воскресенье, 27 июля 2014 г.

Çaqqal ləqəbli terrorçu Karlos (Терроризм в цвете)

Ermənilər Qarabağa necə gəldi?

xanliqlar Ermənilər Qarabağa necə gəldi?
XIX əsrin əvvəllərindən etibarən, Rusiyanın Zaqafqaziyanı işğal etdiyi vaxtdan indiki Ermənistan ərazisində min illər boyu yaşamış türk boylarının qanlı-qadalı günləri başlamışdır. İki əsrlik imperiya siyasətinin nəticəsi olaraq türklərə qarşı dəfələrlə soyqrım həyata keçirilmiş, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən türk-azərlərini sonuncu nəfərinədək qovmuşlar. 
Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlmişdir.Yaxın Şərqi,Hindistanı işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə,İran və Azərbaycanın sərhədləri kəsiyində özünə etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin etibarlı ərazidən tranplin kimi istifadə etsin.Kökləri I Pyotrun hakimiyyəti dövrünə gedib çıxan erməni-rus yaxınlaşmasının arxasında bütövlükdə Orta Şərqin və xüsusilə Cənubi Qafqazın müstəmləkə edilməsilə bağlı təcavüzkar planlar gizlənmişdir. Şərqdə işğal planlarının dövlət siyasəti səviyyəsinə qaldırılması, əsasən I Pyotrun adı ilə bağlı olduğundan, məhz onun dövründən etibarən ermənilərdən bir alət kimi istifadə etmək mütəmadi və ardıcıl xarakter kəsb etdi. Rus tarixçisi Potto bu barədə yazırdı: “Böyük Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər saldı və Ermənistanın taleyində Rusiyanın rolunu qabaqcadan görə bildi.” Çar müstəmləkəçiləri Azərbaycan hüdudlarına yaxınlaşdıqca ermənilərin “xəyalları” da get-gedə reallaşmağa başladı. Rusiya ilə İran arasında baş vermiş I Rus-İran (1805-1813), II Rus-İran (1826-1828), həmçinin Rus-Türk müharibələrində ermənilər çox böyük canfəşanlıqla iştirak edirdilər. Bunu Potto, Semyanov kimi rus, Parsamyan kimi erməni tarixçiləri də təsdiq edirdi.
İranla müharibənin ən qızğın nöqtələrində vuruşan erməni könüllü birləşmələrinin müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Onlar Rusiyanın qələbəsində gələcək erməni ərazisinin və burada erməni dövlətinin düzəldilməsi üçün geniş imkanların yaradılmasını görürdülər. Nəticədə, 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanılarkən ermənilər “unudulmadı.” Türkmənçay müqaviləsinin XV maddəsində deyilirdi: “Hansı dərəcəyə məxsus olmasından aslı olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində, ya da rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqib, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan sonra o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Rusiyaya sərbəst keçmək, hökümət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir.” XV maddənin müqavilənin mətninə daxil edilməsi üçün ermənilər birbaşa hərəkət etməyib, Rusiya diplomatik dairələrində nüfuz və təsirə malik Paskeviç və onun qohumu Qriboedovundan hiyləgərcəsinə istifadə edə bildilər.Qriboedov,gələcəkdə Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. A.S.Qriboedovun “İrandan ermənilərin bizim vilayətə köçürülməsi haqqında qeydlər”ində ermənilərin Azərbaycana köçürülməsi məsələsini işıqlandırmışdır. O, göstərirdi ki, polkovnik Lazerev özünü erməni emiqrantlarının himayəçisi hesab edir, həmçinin Lazerev etiraf edirmiş ki, ermənilərin şüursuzcasına rus qanunlarından heç nə anlamır və bu qanunlarla yaşamaq istəmirdilər. Türkmənçay müqaviləsi onlara tam sərbəstlik verirdi. “Köçmələr vaxtı onların əsas silahları bunlar idi: knyaz Arqutinski, Qamazov, digər tabe olan zabitlər isə onların təsiri altında hərəkət edirdilər.”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57)
Mayor Vladimirovdan bəhs edərkən Qriboedov göstərirdi: “Biz onunla bu hadisəni çox müzakirə etdik, müsəlmanlarla necə etmək lazımdır, onları təzə gələnlərlə barışdırıb başa salmaq lazımdır ki, bu gəlmələr müvəqqəti məskunlaşıb, onlar buradan gedəcəklər və gəldikləri bu yerlərdə həmişəlik qalmayacaqlar.” .”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57). O, bu haqda yerli xanlarla da danışmışdı. Nəhayət , yerlilərə müraciət edərək deyirdi ki, onlar gürcü ermənilərindən daha xeyirlidirlər. Gürcü tacir ermənilər xəzinəyə heç bir xeyir vermirlər, lakin fars erməniləri əkinçilər və çörək bişirənlərdir.
N.İ.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə” başlıqlı qeydlərində isə bu məsələ ilə bağlı daha ətraflı məlumat vardır. “Biz öz müstəmləkiçilik siyasətimizə Zaqafqaziya qapılarında rusların deyil, digər yerlərdən gələn insanların daxil olması ilə başladıq.” .”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.60). Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki, almanlar öz vətənlərində lazımsız hesab edilirdilər. Şavrov bunlardan Yelzavetpol və Tiflis quberniyalarında koloniyalar yaratdıqları və əlbəttə ki, bunlara ən yaxşı torpaqlar və imtiyazlar verdiklərini deyir.
Burada Şavrov ermənilərin köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: “1826-1828-ci ilin müharibəsi qurtardıqdan sonra biz 2 il ərzində (1828-1830) 40 mindən çox fars ermənisi və 8460 türk ailəsi köçürdük və onları Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik.” Həmin yerlərdə erməni əhalisi yox dərəcəsində idi. Həmçinin erməniləri Tiflis, Borçalı, Axaltsixi və Axalkalaki bölgələrinə köçürdük. Şavrovun etirafı sübut edirdi ki, o dövrdə Zaqafqaziya quberniyalarında əsasən gürcülər və azərbaycanlılar yaşayırdı. O, göstərirdi ki,erməniləri yerləşdirmək üçün 200 min desyatin xəzinə torpağı ayrılıb və 2 milyon rubl məbləğində müsəlmanların şəxsi mülkləri satın alınıb. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə (Sevan) gölünün ətrafı bu ermənilərlə məskunlaşdırılır. Şavrov göstərirdi ki, bu dövrdə rəsmi şəkildə köçürülmüş 124 min ermənidən başqa, bu yerlərə qeyri-rəsmi surətdə də ermənilər gəlmişdi. Onların sayı 200 mini keçmişdi.
İrandan Şimalı Azərbaycana köçürülən ermənilərin sayı haqqında mənbələrdə müxtəlif məlumatlar var. S.N.Qlinkanın dilimizə tərcümə olunmuş “Ermənilərin Azərbaycana köçürülməsi” kitabında yazdığına görə köçürmə əməliyyatı nəticəsində İrandan 8 mindən artıq erməni ailəsi Arazı keçərək Şimalı Azərbaycan torpaqlarında məskunlaşdı. Məcburən 40 minə yaxın adam Arazın şimalına gətirildi. Tanınmış rus hərbi tarixçisi Potto qeyd edirdi: “Təkcə 1828-ci ilin martında köçən erməni ailələrinin sayı 5 minə çatırdı.” Erməni keşişi Nerses Aştrakeçiyə istinad edən Kuznetsova da Şimali Azərbaycana gətirilən erməni ailələrinin sayının 8 min olduğunu gğstərir. İ.Şopenə görə isə İrandan erməni vilayətinə 35560 nəfər, 6946 erməni ailəsi köçürüldü. (M.Muradov “Çar Rusiyasının Azərbaycana köçürmə siyasəti,Bakı 2001, səh.95.)
Rus tarixşünaslığında ermənilərin Azərbaycana köçürülməsi məsələsi kifayət qədər aydın, açıq-aşkar göstərilmişdir. Burada az da olsa, çarizmin milli müstəmləkəçilik siyasətinin ünsürləri rus mənbələrində öz dili ilə göstərilir. Təəssüf ki, ermənilərə daim əzabkeş xalq kimi baxan rus müəllifləri onların gələcəkdə Qafqaz xalqlarının, xüsusilə azərbaycanlıların başına gətirəcəkləri müsübətdən ya xəbərsiz idilər, yaxud da bunu əvvəlcədən bilirdilər. Təbii ki, əvvəlcədən bunu bilmələri rus çarizminin, ümumilikdə rus dövlətçiliyinin məqsədlərindən idi.
Əsrlər boyu mövcud olan və hələ də davam edən erməni-rus yaxınlığı sovet hakimiyyəti illərində də davam edirdi.Təkcə onu demək kifayətdir ki, bu illərdə erməni millətçiləri yalnız sovet Ermənistanın deyil, həmçinin sovet Rusiyasınn da məsul vəzifələrində çalışırdılar. Onlar öz mövqelərindən istifadə edərək sovet hakimiyyəti dövründə də öz mənfur siyasətlərindən əl çəkmirdilər. 1937-ci ildə represiyalar zamanı, 1948-1953-illərdə azərbaycanlıların öz doğma yurd-yuvalarından köçürülməsi zamanı, Zəngəzur kimi mühüm tarixi torpaqlarımızın “işğalı” zamanı,1988-1989- cu illərdə Qərbi Azərbaycanlıların son nəfərinədək öz yurdlarından köçürülməsi və nəhayət Sovet dövlətinin adından N.Qarbaçovun ermənilərə Dağlıq Qarabağ haqqında vədləri ermənilərin SSRİ hakimiyyəti illərində də nə qədər böyük hörmətə layiq edildiklərini göstərir.
