суббота, 30 августа 2014 г.

MOSSAD’IN GİZLİ PLANI

ORTADOĞU’DA MOSSAD’IN GİZLİ PLANI


Evet, sevgili dostlar son zamanlarda biz yine kendimiz ile uğraşırken İsrail bölgede yeni planlarını hayata geçirmeye yavaş yavaş başladı. Son dönemde birçok Mossad ajanı Ortadoğu’da bazı önemli suikastlar için görevlendirildi. Bu hazırlanan suikast timi İsrail’in elit suikast timi Kidon’un (Süngü) gizli ajanlarıdır. Özellikle Suriye’de türlü oyunlar oynanıyor ve yakın zamanda önemli suikastlar olacağı kanaatindeyim.
Baktığımız zaman, İsrail istihbarat servisi Mossad’a bağlı yetkililerin görüştükleri İranlı terör örgütü liderlerine, kendilerini Amerikan istihbarat servisi CIA ‘nın yöneticileri olarak tanıtıp Tahran yönetimini hedef alan suikast ve eylemler düzenlemeye ikna ettikleri ortaya çıktı. Mossad yetkilileri İngiltere’nin başkenti Londra’da, Amerikan doları ve pasaportları kullanmış ve kendilerini “CIA Ajanları” olarak tanıtarak Cundullah ile temas kurmuştur. “Foreign Policy” dergisinin, resmi yazışma belgelerine dayanarak verdiği haberinde, İran-Pakistan sınır bölgesinde faaliyet gösteren ve Beluçi halkı için mücadele eden Cundullah örgütünün, Zahedan’da düzenlediği bir saldırıda İran Devrim Muhafızları’nı hedef alarak 28 kişiyi öldürdüğü ayrıca hatırlatıldı. Özellikle ABD’nin son dönem İran yakınlaşması Tel-Aviv’de bir hayli rahatsızlık yaratmıştır. İsrail Başbakanı Netanyahu da bu rahatsızlığını açıkça dile getirmiştir.
Mossad, PKK’nın İran kolu olan PJAK’ı kullanmak ve bu yolla hem İran’ı hem de Türkiye’yi yıpratmak istemiştir. İsrail’in amacı aslında bir nevi İran’daki azınlıkları harekete geçirmekti. Eski Mossad Başkanı Meir Dagan, Ağustos 2007′de ABD Dışişleri Bakanlığının kilit isimlerinden Nicholas Burns’e yolladığı bir mesajda “İran’ı Irak gibi yapmak için fırsatların olgunlaştığını” söylemişti, fakat İsrail’in bu isteği ABD tarafından tepki ile karşılanmıştı. Daha o zamanlar uzun vadede ABD, İran ile anlaşma olasılığını her daim diri tutmuştur. Hatta yakın zamanda ABD Başkanı Barack Obama’nın, İranlı nükleer bilimci Mustafa Ahmedi Ruşan’ın suikast sonucu öldürülmesinden bir gün sonra İsrail Başbakanı Binyamin Netanyahu’yu telefonla arayıp konuştuğu bilinmektedir. Obama bu görüşmede İsrail’in bölgedeki eylemlerinden dolayı Netanyahu’ya sert tepki göstermişti.
Son zamanlarda ise İsrail’in bölgede belirttiğimiz gibi Mossad’a bağlı özel bir birliği görevlendirdiği kulağımıza gelen son bilgilerdendir. Bu özel suikast timi özellikle bölgede daha öncede operasyon yapmış, sahada deneyimli bir tim idi. Hatta üst düzey Hamas üyesinin Suriye’nin başkenti Şam’da öldürülmesinin altından İsrail istihbarat örgütü Mossad çıkmıştır. Lübnan’da açıklama yapan Hamaslı bir üst düzey yetkili, Nizar Ebu Müjdat kod adlı Kemal Ranaja’nın Şam’daki evine birkaç kişinin girerek infazı gerçekleştirdiğini söyledi. Hamaslı yetkili, infaz sonrası elde ettikleri istihbarî bilgilere göre, saldırının arkasında İsrail istihbarat örgütü Mossad’ın olduğu sonucuna vardıklarını belirtmiştir. Ranaja’nın nasıl öldürüldüğü konusunda ise bir açıklama yapılmadı. Hamas üyesi Kemal Ranaja’nın, Mossad tarafından iki yıl önce Dubai’de bir otel odasında öldürülen Hamas liderlerinden Mahmud el Mabhuh’un yardımcısı olduğu da bilinmekteydi.
Evet, sevgili dostlar İsrail bölgede stratejilerine ve suikastlarına devam ederken, bundan en çok etkilenecek ülkeler; Suriye, İran ve Türkiye olacak. İranlı Kripto Yahudiler adlı yazımda da belirttiğim gibi, İran’daki Yahudi-Siyonist düşmanı olan kanata karşı hamleler ve suikastler yoğunlaşacaktır. Bu hamleler de Mossad ve İranlı Kripto Yahudiler eli ile yapılacaktır. Suriye’de ise özellikle önemli devlet adamlarına suikast hazırlıkları yapıldığı ve Esad sonrası hesapların ve çıkarların güçlendirilmesi hedefinde hazırlık yapıldığı bana gelen bilgiler arasındadır. Türkiye’de ise BOP çerçevesinde yeni adımların atılmış ve hem suikast hem de başka yöntemlerle Ortadoğu’da güçsüz ve yetkinsiz bir Türkiye için Mossad önderliğinde yoğun bir çalışma başlamıştır. ABD’den ise şu kertede herhangi bir karşı hamle veya konjöktürel bir engelleme söz konusu değildir. Özellikle bu yapılacak olanlara hazırlık olarak birçok yerde imaj düzeltmesi yapan İsrail’in, Papa ziyareti başta olmak üzere yakın zaman ziyaret ve ilişkilerine bakmak yeterli olacaktır. Olacaklardan sonra İsrail kendisini aklama ve kamuoyu nezdinde fazla yaygaraya mahal vermeyecek şekilde psikolojik harb hazırlığı yapmaktadır.
Türkiye ise Hakan Fidan ile yakaladığı sağlam bir istihbarat havasını asla kaybetmemelidir. İsrail’in yakın zamanda Türkiye’de başlatacağı “Karanlık Savaş’’ın bir hayli yıkıcı etkisinin olacağı muhakkaktır. İsrail bu yönde hazırlıklara tam gaz devam etmektedir. Yakın tarihte İsrail istihbarat servisi Mossad ile Rum istihbarat servisi “KİP’’ arasında gizli anlaşma imzalandığı bilinmektedir. İki istihbarat servisinin Türkiye’nin bölgedeki hareketleriyle ilgili de bilgi alışverişinde bulunacağı gelen bilgiler arasındadır. Rum Kathimerini gazetesi, İsrail Cumhurbaşkanı Simon Peres’in geçtiğimiz hafta Güney Kıbrıs’a gerçekleştirdiği ziyaret sırasında iki önemli gizli anlaşma imzalandığını yazdı. Birinci anlaşmanın iki ülke arasında askeri alanlarda ve savunma alanlarında işbirliğine ilişkin unsurlar içerdiğini, diğerinin ise Mossad ile “KİP’’ arasında sürekli bilgi alışverişinde bulunulması olduğunu kaydetti.
Evet, hal böyleyken Hakan Fidan ile birlikte Mossad’a karşı önemli hamleler yapan MİT, İsrail’i çok kızdırmıştı. Mavi Marmara olayı ile ipler gerilmiş, İsrail kendisi adına çalışan 10 İranlı ajanı Tahran’a bildirdi diye Hakan Fidan hedef tahtasına oturtulmuştu. ABD’nin de bu yüzden, Predatorları Türkiye’ye vermediği ortaya çıkmıştı. Bu süreçte, CIA, Mossad, KGB ve İran istihbarat teşkilatı SAVAK arasındaki gizli savaş alevlendi. Gelinen noktada ise Mossad hamleleri Ortadoğu’da artacak ve özellikle üstte saydığım üç devlet üzerine yoğun bir faaliyet başlayacak. Suikastlar ve “Karanlık Savaş’’ Suriye, İran ve Türkiye üzerinde giderek artacak. Bu savaşlardan en çok etkilenecek ve ağır darbeler alacak ülke ise şüphesiz ‘’TÜRKİYE’’ olacaktır… Yazılacak çok husus var ama şimdilik yazımı burada bitiriyorum.
Ve son söz: “Bu bölgede İstihbaratı güçlü olan devlet söz sahibi olur.’’
Tags:  

Ziya Bünyadovun xanımı: “Mən üç kişi itirmişəm” - “Köhnə ev”də Tahirə xanımın xatirələri...

Ziya Bünyadovun xanımı: “Mən üç kişi itirmişəm” - “Köhnə ev”də Tahirə xanımın xatirələri...
“Bəxtiyar Vahabzadənin yoldaşı mənə deyir ki, sən dəmirdənsən”
- 1997-ci ildə xarici səfərdən qayıtmışdım. Səfirliyin xüsusi proqramı ilə bir ay lobbiçiliyi tədqiq etmişdik. Hava limanında jurnalist qrupumuzu qarşılayan ABŞ səfirliyinin nümayəndəsi ilə hal-əhval tutduqdan və qısa söhbətdən sonra ilk sualımız bu oldu: “Azərbaycanda nə xəbərlər var?”.
Yaşlı diplomat üzünü turşutdu - “Yaxşı xəbər yoxdur, üç gün əvvəl akademik Ziya Bünyadovu öldürdülər”.
Yadımdadır ki, dördümüz də çox pis olduq və Vətənə qayıdışdan duyduğumuz sevinc bir anda yox oldu.
Bu həftə Modern.az-ın əməkdaşları Ziya Bünyadovun evinə yollandıqda həmin hadisəni ixtiyarsız xatırladım. Və indi bu yazının ilk oxucusu kimi onu redaktə etməyə başlayanda mən, Modern.az-ın redaktoru Əziz Rzazadə girişi məhz indi oxuduğunuz kiçik xatirəylə başlamaq qərarına gəldim. Çünki cəsarəti və prinsipiallığına görə Ziya Bünyadovun nə vaxtsa qətl ediləcəyini bu ölkədə hamı deyirdi.
“Köhnə ev”in layihəsi bizi Sovet İttifaqı Qəhrəmanı, tarixçi alim, millət vəkili, mərhum Ziya Bünyadovun evinə gətirib çıxardı. Onun kəşməkəşli həyatı barədə isə bizə tarixçi alimin həyat yoldaşı Tahirə Bünyadova danışdı. 88 yaşı T.Bünyadova hazırda Milli Məclisin kitabxanasında məsləhətçi işləyir. O, mərhum əri ilə necə tanış olmasından başlamış, həyatının son günlərinədək yaşadıqlarını və xatirələrini qısaca olaraq bizimlə bölüşdü.
– Əslim qarabağlıdır, Yusif Vəzir Çəmənzəmənli mənim dayımdır. 1905-ci ildə erməni-müsəlman davası başlayanda ailəmiz elindən-obasından qaçqın düşdü. Özbəkistana köçdük. Valideynlərim orada tanış olub evləniblər. Atam çox varlı tacir idi. Buna görə də sovet hökməti qurulanda biz “qolçomaq” olduq. Hər şeyimizi əlimizdən aldılar. Hətta İkinci Dünya müharibəsi zamanı bizə çörək almaq üçün ərzaq talonu da vermirdilər. “Qolçomaq” qızı olduğuma görə məktəbə gedə bilmirdim. 10 yaşımdan məktəbə getmişəm. Məni tatar məktəbinə oxumağa qoydular. 1943-cü ildə 20 yaşım vardı, məktəbi bitirdim və çox yaxşı oxuduğuma görə məni Özbəkistandan Moskovaya göndərdilər. Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunun tələbəsi oldum. Mənə yataqxanada yer verdilər. Mən türk bölümündə təhsil alırdım.
1943-cü ildə yataqxanamız bombalanan zaman isə bizi Poveletsk vağzalının yaxınlığında boş kilsədə yerləşdirdilər. Oğlanlar-qızlar hamımız bir zirzəmidə yaşayırdıq.
İndi hərdən gecələr bütün həyatımı gözümün qabağından keçirirəm. Gözlərimdən yaş axır və deyirəm ki, yəni mən bu çətinlikləri, dəhşətləri yaşamışam. Yuxu kimi gəlir mənə. Müharibə illərində bit-birənin içində, jmıx yeyə-yeyə gəncliyimin bir hissəsi keçib.
1946-cı il idi və mən Daşkənddən, yay tətilindən qayıdırdım. İnstituta gedəndə gördüm ki, astanada arıq, uzun bir oğlan durub. Diqqətimi çəkən bu oğlanın sorağı gələn Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olduğunu başa düşdüm. Amma onun qaraqabaq, ciddi baxışları məni qorxutdu. Həmişə qapının önündən keçəndə ona qorxa - qorxa baxıb keçirdim. Özü də hara gedirdimsə, tez-tez onu qarşıma çıxan görürdüm. Bu məni çox narahat edirdi.
Bir gün anam Moskovaya gəlmişdi. Ona dedim ki, ana, institutda bir azərbaycanlı oğlan var və mən ondan qorxuram. Dedi, qızım, sən ona salam ver. İnstituta gedəndə gördüm yenə durub qapıda. Ona yaxınlaşıb salam verdim. O da məndən bu hərəkəti gözləmədiyi üçün salamımı alıb, özünü itirdi. Bununla da tanışlığımız başladı. Sonralar etiraf elədi ki, məndən çox xoşu gəlirmiş, sadəcə yaxınlaşmağa cürət etmirmiş.
Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş.Rus qızlarının universitetdə ondan ötürü ürəyi gedirdi. Bütün günü onu öpürdülər.
Sonra Ziya mənə evlilik təklif etdi. Biz evlənəndə o qədər kasıb idik ki, nikah zamanı mənə bağışlanılan çəkmələrimi toydan sonra yemək almaq üçün satmağa məcbur oldum. Evlənəndə cibimizdə avtobus pulu belə, yox idi. VVAQ-dan çıxanda qalacağımız yataqxanaya qədər olan 15 km yolu piyada getdik.
