori Davudoviç Lazarev rəhbərlik edirdi. 1828-ci ildə Qarabağ, Şəki, Naxçıvan, İrəvan və Şamaxıdan başqa Bərdəyə 1012 erməni ailəsi köçürüldü. Lazarev ermənilərin İrəvanda yerləşdirilməsinə daha çox çalışırdı,çünki burada ermənilər sayca az idi. Lazarev isə bundan narahat idi, “İrəvanda əhalinin 95%-i azərbaycanlı olduğundan bu çox təşviş doğururdu.” Paskeviçin əmrinə əsasən İrəvanda Bebudovun başçılıq etdiyi və köçürülməsi ilə bağlı komitə yaradıldı. “1828-ci ilin may ayında Qarabağa 279 ailə, İrəvana isə 948 ailə köçürülmüşdür.” (F.Əsədov, S.Kərimova Çarizmi Azərbaycana gətirənlər” Bakı 1993-cü il. Səh 35).
Hal-hazırda dövlətimiz müstəqillik qazandıqdan sonra, 1988-ci ilidən xalqımızın başına gətirilən müsibtələrdən sonra artıq erməni məsələsi ilə bağlı məsələlər dövlət səviyyəsində araşdırılmağa başladı.Azərbaycan Respublikasının prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları buna bir işarədir.
Son illərdə həmişə olduğu kimi xarici ölkələrdə erməni diasporası o qədər geniş surətdə fəaliyyət göstərir ki, onların bu məqsədyönlü fəaliyyəti nəticəsində hələ də Azərbaycan həqiqətləri tanınmır. Fransa, Rusiya və bu kimi digər dövlətlərin ermənilərin “uydurma soyqırımı”nı tanıması, bu istiqamətdə Azərbaycan tarixçilərinin işini aktuallaşdırır. Baxmayaraq ki, ermənilərin ərazimizdə yerləşdirilməsi, xüsusilə də azərbaycanlıların öz yurd-yuvalarından deportasiya edilməsi haqqında müstəqil Azərbaycan tarixşünaslığında kifayət qədər əsərlər var, ermənilərin şovinist və uydurma siyasətini ifşa etmək üçün bu məsələlərin həlli yolunda atılan hər bir addım azdır. Ümid edirəm ki, bu məsələdə müəyyən mənada məqsədimə-Ermənilərin Azərbaycana köçürülməsinə bir baxış-məsələsinə aydınlıq gətirə biləcəm. Nə qədər ki, müstəqil Azərbaycan dövlətçiliyi var, ermənilərin iyrənc siyasəti dünya ölkələri tərəfindən tanınacaq.
Bu yazını yazmaqda əsas məqsədim Rusiyanın, Sovet və müstəqil Azərbaycan tarixşünaslığında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsinin nə dərəcədə aşkar və düzgün göstərildiyini ifadə etməkdir.
Azərbaycan tarixinin ən ağrılı problemi olan bu məsələ hər bir azərbaycanlı, xüsusəndə tarixçinin bilməli olduğu ən vacib məqamdır.Bu yolda mənə və bütün dünyada yaşayan azərbaycanlılara, həmçinin türkəm deyən hər kəsə uğurlar!
Nicat Cəmilzadə

Комментариев нет:

Отправить комментарий