воскресенье, 7 декабря 2014 г.

Bu günə qədər gizli saxlanılmış tarixi ŞOK


Bu günə qədər gizli saxlanılmış tarixi ŞOK



1367-ci ildə tikilən Moskva Kremlinin memarı azərbaycanlı Əlis Sübhan oğlu Kərəmli olub. Sonradan bunu ört-basdır etməklə tarixi saxtalaşdırmaq üçün onu edam ediblər. 1367-ci ilin yanvar ayının 5-də, şaxtalı və çisginli bir gündə, səhər erkən Şamaxıda əyin-başlarına uzun boz kürklər, qara xəz papaqlar, ayaqlarına qırmızı uzunboğazlar geyinmiş on süvari və arxalarına hədiyyə tayları yüklənmiş xınayı rəngli yeddi köhlən at Şirvanşahlar sarayının günçıxan baş darvazasından həyətə girdi. Yolçular Moskva böyük knyazı Dmitriy Ivanoviçin yazılı ərzini gətirmiş, taylardakı ərməğan kimi samur dəriləri, məhşur Vladimir kürkləri, çex büllur güldanları və çini qab dəstləriylə hökmdarı şərəfləndirmişdilər. Rusiya sarayından dövlət karetası ilə təşrif buyurmuş boyar I.A.Baratınski kazaklara xas bir çılğınlıqla gətirdiyi məktubun məzmunuyla dövlət başçısını bilgiləndirməyə başladı. Rus karvanıyla birgə gəlmiş şahlığın Moskva knyazlığındakı səfiri Qafur bəy tərcüməçi işini görürdü. Şirvanşahlar diyarının və tamam Azərbaycanın ali memarı və baş inşaatçısı kimi məhşur olan Əlis Sübhan oğlu Kərəmli Şirvani Moskvaya nəhəng bir tikintinin tikilməsinə çağırılırdı. Öncə Şeyx Ibrahim sevimli sənətkarı buraxmaq istəmirdi, amma onun şəxsi təhlükəsizliyinə yazılı knyaz zəmanətini və memarın öz razılıq ovqatını nəzərə alaraq razılıq verdi. Səfər xeyir-duasını almış tanınmış sənətkar yola hazırlaşdı. Memar Əlis bəy Yaxın Doğuda, Qafqazda, Farsıstanda, Hindistanda və təbii ki, doğma Azərbaycanında tanınmışdı. Elə həmin ayın 10-da rus elçiləri və memar Əlis Kərəmli Moskvaya yola düşdülər. Sözügedən ildə novruza bir həftə qalmış knyaz Dmitriy Donskoyla baş memar arasında müqavilə imzalandı. Sənədə görə, işçi qüvvəsinə, maliyyə təminatına, ərazi dəyişmələrinə məhdudiyyət qoyulmur, nəzarətlər, təftişlər və baş memar layihəsinə düzəlişlər istisna olunmur, ona tam sərbəstlik və boyar varamı (status) verilirdi. Bu böyük inşaat hədəfi dörd il müddətinə başa çatmalıydı. Moskva çayı və onun qolu Yauza çayının dörd yandan qucduğu adada iç şəhər, onun qüllələrlə, bürclərlə, darvazalarla oymaqlanmış qala divarları tikiləsiydi. Nəhayət, mart ayının 25-də xeyir xəbərlər (“Blaqiye vesti”, yəni Məryəm ananın Müqəddəs Ruhdan-Allahdan lütfələnməsi vaxtı, ruslar buna “Blaqoveşşensk” də deyirlər) günü tikintinin bünövrələrinə ilk yonma qara daşlar qoyuldu. Iç və dış qala divarları əvvəllər ağac və gilmöhrədən inşa edildiyindən, memarın əmriylə sökdürülmüşdü. Memar Əlis bəy Rusiyada ilk dəfə malaya çiy yumurtanın ağını qatmaqla hamını heyrətləndirdi. Bir il ötmuş artıq bürclü qala divarları, 5 qüllə və altlarındakı 5 darvaza hasilə gəldi. Əlis bəyə qədər ağac və gilmöhrədən ucaldılmış divarların qarşısında qazılan, içərisinə su tökülən dərin xəndəklər torpaq və daşlarla doldurularaq möhkəmcə pərçimlənmiş, yeni layihəyə uyuşmayan əlavə kimi ləğv edilmişdi. Dış divarların üst hissələri dik dirsəkşəkilli çıxıntılarla haşiyələnmişdi ki, bu da onların görüntüsünü, əzəmətini qat-qat artırırdı. Qala divarlarının ümumi uzunluğu 3,4 minar (kilometr), qalınlığı 1,2 arşın, hündürlüyü 5,7 arşındı. Iş başlanarkən tikintinin ətrafı taxta hasara alınmışdı ki, hədəfə toz-torpaq düşməsin, seyrçi əhali fəhlələrin diqqətii yayındırmasın. Tikintini hasara alma rus məkanında yenilikdi.