1954-cü ildə Ziya artıq dissertasiyasını müdafiə etmişdi. Moskvada bizim üçün yeni imkanlar yaranırdı. Amma Ziyanın vətən həsrəti bitmirdi. Buna görə də etirazlarıma baxmayaraq, Azərbaycana qayıtdı. Mən və oğlum Cəmil Moskvada qaldıq. Amma gördüm ki, alınmır, Ziya da Cəmil də bir-birlərinin xiffətini çəkir .Ona görə də Azərbaycana gəlməli olduq. Mən onda Azərbaycan radiosunun türk verilişləri şöbəsinin baş redaktoru vəzifəsində çalışırdım.
Ziyanın Allaha inamı çox idi. Quranı tərcümə edəndə böyük həvəslə üzərində işləyirdi. Deyirdi ki, elə tərcümə etmək lazımdır ki, savadsız da başa düşsün. Hamısını detallı açmaq lazım idi. Onun tərcümə etdiyi Quranı İordaniyada da yüksək qiymətləndiriblər.
Bilirsiniz ki, Ziya müharibədə cərimə batalyonunda xidmət edib. Buna səbəb komandirinin yalandan üzlərinə durması olub. Söz Ziyaya elə təsir edib ki, cərgədə ikən komandiri güllə ilə vurub. Ona görə də vəzifəsini aşağı salıb onu cərimə rotasına komandir təyin edirlər. Ziya çox çətin tapşırıqları, əməliyyatları yerinə yetirir. Buna görə də ona Sovet ittifaqı Qəhrəmanı adı verilir və müharibə bitdikdən sonra Berlinin Pankovo rayonunun komendant köməkçisi təyin edirlər. Amma bütün bunların nəticəsində onda kontuziya yaranmışdı. Birdə görürdün ki, işlədiyi yerdə ağzından köpük gəlir.
Sizinlə söhbət etdikcə onun bu barədə mənə yazdığı bir kəlmə yadıma düşdü. O bir dəfə mənə yazmışdı ki, “istəyirəm həmişə mənim yanımda olasan. Və sənin gülüşün mənə güc versin”.
Mən nələr çəkməmişəm! 3 kişi itirmişəm! Bəxtiyar Vahabzadənin yoldaşı deyir ki, “sən dəmirdənsən”. Mən isə deyirəm ki, yox, mən də sənin kimi qadınam.
Bizimlə söhbət etdikcə Tahirə xanımın gözləri yaşla dolur, hönkür –hönkür ağlamamaq üçün özünü güclə saxlayır. Özünü toxtadıb növbəti xatirələrini danışır:
– Bir də görürdün ki, Ziya əli dolu içəri girdi. Deyirdim, Ziya bu nədir? Deyirdi “mən heç nəyə pul verməmişəm, bazarda satıcılar veriblər”. İnsanlar onu çox sevirdi.
Hərdən qadınlar zəng edib Ziyaya görə məni söyürdülər ki, o sənin nəyinə vurulub, yanında qalıb. Yəni xanımların da ona xüsusi rəğbəti, sevgisi var idi. Buna görə də mənə paxıllıq edirdilər. Ziya mənim üzümə deməsə də, başqalarının yanında məni tərifləyər, sevdiyini bildirərdi. Di gəl ki, bunu bir dəfə də olsun yanımda deməzdi (gülür). Bir ata kimi də uşaqlarına qarşı qayğıkeş idi. Övladlarını çox sevirdi.
Düzlük, səmimilik olmayanda əsəbiləşirdi, bax o zaman kobud olurdu. Hətta elə an söyüş də söyə bilərdi.
Ölümünü elə bil ki, hiss etmişdi. Fevral ayı idi. Ziya kabinetindən çıxıb dedi ki, “Tahirə, pis yuxu görmüşəm”. Mən ondan yuxusu barədə soruşanda o heç nə demədi. Sonra hazırlaşıb alimlərlə hüzr yerinə getdi. Mərhumla yaxın dost idilər. Sən demə, orada çıxış edir və nitqinin sonunda üzünü qəbirə tərəf tutub deyir: “Səni yuxuda görmüşəm Cahangir, deyirsən, darıxmışam. Darıxma, yaxınlarda görüşəcəyik”.
Bundan 10 gün sonra, fevralın 21-də Ziya öldürüldü. Həmin gün heç vaxt yadımdan çıxmaz. Mən bilirdim ki, Ziyanı öldürəcəklər. Aynabənddə durub çölə baxırdım. Ziyanın evə gəlmək vaxt idi. Gördüm ki, Ziya əlində çörək bloka yaxınlaşır. Yuxarı baxıb mənə əl elədi və bloka girdi. Birdən səs eşitdim və tez aşağı düşdüm . Artıq gec idi, Ziyanı vurmuşdular. Həyatımın birinci kədəri beləcə başladı.
İkinci kədərim isə oğlum Cəmilin övladı, 20 yaşlı nəvəmin Amerikada öldürülməsi oldu. O çox yaxşı oxuyurdu. Qərara aldıq ki, onu təhsil alması üçün Amerikaya göndərək. Onda Ziya rəhmətə getmişdi. Orada onu tikə-tikə parçaladılar. Rəsul Quliyev zəng etdi ki, “nəvənizi öldürüblər, gəlin aparın”. Atası Cəmil onun xiffətinə dözə bilmədi. Bax beləcə, həyatım alt-üst oldu. İndi bir oğlum Heydər qalır. Onun ailəsi var, ayrıca yaşayır. Mən isə gördüyünüz bu evdə kədərimlə yaşayıram.
Oğlum Cəmil və Nəvəm Musa - əbədi ayrılıqdan əvvəl çəkilmiş sonuncu şəkil...
Ziya rəhmətə gedəndən sonra Murtuz Ələsgərov dedi ki, Milli Məclisə gəl, sən onun yadigarısan. Ona dedim ki, axı mən kitabxanaçı deyiləm. Dedi, eybi yox, gəl burada ol.
\OM\

