воскресенье, 24 августа 2014 г.

Nəriman Nərimanovun gerçək siması.

Nəriman Nərimanovun gerçək siması.
Nərimanovun bəraəti üçün gətirilən tutarqalar da tarixi kontekstdən qoparıldığı üçün gücsüzdür. 1) Deyirlər ki, N.N. bolşevizmə ürəkdən inandı, sonra anlayıb onun iç üzünü açdı. Nə vaxt açdı? Gördü ki, ona vəd edilmiş hakimiyyət mövcud deyil - ölkəni Xİ ordu, "ÇK" idarə edir. O aldanmamışdı - hakimiyyət iyinə gəlmişdi. Bəs Stalin niyə Rəsulzadəni aldada bilmədi? Halbuki Rəsulzadəyə də Nərimanovun yerini təklif edirdi. Rəsulzadə rusun oyuncağı olmağı özünə sığışdırmazdı, N.N. isə buna razılaşmışdı. 2) DQMV-nin Azərbaycanın tərkibində qalmasına gələk. Axı bundan öncə N.N. Zəngəzuru Ermənistana vermişdi və bundan sonra Azərbaycanın bütün sərvətlərinin Ermənistana da məxsus olduğunu elan etmişdi! Qarabağı da versəydi ağ olardı! 3) Mehmandarov və Şıxlinskini qorudu. Bəli, onları sovet hakimiyyətinə qulluq üçün Moskvaya göndərdi. İndi mən soruşuram: Mehmandarova küçəni kimin dövründə süpürtdülər və 20-yə yaxın Azərbaycan generalını və başqa yüksək rütbəli zabitlərini (o sıradan Qacarları, Tlexası və b.) kimin dövründə güllələdilər?! 4) Xosrov bəy Sultanovu İrana keçirdi. Rəsulzadə hakimiyyəti Xosrov bəyi hərbiyyə naziri, Qarabağ valisi, Parlaman üzvü etmişdi, Nərimanovun isə onu Azərbaycanda qoruyub saxlamağa belə gücü çatmadı. Yaxşı, Xosrov bəyi qorudu, bəs Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi (yüzlərcə başqasını demirəm) kimin hakimiyyəti dönəmində terrorla aradan götürdülər? 4) Deyirlər ki, N.N. tək idi. Bilirsinizmi niyə? Çünki o, Azərbaycan xalqını yox, Kremli təmsil edirdi! Rəsulzadə isə tək deyildi, çünki onun ətrafındakıların hamısı milli ziyalılar idi. İş burasındadır ki, indiyədək N.N. ilə bağlı yazılan bütün əsərlər subyektiv olub və onun tərifinə həsr edilib. Ancaq arxiv sənədləri üzə çıxdıqca onun gerçək siyasi siması da müəyyənləşir.
Paylaşdı:Ədalət Tahirzadə

Комментариев нет:

Отправить комментарий