вторник, 19 августа 2014 г.

Vəhhabi şeyxdən qadınlarla bağlı əxlaqsız fətva

Misirin tanınmış din xadimlərindən biri, ölkədəki sələfilərin liderləri arasında yer alan şeyx Usama əl Kavsinin son fətvası qalmaqala səbəb olub.

Memri TV bildirir ki, əl Kavsinin fətvasına görə, müsəlman kişi evlənmək niyyətində olduğu qadını nikahdan əvvəl hamamda çimərkən gizlicə güdə bilər.

"Gerçəkdən də niyyəti saf və səhih olan kişilər nikahla arvad etmək niyyətində olduqları qadını və ya qızın vücudunda qüsurlar olmadığını yəqin etmək üçün bu müslüməni hamamda çimərkən güdə bilər. Kişi bunu edərkən gizlənməli, yerini bəlli etməməlidir", - sələfi şeyxin fətvasında deyilir.

Usama əl Kavsi daha sonra bildirib ki, filmlərdə və videokliplərdə qadınların tam çılpaq olduğu səhnələrə baxmaq da "mömin müsəlman kişi üçün günah, yaxud haram sayılmaz": "İnsan ağlı olan məxluqdur. 

Əxlaq və islah əsas məsələdir. Bir var niyyət, bir var əməl. İnsan əməlinə nəzarət edirsə, nəfsinin qurbanı deyilsə, onun çılpaq qadınların görüntülərinə baxmasında qəbahət yoxdur. Başlıca məqam ədəbi gözləmək, əmələ nəzarət etməkdir".

Misirin dini işlər naziri Məhəmməd Muxtar sələfi şeyxin fətvasını əxlaqsızlıq adlandırıb: "Bir qadın hamamda çimərkən onu güdmək kişilikdir?! Belə hadisənin qızınızın başına gəlməsini istərdinizmi?!"

Комментариев нет:

Отправить комментарий