четверг, 28 августа 2014 г.

Azərbaycana sığınan kərküklünün tükürpədən İŞİD həqiqətləri

Azərbaycana sığınan kərküklünün tükürpədən İŞİD həqiqətləri


Şərh: 0
Azərbaycana sığınan kərküklünün tükürpədən İŞİD həqiqətləri
Kərküklü soydaşımız deyir ki, Türkiyədən 2 min nəfərə yaxın insan İŞİD sıralarında döyüşür
Onları millət vəkili Qənirə Paşayevanın evində gördüm. Deputatla müsahibə üçün getdiyimiz yerdə Kərkükdən Bakıya pənah gətirən soydaşlarımızı görüb onlarla söhbətləşməmək və bunları yazmamaq ən azı vicdansızlıq olardı. Onları ata-baba yurdundan İŞİD didərgin salıb. Yol yorğunluğu, vətən həsrəti, qucaqlarında bir yaşındakı körpənin tez-tez ağlamağı...
Soydaşımızın təhlükəsizliyi üçün onu şərti olaraq Nicat adlandıracağıq. Nicat əslən Kərkükdəndir. Bir neçə il əvvəl Türkiyədə bakılı bir xanımla tanış olub. Sevginin gücü ilə bakılı qızla evlənib. Qız da Kərkükə, Nicatın yanına köçüb. Bir il sonra "Bakı-Kərkük” cütlüyünün balaca oğlan uşağı dünyaya gəlib. Uşağın dünyaya gəlməsinə sevincləri elə də çox çəkməyib. Çünki bölgədə İŞİD adlı yeni kabus dolaşmağa başlayıb... Nicatın ailəsi bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşib. Bir neçə metr onlardan aralıda bomba partlayıb, məsciddən çıxanda gülləbarana tuş gəlib...
Nicat uşağının təhlükəsiz yerdə olmasından nə qədər məmnun olsa da, Kərkükdən doymaq bilmədiyi hər halından bəlli idi. Deyir, uşaq olmasa, yenə də orda birtəhər qalmaq olardı:
"Biz orda yaşamağa alışmışıq. Hər necə olsa yaşayardıq, vətənimizdir. Uşaq olandan sonra böyüklərimiz orda qalmağımıza icazə vermədi. Dedilər, uşağı götürüb getməlisiniz. Orda hər şey var yaşamaq üçün, bircə rahatlıq yoxdur”.
İŞİD ilə bağlı hər gün yeni xəbərlər yayılır. Bu xəbərlərin nə qədər doğru olmasını müəyyənləşdirmək üçün Kərkükdən pənah gətirən soydaşlarımızla söhbətləşdik. İŞİD-də bir nəfər də iraqlı yoxdur İŞİD-lə bağlı dediklərinin bir hissəsini Nicatın öz dilindən dinləyin:
"Bilmirəm, kənardan necə görünür, ancaq İŞİD-də vuruşanların arasında bir nəfər də olsun, iraqlı yoxdur. Hamısı kənar ölkələrdən bura gətirilən vəhhabilərdir. Aralarında hər millətdən olan var. Çeçen, kürd, ləzgi, ərəb, afrikalı... Hərəsinə aylıq 15 min ABŞ dolları verirlər. Dəfələrlə İŞİD terrorçusu ələ keçirmişik. İndiyə qədər bircə dəfə də olsun aralarnda iraqlıya rast gəlməmişik”.
Bir qədər sonra isə Nicatın dedikləri təəccübümüzü gizlətməyə imkan vermir:
"Bir dəfə birini ələ keçirmişdilər. Ərəb fars, kürd, türk dillərini bildiyim üçün mütərcim (tərcüməçi) kimi məni çağırdılar. Nə görsəm yaxşıdır? Tutduqları İŞİD-çi tər-təmiz türkcə danışır. Donub qaldım. Əslən malatyalı idi. Deyirəm, burda nə gəzirsən, nə itin azıb? Mənə dedi ki, İraqa gəlmişəm ki, mən də şiə öldürüm...”
2 min türkiyəli İŞİD sıralarında
Kərküklü soydaşımız deyir ki, Türkiyədən 2 min nəfərə yaxın insan İŞİD sıralarında döyüşür. Onlar bir komandanlıq altındadır. Əksəriyyəti ərəb və kürdlərdir. Soydaşımız Türkiyənin məşhur "Cəvahir” alış-veriş mərkəzinin terrorçular tərəfindən talan edilərək içəridən necə partladıldığını ən xırda detalına qədər izah edir:
"”Cəvahir” alış-veriş mərkəzindən orda bizdə də açmışdılar. Bunlar oranı elə ələ keçirib partlatdı ki, hamımız çaşıb qaldıq. Orada çalışan dostlarla söhbətləşdim, onlar təfərrüatı danışdılar. Deməli, əvvəlcə iki vəhhabi alış-veriş mərkəzində yer götürüb. Deyiblər ki, tacirdir, o da yer almaq istəyir. Bunların dükanının yuxarısında depo vardı, onu da icarəyə götürdülər. Hər dəfə bunlar depoya dolu qutular yığırdılar. Biz zənn edirdik ki, satacaqları məhsullardır. Ancaq depodan mağazaya heç nə gətirmirdilər. Buna görə bir az özlərinə şübhə çəkmişdilər. Ancaq gec oldu. Alış-veriş mərkəzini partladandan sonra qutularla depoya yığılanların dinamit olduğunu anladıq...” Səhər ayılıb gördük ki, Mosulu tutublar...
Nicat İŞİD lənətindən hər kəsin zülm görməsini təsdiqləməklə bərabər ən çətin durumda olanların məhz soydaşlarımız olduğunu deyir:
"Ərəbli, kürdlü, türkmanlı bütün iraqlılar zülm yaşayır. Ən çətin durumda olan isə, bizim türkmanlardır. Mosulumuzu bir gecədə ələ keçirdilər. İnsanları necə didərgin saldıqlarını görsəydiniz, dəhşətə gələrdiniz. İnsanlar səhra ilə, uzun-uzun yol gedirdilər ki, bəlkə o biri şəhərlərə gedib çatsınlar. 45 dərəcə istidə səhrada uşaqla yol getməyin nə demək olduğunu sözlə anlatmaq çətin məsələdir. Çoxunun gecələməyə və istidən qorunmağa çadırı belə yox idi. Səhrada qalmağa çadırı olan mosullu zəngin sayılırdı. Görün bizi nə günlərə qoydular! İndi də Kərkükə göz dikiblər...”
Bakıda da İŞİD var, ehtiyatlı olun!
Kərkükdən ata yurdu olan Azərbaycana pənah gətirən soydaşımız bizə ehtiyatlı olmağı tövsiyə etdi:
"Siz bəlkə onları tanımırsınız. Mən onların qiyafəsindən, insanlara baxışından anlayıram. İŞİD-in dəstəkçiləri sizdə də az deyil. Məscidlərinizə getmişəm, görmüşəm. Onlarla ehtiyatlı olun, siz hələ onların necə cəllad olduğunu bilmirsiniz. İnsan başı kəsmək onlar üçün gündəlik işdir”.