SSRİ-nin yaradılmasından sonrakı ilk onillik ərzində erməni məsələsinə bu qədər düzgün don geyindirilmişdi. Elə ona görə də, əsrin sonunda Qurko –Kryajinin 1926-cı il sovet ensiklopediyasına əsaslanaraq yazdığı “Erməni məsələsi” həqiqəti əks etdirir. Burada göstərilir ki, erməni məsələsi Şərq məsələsinin bir hissəsini təşkil edir. Bu məqalədə erməni məsələsinin daxili və zahiri mahiyyətindən və bu məsələnin XVIII əsrdən meydana gəldiyini göstərir.Qurko –Kryajin Türkiyə ermənilərinin XIX əsrdən etibarən daha da fəallaşdığını “Qərb dövlətləri” Şərqə hücum etdikcə məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atdıqlarını göstərir. XIX əsrin 70-ci illərində rus ziyalıları Türkiyə erməniləri arasında “milli özünüdərkin oyanması” və hətta döyüşkən millətçilik təbliğatı aparırdı.”… sırf iqtisadi zəmində kəskinləşən erməni məsələsi “böyük dövlətlərin” – Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi “xristianların müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə” şüarları ilə pərdələnirdi.( Qurko –Kryajin “Erməni məsələsi” Bakı.1990.səh 9)
Digər bir sovet müəllifi A.V.Fadeevin “Rusiya Şərq böhranı XIX əsrin 20-ni illərində” adlı əsərində adından da göründüyü kimi Rusiyanın XIX əsrin əvvəllərində Qafqaz böhranında rolundan danışılır. İlk əvvəl hələ XVIII əsrin sonundan etibarən Rus çarizminin işğalçılıq planlarını həyata keçirmək vədlərindən danlşılır. Müharibədə iştirak edən ordunun tərkibi haqqında və işğallar geniş şəkildə işıqlandırılır. Şuşanın işğalı zamanı gözəl bir faktı göstərir. “Mühasirə olunmuş Şuşadan bir müddət xəbər gəlmədi. Nəhayət, A.Alhunyan adlı bir nəfər Qarabağ ermənisi düşmənin üzük qaşı kimi mühasirəsini yarıb Yermalova polkovnik Reut haqqında xəbər verdi.” Bu “qəhrəmanlıq” sübut edirdi ki, Qarabağ erməniləri rus xalqına dost və sadiqdir. Müəllif həmçinin göstərirdi ki, “Pəmbəkdən və Loridən olan könüllü ermənilər ləyaqətlə polkovnik Sevarzamidzenin qoşununda ruslarla çiyin-çiyin düşmənlərə qarşı vuruşurdular.(Fadaeov.A.F Rossiə i vostoçnıy krizis 20-x qodov XIX beka.Mockba,1958,səh.151)
Sovet hakimiyyətinin son illərində erməni-türk münasibətlərinin kəskinləşdiyi və soydaşlarımızın öz yurdlarından didərgin salındığı bir vaxtda tarixçilərimiz bu məsələyə öz münasibətlərini bildirdilər. Bunlardan biri X.D.Xəlilov idi ki, o da məsələyə münasibətini “Qarabağın etnik tarixindən” adlı əsərində bildirir. İlk öncə o, Qarbağın tərkibinə daxil olan tarixi etnoqrafik vilayətləri sadalayır. Kiçik Qafqaz dağları, Kür-Araz ovalığı, Kürlə-Arazın qovuşduğu yerdən vilayətin cənub sərhədi başlayır,cənubda Araz çayı,Qarabağ dağları –Keşbek, Solvart, Erekli adı ilə məşhur olan və Göyçə gölünə qədər uzanan dağlar, Şərqdə isə Kür və Goran çayları –bütün bunlar sərhədlərdir.
Müəllif göstərir ki, Qarabağda 17 türk mahalı yerləşirdi:Sisyan, Dəmirçi-Aslanlı, Küparə, Bərgüşad, Bəhabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara-Dizaq, Otuziki, İyirmi dörd, Qaraçaorlu, Vərənd, Dizaq, Acan. Bir neçə kəndləri nəzərə almasaq 12 mahalda yalnız azərbaycanlılar yaşayırdı. Dizaq, Vərənd, Xaçın, Çiləbörd, Talış mahallarında azərbaycanlılar və ermənilər bir yerdə yaşayırdılar. Çarizmin müstəmləkəçilik planlarından bəhs edərkən müəllif qeyd edir ki, çarizm hər hansı bir yeri tutanda xalqları bir-birinə qarşı qoyurdu. O cümlədən çarizm azərbaycanlılara qarşı ermənilərdən istifadə etdi. “Çar ordusunun komandiri Sisianov 1805-ci il 22 may 19N-li raportunda yazırdı ki, öz coğrafi mövqeyinə görə Qarabağ həm Azərbaycanın, həm də İranın qapısı hesab olunur, ona görə də o, məsləhət görürdü ki, Çar bu yerləri öz əlində saxlasın. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi Sisianov öz mövqelərini möhkəmləndirmək üçün Zaqafqaziyanın başqa yerlərindən olan erməniləri Qarabağa köçürdü”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə,səh.38)
Artıq təxminən 180 il idi ki, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi. Nəhayət 18 oktyabr 1991-ci ildə Azərbaycan özünün müstəqilliyini elan etdi. Buna baxmayaraq, bu dövlətçiliyimizin ilk addımları çox gərgin şəraitdə keçdi. 1988-ci ildən başlayan erməni-müsəlman (azər) qarşı durması nəticəsində qonşularımız yenidən ərazi iddiaları ilə çıxış etdilər. Sovetlər dövründən başlayaraq xalqımıza qarşı 1905-ci il, 1918-ci il hadisələrini törədənlərin etdikləri vəhşiliklər unuduldu. Məhz bu unutqanlığımızı nəzərə alaraq, müstəqillik qazandıqdan sonra bütün erməni məsələsinə dair əsərlər yazıldı. Əsrin əvvəllərində yazılmış, lakin çap olunmamış 1905-1906-cı illər hadisələrini işıqlandıran əsərlər yenidən nəşr edildi. Bunlara Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərini misal göstərmək olar.
F.Əsədov və S.Kərimova “Çarizmi Azərbaycana gətirənlər” əsərində ermənilərin köçürülməsinə hazırlıq barəsində aşağıdakılar deyilir.Sülh danışıqları ərəfəsində Paskeviç İranda olarkən ermənipərəst siyasətinə ciddi şəkildə əməl edildi. Hər yerdə onu ermənikeşişləri Nerses, Stefan, habelə ailəyə yaxın olan Sarkis müşayiət edirdi.Ermənilərin köçürülməsi məqsədilə Paskeviç, ermənilərdən ibarət xüsusi komitə təşkil etdi. Komitəyə milliyətcə erməni olan Qriqori Davudoviç Lazarev rəhbərlik edirdi. 1828-ci ildə Qarabağ, Şəki, Naxçıvan, İrəvan və Şamaxıdan başqa Bərdəyə 1012 erməni ailəsi köçürüldü. Lazarev ermənilərin İrəvanda yerləşdirilməsinə daha çox çalışırdı,çünki burada ermənilər sayca az idi. Lazarev isə bundan narahat idi, “İrəvanda əhalinin 95%-i azərbaycanlı olduğundan bu çox təşviş doğururdu.” Paskeviçin əmrinə əsasən İrəvanda Bebudovun başçılıq etdiyi və köçürülməsi ilə bağlı komitə yaradıldı. “1828-ci ilin may ayında Qarabağa 279 ailə, İrəvana isə 948 ailə köçürülmüşdür.” (F.Əsədov, S.Kərimova Çarizmi Azərbaycana gətirənlər” Bakı 1993-cü il. Səh 35).
Hal-hazırda dövlətimiz müstəqillik qazandıqdan sonra, 1988-ci ilidən xalqımızın başına gətirilən müsibtələrdən sonra artıq erməni məsələsi ilə bağlı məsələlər dövlət səviyyəsində araşdırılmağa başladı.Azərbaycan Respublikasının prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları buna bir işarədir.
Son illərdə həmişə olduğu kimi xarici ölkələrdə erməni diasporası o qədər geniş surətdə fəaliyyət göstərir ki, onların bu məqsədyönlü fəaliyyəti nəticəsində hələ də Azərbaycan həqiqətləri tanınmır. Fransa, Rusiya və bu kimi digər dövlətlərin ermənilərin “uydurma soyqırımı”nı tanıması, bu istiqamətdə Azərbaycan tarixçilərinin işini aktuallaşdırır. Baxmayaraq ki, ermənilərin ərazimizdə yerləşdirilməsi, xüsusilə də azərbaycanlıların öz yurd-yuvalarından deportasiya edilməsi haqqında müstəqil Azərbaycan tarixşünaslığında kifayət qədər əsərlər var, ermənilərin şovinist və uydurma siyasətini ifşa etmək üçün bu məsələlərin həlli yolunda atılan hər bir addım azdır. Ümid edirəm ki, bu məsələdə müəyyən mənada məqsədimə-Ermənilərin Azərbaycana köçürülməsinə bir baxış-məsələsinə aydınlıq gətirə biləcəm. Nə qədər ki, müstəqil Azərbaycan dövlətçiliyi var, ermənilərin iyrənc siyasəti dünya ölkələri tərəfindən tanınacaq.
Bu yazını yazmaqda əsas məqsədim Rusiyanın, Sovet və müstəqil Azərbaycan tarixşünaslığında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsinin nə dərəcədə aşkar və düzgün göstərildiyini ifadə etməkdir.
Azərbaycan tarixinin ən ağrılı problemi olan bu məsələ hər bir azərbaycanlı, xüsusəndə tarixçinin bilməli olduğu ən vacib məqamdır.Bu yolda mənə və bütün dünyada yaşayan azərbaycanlılara, həmçinin türkəm deyən hər kəsə uğurlar!
Nicat Cəmilzadə

Türkmənçay və ermənilər

Paskevich and Abbas Mirza in Turkmanchay muellif Vladimir Moshkov 1792 1839 Türkmənçay və ermənilər
1828-ci il martın 21-də I Nikolay iki Azərbaycan xanlığı ərazisində “erməni vilayəti” yaradılması barədə fərman verdi və bu fərmanla çar Rusiyası ermənilərin Cənubi Qafqazda dövlət yaratmasına və bu yolda daha çox qan tökməsinə imkan yaratmış oldu. Ona görə bəzi tarixçilər erməniləri “Türkmənçayın övladları” adlandırırlar. Hətta bunu erməni tarixçisi Anahid Terminas etiraf edirdi:  “Ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi…”. Lakin artıq XX əsrin əvvəllərində Azərbaycanda bir milyondan çox erməni məskunlaşdırılmışdı.
Beləliklə, Gülüstan müqaviləsini Türkmənçay müqaviləsi əvəz elədi. 1828-ci il 21 martda Azərbaycan torpaqlarında -  İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılan “Erməni vilayəti”nə gürcü knyazı, şair, general-mayor Aleksandr Çavçavadze rəis təyin edildi. Bu qurum 1840-cı ildə ləğv edildi və 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olundu.
Həmin vaxt A.Çavçavadzenin kürəkəni, şair-dramaturq A.Qriboyedov isə İranda nazir-rezident (səfir) idi və o, bütün qüvvəsi ilə çarizmin Qafqazda müstəmləkəçilik siyasətini reallaşdırmağa çalışırdı. Lakin bu siyasət hər yerdə narazılıqla qarşılanırdı. Nəticədə, 1829-cu il yanvarın 30-da Qriboyedov və səfirliyin bir çox əməkdaşı İranda qətlə yetirildi. Təntənəli surətdə imzalanan Türkmənçay müqaviləsinin şərtləri də onu bu ölümdən qurtara bilmədi: “İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məhiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər…”
 Arazı ayırdılar…
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi.
“I MADDƏ”yə əsasən, “Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.”
“III MADDƏ”yə əsasən, “İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir” və hər iki dövlət arasında sərhədlər bu şəkildə müəyyən edilir: “Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır…”
Türkmənçay müqaviləsindən danışarkən tarix elmlər namizədi, dosent Səməd Bayramzadənin Azərbaycan ərazisinə aid coğrafi yer adlarının təhrif edilməsi, saxtalaşdırılması ilə bağlı söylədikləri diqqəti cəlb edir: “İlk olaraq “Ağrı dağı” adı üzərində dayanaq. Sözügedən müqavilənin fars dili mətnində “Kiçik Ağrı dağı” ifadəsi işləndiyi halda, rus dili mətnində “kiçik Ararat dağı” ifadəsi getmişdir. Göründüyü kimi, müqavilənin fars dilindən rus dilinə tərcümə edilməsi işində ermənilər yaxından iştirak etmişlər.” Müqavilədə təhrif olunmuş  belə yer adları isə onlarladır.
“V MADDƏ” ilə “İran şahı… Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.” Əvəzində isə ” İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi. Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.” (VII MADDƏ).
Bu gün Xəzəryanı ölkələr arasında Xəzərin hüquqi statusu ilə bağlı gedən müzakirələrin bir ucu da Türkmənçay müqaviləsinə gedib çıxır:  “…Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.” (VII MADDƏ).
“Barışığa gələn yüksək tərəflər” əsasən ermənilərin mənafeyini nəzərə alaraq qərara aldılar ki:”… Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.” Eyni zamanda, “XIV MADDƏ” gizlindəki bir həqiqəti üzə çıxarır. Çar Rusiyası öz məqsədi naminə satqınlarla, xainlərlə əməkdaşlıqdan belə çəkinmir: “…Yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxt digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir…” Eyni zamanda “Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd” etsə də, tezliklə həmin ərazilər erməni köçü ilə doldurulur və həmin ərazilərdə “erməni vilayəti” yaradılır. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır.
Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi. Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan “Təsvir”də əksini tapmışdır. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəldi və ermənilər sonradan bu “şərəfə” Qarabağda abidələr ucaltdılar, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları elə özləri dağıtdılar. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Qarabağda möhkəmlənməyə çalışan ermənilər 1905-1906-cı illərdə Azərbaycanın digər yerlərində olduğu kimi burada da azərbaycanlılara qarşı genosid törətdilər.
Müqavilənin sonuna yaxın Azərbaycanın adı çəkilir (XV maddə) və onun sakinlərinə sanki bir təsəlli. “müjdə” verilir: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır.”
Birinci maddə ilə əbədi zamanadək sülh elan olunsa da, Türkmənçay müqaviləsinin müddəti, əsasən, 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması və Romanovlar sülaləsinin devrilməsilə başa çatırdı. Lakin RSFSR və İran arasında 1921-ci ildə bağlanmış müqavilədə yenidən tarixi ədalətsizliyə yol verildi. Gülüstan və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın bölüşdürülməsini təsdiq etdi...
Bəxtiyar Qaraca

