SAXAL-ın (İsrailin müdafiə ordusu) əsası 1948-ci ildə, İsrail dövləti elan olunduqdan bir neçə həftə sonra qoyulub. “Məcburi hərbi mükəlləfiyyət barədə qanun”a uyğun olaraq, 18 yaşı tamam olan bütün İsrail vətəndaşları məcburi hərbi xidmətə yollanmalıdırlar. Kişilər üçün xidmət müddəti 3, qadınlar üçün 2 ildir. Hərbi komissiyanın xidmət üçün yararsız bildiyi adamlar (bura xəstələr, əlillər və s., o cümlədən bəzi tələbələr daxildir) əsgərlik borcundan azad olunurlar. Dini görüşlərinə görə orduda xidmət etmək istəməyən qızlar xidmətdən azaddırlar, amma arzu etdikləri təqdirdə, yardımcı tibbi yardım tərkibində alternativ hərbi xidmət keçə bilərlər. İsrail dövlətini müdafiə etmək kimi əsas vəzifədən başqa, SAXAL öz üzərinə ümummili məsələləri də götürür. Təhsil sahəsində onun vəzifəsi əsgərlərin müxtəlif səbəblərdən başa vura bilmədikləri ibtidai təhsilini yekunlaşdırmaq, İsrailin təbliği istiqamətində tərbiyəvi və mədəni-kütləvi tədbirlərin keçirilməsidir. Bundan başqa, SAXAL hissələri gənclərin təşkilatlanmış qruplarına sərhəd bölgələrində və boş ərazilərdə qəsəbələr salmağa yardım edir. Müəyyən müddət ərzində SAXAL-ın bu cür qəsəbələri vətəndaş məskənlərinə (kibbuts və moşavalar) çevrilir. SAXAL-ın hərbi qulluqçuları hərbi xidməti kibbuts və ya qəsəbələrdəki işlə eyni vaxtda həyata keçirirlər. Bundan başqa, SAXAL milli məsələlərin həlli ilə məşğul olur: pedaqoji hazırlıq keçmiş qadın əsgərləri dərs demək üçün müəllim çatışmayan yerlərə göndərir. Bundan əlavə, qızlar arzularına görə xəstəxanalarda və poliklinikalarda yardımçı tibbi personal kimi fəaliyyət göstərə bilərlər. Bütün ölkə vətəndaşlarının xidmət keçdiyi SAXAL İsrail cəmiyyətinin onurğasını təşkil edir. Burada müxtəlif icmalardan və sosial təbəqələrdən olan şəxslər birgə qulluq edirlər və müştərək taprşırıqları çətin şəraitdə həyata keçirirlər. Orduya yeni repatriantlar 18-24 yaşlı yeni gələnlər (kişilər) qısaldılmış hərbi xidmət keçirlər, bu xidmətin müddəti onların yaşı və ailə vəziyyəti ilə müəyyən olunur (4 aydan 30 ayadək). Əcnəbi orduda qulluq etmiş yeni repatriantlar da qısamüddətli hərbi xidmət keçirlər. 24 yaşından yuxarı repatriantlar dördaylıq hərbi hazırlıqdan sonra yalnız ehtiyat qoşunlarda xidmət keçirlər. 20 yaşdan yuxarı yeni repatriant qızlar və ərli qadınlar hərbi xidmətdən azad olunurlar. Vətənə yeni qayıdanlar gəlişlərindən yalnız iki il sonra hərbi xidmətə çağırıla bilərlər, amma yeni repatriant kimi vəsiqə aldıqdan sonra onlar çağırış məntəqəsində qeydiyyatdan keçməlidirlər. Ali və ya orta ixtisaslı müəssiələrdə yeni repatriantlar ordudan möhlət ala bilərlər. Absorbsiya Nazirliyi repatriant hərbi qulluçulara illik maliyyə yardımı ayırır. Ksin Ha-ir (şəhərin növbətçi zabiti) hərbi qulluqçularla onların ailələri arasında əlaqə yaradır. İsraildə müdafiə xarakterli məlumatlar çap olunmur; aşağıda göstərilən məlumatlar isə, əcnəbi mənbələrin və İsrail araşdırmaçılarına əsaslanır. İsrail silahlı qüvvələrinin sayı tam səfərbərlik zamanı (ərazi müdafiə bölmələri, vətəndaş müdafiəsi dəstələri, sərhəd və sahil mühafizəsi) 631 min nəfər civarında dəyərləndirilir. Həqiqi hərbi xidmətdə olanların sayı isə, 186 min nəfərdir. Əsgər və zabitlərin nisbi müqayisəsi göstərir ki, Misir ordusu (450 min nəfər) İsrail ordusundan 2.4; Suriya ordusu isə (289 min nəfər) 1.5 dəfə çoxdur. Amma İsrail ordusunda ehtiyatda olanların sayı (445 min) Misir (254 min) və Suriya ordusundakı (132 min) ehtiyatda olanların ümumi sayından çoxdur. İordaniya (101 min əsgər və zabit) və