1500 nəfərlik işçi qüvvəsi hədəfdən kənarda rahat və qızdırılmış köşklərdə yaşayır, gündə iki dəfə isti xörəklə təmin olunur, onlara həftədə bir gün istirahət verilirdi. Aşpazlar gənc qadın və qızlardı. Əlis bəy fəhlələri yüz on minlik şəhərin ən yoxsul ailələrindən seçib götürmüşdü. Ustalar ayda bir onluq qızıl pul alırdılar. Maaşlar vaxtında ödənilirdi. Ödəmədə mükafat və başqa şirnikləndirici müavinətlər tətbiq olunurdu. Pulsuz nahar və şam yeməkləri hamının ovqatını durultmuşdu. Sözügedən maaşlar o vaxtlar üçün böyük məbləğ idi. Tikinti meydançasında bir ilin nəticələrinə görə, bir dəfə də olsun əmək mübahisəsi düşməmişdi, nizam-intizam yüksək səviyyədə qərar tutmuşdu. Əlis bəy hamıya söz vermişdi ki, iş bitəndən sonra bütün köşklər içindəki əmlakıyla birlikdə orada yaşayanlara bağışlanacaqdır. Moskvalılar onu dəlicəsinə sevirdilər. Axı əslində şəhər əhli tikintidən dolanırdı. Camaat inşaat meydançasına “Keremli sırası” (“Keremlinskiy ryad”) deyirdi. Qüllələrə ad verilərkən belə mənzərə yarandı: baş qüllə Spassk (Spas), digərləri Troitsa, Nikola, Borovitsa və E Keremli kimi tarixə düşdü. Beşinci qüllə azərtürk ustadın qızğın etirazlarına rəğmən, tikintidə və məişətdə, yəni böyük knyazın sarayında onu kölgə kimi izləyən, yerlimizlə məhrəmanə dolanan, memara qarşı məhəbbət və rəğbət duyğularını gizlətməyən, hər gün onunla öpüşüb-görüşən Dmitriy Ivanoviçin bacısı qızı 16 yaşlı Anna xanımqızın dayısına yalvarışları və işçi birləycin (kollektivin) yekdil müsbət rəyi sonucunda belə adlanmış, sənədlərdə soydaşımıza ölməzlik gətirmişdir. Sonralar 1556-cı ilin avqustunda çar IV Ivan Qroznıy Qazan şəhərini işğal etdikdən sonra xüsusi fərmanla paxılcasına Keremli qülləsini “Vodovzvod”a çevirdi. Nə olsun ki, son əsrin astanasınadək rəsmi sənədlər, rusiyalılar, dünya ictimaiyyəti, moskvalılar, səyyahlar, iç qonaqlar, adətən, qülləni, ümumiyyətlə, bütün ünsürləriylə birlikdə bu ötülməz sənət abidəsini, inşaatçılıq məbədini gah “Keremli”, gah “Kremli”, gah da qısaca “Kreml” deyə yad edirdilər. Beləliklə, “Kreml” adı tam sabitləşdi. Böyük memar öz layihəsinə əsasən qapanmış qülləli-bürclü dış qala divarların 175 hektarlıq həyətində knyazlar sarayı, kilsə, yığıncaq yeri, boyarların və kilsə xadimlərinin yaşayış binalarını, yardımçı tikililəri də yaratdı. Təkcə Yauza çayınacan və Moskva çayının altından keçməklə üç istiqamətdə mülki-hərbi soncar (strateji) dəyəri olan sirli yeraltı yollar qalırdı. 1371-ci ilin qışında divarları yonma qara daşla hörülmüş yarımdairə kömbəşəkilli alt yollar ustadın dilində tez-tez işlətdiyi azər-türkcədən gələn “qat kömbə” (sonradan dünya dillərinə keçmiş “katakomba”) deyilən yeraltı dolambaclar aləmi də başa çatdı. Qat kömbələrin ortasında şəhər sularının, Kreml tullantılarının axıb çaylara tökülməsi üçün bir arşın enində arx yerləri döşənmiş, müxtəlif təyinatlı otaqlar, anbarlar, kahılar, mehrabşəkilli daldanacaqlar inşa edilmişdir. Düz dörd il ötəndən sonra mart ayınnın 25-də Xeyir xəbər günü əzəmətli tikilinin