Haykanlar (erməni) Qafqazda və panermənilik

ermenilerin gelisi haykan 1024x698 Haykanlar (erməni) Qafqazda və panermənilik
Azərbaycan və erməni xalqlarının arasındakı münasibətlərdə tarixi məsələlər mühüm yer tutur. Erməni millətçi alimləri ermənilərin daha çox qədimliliyi konsepsiyasını əsaslandırmaqla öz iddialarına haqq qazandırmağa çalışırlar.Ümumiyyətlə, erməni xalqının mənşəyi və Qafqaz tarixində rolu məsələsi xüsusi əhəmiyyət kəsb edir: Ermənilər kimdir və Qafqazda nə vaxtdan yaşamağa başlamışlar? Bu barədə müəyyən axtarışlar aparılsa da hələlik ermənilərin mənşəyi və Qafqaz, eləcə də konkret bir ərazi ilə bağlılığı aydın deyil. Ermənilərin mənşəyi tarixin ən dolaşıq səhifələrindəndir. Erməniləri qəti olaraq müəyyən irqə aid etmək olmur, erməni dili isə dünya dilləri ailəsində təcrid olunmuş, ayrıca bir dildir. Bəs, bu tapmacanın səbəbi nədir?
Əlbəttə, bu və başqa suallara cavab tapmaq üçün ilk növbədə ermənilərin mənşəyini aydınlaşdırmaq lazımdır. Hələ keçən əsrdən qafqazşünasları belə bir məsələ düşündürmüş və məşğul etmişdir: Müasir ermənilər nə dərəcədə ermənidirlər və ümumiyyətlə onlar ermənidirlərmi? Bu günə kimi həmin suallara cavab tapılmadığından Qafqaz tarixinin bir çox başlıca problemləri açıq qalmışdır. Keçən əsr qafqazşünaslarından biri İ.Şopen haqlı olaraq yazmışdır: “Aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər: Aydındır ki, Yafəs mənşəli, şimaldan gəlmiş dağlı Armenlə, Ermənistanla, cənubdan gəlmiş sami mənşəli haykanların (hayların) heç bir ümumi cəhətləri yoxdur və ola da bilməz ”. Bəli, o vaxt “Erməni vilayəti haqqında” yazdığı əsərə görə mükafata layiq görülmüş bu alim hay ilə erməni sözlərini dəyişik salmağın səbəbini ya açmaq istəməmiş, ya da onun siyasi mahiyyətini tam ayırd edə bilməmişdi. Ancaq zaman keçdikcə ilk baxışdan xırda, gözə çarpmayan xətadan ermənilər necə istifadə edib, bütün Qafqazın keçmiş mədəniyyətinə yiyələnmək istəyirlər.
Qafqazşünas alim İ.Şopen həqiqi erməni-hayların mənşəyini də çox dəqiq təyin edir: “Ermənilərdən, Parsuq, haykanlardan və yəhudilərdən yeni qarışıq bir xalq əmələ gəldi ki, nəinki öz tipik müstəqilliyini itirdi, hətta özünün həqiqi, doğma adını da”. Haylaşan yəhudilərin bir hissəi “Zok” adı ilə seçilirlər. Əsl haylar öz adlarını heç də unutmayıblar. Onlar öz dillərində özlərini düzgün olaraq “hay”, vətənlərini də “hayıstan” adlandırırlar. Ancaq, “ermənişünasların” onlara verdikləri “erməni” və “Ermənistan” adlarından çox məharətlə istifadə edirlər. Əslində ermənilər həmişə də özlərini “hay” adlandırıblar. Hayıstan isə onların qədim məskəni-ideal ilk vətəni şəklində təsəvvür olunub. Həqiqətdə isə belə bir ərazi heç vaxt mövcud olmayıb. Təbii olaraq tarixi mənbələrdə də hay və Hayıstan haqqında məlumat verilmir. Hazırda erməni mənbələri kimi tanınan mənbələr isə haylara deyil, məhz ermənilərə məxsusdur. Erməni dili ilə bu mənbələri ayıran ciddi fərqlər də buna sübutdur. Təsadüfi deyildir ki, hay alimi X.Abovyan yazır: “Mənə elə bir müasir dil məlum deyildir ki, o yeni erməni dilinin qədim erməni dilindən fərqləndiyi qədər fərqlənsin… heç bir dil mənim üçün bu qədər çətin olmamışdır”. Bu sözləri altı dili sərbəst bilən yazıçı və alim yazmışdır. X.Abovyan daha sonra bu çətinliyi törədən səbəbləri də aydınlaşdırır: “… ona görə ki, bütün anlayışlar, sözlərin quruluşu, hətta ayrı-ayrı sözlər müasir dövrdəki ifadə tərzinə və şərhlərə uyğun deyildir”. Əgər doğurdan da bu qədim dilin xüsusiyyətləri hay xalqının müasir dilindən bu qədər seçilirsə, bəs bu dil hansı xalqa məxsusdur? Bu suala da yenə erməni-hay alimləri cavab verirlər. Qədim erməni dili kilsə dili, yəni mədəni dil olub. Kilsə xadimi Narses bu dil haqqında yazmışdır: “Köhnə erməni dilinin quruluşu, konstruksiyası əksəriyyət etibarilə tatar dililə uyuşur. Köhnə erməni dilinin halları var, yeni erməni dilində sözlər arasında ədatlar qoyulur”.
Köhnə erməni dili haqqında kilsə xadiminin mötəbər rəyi belədir. Bəs müasir hay-erməni dili necə yaranmışdır? Axı dilin yaranması ilə xalqın yaranması bir prosesdir. Akademik N.Y.Marr qeyd edir: Erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir. Erməni alimi, akademik M.Abeqyan da həmin fikri təkrar edir. “Erməni dili hibrid dildir. O biri yandan erməni qəbiləsi də hibriddir, Urartu və başqa qonşuları assimlyasiya etmişdir”. Müasir erməni-hay dilinin İran dillərinə daxil edilməsinin düzgün olamdığını göstərən M.Abeqyan yazır: “Hay dilinin təxminən 800-dək kökü iran mənşəli olması bəhanə olmuşdur”. Deməli, hay dili İran dillərindən deyil və ola da bilməz. Çünki haylar özləri sami mənşəlidirlər, hayların mənşəyi, hay xalqının törəməsi hay dilinin mənşəyini açmaq üçün də mühüm açardır. Hayların Ermənistanın qədim əhalisi urartulularla genetik əlaqəsi olmadığı aydındır. Hayların yaranması haqqında bir nəzəriyyəyə görə onlar “inşaatçı xalq” kimi təqdim olunurlar. Doğrudan da hayların mənşəyi sıx şəkildə tikinti işləri ilə bağlıdır. Urartu ilə Assuriyaya arasında uzun sürən çəkişmələr zamanı çoxlu qul qənimət kimi bir əldən o biri ələ keçirildi və onlardan əsasən ağır tikinti işlərində istifadə edirdilər. Eramızdan əvvəl VIII əsrdə Urartu şahı Assuriya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirə bilir. Bu adam-işçi ələ keçirtmək siyasəti Urartu cəmiyyətində şah Argistidən sonra da davam etmişdir. Bu qullar həm ev işlərində, həm də tikinti işlərində istifadə olunurdu. Assuriyadan qənimət kimi gətirilən qullar yalnız assuriyalılardan ibarət olmayıb, habelə müxtəlif millətlərdən olan hərbi əsirlər və müxtəlif zümrələrdən ibarət olan adamlar idilər.
Haylar da Assuriyada ağır katorqalarda məcburi işlədilirdilər. Assuriyalıların özləri Urartuya qalib gələndə öz qullarını bu əraziyə gətirib və ağır tikinti materiallları əldə etmək üçün daş karxanalarında işlədirdilər. Nəticədə Assuriya qulları dağlıq ərazilərdə məskunlaşıb çoxalırdılar. Urartunun öz əhalisini isə assuriyalılar imperiyanın başqa yerinə aparırdılar. Hayların dağlarda məskunlaşmasına həm Urartu, həm də Assuriya kömək edirdi. İ.M.Dyakonov yazır: “Protoerməni dilinin yayılmasına urartulular, tutduqları ərazidən əhalini köçürmək siyasəti ilə çox kömək etdilər”.
Assuriya imperiyasında böyük qalalar “xar-xar” adlanırdı və qullar elə “xar-xar”daca yaşayır və işləyirdilər. Belə güman etmək olar ki, hay sözü də mənşəcə “xar-xar” dan törənmişdir. Assuriya tamamilə dağıldıqdan sonra urartulular “xar-xar”larda işləyən məhbusları-hayları da qənimət götürmüşlər. Əh-de-Ətiqdə deyilir: “Assur şahı səni qoruyanlar yatıblar, sənin əsgərlərin yıxılıblar, sənin xalqın dağlara səpələnib, onları toplayan adam yox… Kim sənin barəndə bu xəbəri eşidir əl çalır, axı sənin şərin kimə çatmamışdır”. (Naum kitabı, I,III,XV). Məhz dağlara səpələnmiş assuriyalılar, xüsusilə xar-xar tipli ağır əmək rejimində saxlanan qullar yeni bir etnosun əsasını qoydular. Assuriyanın dağılmasında midiyalılarla urartulular müttəfiq idilər. Xar-xarlarda işləyənlərin özləri də assurlara qarşı idilər, ancaq haylar bir xalq kimi Assuriyanın dağılmasında iştirak etməmişlər. İ.M.Dyakonov haqlı olaraq M.Xorenlinin nəzərdə tutduğu Assuriyanın dağılmasında iştirak etmiş Paruyrun skif mənşəli sərkərdə Partatura olduğunu bildirir.
Assuriyalıların özləri də qul mənşəli idilər. Vaxtilə onlar Şərq ölkələrinin müxtəlif ölkələrindən bura qul kimi gətirilmiş, ya da həbsxanalarda məhbus kişi və qadınlardan əmələ gəlmişdilər. Assur sözünü akkad ideoqramı “A.S.I.Rİ” (asira) akadca “əsir” demək idi və söz sami dillərində eyni mənada işlənir. Əslində hay və erməni nəinki bir xalq olmuş, əksinə bir-bir ilə düşmən olmuşlar. Haylar sonra assuriyalıların qonşu xalqlarla düşmənçilik ruhunu eynilə bütün tarixləri boyu davam etdirmişlər. Erməni alimi Kapanasyan hayların ilk məskəni olan Xa-ya-sa-nı “təpə” “şəhər” kimi izah edir. Bəzən bu sözü hayların eponimi “hayk” adı ilə bağlayırlar. Əslində Assuriya ilə Urartu arasında çox mübahisəli olan, assuriyalıların yaşadığı bir ərazi var idi. Məşhur tarixçi Hüqo Binkler Urartu ilə Assuriya arasında mübahisələrin kökünə işarə edərək yazır: “Bu təkrar adı çəkilən yuxarı Dəclə və Fəratın üstündəki vilayət idi ki, Salmanasar vaxtında oranı Assuriya müstəmləkəçiləri (kolonistlər) ilə məskunlaşdırmışdı və Assurnazirpal yenidən öz itaətinə almaq istəyirdi. Urartu hücum etdiyi zaman bu vilayət yenidən uratuluların və ya onlara qohum olan qəbilələrin əlinə keçirdi”. Urartu ilə Assuriyanın mübahisəli ərazisi yəqin ki, çoxlu qulların saxlandığı xar-xar və xariya olub. Urartunun döyüşlərdə ən çox qul götürmək siyasəti də deyilənləri təsdiq edir. Yuxarıda qeyd etdiyimiz kimi Assuriya da Urartuya qarşı eyni siyasət yeridir. Assuriyalıların birbaşa qalıqları Aysor mənşəli sovet alimi D.S.Sadayev yazır: “…Assuriyaya on minlərlə əsir aparıb bu ölkəni də Nairi adlandırıblar”. Hayların Assuriya ilə əlaqəsi M.Xorenlinin hayların yaranması haqqında əfsanəsində də özünü göstərir. Burada Aram ilə hayk bir-birindən seçilirlər və hayların cənubdan Dəclə-Fərat tərəfdən gəldiyi təsdiq edilir. Erməni alimi M.Abeqyan yazır: “Haykın nəsli oğlu Armenakın başçılığı ilə Xarkdan şimali-qərbə yayılıb, Ayraratda məskunlaşmışlar. Burada qədim sakinlər var idi. Sonra haylar (ermənilər) Şiraka, Qexakuni və Siyunikə doğru hərəkət etmişlər”. Deməli, həm də Xayasa adlanan hayların qədim məskəni xarka (harka) Urartudan cənubda Assuriyanın olduğu ərazidə olmuşdur. Bu Xarka-harka, həm də Assuriyada bir növ həbsxana-qala olan kar-kar (xar-xar) anlayışı ilə bir olub, xar-xarlardan birinin adıdır. Maraqlıdır ki, buradakı har-har (xar-xar) farsca (iş) “kar” anlayışına uyğundur. Bu isə qədim Assuriyadakı qulların ağır həyat tərzi ilə bağlıdır. Qədim mənbələrdə “kara” anlayışı da bu mənadadır. Hazırda Azərbaycan dilində “qara camaat” sözü də “iş” “işləyən”, “işçi” anlayışı ilə bağlı yaranmışdır. Ermənicə ker (kar) “daş” deməkdir (məsələn xaçkar). Xalq da adını buradan almışdır. Buradan belə bir məna aydın olur ki, hay və erməni sözləri tamamilə ayrı-ayrı anlayışlardır.
Assuriya imperiyasının müxtəlif yerlərində xar-xarlarda ağır daş işlərinə cəlb edilmiş kişi və qadınlardan, qarışıq kütlədən təşəkkül tapdığından hayların özünəməxsus milli mahnı və mədəniyyəti də olmayıb. M.Xorenli yazır: “İndi olduğu kimi keçmişdə də qədim hayların elmlərə, şifahi ötürülən mahnılara həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”. Həqiqi ermənilər isə huri mənşəli xalq olmuşlar. Hurilər Assuriyadan qabaq böyük ərazidə dövlətləri olan xurritlərdir. Xurritlər Subariy-türk mənşəli xalq olub Kür-Araz ovalığı ilə, eləcə də Urartu mədəniyyəti ilə bağlı olmuşlar. İ.M.Dyakanov yazır: “Kür-Araz mədəniyyəti Xurrit (huri)-Urartu dil qrupuna çox uyğun olub…”. Bu fikri 30-cu ilərdə etnoqraf V.A.Ryumin də təkrarlayır. “Uratulular Assur-Vavilonlarla qohum deyildirlər. Ancaq, görünür, Kişik Qafqaz və Araz boyu yaşayan qəbilələrlə bir xalq olmuşlar”.
Qədim mənbələrdə müxtəlif əsrlərdə huri, Xurrit, Mitani, Midiyalı, Maskut, Frikey, Aşkenazi, Skif adlanan ayrımların keçmişdə Qafqaz dağlarında və Kiçik Asiya ərazisində çox geniş yayıldığı göstərilir. İndi ayrım adı ilə tanınan və Kiçik Qafqaz dağlarının ətəklərində yaşayan əhali huri, Xurritlərin qalıqlarıdır. Keçmişdə huri (Xurrit) adı ilə tanınan xalq Azərbaycan ərazisində hərum adı ilə tanınırdı. Nizami Gəncəvi Bərdənin keçmişindən bəhs edərəkən hərumdan da söhbət açmışdır. “Hərum adlanırdı bu yurd hər yerdə, indi isə adına deyirlər Bərdə”.
Nizami sonra izah edir ki, Hərum dedikdə təkcə Bərdə şəhərini deyil, böyük Azərbaycanı əhatə edən ərazini nəzərdə tutmuşdur. Məhz bu hərum adı Azərbaycan Ərəb xilafətinə daxil olduqdan sonra müsəlman olmayanlara aid edilməyə başlamış və tədricən mənşəcə hərumlu (indiki Ayrım) olan azərbaycanlılara Ərəb tələffüzündə erməni deyilmişdir. Beləliklə, hayların adı ilə qədim Azərbaycanı bildirən erməni (Hərumən) adları Azərbaycan xalqının və o cümlədən ayrımların təfəkküründə birləşmişdir. Hərumların yaratdıqları ədəbi-tarixi abidələrlə yanaşı, bu adla bağlı olan hər şey haylara aid edilməyə başlamışdır. Bu ərazidə xaçpərəstliyi qoruyan haylar hərum mədəniyyətinə və onlarla bağlı olan Hərumlu erməni adına da sahib çıxıb ikili adda bir millət-haylar və ermənilər yaranmışdır. İndi “böyük Ermənistan” adı ilə bağlı panerməniçilik məfkurəsi də məhz hərumların irsinə yiyələnmək, “Böyük hərumu” “Böyük Ermənistana çevirmək” iddiasından irəli gəlir. Panerməniçiliyin əsas məqsədi qədim azərbaycanlıların məskun olduğu böyük hərum torpağına yiyələnməkdən ibarətdir.
myaghdam.files.wordpress.com
Beytulla Şahsoylu