HƏZRƏT MƏSUMƏNİN (S.Ə)

BU GÜN HƏZRƏT MƏSUMƏNİN (S.Ə) VİLADƏT GÜNÜDÜR


Bu gün Həzrət Məsumənin (s.ə) viladət günüdür
İslaminsesi.az - Hicrətin 173-cü ili Zilqədə ayının 1-i  İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.

Xanımın (s.ə) adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"dir. Atası, Əhli-beyt (ə) davamçılarının yeddinci İmamı Musa ibn Cəfər (ə), anası isə səkkizinci İmam həzrət Rzanın (ə) anası Nəcmə Xatundur (s.ə).
Beləliklə də həzrət Məsumə (s.ə) və İmam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdırlar. Xanım hicri-qəməri tarixi ilə 173-cü il, Zilqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda Bağdad şəhərində Harunun zindanında həbs olunan atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət İmam Rza (ə) onu öz himayəsi altına alaraq saxlamışdır.
Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən (ə) heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, İmam Rzanı (ə) görmək şövqündə olan həzrət Məsumə (s.ə) Xorasana tərəf yola düşdü. Xanım Məsumə (s.ə) bir baxışdan həzrət Zeynəbə (s.ə) bənzəyirdi.
Çünki Yezid İmam Hüseyni (ə) mənfi simada tanıtmaq istədikdə Həzrət Zeynəb (s.ə) cəsurluqla Yezidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı. Həzrət Məsumə də (s.ə) ona bənzər bir iş gördü. Çünki Məmun İmam Rizanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə İmama (ə) çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.
Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun İmamı Rzanı (ə) zorla apardığını ifşa etdi. Xanım buyurmuşdu:
"Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: "Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir". Beləliklə, karvan Quma tərəf hərəkət etdi.
Qum şəhərinin böyükləri Xanımın (s.ə) Quma gəlməsini eşitdikdə şad oldular və onun görüşünə çıxaraq, böyük sevinc və şövqlə Xanımı (s.ə) qarşıladılar. Xanım Məsumə (s.ə) on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. On yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır. Bu, onun ibadətə nə qədər aşiq olduğunu və Allah-Təala ilə söhbətə və rabitəyə nə qədər önəm verdiyini göstərir. Bundan əlavə, Xanım (s.ə) ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər onun vasitəsi ilə gəlib çatmışdır.
Bütün bunlara baxmayaraq, Xanım Məsumə (ə) qardaşı İmam Rza (ə) ilə görüşə bilmir və hicri tarixi ilə 201-ci ildə 28 yaşında Allahın çağırışına "ləbbeyk" deyərək, gözlərini əbədi olaraq bu dünyaya yumur. Amma onun 17 günlük Qumda yaşaması bu şəhəri müsəlmanların ən böyük ziyarətgahlarından birinə çevirir. Xanımın fəzilətləri böyük olub. Amma biz İmam Cəfər Sadiqdən (ə) Xanımın fəzilətinə dəlalət edən bir hədisi oxucularımızın diqətinə çatdırmaqla kifayətlənirik.
İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) bir hərəmi vardır və o, Mədinədir. Əmirəl-Mömininin (ə) bir hərəmi vardır və o, Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır". Sonra İmam buyurur: "Qumda mənim övladlarımdan Fatimə binti Musa (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar".

Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, İmam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır. /deyerler.org/

İrəvan niyə güzəştə gedildi?

