BU GÜN HƏZRƏT MƏSUMƏNİN (S.Ə) VİLADƏT GÜNÜDÜR
İslaminsesi.az - Hicrətin 173-cü ili Zilqədə ayının 1-i İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.
Xanımın (s.ə) adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"dir. Atası, Əhli-beyt (ə) davamçılarının yeddinci İmamı Musa ibn Cəfər (ə), anası isə səkkizinci İmam həzrət Rzanın (ə) anası Nəcmə Xatundur (s.ə).
Xanımın (s.ə) adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"dir. Atası, Əhli-beyt (ə) davamçılarının yeddinci İmamı Musa ibn Cəfər (ə), anası isə səkkizinci İmam həzrət Rzanın (ə) anası Nəcmə Xatundur (s.ə).
Beləliklə də həzrət Məsumə (s.ə) və İmam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdırlar. Xanım hicri-qəməri tarixi ilə 173-cü il, Zilqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda Bağdad şəhərində Harunun zindanında həbs olunan atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət İmam Rza (ə) onu öz himayəsi altına alaraq saxlamışdır.
Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən (ə) heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, İmam Rzanı (ə) görmək şövqündə olan həzrət Məsumə (s.ə) Xorasana tərəf yola düşdü. Xanım Məsumə (s.ə) bir baxışdan həzrət Zeynəbə (s.ə) bənzəyirdi.
Çünki Yezid İmam Hüseyni (ə) mənfi simada tanıtmaq istədikdə Həzrət Zeynəb (s.ə) cəsurluqla Yezidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı. Həzrət Məsumə də (s.ə) ona bənzər bir iş gördü. Çünki Məmun İmam Rizanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə İmama (ə) çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.
Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun İmamı Rzanı (ə) zorla apardığını ifşa etdi. Xanım buyurmuşdu:
"Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: "Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir". Beləliklə, karvan Quma tərəf hərəkət etdi.
Qum şəhərinin böyükləri Xanımın (s.ə) Quma gəlməsini eşitdikdə şad oldular və onun görüşünə çıxaraq, böyük sevinc və şövqlə Xanımı (s.ə) qarşıladılar. Xanım Məsumə (s.ə) on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. On yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır. Bu, onun ibadətə nə qədər aşiq olduğunu və Allah-Təala ilə söhbətə və rabitəyə nə qədər önəm verdiyini göstərir. Bundan əlavə, Xanım (s.ə) ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər onun vasitəsi ilə gəlib çatmışdır.
Bütün bunlara baxmayaraq, Xanım Məsumə (ə) qardaşı İmam Rza (ə) ilə görüşə bilmir və hicri tarixi ilə 201-ci ildə 28 yaşında Allahın çağırışına "ləbbeyk" deyərək, gözlərini əbədi olaraq bu dünyaya yumur. Amma onun 17 günlük Qumda yaşaması bu şəhəri müsəlmanların ən böyük ziyarətgahlarından birinə çevirir. Xanımın fəzilətləri böyük olub. Amma biz İmam Cəfər Sadiqdən (ə) Xanımın fəzilətinə dəlalət edən bir hədisi oxucularımızın diqətinə çatdırmaqla kifayətlənirik.
İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) bir hərəmi vardır və o, Mədinədir. Əmirəl-Mömininin (ə) bir hərəmi vardır və o, Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır". Sonra İmam buyurur: "Qumda mənim övladlarımdan Fatimə binti Musa (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar".
Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, İmam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır. /deyerler.org/
Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, İmam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır. /deyerler.org/
Комментариев нет:
Отправить комментарий