.."Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyat Erməni yalanları a keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi... Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanından

soyqrim tehlil yalan Artıq dünya erməni yalanlarına inanmır
                                        

                  Erməni yalanları  


Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratmaqla, “Böyük Ermənistan” dövləti qurmaq  iddialarını ortalığa qoydular.  XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduğu “Böyük Ermənistan” ideyasını reallaşdırmaq  üçün öz  fəaliyyətlərini genişləndirmiş, bu məqsədlə  öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma ata – baba ocaqlarından qovmaqla  kütləvi surətdə etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlamışlar.
Osmanlı dövləti beynəlxalq  güc mərkəzinin təzyiqi altında ağır günlərini yaşayarkən, daha  bir zərbəni ölkədə yaşayan ermənilərdən almışdı. Əli silah tutan bütün ermənilər düşmən tərəfə keçərək türklərə arxadan zərbə vurmağa başlamışdılar. Ona görə də dövlət həmin erməniləri ölkənin  elə yerlərinə köçürmüşdü ki, orada xarici qüvvələrlə əməkdaşlıq etmək mümkün olmasın. Təbii ki, həmin köçürmələr zamanı bir neçə yüz erməni xəstələnmiş və ya ölmüşdür.  Sonra erməni siyasətçiləri (bəli, tarixçilər yox, məhz siyasətçilər – red.) bütün dünyanın başını ağrıtmağa başlamışlar ki, guya, Osmanlıda milyonlarla erməni öldürülüb. Halbuki həmin illərdə bütün regionda öldürüldüyü söylənilənlərin sayı qədər erməni yox idi. Bunu tarixçilər və tədqiqatçılar dönə-dönə sübut ediblər. Yəni, bütün soyqırımı vay-şivənləri azərbaycanlıların başına gətirilənlərin ört – basdır edilməsi məqsədini daşıyırdı.
Tarixi faktlar ondan ibarətdir ki, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilmişdir. Soyqırımı  nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən erməni millətçiləri şovinist hərəkətlərindən əl çəkməyərək, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bundan sonra  isə həmin  ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. 
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin  xaricdəki himayədarlarının dəstəyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün “aşkarlıq və demokratiyadan” istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün  Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz  qoydu. Bununla yanaşı, 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan – Ermənistandan zorakılıqla deportasiya olunmuşdur.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Bu soyqırımı nəticəsində  rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Ümumiyyətlə, ermənilər tarix boyu həmişə məqam gözləyiblər. Əllərinə düşən fürsətdən istifadə edərək  zaman-zaman azərbaycanlılara qarşı dəhşətli qətliam və terror aktları törətmiş, sonra isə özlərini məzlum, əzilən millət kimi göstərərək,  guya,  türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə cəfəng iddialarla dünyanı gəzib-dolaşır, ictimai fikri çaşdırırlar.
Bunun əsas səbələrindən biri, daha dəqiq desək, Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların hələ də göz yummaları və ikili mövqe nümayiş etdirmələridir. Azərbaycan torpaqlarının işğalı faktı beynəlxalq təşkilatlar tərəfindən lazımı formada müdafiə edilmir. Dünya birliyi, həmçinin  beynəlxalq qurumlar  təcavüzkar Ermənistana  lazımı formada sanksiyalar və təzyiqlər göstərmirlər. Belə ikili yanaşmanın nəticəsidir ki, bu gün  beynəlxalq hüquq işləmir,  iflic vəziyyətinə  düşüb. Bu da  Azərbaycan kimi neçə-neçə suveren, müstəqil  dövlətlərin ərazilərinin təcavüzkarlar tərəfindən işğal edilməsinə gətirib çıxarıb. Bəzi beynəlxalq təşkilatlar  bu cür hallara quru bəyanatlar verməklə seyrçi mövqe sərgiləyir və bununla da öz işlərini bitmiş hesab edirlər. İşğalçılıq siyasətinə son qoyulması ilə əlaqədar qəbul olunan qətnamələr isə icra olunmamış qalır. Elə buna görə də  ermənilərin müxtəlif qondarma iddialarla çıxış etmələri, soyqırımına məruz qalmaları barədə vay-şüvən salmaları beynəlxalq hüququn bərbad vəziyyətdə olmasından xəbər verir.
Hazırda ermənilər qondarma soyqırımına məruz qalmalarının 100 illiyinə hazırlaşırlar. Hətta Eçmiədzinin partnyorluğu altında təcavüzkar ölkənin baş yepiskopu  və dünya erməniləri bu günlərdə İrəvanda qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar tədbir də keçirib. Həmin tədbirdə əsas məqsəd  qondarma erməni  soyqırımında, guya qətlə yetirilmiş 1,5 milyon ermənini əziz (müqəddəs) elan etməkdir.
Əliqismət BƏDƏLOV

Qarabağ qeneral-qubernatorluğu dövründə Erməni Milli şurasının separatçılıq fəaliyyəti

ermeni dovleti tehlil shura Qarabağ qeneral qubernatorluğu dövründə Erməni Milli şurasının separatçılıq fəaliyyəti
1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir çox ağır və kəskin problemlərlə qarşılaşdı. Yeni yaranmış hökümət ilk dövrlərdə yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından və bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, Qarabağ və Zəngəzur bögələrində erməni separatçılığının qarşısını almaqda çətinlik çəkirdi. Nəticədə həmin bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi nəticəsində daha məqsədəyğun xarakter almış, onlar təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini yaratmaq istiqamətində fəal işə başlamışdılar.
Belə ki, 1918- ci ilin iyulun 22-də çağırılmış Qarabağ ermənilərinin I qurultayı bölgənin ermənilər yaşayan dağlıq hissəsini müstəqil siyasi –inzibati vahid elan etmiş və öz hökümətlərinin yaradılmasını bəyan etmişdilər. Arxiv sənədlərindən məlum olduğu kimi, ümumlikdə, 1918-ci il iyul ayından 1920-ci ilin aprelinə kimi erməni separatçıları Qarabağda doqquz qurultaylarını keçirmişdilər. İkinci qurultaydan etibarən (1918-ci il 15 sentyabr) erməni separatçılarının yaratdıqları hökümət «Erməni Milli şurası» adlanmağa başlayır.
Erməni Milli şurasının Azərbaycan höküməti əleyhinə fəaliyyətinin yeni mərhələsi 1919-cı ilin yanvarında, Qarabağ –qeneral qubernatorluğunun yaradılması və fəaliyyət dövrünə təsədüf edir. Azərbaycan hökümətinin ölkənin ərazi bütövlüyünün qorunub saxlanması məqsədilə 1919-cı ilin yanvarın 15-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır. Əslində, bununla çar Rusiyası dövründə onun tərkibində olan və müxtəlif inzibati bölgülər nəticəsində tarixi inzibati-siyasi mənasını itirmiş «Qarabağ» anlayışı, AXC dövründə (1918-1920) əvvəlki mənasını yenidən özünə qaytardı.
Çoxsaylı arxiv sənədləri göstərir ki, AXC hökuməti tərəfindən Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun onun başçısı təyin olunması yerli erməni separatçılarını və onlara dəstək verən Ararat Respublikası hökümətini xeyli təşvişə salmış, etirazlarına səbəb olmuş və fəallıqlarını artırmışdır. Belə ki, Ermənistan höküməti özünün 1919-cı il 21 yanvar tarixli iclasında Qarabağın və Zəngəzurun ermənilər yaşayan dağlıq hissəsini ölkənin ayrılmaz hissəsi elan etmiş və həmin ərazilərdə müvəqqəti olaraq ali hakimiyyəti Erməni Milli şurasına tapşırırdı. Ermənistan höküməti bölgədə vəziyyətə nəzarət etmək üçün hətta ali komissar vəzifəsini təsis etmiş və bu vəzifəyə Arsen Şaxmazyanı təyin etmişdir. Öz növbəsində Erməni Milli şurası 1919-ci ilin fevralın 4-də Böyük Britaniyanın Bakıdakı qoşun hissələrinin komandanı Tomsona göndərdikləri müraciətdə Paris konfransının yekunlarına kimi, Qarabağın və Zəngəzurun ermənilər yaşayan dağlıq hissəsində müvəqqəti erməni idarəçiliyinin yaradılması təklifi ilə çıxış edirlər. Həmin təklif əsasında 1919-ci il fevralın 19-21-də Qarabağ ermənilərinin IV qurultayında xüsusi sənəd qəbul olunmuşdu. Həmin sənədə əsasən Zəngəzurun və Qarabağın ermənilər yaşayan hissəsinin idarə olunması üçün mərkəzi Şuşada yerləşən Vilayət şurası təşkil olunmalı, onun tərkibinə yerli əhalidən 7 erməni və 3 azərbaycanlı daxil olmalı idi. Şuraya daimi üzv kimi Şuşadaki ingilis qoşunlarının nümayəndəsi seçilməli və bölgənin strateji yerlərində ingilis qoşunları yerləşdirilməli idi (5).
Əslində, bu sənədlər göstərir ki erməni separatçıları Qarabağ və Zəngəzuru etnik prinsipi əsasında bölərək, bu ərazilərin bir həssəsini Azərbaycandan ayırmaq, bölgədə yerləşən ingilis qoşunlarından isə ayırıcı qüvvə kimi istifadə etmək istəyirdilər. İngilis qoşunlarının bölgədəki nümayəndələrinin ilk vaxtlarda ziddiyətli bəyanatları, ermənilərin bu məqsədlərinin həyata keçməsi üçün real zəmin yaratmışdır. Belə ki, ingilis qoşunlarının Şuşadakı nümayəndəsi mayor Mak-Mossen 1919-ci il martın 12–də Erməni Milli şurasına göndərdiyi məktubunda göstərir ki, Sultanov qeneral-qubernator vəzifəsini müvəqqəti tutur və mübahisəli bölgələrin bu və ya digər tərəfə mənsub olduğunu Sülh konfransı təyin edəcək. Öz növbəsində qeneral Tomson, 1919-ci ilin martın 25-də İrəvanda olarkən bəyan etmişdir ki, Azərbaycan höküməti tərəfindən yaradılmış Qarabağ qeneral-qubernatorluğu müvəqqəti haldır və hazırda orada Azərbaycan qoşunlarının və idarəçiliyinin olması gələcəkdə bu ərazinin ona mənsubiyyətini həl etmir (5). İngilis komandanlığının bu cür mövqeyi erməni separatçılarını ruhlandırır və onların hökümət əleyhinə fəaliyyətinin fəalaşmasına şərait yaradırdı. Erməni Milli şurasının nümayəndələri cavab məktublarında ingilislərin bu mövqeyini yüksək qiymətləndirərək, onları erməni xalqının himayəçisi və maraqlarının əsas müdafiəçisi kimi göstərirdilər (5).
Bölgədə yaranan nisbi sakitlikdən istifadə edən Erməni Milli şurası, diplomatik və hərbi hazırlıq səylərinə də artırırdı. Bununla bağlı ilk növbədə Ermənistan hökümətinə böyük ümüdlər bağlanırdı. Erməni Milli şurası tərəfindən 1919-ci ilin martın 17 və 19 –da Ermənistan hökumətinə və onun bölgəyə təyin etdiyi ali komissarına göndərdikləri geniş məktublarda aşağıdakı əsas məsələlər qoyulurdu : 1. Ermənistan höküməti bütün vasitələrdən istifadə edərək müttəfiq dövlətlərlə danışıqlarda Qarabağ qubernatorluğunun ləğvinə nail olmalıdır; 2. Qarabağ ermənilərinin nümayəndəsinə Avropaya getməsinə və Sülh konfransında iştirak edən Ermənistan nümayəndə heyətinin tərkibinə daxil olmasına şərait yaradılmalıdır; 3. Bölgədə hərbi hissələrin təşkili üçün vahid komandanlığın yaradılması, təcrübəli komandirlər, böyük sayda hərbi ləvazimat və pul tələb olunurdu. Bununla bağlı Ermənistan höküməti qarşısında məsələ qoyulurdu ki, Andranikin Zəngəzurdan çıxarılmasına imkan verilməməlidir və onun dəstələrinin Qarabağa keçməsinə nail olunmalıdır (5). Qeyd etmək lazımdır ki, qeneral-qubernator X. Sultanovun fəaliyyətinin ilk dövrlərində qarşısında duran mühüm məsələlərdən biri Andranikin silahlı dəstələrinin Zəngəzur və digər bölgələrdə yaratdığı ciddi təhlükəni birdəfəlik aradan qaldırmaq idi. Sənədlərdən aydın olur ki, Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvanda və Zəngəzur bölgələrində dinc əhaliyə vəhşiliklər törədən Andranikin quldur dəstələri nəhayət ki, 1919-cu ilin yazında bu bölgələrin hüdudlarını tərk etdilər (3 ,122-124).
1919-ci ilin aprelin 3-də ingilis qoşunlarının Şuşadakı nümayəndəsi polkovnik Şatelvort xüsusi əmri ilə Azərbaycan höküməti tərəfindən yaradılmış Qarabağ qeneral-qubernatorluğunu bölgədə ali hakimiyyət orqanı olduğunu təsdiq etmiş və onun əmrlərinin bütün əhali üçün məcburi oluduğunu bildirmişdir. Burada xüsusi ilə vurğulanırdı ki, general-qubernator Sultanovun qanuni fəaliyyəti bölgədə yerləşən ingilis komandanlığı tərəfindən tam dəstəklənəcək (5).
İngilis komandanlığının bu qətiyyətli mövqeyi erməni separatçıları üçün gözlənilməz oldu. Buna cavab olaraq aprelin 23-də çağırılmış Qarabağ ermənilərinin V qurultayında qəbul olunmuş qətnamədə polkovnik Şatelvortun tələblərinə açıq etiraz bildirildi və erməni əhalisinin Azərbaycanın tərkibində hər hansı bir quruma tabe olmayacağı bəyan edildi.
Buna baxmayaraq, aprelin 25-də polkovnik Şatelvort Ermənistanın ingilis hərbi missiyası yanında nümayəndəsi M. Arzumanyanla görüşündə bildirmişdir ki, onun hökümətinin nümayəndəsi Şaxmazyan Zəngəzurda Azərbaycan əleyhinə qoşun topladığı üçün, qubernatorluğu tərk etməlidir. Eyni tələb ilə mayın 5–də general Tomson çıxış edir. O, Şaxmazyan kimlərinin Qarabağda yaranmış kövrək sabitliyin pozulmasında günahlandıraraq, Ermənistan hökümətinin rəhbəri Xatisovdan onun geri çağrılmasını tələb etmişdir. Əks halda Tomson Şaxmazyanın həbs olunacağını və səhra məhkəməsinə veriləcəyini bildirirdi. 1919-ci il may ayının sonunda Ermənistanın Qarabağ və Zəngəzurda nümayəndəsi təyin olunmuş A. Şaxmazyan və Ermənistaının Şuşadakı ingilis hərbi missiyası yanında nümayəndəsi M. Arzumanyan ingilis zabitlərinin müşayəti ilə Azərbaycan ərazisini tərk etmişdilər (5). Vəziyyətin bu cür inkişafını görən erməni separatçıları 1919-ci il iyunun 4-5-də bölgədə qanlı qarşıdurma törətdilər. Məqsəd uzun illər təcrübədən keçmiş üsülla, yəni erməni qanının axılması yolu ilə beynalxalq aləmə güya türklərin onların qırdığlarını bəyan etmək idi.
1919-cu il iyunun 4-də Qarabağ ermənilərinin silahlı dəstələri Şuşa ətrafındakı azərbaycanlı hərbi hissələrin yerləşdiyi gözətçi məntəqələrinə hücum etdilər. Lakin onların bu hücumu X. Sultanovun gördüyü qəti tədbirlər nəticəsində dəf edilmişdir. Qarabağ general-qubernatoru X. Sultanov beynəlxalq ictimaiyyətə iyun hadisələrinin əsl mahiyyətini ətraflı şəkildə açıqlamaq üçün «Azərbaycan» qəzetinə verdiyi geniş müsahibədə bildirmişdir: « 4-5 iyunda Qarabağda baş vermiş hadisələri soyuq başla qiymətləndirmək üçün əvvəlcə bu hərəkətlərə gətirib çıxarmış hadisələrin gerisini diqqətlə izləmək lazımdır. Hələ üç ay bundan əvvəl ermənilərin azərbaycanlılarla dinc yaşamasına əngəl törədən erməni milli şurasının üzvlərinin fəaliyyəti ilə tanış olan ingilis komandanlığı vəd vermişdi ki, həmin şuranın üzvlərini Qarabağdan çıxardacaqlar.
Bundan sonra qərara alınmışdı ki, Şuşa şəhərinin erməni hissəsində olan kazarmalar Azərbaycan hərbi hissələri tərəfindən tutulsun. Yalnız iyunun əvvəllərində bu istiqamətdə mühüm tədbirlər görmək imkanı əldə edilmişdir. İyunun 5-də ingilis komandanlığının nümayəndəsi Azərbaycan məmurunun müşayiəti ilə Erməni Milli Şurasının separatçı üzvlərini Şuşadan çıxartmışdı. Şübhəsizdi ki, erməni əhalisinin narahat ünsürləri bu tədbirlərin həyata keçirilməsindən narazı qalmış və millətlərarası münasibətləri kəskinləşdirmişlər. İyunun 6-da Azərbaycanlı əsgərlərinin Şuşa şəhərinin erməni hissəsindəki kazarmalarda yerləşdirilməsi əhalini sakitləşdirmiş və atışmanı tamamilə dayandırmış, şəhərdə həyat öz normal axarına düşmüşdür». «Azərbaycan» qəzetinin 1919-cu il 17 iyun saylı nömrəsinin dərc etdiyi məlumatdan aydın olur ki, Qarabağın dinc erməni əhalisinin əksəriyyəti general-qubernator X. Sultanovun gördüyü tədbirləri bəyənmişlər (2).
X. Sultanovun gördüyü ciddi tədbirlərdən sonra 1919—ci il iyunun 29-30 –da Qarabag ermənilərinin VI qurultayı qəbul etdiyi qətnamədə Sülh konfransının son nəticələrinə kimi Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi elan etdi və Azərbaycan hökümətilə danışıqlar aparmaq üçün xüsusi komissiya yaratdı. Həmin komissiya bu fikri əsas götürərək Azərbaycan höküməti ilə bağlanacaq müqavilənin layihəsini hazırlamışdır (5).
1919-cu ilin avqustun 13-də çağrılmış Qarabağ ermənilərinin fövqəladə VII qurultayı həmin müqavilənin şərtlərini avqustun 15-də təsdiq etmişdir. Müqavilə 26 maddədən ibarət idi və onun Azərbaycan höküməti üçün ən vacib məqamları bunlar idi : 1. Qarabağın dağlıq hissəsində Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında yaşayan ermənilər özlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının sərhədləri daxilində hesab edirlər (maddə 2); 2. Azərbaycan hökuməti erməni nümayəndələri vasitəsilə erməni milli şurasının fəaliyyətinə nəzarət edir (maddə 14) ; 3. Hazırki müqavilə hər cür vəziyyətdə: mühasirə, hərbi və digər hallarda qüvvədə qalır (maddə 26) (5).
Bu müqavilə Ermənistan hökümətinin etirazına səbəb olmuşdur. Ermənistanın baş naziri Xatisov bəyanatında bildirirdi ki, 15 avqust razılaşması ermənilər tərəfindən ingilis qoşunlarının bölgəni tərk etdiyi şəraitdə özlərini qorumaq üçün məcburiyyət qarşında qəbul edilmişdi. Bundan başqa Ermənistanın xarici işlər nazirliyi özünün Gürcüstandakı nümayəndəsinə 1919-cı il sentyabrın 16–da göndərdiyi tam məhvi təlimatda polkovnik Şatelvort və digər ingilis zabitlərinin Qarabağda kı fəaliyyəti və ümümiyyətlə ingilislərin Qarabağ məsələsinin həllində tutduğu mövqe haqqında geniş məruzənin hazırlanması məsələsini qoyurdu.
Təlimatdan göründüyü kimi, bu sənədlər Parisdə olan erməni nümayəndə heyətinə çatdırılmalı idi. Eyni zamanda avqustun 28-də Qarabag ermənilərinin iki nümayəndəsi Arzumanov və Melik Osipovun imzası ilə Ermənistanın Azərbaycanda kı səfirliyinə göndərilən teleqramda ABŞ-ın yenicə Ermənistana təyin olunmuş ali komissarı V. Haskel qarşısında Qarabağda amerikan qeneral-qubernatorluğu yaradılması məsələsi qaldırılmışdır (4). Lakin avqustun 28-də Bakıya gəlmiş Haskel, Azərbaycan hökümətinin rəhbərliyi ilə görüşündən sonra, ərazi məsələləri ilə bağlı sentyabrın 1-də irəli sürdüyü planında Qarabağ və Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdır (1,262).
Beləliklə, 1919-ci ilin 15 avqustunda bağlanmış müqavilə 1920-ci il aprelinə kimi qüvvədə qaldı. Lakin, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ qeneral –qubernatorluğu ləğv olundu və X. Sultanov həbs olundu. Bundan istifadə edən, Qarabağ erməniləri 1920-ci ilin aprelin 23-29-da keçirdikləri sonuncu IX qurultaylarında AXC höküməti ilə bağlanmış 1919-ci il 15 avqust müqaviləsini qəvvədən düşməsi haqqında qərar verdilər (4,35). Şimali Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti 1920-ci ilin mayın 18–də keçmiş qubernatorluğun sərhədlərini əhatə edən və bölgədə ali hakimiyyəti təmsil edən Qarabağ İnqllab Komitəsini yaratmışdır. Bununla erməni separatçılarının Azərbaycanın ayrılmaz hissələri olan Qarabağ və Zəngəzur torpaqlarına ərazi iddialarının yeni mərhələsi başlamışdır.
azerbaycanli.org
İlqar Niftəliyev