İrəvan niyə güzəştə gedildi?
Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı ən çox mübahisə doğuran məsələlərdən biri, tarixi Azərbaycan torpağı olan İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi ilə bağlıdır.
Bəs o vaxtın dövlət xadimlərini bu addımı atmağa nə vadar etmişdi?
Əlbəttə, indi biz tarix kitablarını açaraq, əlimizdə olan materialları vərəqləyərək hər cürə ittihamlar irəli sürə bilərik. Ancaq, fikrimizcə, qəbul edilmiş qərarın səbəblərini tapmaq üçün bir qədər gerilərə getmək, mövcud tarixi-siyasi şəraiti araşdırmaq lazımdır. Qeyd edək ki, bu araşdırmamız daha çox dövrün şəraitini nəzərə alaraq çıxarılan mülahizələr üzərində qurulmuşdur.
Bəs əslində nə baş vermişdi?
1918-ci il mayın 29-da “İstiqlaliyyət bəyanaməsi”nin elan edilməsindən bir gün sonra Müsəlman Milli Şurası Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərinin müzakirəsində Aleksandropol tutulduqdan sonra ermənilərin özlərinə siyasi mərkəz seçmək üçün İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsinin qaçılmaz olmasına dair qərar qəbul etmişdi. Həmin iclasda xüsusən İrəvanı təmsil edən deputatların etirazlarına baxmayaraq 28 şura üzvündən 16-nın lehinə səs verməsi ilə İrəvan ermənilərə güzəştə gedilmişdi.
Onu da qeyd edək ki, Ermənistan dövləti əvvəllər iddia edildiyi kimi mayın 28-də deyil, İrəvanın simasında paytaxt əldə etdikdən sonra, mayın 30-da elan edilmişdir. Hətta Ermənistanın istiqlaliyyət bəyannaməsi də sadəcə çarəsiz qərar təəssüratı bağışlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsindən fərqli olaraq, ermənilərin cızma-qara xarakterli “bəyanat”ında heç bir konkret siyasi məqsəd göstərilmir, heç Ermənistan adlı dövlətin də adı çəkilmir. Sadəcə qeyd edilir ki, erməni milli şurası Zaqafqaziyadakı mövcud siyasi böhran şəraitində erməni vilayətləri üzərində özünü ali və vahid administrasiya elan edir və bunun üçün üzərinə dövlətçilik funksiyaları götürür. Göründüyü kimi, burada ümumiyyətlə hər hansı dövlətin yaradılması niyyəti belə mübahisələndirilə bilər.
Daha sonra Milli Şurada ermənilərlə konfederasiya yaratmaq barədə məsələ də müzakirə olunmuş və bu yekdil səslə qəbul edilmişdi. Lakin, sonradan ermənilər Konfederasiya yaratmaq ideyasından geri çəkilmişdilər.
Yaxşı Cümhuriyyətin dövlət xadimlərini bu taleyüklü qərara nə vadar edə bilərdi?
İlk növbədə onu qeyd edək ki, bu məsələ bizim düşündüyümüz kimi sadəcə “İrəvanı təhvil vermək” xarakteri daşımırdı. Qəbul edilmiş qərarla bağlı bir neçə məqamı vurğulamaq lazımdır:
Birincisi, İrəvan tarixi Azərbaycan torpağı olsa da rəsmi şəkildə heç vaxt hüquqi cəhətdən Azərbaycan Cümhuriyyətinin tərkibində olmamışdı.
İkincisi, İrəvan şəhəri ermənilərə bağışlanmamışdı, sadəcə Azərbaycan hökuməti ona qarşı iddialarından müvəqqəti olaraq geri çəkilmişdi.
Üçüncüsü, bu qərar keçid xarakteri daşımışdı. Ermənistanla Konfederativ dövlət yaratmaq məqsədi heç də İrəvandan tamamilə əl çəkmək niyyətini ifadə etmirdi.
Bunu sonrakı hadisələr də göstərir. Belə ki, sonralar Baş nazir Fətəli xan Xoyskinin İstanbuldakı Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadəyə ermənilərlə mümkün ərazi mübahisələrinin həll edilməsi və Azərbaycanın pul nişanları ilə təmin edilməli üzrə təcili tədbirlərin görülməsinin zəruriliyi haqqında məktubunda Azərbaycanın sərhədlərinin çəkildiyi xəritə göndərilir və ermənilərin Qarabağa iddia edəcəkləri halda onlara İrəvanın və Qazax dairəsinin bir hissəsinin güzəştə gedilməsindən imtina edilməsi tələb olunurdu. Əgər ermənilər şifahi sazişə riayət edəcəkləri halda xəritədə göstərilən İrəvan quberniyasının bir hissəsinin güzəştə gedilməsinin mümkünlüyü göstərilirdi.
İndi qərarın qəbul edilməsi səbəblərini axtaraq.
Məsələ bundadır ki, o dövrdə ermənilər Qafqazın heç bir ərazisində çoxluğa malik deyildilər. Hətta Tiflisə də iddia edə bilərdilər, lakin Gürcüstanın Almaniya tərəfindən dəstəklənməsi bu iddianın üzərindən xətt çəkdi. Belə şəraitdə ermənilərin hətta zəngin neft ehtiyatları ilə zəngin olan Bakıya da iddiaları labüd idi. Xatırladırıq ki, həmin vaxtlar Bakı əsasən ermənilərdən ibarət olan Sovet hökumətinin işğalı altında idi və bu iddia heç də qeyri-real görünmürdü.
Bir az əvvəllərə yollanaq. Birinci dünya müharibəsindən bir qədər əvvəl bir çox Azərbaycan ziyalıları, o cümlədən gələcək Azərbaycan dövlətinin yaradıcılarından olan N.H.Yusifbəyli və M.Ə.Rəsulzadə imperiya təqiblərindən yaxa qurtarmaq üçün Osmanlı dövlətinə mühacirət etmiş və oradakı siyasi hadisələrdə iştirak etmişdilər. Güman etmək olar ki, həmin dövrdə Rus şovinist dairələrinin təqibindən azad olan mühacir Azərbaycan ziyalılarının milli muxtariyyət və milli dövlətçilik yaradılması istiqamətində birgə proqram və birgə fəaliyyət planı işləmək üçün münbit şərait əldə etmişdilər. N.H.Yusifbəyli ilə M.Ə.Rəsulzadənin tanışlığı da o dövrdə başlamış və hər iki ziyalı doğma şəhərləri olan Gəncə və Bakıya qayıtdıqdan sonra siyasi fikirlərinin təbliğinə başlayaraq, milli düşüncəli bütün ziyalıları vahid ideya ətrafında toplaya bilmişdilər.
Fikrimizcə, milli hərəkatın mərkəzləri kimi Gəncə və Bakı şəhərlərinin seçilməsi gələcəkdə qurulacaq müstəqil dövlətin bu əraziləri əhatə edəcəyini ehtimal edirdi. Doğrudan da həmin dövrdə nə İrəvanda, nə də ki, Naxçıvanda azərbaycanlıların milli dövlətçiliyə səsləyən siyasi qruplarına demək olar ki, rast gəlmirik. Müstəqil Azərbaycan dövlətinin neft ehtiyatları ilə zəngin olan paytaxt Bakı ətrafında yaradılması isə onun iqtisadi cəhətdən daha dayanıqlı edəcəkdi. Cümhuriyyət yaradıldıqdan sonra bütün səylərin Bakının azad edilməsi istiqamətində səfərbər edilməsi, yeni yaranmış dövlətin mövcudluğu üçün onun nə qədər vacib olduğunu göstərirdi.
Tam əminliklə demək olar ki, Azərbaycan ziyalıları İrəvan şəhərini yaradılacaq müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi hesab edirdilər. Sadəcə Bakıdan fərqli olaraq o qəti şəkildə tələb olunmurdu. Halbuki, neftin beynəlmilləlləşdirdiyi Bakıdan fərqli olaraq həmin dövrdə İrəvanın ümumi etnik tərkibində türk-müsəlmanlar daha üstün mövqeyə malik idilər.
Deməli, müstəqilliklə bağlı Milli Şuranın məlum qərarı ilə İrəvanın ermənilərə güzəştə gedilməsi də bəzilərinin iddia etdiyi kimi siyasi səhv və hətta «xəyanət» deyildi. Bununla çox güman ki, ermənilərin Bakıya iddialarının qarşısını almağa və onları mümkün qədər Bakı neftindən uzaq tutmağa çalışılırdı.
Lakin, göründüyü kimi, mövcud şəraitdə bu qərarın qəbul edilməsində heç bir məcburiyyət yox idi. Həmin dövrdə Zaqafqaziyada hansısa höküməti məcburi qərarlar qəbul etməyə məcbur etməyə qadir olan yeganə qüvvə Osmanlı ordusu idi və fikrimizcə, Osmanlı rəsmilərinin İrəvan məsələsində Azərbaycan hökumətinə təzyiq göstərməsi heç də istisna deyildi. Yaxşı bəs belə olsaydı Osmanlıların marağı nə ola bilərdi?
Bir çox mənbələr dünya müharibəsi dövründə Osmanlı rəsmilərinin Türkiyədəki və Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşdüyünü və müharibədə onların tərəfində iştirak edəcəkləri halda keçmiş Rusiya imperiyasının ərazilərində ermənilər üçün ayrıca dövlət yaradılacağı barədə vəd verildiyini qeyd edirlər. Azərbaycan ziyalılarına da oxşar vədlər verilmişdi.
Lakin, Birinci Dünya müharibəsinin gedişatı Osmanlı dövləti üçün uğurlu davam etmədi. Bilavasitə ermənilərin xəyanəti ilə rus qoşunları Osmanlı ərazilərinin xeyli hissəsini ələ keçirmişdi. Rusiya Osmanlı dövlətinin şərq torpaqlarında müstəqil erməni dövləti yaratmaq və çox güman ki, öz ərazisinə əvvəllər süni şəkildə gətirilmiş erməniləri də oraya köçürmək niyyətində olmuşdu. Hətta bir çox şəhərlərdə ermənilərdən ibarət hakimiyyət orqanları da yaradılmışdı. Lakin, Brest sülhündən sonra rus qoşunlarının geri çəkilməyi ilə ermənilərin xülyası suya düşür və onlar “Böyük Vətən”lərindən məhrum olurlar.
Vəziyyət isə 1918-ci ilin mayının sonunda kulminasiya nöqtəsinə çatır. Gürcüstanın qəti sərhədlər müəyyən edilmədən Zaqafqaziya Federasiyasından çıxaraq özünü müstəqil dövlət elan etməsi Azərbaycanın müstəqilliyi üçün zəmin yaratsa da gələcək ərazi münaqişələrinin əsasını qoydu.Həmin dövrdə Azərbaycanın xilaskarı olmuş Nuru paşa ilə müstəqil Azərbaycan hökuməti arasında fikir ayrılığı yaranmış, heç bir əlavə təzyiq vasitəsi olmayan hökumət istefaya getməyə məcbur olmuşdu. Buradan istər istəməz İrəvan məsələsində də Osmanlıların təzyiqinin olması ehtimalı ortaya çıxır.
Yuxarıda qeyd etdiyimiz kimi Osmanlı dövləti ermənilərin öz dövlətlərini qurmaq üçün iddia etdikləri əraziləri geri qaytarmışdı. Yaranmış şəraitdə Osmanlıların qanları bahasına geri aldıqları tarixi torpaqları ermənilərə güzəştə gedəcəyi ağılsızlıq kimi görünərdi. Belə bir vəziyyətdə Osmanlı dövlətinə qarşı heç bir müqavimət imkanı olmayan ermənilərin həmin dövlətin keçmiş Rusiya imperiyasının ərazisində yaradılması tələbini irəli sürmələri təbii idi. Həmin dövrdə Bakıdan Osmanlı dövlətinin sərhədlərinə kimi ən uzaq yer isə – elə İrəvan və onun ətrafı idi.
Bu qərarın müvəqqəti xarakter daşıması, sadəcə ermənilərin “səsini kəsmək üçün” qəbul edilməsi mübahisəsizdir. Çünki o vaxt siyasi şərait də Azərbaycanın xeyrinə idi. Belə ki, Mudros sülh müqaviləsinə qədər Ermənistan dövləti və ona aid olan 12 min kv km-lik İrəvan və Eçmiədzin qəzaları faktiki olaraq Osmanlı qoşunlarının nəzarəti altında olmuşdu. Dövlətin rəsmi adının da mənbələrdə daha çox Ararat Respublikası və İrəvan Respublikası kimi səsləndiyini, orada xeyli sayda müsəlman əhalinin də yaşadığını nəzərə alsaq, onun sırf erməni dövləti kimi yaradılması damübahisə doğrurur. Lakin, hadisələrin sonrakı gedişatı bu dövlətin tamamilə erməniləşməsinə, İrəvanın tamamilə Azərbaycan tarixindən silinməsinə gətirib çıxarmışdı.
Beləliklə, İrəvanın ermənilərə güzəştə gedilməsi, müəyyən qədər xarici təsirlərlə müşayət olunaraq, o dövr üçün sadəcə ermənilərin digər ərazi iddialarının qarşısını almaq üçün verilmiş və ilk dövrlər müvəqqəti xarakter daşımışdı. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası qəbul etdiyi qərarla sadəcə, Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi sayılan İrəvana olan iddialarından müvəqqəti olaraq geri çəkmişdi, eyni zamanda ermənilərlə vahid Konfederasiya yaratmaq yolu ilə İrəvanla əlaqələrini tamamilə itirmək istəməmişdi. Lakin, regionda sonradan cərəyan edən hadisələr bu qərarın Azərbaycan xalqının və dövlətinin maraqlarının ziddinə xidmət etməsinə gətirib çıxarmışdı.
Aqşin Atalızadə
Hüquqşünas, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı
MF

