понедельник, 11 августа 2014 г.

GORUS

GORUS


387184 224512977626506 1747039460 n391123 224513377626466 122043713 n 397979 224513394293131 1550226542 n384799 224513044293166 525471032 n402875 224513180959819 983562430 n
398131 224513234293147 445462168 n387427 224513114293159 1283308306 n 
















Gorus - tarixi Zəngəzur qəzasının mərkəzi, Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində yaradılmış rayon

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 752 kv km-dir.Rayon mərkəzi respublika tabeli Gorus şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. Bazarçay çayı Gorus rayonunun ərazisini kəsib keçir. Böyük İşıqlı dağının bir hissəsi və Üçtəpə dağı (h.2124 m) da rayon ərazisinə düşür.

1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulax, Şahverdilər, Gorus...

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı     İndiki adı         Dəyişdirilmə tarixi
Gorus                    Qoris               ...
Quladərəsi            Qalidzor          ...
Əliqulu                  Azataşen         01.06.1940
Körü                      Dzoraşen        19.04.1950
Muğancıq              Haygedazor    19.04.1950
Yayıcı                   Qarjis              03.07.1968
Bayandur             Bağatur            07.05.1969


GORUS RAYONU
Azərbaycan Rusiyaya birləŞdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmıŞ
Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus Şəhəri olmuŞdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmıŞdır.
Rayonun ərazisi 752 km2, mərkəzi Gorus Şəhəridir.
Təbiəti
Gorus rayonu kəskin parçalanmıŞ vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun Şimalında bazalt süxurlardan ibarət ĠŞıqlı dağ silsiləsi uzanır (3548 m). Üçtəpə yaylası (1500-2300 m) Gorus və Sisyan rayonlarının hüdudlarında yerləŞən gözəl subalp çəmənliyidir. Üçtəpədən baŞlayaraq dağlar tədricən aŞağı meyillənir, Bazarçay dağ aŞırımına (600-800 m) keçərək, Bazarçay üzərindəki yerli camaat arasında "ġeytan körpüsü" deyilən təbii daŞ tuneli yaradır. Bu rayonun landŞaftının özəlliklərindən biri də "Gorus piramidaları"dır. Bunlar Gorus Şəhərinin Şərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aŞınması nəticəsində yaranmıŞ konusvari daŞ sütunlardır. Vulkanik mənŞəli piramidaların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək və Xnazax, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir. Gorus, ZoraŞen, Xnzoresk, Ağsu, Dığ, Xoznavar, Xnazax çayları Gorus rayonunun əsas su hövzələridir.
Gorus çayının orta axarı boyunca yerləŞən seyrək meŞəliklər qaratikan, zoğal, böyürtkən kolları və cəviz ağacları ilə örtülmüŞdür. MeŞələrin sıx yerində vələs, palıd, ağcaqayın, cır gilas və s. ağaclar üstünlük təŞkil edir. Su axarları əsasən Bazar çayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından ibarətdir. YetmiŞinci illərdən baŞlayaraq, Bazar çayın üzərində tikilmiŞ SES-lər, suvarma sistemləri Gorusun iqtisadiyyatına böyük təsir göstərmiŞdir.
Mineral sulardan "TurŞ su", (Tatev, KaraŞen, Gorus) daha məŞhur və qədim zamanlardan təbabətdə (türkəçarə) istifadə olunan ġeytan körpüsünün yaxınlığında yerləŞən mineral suların adını çəkmək olar. Zəngəzurun ən gözəl və ən böyük Su hövzəsi sayılan Qara gölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, Qara gölün Laçın ərazisinə düŞən hissəsi də 1968-ci ildə Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilmiŞdir.
Gorusda qıŞ Sisyan və Meğriyə nisbətən sərt və uzun olur. Havanın orta temperaturu yanvar ayında -2°C (aŞağı zona) -10°C arasında (ĠŞıqlı dağ) olur. Ġyul ayında temperatur müvafiq surətdə +22°C-dən +10°C-dək dəyiŞir. Yağıntının illik miqdarı 500-800 mm-ə çatır. May-iyun aylarında demək olar ki, günaŞırı yağıŞ yağır.