Livan (61 min nəfər) qoşunları sayına görə İsrail ordusundan geri qalır. İsrail ordusu 24 saat ərzində ehtiyat hissələri səfərbərliyə almağa qadirdir, bu isə, İsrailim strateji zəifliklərini (kiçik ərazi, nizami qoşunların azlığı, ) xeyli dərəcədə kompensasiya edir. Çoxsaylı düşmənlə əhatə olunmuş İsrailin problemlərini həll etməli olan strateji doktrinanın digər vacib aspektləri – hərbi əməliyyatların hücum xarakteri, hərbi əməliyyatların düşmən ərazisinə keçirilməsi və onların mümkün qədər ölkə sərhədlərindən kənarlaşdırılması, qoşunların sürətlə, cəbhədən-cəbhəyə yerdəyişməsi, əsas təhlükə yerində maksimum qüvvələrin mərkəzləşməsi, quru qoşunlarına qarşı hərbi hava qüvvələrindən istifadənin təmərküzləşməsi və koordinasiya olunması (bu, bütün digər amillərlə insan itkilərini azaltmağa yardım edir), preventiv zərbələrin endirilməsi (əlverişli siyasi şərtlərdə), eyni zamanda dünya və İsrail hərbi sənayesinin nailiyyətlərindən maksimal dərəcədə istifadə ilə bağlıdır. Ən son məlumatlara görə (bu, 2002-ci ilin qiymətləndirmələridir, yeni məlumatlar açıqlanmayıb), tam səfərbərlik zamanı İsrail quru qoşunlarının sayı 521 min nəfərə çatır (həqiqi hərbi xidmətdə olan 141 min nəfər hərbi qulluqçu və ehtiyatda olan 380 min nəfər hərbçi), buraya 16 diviziya (o cümlədən 12 zirehli tank diviziyası), 76 briqada daxildir. SAXAL-ın inhisarında 3930 tank var, bu, İsraillə sərhəd ölkələrinin orudusunda olan tanklardan çoxdur. Onların böyük bir hissəsi (1400) İsrail istehsalı olan I, II, III, IV model yerli istehsal olan “Merkava” tanklarından ibarətdir (İsrail 1985-ci ildən sonra xaricdən tank almır). İsrailin 8040 zirehli transportyoru və zirehli maşını var, onların əksəriyyəti Amerikada istehsal olunub, bu, qonşu ordularda olandan çoxdur. Artilleriya silahlarının sayı 1350-ni ötür. Bu sırada 36 ədəd 203 millimetrlik qaubitsalar (qısalüləli ağır top), 175 millimetr kalibrli 140 ədəd ABŞ istehsalı olan, uzaq döyüşlər üçün nəzərdə tutulan silah, İsrail layihəsi əsasında Fransada hazırlanan 155 millimetr kalibrli 720-yə yaxın top, eyni zamanda 130 və 122 millimetrlik sovet qəniməti olan silah var. Minomyotların, xüsusən də 160 millimetrlik özüyeriyən qurğuların sayı da çoxdur. Hərbi Hava Qüvvələrində 2002-ci ildə 36 min nəfər xidmət edirdi. Səfərbərlik zamanı İsrail HHQ personalı təxminn 91 min nəfərə çatır. Müxtəlif məlumatlara görə, HHQ-nin inhisarında 800 (istifadədə olan 628, operativ – döyüşə hazır vəziyyətdə saxlanılan, xaricə satıla və ya fövqəladə vəziyyətdə istifadə oluna biləcək 172) döyüş təyyarəsi var. Bu mənada da İsrail, qonşularını geridə qoyur (Misirdə döyüş təyyarələrinin sayı – 505, Suriyada – 451, İordaniyada -97-yə çatır. Livanın isə belə təyyarələri yoxdur). Döyüş təyyarələrindən başqa, İsrail HHQ-nin 57 nəqliyyat təyyarəsi (“Boinq-707”, “Herkules” C-130H, “Arava” və Do-28B-1 modelli “Dorenye”), 6 benzindoldurucu nəqliyyat təyyarəsi, 138 təlim təyyarəsi, 22 rabitə təyyarəsi, eyni zamanda elektron kəşfiyyat və patrul təyyarələri var. Bundan başqa, ölkənin AH-64A “Apaçi” və AH-1G/E/F/S “Kobra” və 500MD “Defender” döyüş təyyarəsi və fərqli modifikasiyalardan olan nəqliyyat təyyarələri var. İsraildə gəmilərdən başqa hava hücumundan müdafiə əleyhinə bütün ixtisaslaşmış vasitələr Hərbi Hava Qüvvələrinin tərkibinə daxil oan Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) tərkibində mərkəzləşiblər. |
понедельник, 11 августа 2014 г.
Saxal-İsrail ordusu (bilmediklərimiz)
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий