понедельник, 22 декабря 2014 г.

Hacı Zeynalabdin

Tağıyev qızlar məktəbini açarkən Çardan icazə ala bilir, amma bir də mollalardan və qoçulardan icazə almalıydı. Çünki iddia olunurdu ki, hacı qızları ismətsiz edir. Hacı da məcbur qalıb tarixi nitqi söyləyir xalqa:
“Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar... İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın, hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər; əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur”.
Paylas.
L

Комментариев нет:

Отправить комментарий