Tarixi oçerk
Gorus Qafqazda ən qədim yaŞayıŞ məskənlərindən biri olmuŞdur. Moisey Kalankatuklunun "Alban tarixi" əsərində (3-cü kitab 16-cı fəsil) bu yaŞayıŞ məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, ġimali Qafqazda Qroznı toponimləri ilə mənŞəcə eyni olub, türk mənŞəli Qorus tayfasının adı ilə bağlıdır (46 213).Gorus toponimini tədqiq edən əslən Gorusun ġurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars Şəhərinin adlarının Gorus toponimi ilə eyni mənŞəli olduğunu qeyd edir (53 səh 90). Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. "Alban tarixi" əsərində göstərilir:
"Babiki müŞaiyət edən Qor və Qazan adlı iki doğma qardaŞ öz dinlərini atıb xaçpərəst oldular. Babik püŞk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə ġalat kəndi çıxdı". Hot və ġalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.Gorus toponiminin Ġranın Həmədan Şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı iləbağlılığını göstərən Məhəmmədhəsən Baharlı bu tayfanın, eləcə də Azərbaycanın Cavad, ġamaxı və Göyçayqəzalarında məskunlaŞdığını da qeyd edir (83, 54). Lakin Məhəmməd Həsən Baharlının gorusluları kürdtayfaları kimi göstərməsi fikri ilə razılaŞmaq mümkün deyildir. Bu tayfa türk mənŞəli olmaqla, XV-XVI əsrlərdəQızılbaŞların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynamıŞ və çox güman ki, XVI əsrinəvvəllərində ġah Ġsmayıl Xətainin Zəngəzura yürüŞü zamanı bu ərazilərə gələrək yeni yurdda məskunlaŞmıŞlar.
Son Dövrlərdə erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki "qora" - "dağ" sözü iləəlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir Şeydir. Ən azı ona görə ki, ruslar Zəngəzura XIXəsrdə gəlmiŞlər, Gorus adı isə bundan ən azı 400 il öncə mövcud olmuŞdur.Gorusun bərəkətli torpağı, çay boyu vadiləri, sıldırım qayaları, mağara və kahaları qədim minilliklərdə adamlar üçün sığınacaq olmuŞdur. Orta əsrlərdə Qədim Ġpək yolunun bir hissəsi sayılan, NaxçıvandanXəzəryanı Şəhərlərə, Qarabağa və baŞqa yerlərə duz daŞıyan karvanların yolu Gorusdan keçib gedərmiŞ. Orta əsrŞərq-müsəlman memarlığının ən gözəl nümunələrindən biri olan Sınıq Karvansaranın da Gorus rayonuərazisində olması deyilənlərə sübutdur. Qayaların qoynundakı mağara və karvansaralar son illərə qədərqalmaqda idi. Bu ekzotik evlər uzun illər Qarabağ xanlarının istirahət və əyləncə yeri olmuŞdur.Onu da qeyd etmək yerinə düŞər ki, Qarabağ xanları Gorus ermənilərinə qarŞı həmiŞə xoŞ münasibətbəsləmiŞlər. Pənahəli xan Qarabağ məliyi ġahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi vermiŞvə bu bölgənin idarəçiliyini ona tapŞırmıŞdır. Qarabağ xanının icazəsi və dəstəyi ilə 1765-ci ildə Gorus kilsəsi tikilmiŞdir.Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə (XVII-XVIII əsrlərdə) Məlik Hüseynlilər tayfası idarə etmiŞ və bu nəslin Qarabağ xanlığı ilə yaxın əlaqələri olmuŞdur. 