Yusif ağa Dadaşov

Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Yusif ağa Dadaşov 1918 ildə Bakıda mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Silah ardınca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edərkən, Dadaşov "Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz" cavabını vermişdir. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. İşgəncələrə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən soydaşlarımıza çatmasına nail olmuşdur.

Dahilər İmam Hüseyn (Ə)-ın inqilabının mahiyyəti haqqında..

1. Çarlz Dikkens (Yazıçı): “Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər.Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədəkarlığı etmişdir.”
2. Mahatma Qandi (Hindistanın dövlət xadimi): “Mən İmam Hüseynin (ə) İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm.Və mənə aydın olub ki, əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolunu getsinlər.”, “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim.”, “Mənim İmam Hüseynin (ə) 72 tərəfdarı kimi bir silahım olsaydı, bütün Hindistanı 24 saat ərzində əsarətdən xilas edərdim.”
3. Edvard Braun (Tarixçi): “Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar
4. Tomas Karlayl (Filosof): “Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışlar.Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur.Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi.
5. ”Boris Dokberi (Yazıçı): “Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlmağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər.
6. ”Marbini (Alman filosofu): “Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır.Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.
7. ”Lev Tolstoy (Görkəmli rus yazıçısı və mütəfəkkiri): “Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı.”
8. Edvard Broun (Kembric universitetinin professoru) : “Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir.
9. ”Rabindrant Taqor (Ədəbiyyat üzrə nobel mükafatı laureatı) : “ Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar, necə ki, bunu İmam Hüseyn (ə) etdi.” “İmam Hüseyn (ə) ən soyuq qəlbi də isidir.”, “İmam Hüseyn (ə) bəşəriyyətin lideridir.”
10. Cəvahirləl Neyru (Hindistanın ilk baş naziri): “İmam Hüseynin fədakarlığı dünyada bütün qruplar, cəmiyyət və toplumlar üçün haqq yolunun ideal nümunəsidir.
11. ”Ceyms Korn (“Çin tarixi” əsərinin müəllifi) : “Hüseyn və tərəfdarları səkkiz növ düşmənlə mübarizə aparırdılar.Onlardan dördü oxlar yağdıran Yezidin qoşunları idi, beşincisi qızmar günəş idi, altıncısı Kərbəlanın səhrası idi, yeddincisi aclıq, səkkizincisi isə susuzluq idi.Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı.Tarix boyu bugünədək heç kəs bu cür qəhrəmanlıq göstərməyib.”
12. Radra Krişnan (Hindistanın eks prezidenti) : “Baxmayaraq ki, İmam Hüseyn (ə) 1300 il bundan öncə dünyasını dəyişib, onun ruhu bugünkü insanların ruhlarına hakimdir.
13. ”İqnaz Qoldziher (Macar yazıçısı) : “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri zorakılıqla mübarizəni somvolizə edir.”"
Çat Danışığı Bitdi

İsraillileri tek başına susduran Türk

Yəhudi qıza professorun cavabı..

суббота, 26 июля 2014 г.

20 ildən sonra Qubadlının necə işğal olunduğunu video görüntülərlə gördü...

Qəzza zolağının tarixi və mübarizəsi (Araşdırma)

Qəzza zolağı Aralıq dənizinin sahillərində yerləşir.

Adı təşkil olunduğu şəhərlərdən ən böyüyü olan Qəzza şəhərindən götürülüb. Sərhədi Aralıq dənizi ilə 40 km, Misirlə isə 11 km-dir. Misirlə “Rəfah” keçid məntəqəsi blokadada saxlanılan Qəzza zolağının əhalisi üçün xarici aləmə yeganə çıxış qapısıdır.

Uzunluğu 41 km, eni isə 6-12 km arasında dəyişir. Qəzza zolağının  360 km² ərazisində 1 milyon 500 min fələstinli yaşayır. Əhalinin əksəriyyətini İsrailin Fələstinin 1948-ci ildə işğal etdiyi ərazilərdən çıxarılan fələstinlilər təşkil edir. Əhalinin 99 faizi müsəlman, 1 faizi isə xristiandır.
haber

Ümumilikdə Qəzza zolağı 4 şəhəri; Qəzza, Deyr əl-Bəlah, Xan Yunus və Rəfah şəhərlərini əhatə edir.

1970-ci ildən sonra Qəzza zolağında İsrail rejimi 25 ev tikmiş, lakin 2005-ci ilin avqustunda dağıdılmışdır.

Qəzza 635-ci ildə Əbu Bəkrin xilafəti dövründə İslam ordusu tərəfindən Bizans imperiyası ilə gedən döyüşlər zamanı fəth edilib. VII-IX əsrlərdə tarixi barədə tarixi mənbələrdə məlumatlar azdır. Həmin zamanlarda əsasən Suriya və Fələstində yaşayan ərəb qəbilələri arasında qarşıdurmalara səhnə olub. 

1149-cu ildə Qüds Krallığının kralı III Baldvin tərəfindən işğal edilir. Qüds Krallığı 1099-1291-ci illərdə mövcud olmuş səlibçilərin əsas dövlətidir.

Səlahəddin Əyyubi 1187-ci il, oktyabrın 2-də Qüdsü və Qəzza zolağını səlibçilərdən azad edərək, 88 il sürmüş xristian ağalığına son qoyur. 

1258-ci ildə Bağdadı işğal edərək Abbasilərin hakimiyyətinə son qoyan monqollar Qəzzanı da işğal edirlər. İki il sonra 1260-cı ildə Məmlük dövləti tərəfindən azad edilərək yenidən müsəlmanların əlinə keçir.


1517-ci ildə Osmanlı imperiyasının sultanı Yavuz Sultan Səlim Məmluklərə qələbə çalaraq, Qəzzanı imperiya ərazilərinə birləşdirir. 


400 yüz il Osmanlının tərkibində qalan Qəzza, 1-ci Dünya müharibəsi zamanı Osmanlılarla İngilislər arasında gedən 3 böyük döyüşə səhnə olub. Bu döyüşlərin ikisini Osmanlı, sonuncusunu ingilislər qazanıb. 1917-ci ildə Qəzza ingilislərin nəzarətinə keçdi.


Balfour Deklarasiyası
Osmanlı İmperiyasının zəifləməsi ilə sürətlənərək daha da ciddiləşmiş və Britaniya İmperiyasına xidmət etmələri müqabilində sionistlərə Fələstin ərazisində “öz yurdlarını” yaratmağa söz verən Britaniya Balfour Deklarasiyası ilə daha da inkişaf etməyə başlamışdır. Bu deklarasiya James Lord Balfourun Lord Rothschildə 2 noyabr 1917-ci il tarixində yazdığı məktubda öz əksini tapır. Deklarasiyada deyilir ki, “Hökumət Fələstində yəhudilər üçün milli yurdun salınmasına lütfkarlıqla baxır və bu məqsədə nail olmaq üçün mümkün olan hər şeyi edəcəkdir.  