təntənəli açılışı oldu. Böyük knyaz Dmitriy Ivanoviç də, moskvalılar da, hətta kin-küdurətli boyarlar da dəvət olunmuş dış nümayəndəliklərindən gəlmiş çeşidli qonaqlar da heyrətlərindən donub qalmışdılar. Ən çox sevinən Anna xanımdı. O, Əlis bəyə qısıla-qısıla sevinc yaşlarını saxlaya bilmirdi. Əlis bəy dörd il kəsiyində Şamaxıda ailəsini cəmi bir dəfə yoxlamışdı. Böyük knyazla razılaşmada qərara alındı ki, memar vətənə dönür, yaz bitən gün Moskvaya gəlir, ona çatası əmək haqqını alır və onun şərəfinə veriləcək təntənəli ziyafətdə iştirak edir. Əlis bəy Şirvana getdi. Yayın ilk günündə Moskva-Smolensk yolunun 9 minarında, indiki Volokolamsk baş yolunun başlanğıcında, soldakı geniş meşə talasında böyük sənətkarımızın vətənə qaytıma-vida məclisi açıldı. Aydınlaşdı ki, Dmitriy Ivanoviç “xəstə” olduğu üçün iştirak etməycək. Təəccüblü görünsə də əksər boyarlar, böyük knyazın aşbazlar dəstəsi və saray musiqiçiləri burdaydı. Əlis bəyin sağ tərəfində əyləşən Anna xanımqız şirin qəhqəhəlri ilə məclisi şən ovqata gətirirdi. Şirin şərabın ləziz ət xörəklərinin, növbənöv qəlyanaltıların şövqündən məst olmuş məclis əhli xumarlıq və sərxoşluq allahı Baruxun sərəncamına keçəndə, azərtürk memar öncülümüzün ilkinlik qüdrəti sirr olaraq qalsın deyə, 1371-ci ilin iyun ayının 22-də ikindi vaxtı bir kazak atamanı xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, soydaşımızın başını bədənindən ayırdı. Elə oradaca dəfn edilən memarın məzarına qulluqdan usanmayan Anna Xanımqız sevgisi qarşılıqlı olmasa da, bu fəraqa dözmədi, saclarını qırxdıraraq Penza rahibxanasına yollandı. Nə müqaviləyə, nə verdiyi sözə, nə də qəbul olunmuş bəşəri qaydalara məhəl qoymayan rus tərəfi nəinki namərdlik yolunu seçdi, həm də oğlumuzun Kreml yaradıcısı kimi tanınması yolunda susmağı üstün tutdu. Rus yazıcısı Borodinin “Dmitriy Donskoy” tarixi romanında bu həqiqətlərə dair şua kimi ötən xırda işarələr nəzərə alınmasa, rus qaynaqları, xüsusən I.Karamzinin “Rus imperiyasının tarixi” adlı çoxcildliyi də cınqırını çıxarmadı.
Vaxt ötdü, qətlə yetirilən zaman 49 yaşlı Əlis bəy Kərəmlinin layihəsi ilə Suzdalda, Smolenskdə, Novqorodda, Qazanda, Praqada kremllər yarandı. Lakin öz gözəlliyi və əzəməti ilə dünyaya səs salmış, həm də rusların zəif və xırda knyazlıqlara bölündüyü cahillik dövründə hamını heyrətdə qoyan sənət əsəri kimi bu mürəkkəb qurluşlu ölməz inşaat poeziyasının ilkinliyi bizdən oğurlanmışdı. Vinoqradov kimi nəhəng rus dilçiləri də riyakarlıqla yazırdılar ki, guya “kreml” kəlamı “kremnik” sözündən törəyib, “içqala” mənasını verir. Belə bayağı yazıları oxuyarkən adamın kədərli təbbəsümlə nadanlara yazığı gəlir, axı “kremnik” rabitəsi səslər yığınıdır, rus mənşəli deyil, ona görə də cəfəngiyatdır. Yunanlar həyətdəki təssərrüfat sarayının heyvan və balıq ovu əşyaları saxlanılan gusəsinə “kremnius” deyirlər. Ruslar bu sözü “kremnik” — “kreml” kimi dünyaya sırımışlar. Sadə ruslar çaş-baş qalaraq el içrə bu tikinti hədəfinə “drobovets”, yaxud “detinovets” söyləmişlər. Axı yunan kənd sarayının Kremlə nə şamilliyi var? Söhbət yalnız tarixi gerçəklikdən, yəni Kərəmli — Kerimli — Kremli — Kremldən gedir, cənab nankor rus şovinistləri.

Комментариев нет:

Отправить комментарий