1805-ci ildə Qarabağa daxil olan rus qoŞunları Gorus Şəhərini Rusiyanın hərbi qərargahına çevirmiŞdir.1826-cı ilin iyul ayında Rusiya-Ġran müharibəsi Zəngəzurda Şiddətlənir və Q.Nazimkanın komandanlığı altında rus ordusu 42-ci polkunun üç alayı (2 topu) Gorusda yerləŞdirilir (132). Köhnə Gorus qəsəbəsi 1868-ci ildən Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuŞdur. Lakin qəsəbənin yerləŞdiyi dərənin məhdud sahəsi onun geniŞlənməsinə imkan vermədiyinə görə Məlik Hüseynin məsləhəti ilə 1870-ci ildə köhnə Gorusdan bir qədər qərbdə, kəndin qarŞısındakı düzənlikdə, çayın sağsahilində Gorus Şəhərinin əsası qoyulmuŞdur. Bu Şəhər 1868-1918-ci illərdə Yelizavetpol quberniyası Zəngəzur qəzasının mərkəzi, 1921-30-cu illərdə Ermənistan SSR Zəngəzur qəzasının, daha sonra isə Gorus rayonunun mərkəzi olmuŞdur. Gorusda 1823-cü ildə 119 ailə (azərbaycanlı və erməni) yaŞayırdı. Azərbaycan Rusiyaya birləŞdirildikdən sonra 1829-31-ci illərdə Ġrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləŞdirilmiŞ, gəlmə ermənilərin hesabına Şəhərin əhalisi artmıŞdır. Gorus Şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləŞdirmə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxıŞdırılıb çıxarılmıŞlar. S. Zelinskinin 1886-ci il tədqiqatında Gorus Şəhəri erməni yaŞayıŞ məntəqəsi kimi göstərilir. Yalnız burada bir neçə azərbaycanlı ailəsinin yaŞadığı qeyd edilir. Gorus erməniləri istər xarakterinə, istərsə də ləhcələrinə görə Zəngəzurun digər ermənilərindən kəskin Şəkildə fərqlənirdilər. Erməni dilçilik elmində "Gorus ləhcəsi" deyilən bir sahənin olması da təsadüfi deyildir.Müxtəlif zamanlarda dünyanın müxtəlif ölkələrindən indiki Ermənistan ərazisinə köçürülən ermənilər müxtəlif ləhcələrlə danıŞırlar. Bu yığma xalqın hər rayonda, hətta ayrı-ayrı kəndlərdə belə özlərinə məxsus ləhcələri
mövcuddur. Belə ki, Zəngəzurun Meğri rayonundakı ermənilər bir ləhcə ilə danıŞdıqları halda, qonŞu Qafanda baŞqa ləhcə ilə danıŞırlar. Ġrəvan ermənilərinin öz ləhcəsi, Leninakanın öz ləhcəsi vardır. Bir sözlə, Ermənistanda 40-a qədər ləhcə vardır. Ancaq Gorus ləhcəsi bunların heç birinə bənzəmir. Bu ləhcə ilə Gorus rayonunda, Sisyanın və Qafanın bəzi erməni kəndlərində danıŞırlar. Gorus ləhcəsinin Qarabağ ləhcəsinə yaxın olması faktı da Zəngəzur və Arsağın qədim Albaniya dövlətinin qonŞu vilayətləri olmasını təsdiq edən
dəlillərdən biri kimi əhəmiyyətlidir. Son əsrdə Gorus erməniləri öz kobudluqları, qəddarlıqları və azərbaycanlı əhaliyə qarŞı daha sərt
münasibətləri ilə seçilmiŞlər. Fikrimizcə bu, həm Gorusda güclü dayaqlara malik olan "DaŞnaksütyun" partiyasının antitürk təbliğatı, həm də IX əsrin sonlarında Zəngəzurda Alban xristianlarının qriqorianlaŞdırılmasında xüsusi rol oynamıŞ Tatev kilsəsinin təsiri ilə əlaqədar idi. Sonrakı dövrdə də Gorus rayonu Zəngəzurun erməni daŞnak mərkəzi kimi tanınmıŞdır. 1905 və 1918-ci il Zəngəzurdakı erməni-müsəlman davaları zamanı Gorus erməniləri xüsusilə qəddarlıq göstərmiŞlər. 1918-ci ildə Andronikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi və Gorusda öz dövlətini elan etməsi, Dro və Nijdehin daŞnak dəstələrinin uzun müddət Gorusda və Tatevdə at oynatması, Zəngəzurda Sovet hakimiyyəti qurulduqdan sonra belə, iki ilə yaxın bir müddətdə Gorus ərazisində "Sünik respublikası" deyilən oyuncaq qurumun qalması Gorusda separatçı antitürk daŞnak ruhunun yüksək olduğunu sübut edən faktlardır. 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olmuŞdur. Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndinin adı erməniləŞdirilmiŞ, 6 kənd isə ləğv edilmiŞdir. 1988-ci ildə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmıŞdır ki, onların da əhalisi ilin sonunda deportasiya edilmiŞdilər. Gorus rayonunda 1988-ci ilə qədər mövcud olmuŞ azərbaycanlı
KƏNDLƏRİ:

Ağbulaq kəndi

Gorus rayon mərkəzindən 40 km cənub-qərbdə, Kəpəz dağının ətəyində, meŞə içərisində yerləŞir. Kəndin adı Kəpəz dağından axan Ağbulaq adlı çeŞmədən götürülmüŞdür. 1830-cu ildən sonra salındığı güman edilir. Rayonun ən abad kəndlərindən biri idi. 1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarŞı mərdliklə döyüŞmüŞ, uzun müddət öz kəndlərini tərk etməmiŞlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuŞ və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaŞmıŞlar. Sovet hökuməti qurulduqdan sonra kənd camaatının bir hissəsi (40-a yaxın ev) geri qayıdaraq, Ağbulaq kəndini yenidən bərpa etmiŞlər. Kənddə 1931-ci ildə məktəb açılmıŞ, 1935-ci ildə isə kolxoz qurulmuŞdur. 1941-45-ci illərdə Ağbulaq kəndindən 35 nəfər müharibədə iŞtirak etmiŞ, onlardan 14 nəfəri həlak olmuŞdur. 1948-52-ci illərdə Ağbulaq kəndindən 51 ev Azərbaycana (Yevlax və Bərdə rayonlarına) köçürülmüŞdür. 1988-ci ildə Ağbulaq kəndində 70 ev, 240 nəfər əhali var idi. Kənddə klub, kitabxana, məktəb, kolxoz idarəsinin binası, tibb məntəqəsi, mağaza və s. sosial obyektlər var idi. 1988-ci ilin noyabrında Ağbulaq kəndi ermənilər tərəfindən zorla boŞaldılmıŞ, həmin hadisələr zamanı kənd sakini Əsgərov Bərxudar Əmrah oğlu vəhŞicəsinə qətlə yetirilmiŞdir. Ağbulaq camaatı hal-hazırda Bakı, Sumqayıt, Mingəçevir Şəhərlərində, Füzuli, Cəbrayıl, Beyləqan və Qubadlı rayonlarında yaŞayırlar. Qarabağ uğrunda gedən döyüŞlərdə Ağbulaq kəndində anadan olmuŞ Seymur Quliyev qəhrəmancasına həlak olmuŞdur. Kəndin toponimləri: Ağbulaq, Xor-xor bulaq, Çömçə bulaq, DaŞ bulaq, AləmŞah, Zaman təpəsi, ÇiriŞli, Dəf yalı, ġingirlik, Qalanın quzeyi, Çarıq dələn, Vənli güney, Mac, Kəndirbaz, Gəlin qaya, GamıŞ yatağı, Öküz ziyarəti, Pullu bulaq, Oğlan-qız, Qanbel, Yellicə, Sadıq gölü, Seyidlər düŞən və s. (Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə Telman Əliyevə təŞəkkürümüzü
bildiririk - müəll.).

Qurdqalaq kəndi

Gorus rayon mərkəzindən 40 km cənub-Şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, meŞəliyin içərisində yerləŞmiŞdir. Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Toponimləri: Qızılqaya, Bəbirin yeri, Uzun güney, Bəxtiyar dərəsi, Almalıq, Soyuq bulaq, Ağa çayı, Qiblə daŞı və s. 1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmıŞ, kənd camaatının bir hissəsi qətlə yetirilmiŞ, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmıŞlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmiŞlər. Kənddə 1934- cü ildə ibtidai məktəb açılmıŞ, 1935-ci ildə isə kolxoz qurulmuŞdur. Ġkinci Dünya Müharibəsində Qurdqalaq kəndindən 27 nəfər iŞtirak etmiŞ, onlardan 21 nəfəri həlak olmuŞdur. 1988-ci ildə kənddə 55 təsərrüfat, 150 nəfər əhali olmuŞdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s. sosial obyektləri var idi. 1988-ci ilin noyabrın sonlarında Qurdqalaq kəndi ermənilər tərəfindən zorla boŞaldılmıŞ, kolxozun və kənd camaatının bütün əmlakı, o cümlədən evləri əllərindən alınmıŞdır. Hal-hazırda Qurdqalaq kəndinin sakinləri Bakı və Sumqayıt Şəhərlərində, AbŞeron, Beyləqan, Qubadlı və Füzuli rayonlarında məskunlaŞmıŞlar. Qarabağ uğrunda gedən döyüŞlərdə Qurdqalaq kəndindən 4 nəfər Şəhid olmuŞdur: Babayev Nizami
Hidayət oğlu, Ağayev Habil Kamil oğlu, Məmmədov MüŞviq Yusif oğlu, Əsgərov ġahin Rəcəb oğlu.(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə Telman Əliyevə təŞəkkürümüzü
bildiririk - müəll.).

Şahverdilər kəndi

Gorus rayon mərkəzindən 14 km cənubda, Gorus-Qafan Şosse yolunun kənarında, Bazar çayın (BərguŞad) üzərində yerləŞmiŞdir. Kəndin ətrafında qədim Alban kilsəsinin və qəbiristanlığının qalıqları var idi. 1918-ci ildə kənddə 100-ə yaxın ev olmuŞdur. Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında ġahverdilər kəndinə basqın etmiŞ, kəndi dağıtmıŞlar. DaŞnaklarla mübarizədə kənd camaatının böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, ermənilər ġahverdilər kəndini yandırmıŞ, kənd sakinlərindən 87 nəfəri qətlə yetirmiŞ, qalan camaat isə Qubadlı rayonuna qaçmıŞdır. Qaçqın düŞmüŞ Şahverdilər camaatı ġuŞa, Ağdam, Yevlax və Bakıda məskunlaŞmıŞlar. Sovet hökuməti qurulduqdan sonra cəmi 40 ailə yenidən geriyə dönərək ġahverdilər kəndini bərpa etmiŞlər. 1933-cü ildə kənddə kolxoz qurulmuŞ, 1935-ci ildə isə ibtidai məktəb açılmıŞdır. Böyük Vətən Müharibəsində kənddən 26 nəfər iŞtirak etmiŞ, onlardan 9 nəfəri geriyə qayıtmamıŞdır. 1951-ci ildə ġahverdilər kəndinin camaatı deportasiya olunaraq Yevlax rayonunun Hürü uŞağı və Borçalı kəndlərinə köçürülmüŞlər. Kəndin təsərrüfatı və torpaqları isə Xot və Kürdük erməni kəndlərinə verilmiŞdir. 1954-cü ildə ġahverdilər kəndinin camaatının bir hissəsi yenidən geriyə qayıdaraq, öz kəndlərində məskunlaŞmıŞlar. Kolxoz və kənd sovetliyi isə Xot kəndində qalmıŞdır. 1961-ci ildə Tatev su elektrik stansiyası tikilərkən kəndin adı dəyiŞdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmıŞdır. Həmin vaxtdan 8 erməni ailəsi ġahverdilər kəndinə köçərək, orada məskunlaŞmıŞlar. Kənddə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza var idi. 1988-ci ildə kənddə 15 ev, 80 nəfər əhali var idi. Həmin ilin noyabrında rayonun digər kəndləri kimi, Şahverdilər kəndi də boŞaldıldı, əhalinin var-dövləti, ev-eŞiyi əvəzsiz olaraq ermənilərə qaldı. Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuŞ Tahirov Rəhim Əvəz oğlu və müstəqil respublikamızın ilk generallarından biri olan Əliyev Tahir Yunus oğlu ġahverdilər kəndində anadan olmuŞdur. Şahverdilər kəndinin toponimləri: Süleyman bulağı, Dolayı bulaq, Qırğı bulağı, Cəhənnəm dərəsi, Cinni dərə, Düzülmə qaya, Dəlik daŞ, Oxçu kahası, Qara qaya, Qapı daŞı, Heydərin yurdu və s. (Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə Tahirov Ġslam Əvəz oğluna təŞəkkürümüzü bildiririk - müəll.).