Lord Balfour bu deklarasiyanın surətini Lord Rothschildə göndərərək ondan xahiş edir ki, deklarasiyanın mətnini sionist Federasiyasının diqqətinə çatdırsın.

Bu məşhur deklarasiya indi tamamilə yaddan çıxan qeyri-mümkün şərtləri nəzərdə tuturdu, belə ki, yəhudilərin yerləşəcəyi ərazi Fələstində ərəblərin çoxluq təşkil etdiyi ərazilərin hesabına olmamalı idi. 2-ci Dünya müharibəsindən sonra BMT ilə səlahiyyət verilənə qədər sionist dövləti faktiki olaraq mövcud deyildi. Bu dövlətin Fələstin ərəblərinə qarşı irqçi siyasəti və insan hüquqlarını pozması ilə xarakterizə olunan sonrakı əməlləri, həmçinin Fələstin kəndlərinin buldozerlə dağıdılması, İsrailin mandatlığında olan ərazilərdən kənar ərazilərin zorla işğal edilməsi, beynəlxalq hüquqa zidd olaraq zəbt edilmiş ərazilərdə öz əhalisinin yerləşdirilməsi BMT tərəfindən dəfələrlə tənqid edilmişdir. İsrail qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin heç biri yerinə yetirilməmişdir. 

Balfour Deklarasiyası 1918-ci ildə Fransa, İtaliya, daha sonra isə ABŞ tərəfindən dəstəklənmişdir. Deklarasiya Yaxın Şərqdə İsrail dövlətinin qurulması müddətinin ən əhəmiyyətli  hissəsi hesab edilir.

İngilislərin mandatı altında olan Fələstinə sionist planı əsasında yüz minlərlə yəhudi köçürülməyə başladı. Artıq 1922-ci ildə Fələstində 750 min əhalinin 11 faizi, yəni 82500 nəfəri yəhudilər idi. 15 il ərzində isə daha 300 min yəhudi Fələstin torpaqlarına köçürüldü.

1929-cu ildə qanlı döyüşlər başladı. İlk ağır döyüşdə 133 yəhudi, 110 fələstinli öldü.

Yəhudilərin məqsədli şəkildə köçürülməsindən sonra, yəhudi-ərəb qarşıdurmasını da planın tərkibi olaraq yarada bilən İngiltərə, sionist-ərəb problemini həll etmək üçün Fələstin torpaqlarını 1947-ci ildə BMT-yə təhvil verdi.

1947-ci il noyabr ayınin 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. BMT Baş Məclisində yəhudilərin Avropada kütləvi qırğınlara məruz qalması bəhanəsilə Fələstində onlar üçün bir dövlət qurulması ideyası gündəmə çıxarıldı və 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qərar qəbul olundu.

Qərara əsasən Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi оlmalı idi.

Bu qərarı Ali Ərəb Komitəsi rədd etdi, yəhudi təmsilçilər isə əksinə qəbul etdi. Beləliklə, sionistlər 1948-ci il, may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Fələstinlilər 15 mayı “ən-Nəkbə” (Böyük Fəlakət) günü kimi qeyd edirlər.

1948-ci ildə işğalçı sionistlər Qərb ölkələrinin dəstəyi ilə 800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kənddən çıxararaq, məcburi şəkildə onları köç etməyə vadar etdi. Bu gün torpaqlarından çıxardılan fələstinlilərin sayı 5 milyon 900 min nəfərə çatıb.

5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi başladı. İsrail ordusu Qərbin tam dəstəyi ilə 6 gün ərzində Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarımadasını, Suriyanın Qolan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları - Qüdsün ərəblərə aid hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də, İsrail bu qətnaməyə məhəl qoymadı.


İlk Fələstin intifadası
İlk Fələstin intifadası 1987-ci ildə Qəzzada başladı.  Bu işdə ən böyük töhfəsini verən İslam Müqavimət Hərəkatı –HƏMAS оldu. Birinci intifadada kütləvi olaraq fələstinlilər İsrail dövlətinə qarşı qalxdı. Müqavimət Jabalia qaçqın düşərgəsində başlandı və qısa müddətdə Qəzza, Qərb Sahili və Şərqi Qüdsün hər yerinə yayıldı. Fələstinlilər mitinqlərlə şiddətli müqavimət göstərirdi. Ümumi amaldan əlavə, İsrail məhsullarına baykot, plakatlar və barrikadalar, İsrail qüvvələrinə daş atmalar beynəlxalq aləmi sirkələdi. İsrail ordusunun mitinqlərə sərt müqaviməti, döyülmələr, şiddət və kütləvi həbslər, beynəlxalq qınağa səbəb oldu. 1991-ci ildə zəifləyən müqavimət, 1993-cü il avqust ayında Norveçdə Fələstin muxtariyyətinin qəbul etdiyi Oslo razılaşmasının imzalanması ilə sona çatdı. Müqavilə iki tərəf arasında yekun razılığın əldə olunmasını nəzərdə tuturdu.  
BMT-nin Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qərarlarına baxmayaraq, İsrail rejimi işğal edilmiş əraziləri genişləndirməyə və yeni yaşayış massivləri inşa etməyə davam edir.  


İkinci Fələstin intifadası və ya Əl-Əqsa intifadasıOslo müharibəsi kimi də tanınan ikinci müqavimət  2000-ci ilin iyun ayında başladı. Ariel Şaronun 1000 əsgərlə Məscidi-Əqsaya girməsi böyük etirazlara səbəb oldu. İsrailin itkiləri 1000, fələstinlilərin itkiləri isə 3000 nəfər oldu. 64 əcnəbi də bu intifadada həyatını itirdi.       İkinci intifada 2005-ci ilin fevral ayında, Misirin Şarm əl-Şeyx kəndində Mahmud Abbas və Ariel Şaron arasındakı atəşkəs razılaşması ilə "rəsmi olaraq" sona çatdı. Ariel Şaron fələstinlilərə qarşı İsrail rejiminin hər cür hərbi əməliyyatlara son verəcəklərini və müstəqil Fələstin dövlətinin qurulmasına başlanılacağını açıqladı. Lakin bu məsələlər sözdə olaraq da qaldı.  

22 günlük Qəzza müharibəsi 
27 dekabr 2008 - 18 yanvar 2009 tarixləri arasında İsrail rejimi Qəzza zolağını havadan, dənizdən və qurudan mühasirəyə aldı. 22 gün davam edən hücumlar nəticəsində 1417 fələstinli öldürüldü. Onların 926-sı mülki vətəndaş idi. Öldürülənlərin 313-ü uşaq, 116-sı qadın idi. 18 yanvarda İsrail tək tərəfli olaraq atəşkəs elan etdi. İsrail tərəfi 14 əsgərinin öldüyünü, 168 əsgərinin də yaralandığını bildirsə də, HƏMAS müqavimət hərəkatı 49 İsrail əsgərini öldürdüklərini və 411 nəfəri də yaraladıqlarını açıqladı.  

Qeyd edək ki, İsrail rejiminin hədəfində HƏMAS hökumətini devirmək və müqaviməti tamamilə məhv etmək, həmçinin Qəzza zolağından raket atılmasını qarşısını almaq olsa da, bunların heç birinə nail ola bilmədi.  


8  günlük Qəzza müharibəsi2012-ci il 14 noyabr tarixində İsrail rejimi növbəti dəfə Qəzza zolağına hücum etdi. 42-si uşaq, 18-i yaşlı, 23-ü qadın, 2-si jurnalist olmaqla, 171 nəfər  fələstinli öldürüldü. İsrail tərəfi 8 itki verib. İsrailin hücumu 14 noyabr HƏMAS müqavimət hərəkatının hərbi qolu “İzzədddin əl-Qəssam” briqadasının  komandiri Əhməd Əl-Cəbərinin sui-qəsd nəticəsində şəhid edilməsi ilə başlamışdı. Bu müharibə zamanı da İsrail öz hədəflərinə çata bilmədi.   
 

iyun 2014 Qəzza müharibəsi-Üçüncü intifadaBu müharibə 7 iyun tarixində İsrail tərəfi 3 vətəndaşının HƏMAS tərəfindən oğurlanaraq qətl etdiyi bəhanəsi ilə başladı. Müharibədən əvvəl İsrail tərəfi 500-dən çox fələstinlini həbs etdi.  

İŞİD terror təşkilatı həmin yəhudilərin oğurlayıb öldürülməsini öz öhdəsinə götürsə də, İsrail rejimi bəhanəsindən əl çəkməyərək Qəzza zolagına 3 tərəfdən də hücuma başladı. 

805 nəfər işğalçı rejim tərəfindən qətl edilib. Onların 170-i uşaq, 111-i qadın, 39-u isə yaşlıdır.    


Güclü müqavimət göstərən HƏMAS hərəkatının atəşkəs şərtləri bunlardır: 

- Qəzzaya tətbiq olunan embarqo ləğvi 

- Rəfah sərhəd qapısı bağlı qalmayacaq

- 12 iyunda həbs olunanların sərbəst buraxılması

- Əsirlərin dəyişdirilməsi razılığına riayət olunmalıdır 

- Qəzza dəniz sahilindəki darlaşdırılan balıq ovu sahəsi genişləndirilməlidir

- İsrail yeni hökumətin işinə qarışmamalıdır.  

HƏMAS-ın atəşkəs şərtləri Fələstin Azadlıq Təşkilatı və bütün fələstinli siyasətçilər tərəfindən dəstəklənir. 

Qəzza zolağındakı müqavimət Qüds gününün gecəsi, yəni iyulun 25-i İordan çayının qərb sahillərində yerləşən ərazilərə sıçradı. Məscidi-Əqsa, Ramallah, Nablus və Qələndiyyə bölgələrində on minlərlə fələstinli Qəzzaya tərəf yürüşə keçdi.  
 
İntifada davam edir…  

Seymur İsmayıl