воскресенье, 24 августа 2014 г.

Nəriman Nərimanovun gerçək siması.

Nəriman Nərimanovun gerçək siması.
Nərimanovun bəraəti üçün gətirilən tutarqalar da tarixi kontekstdən qoparıldığı üçün gücsüzdür. 1) Deyirlər ki, N.N. bolşevizmə ürəkdən inandı, sonra anlayıb onun iç üzünü açdı. Nə vaxt açdı? Gördü ki, ona vəd edilmiş hakimiyyət mövcud deyil - ölkəni Xİ ordu, "ÇK" idarə edir. O aldanmamışdı - hakimiyyət iyinə gəlmişdi. Bəs Stalin niyə Rəsulzadəni aldada bilmədi? Halbuki Rəsulzadəyə də Nərimanovun yerini təklif edirdi. Rəsulzadə rusun oyuncağı olmağı özünə sığışdırmazdı, N.N. isə buna razılaşmışdı. 2) DQMV-nin Azərbaycanın tərkibində qalmasına gələk. Axı bundan öncə N.N. Zəngəzuru Ermənistana vermişdi və bundan sonra Azərbaycanın bütün sərvətlərinin Ermənistana da məxsus olduğunu elan etmişdi! Qarabağı da versəydi ağ olardı! 3) Mehmandarov və Şıxlinskini qorudu. Bəli, onları sovet hakimiyyətinə qulluq üçün Moskvaya göndərdi. İndi mən soruşuram: Mehmandarova küçəni kimin dövründə süpürtdülər və 20-yə yaxın Azərbaycan generalını və başqa yüksək rütbəli zabitlərini (o sıradan Qacarları, Tlexası və b.) kimin dövründə güllələdilər?! 4) Xosrov bəy Sultanovu İrana keçirdi. Rəsulzadə hakimiyyəti Xosrov bəyi hərbiyyə naziri, Qarabağ valisi, Parlaman üzvü etmişdi, Nərimanovun isə onu Azərbaycanda qoruyub saxlamağa belə gücü çatmadı. Yaxşı, Xosrov bəyi qorudu, bəs Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi (yüzlərcə başqasını demirəm) kimin hakimiyyəti dönəmində terrorla aradan götürdülər? 4) Deyirlər ki, N.N. tək idi. Bilirsinizmi niyə? Çünki o, Azərbaycan xalqını yox, Kremli təmsil edirdi! Rəsulzadə isə tək deyildi, çünki onun ətrafındakıların hamısı milli ziyalılar idi. İş burasındadır ki, indiyədək N.N. ilə bağlı yazılan bütün əsərlər subyektiv olub və onun tərifinə həsr edilib. Ancaq arxiv sənədləri üzə çıxdıqca onun gerçək siyasi siması da müəyyənləşir.
Paylaşdı:Ədalət Tahirzadə

четверг, 21 августа 2014 г.

“Didərginlər batalyonu” dağlarda erməni ovlayır

Azərbaycan Cümhuriyyətinin bayrağı

Azərbaycan Cümhuriyyətinin (1918-1920) ilk bayrağının təsvir olunduğu xalça.
Xalçanın yuxarısında və aşağısında ərəb əlifbası ilə bu iki beyt yazılıb:
Zikr edər cinn, mələk, həm insan:
Yaşasun dövləti-Azərbaycan.
Hürr, azadə yaşatsun hamunu,
Həmhüquq olsun ər ilə nisvan.
(Son misranın mənası belədir: erkək ilə qadın bərabər hüquqlu olsun).
Yuxarıdakı beytin altında tarix qeyd olunub: 1345. (Bu, miladi tarixlə 1926-cı il edir).
Bayrağın üstündə “Azərbaycan bayrağı” yazılıb.
Bayrağın altında “Mir Fəsih” sözü oxunur. Bu, çox güman ki, şairin təxəllüsüdür.
Paylaşdı:Ədalət Tahirzadə
\OM\

среда, 20 августа 2014 г.

Yaddan Çıxarılmağa Çalışılan Torpaqlar!!!

Yaddan Çıxarılmağa Çalışılan Torpaqlar!!!
Bu xəritə 1918-ci il də, Rəsulzadənin öndərliyi ilə qurulan, Azərbaycan Demokratik Cümhuriyyətinə aiddir. Xəritədən də gördüyünüz kimi o vaxt ki, Azərbaycan rəhbərliyi rəsmi olaraq, Türkiyənin Ardahan, Kars, İğdır və Gürcistanın Batumi bölgələrinin. Azərbaycan torpaqları olduğunu bildirir.
Bəs bu gün Rəsulzadəyə öndərim deyən satılmışlar, niyə Türkiyəyə qarşı ərazi iddiasına qalxmırlar?! Baxın bu real bir xəritədir, şəxsən Rəsulzadənin istədiyi ideya budur. Və Azərbaycan adlı dövlət ilk dəfə qurulanda da, bu formada idi, bəs niyə bu gün öndərinizə sadiq qalmırsınız?! Rəsulzadə Ardahanı, Karsı, Iğdırı Azərbaycan torpaqları olaraq bildirdiyi halda. Siz niyə Türkiyəyə yaltaqlanırsınız?!




AZƏRBAYCAN DEMOKRATİK CÜMHURİYYƏTİNİN PARLAMENT SƏDRİ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV ARXADAKI XƏRİTƏYƏ DİQQƏT!
Azərbaycan İslam Cümhuriyyətiin şəkli.