Füzuli гауоnu (1930- 59-cu illərdə Qaryagin rayonu) Azərbaycan Respublikasinda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km2, əhalisi 147.1 min nəfərdir (01.01.2006). Mərkəzi Füzuli şəhəridir.
Rayona Füzuli şəhəri, Horadiz qəsəbəsi, 11 Qayıdış qəsəbəsi və Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatlı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşatlı, Hacılı, Mirzəcamallı, Zərgər kəndləri daxildir.
Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri). Əsasən, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. İqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0-l°C. iyulda 24-25°C-dir. İllik yağıntı 400 -600 mm-dir.
Çayları (Köndələnçay, Quruçay, Qozluçay) rayonun İran İslam Respublikası ilə sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra tiplidir. Heyvanları: canavar, çaqqal, tülkü, çöl donuzu, oxlu kirpi və s. Quşları: turac, qırqovul, göyərçin və s.
Füzuli sənaye və kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, üzüm emalı müəssisələri, 100-dən çox iri emal müəssisəsi və s. var.
80 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 22 uşaq bağçası, 12 musiqi məktəbi, 19 klub, 2 muzey, 32 kitabxana, 10 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi var.
Çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (13, 18 əsrlər), məscidlər (17, 18, 19 əsrlər), karvansaray (1684) və s. qalmışdır.
23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.856
Комментариев нет:
Отправить комментарий