воскресенье, 27 июля 2014 г.

Yusif ağa Dadaşov

Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Yusif ağa Dadaşov 1918 ildə Bakıda mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Silah ardınca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edərkən, Dadaşov "Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz" cavabını vermişdir. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. İşgəncələrə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən soydaşlarımıza çatmasına nail olmuşdur.

Комментариев нет:

Отправить комментарий