суббота, 13 декабря 2014 г.

"Erməni nağılları" 2-ci hissə

DİQQƏTLƏ sona qədər oxuyun...
"Erməni nağılları" 2-ci hissə
Ermənilərin iddiasına görə 1915-ci ildə soyqrım edilib və 1.5 milyon erməni öldürülüb. Bu iddianın nağıl olduğunu sübut etməyə başlayaq.
1. Həmin illərdə Rus və ingilislərin dəstəyi ilə ermənilər silahlandı və Osmanlı dövlətinə qarşı çıxdı. "Komitəçilər" adlı qruplar yaradıldı və Osmanlı ordusuna arxadan zərbələr endirildi. Kəndlərə basqınlar edildi. Müharibədə olan Türk kişilərinin ailələrinə hücumlar edildi. Uşaqlar, yaşlılar öldürüldü. Qadınlara isə təcavüz edildi. Evlərinə geri dönən Türklər bu acı mənzərə ilə qarşılaşdılar. Bütün bu baş verənlərin qarşılığında Osmanlı hökuməti yalnız erməni millət vəkilləri və ermənilər arasında söz sahibi olan şəxslərlə görüşdü və sadəcə xəbərdarlıq edildi.
2.Osmanlı dövlətinin çətin vəziyyətində 2 milyon türk öldürüldü. Bunun çoxusu uşaqlar, qadınlar və yaşlılar idi. ABŞ prezidenti Ronald Reyqanın sözcüsü Fein "Ağ Ev"in araşdırmasını bütün dünyaya bəyan elədi: “Ağ Ev araşdırma başlatdı. Ermənilərin 2 milyon müsəlmanı öldürdüyü məlum oldu. Ermənilər öz arxivlərini açmırlar. Çünki bu gerçəyin ortaya çıxmasını istəmirlər"
2. Niyə görə ermənilər 24 aprel tarixini soyqrım günü kimi qəbul edirlər? 24 aprel tarixində bütün bu baş verənlərdən sonra erməni təşkilatları bağlandı və günahsız insanları öldürən, qadınlara təcavüz edən 2345 erməni təşkilatçı həbs edildi. Onların həbsiz zaman və daha sonra heç birinin burnu belə qanamadı. Hadisələr hansı ərazilərdə baş vermişdisə həmin bölgələrdəki ermənilər digər yerlərə köçürüldü. Bunlardan biri də Suriya ərazisi idi.
3. Ermənilər iddia edirlər ki, 1.5 milyon erməni öldürülüb. Lakin 1914-cü ildə ermənilərin özləri tərəfindən hazırlanmış xəritədə və çap olunmuş kitablarda Osmanlı dövlətində yaşayan ermənilərin sayının 1 milyon 200 min olduğu göstərilib. Əgər 1.5 milyon erməni öldürülmüşdüsə bəs indiki Ermənistanda yaşayanlar kimlərdir?
Yaxın tarixdə Suriyadan minlərlə erməni ailəsi Türkiyəyə və Ermənistana köçdü. Bəs görəsən soyqrım olmuşdusa Suriyada olan ermənilər hardan çıxdı? Yerin dibindən çıxdı?
İndi ermənilər 2015-ci ilə hazırlaşırlar. Qondarma erməni soyqrımının 100 iliyini qeyd edəcəklər. Əslində isə 2 milyon Türk öldürülmüşdü.
Söz isə sizindir.
5 dəqiqə vaxtınızı ayırıb oxuduğunuz üçün sağ olun...

Комментариев нет:

Отправить комментарий