Şurnuxu kəndi

Şurnuxu kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus rayon mərkəzindən 27 km cənubda, meŞənin içərisində, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, ġamsız, ġahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləŞmiŞdi. 1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə (1989) qədər yalnız azərbaycanlılar yaŞamıŞdır. ġurnuxu kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır. ġurnuxu kəndinin yaxınlığında vaxtilə Ağvanlı adlı azərbaycanlı kəndi olmuŞ, 1918-ci ildə həmin kənd dağıdılmıŞ və sonra bərpa edilməmiŞdir. Ağvanlı toponimi də bu yerlərin qədim Albaniya ilə bağlılığını göstərən tarixi faktdır. 1918-20-ci illərdə ġurnuxu kəndi dağıdılmıŞ, kənd camaatının bir hissəsi qətlə yetirilmiŞ, bir hissəsi isə qaçqın düŞərək Qubadlı və Cəbrayıl rayonuna pənah aparmıŞlar. Sovet hökuməti qurulduqdan sonra ġurnuxu camaatı yenidən öz doğma kəndlərinə qayıtmıŞ, dağıdılmıŞ təsərrüfatlarını bərpa etmiŞlər. 1930-cu ildə ġurnuxuda ibtidai məktəb açılmıŞ, 1931-ci ildə kolxoz qurulmuŞdur (qonŞu Ağbulaq və ġamsız kəndləri ilə birlikdə). Ġkinci Dünya Müharibəsində ġurnuxudan 70-dən çox adam iŞtirak etmiŞ, onlardan 25 nəfəri geri qayıtmamıŞdır. Ġkinci Dünya Müharibəsindən sonrakı illərdə Gorus rayonunda ermənilər azərbaycanlı əhaliyə qarŞı təcavüzkar münasibətlərini daha da gücləndirdilər. 1948-52-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, ġurnuxu camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmiŞ, Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə Şəhərlərində məskunlaŞmıŞlar. Ermənilərin apardıqları milli ayrı-seçkiliyə baxmayaraq, 70-80-ci illərdə ġurnuxu kəndi xeyli inkiŞaf etmiŞdi. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür Şəraiti olan xüsusi evlər tikilmiŞdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və hökumət rəhbərliyinin təŞkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, ġurnuxu kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana qovuldular. Kənd camaatının böyük əksəriyyəti ev əŞyalarını çıxarda bilmədilər. Evlərin çoxu dəyiŞilməmiŞ qaldı. Qarabağ uğrunda gedən döyüŞlərdə ġurnuxudan 5 nəfər Şəhid olmuŞdu (Niftəliyev Azər Bayram oğlu - baŞ leytenant, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuŞdu; Ağayev Mehman Müseyib oğlu, ġükürov Seymur ġəmil oğlu, Adıgözəlov ElŞən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu). Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Ümnisə xanım Musabəyova ġurnuxuda anadan olmuŞdur. ġurnuxu kəndinin toponimləri: Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, EŞŞək meydanı, Donuz damı, Qaramalıq, üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat,Dəhnə, Göy bulaq, HəŞim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, LayıŞ bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meŞə və s. (Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə Əzəmət Rüstəmliyə təŞəkkürümüzü bildiririk - müəll.)
MƏNBƏ : MUSA URUD "ZƏNGƏZUR", 

Комментариев нет:

Отправить комментарий