DİQQƏTLƏ sona qədər oxuyun...
1-ci Dünya Müharibəsində minlərlə Türk əsgəri İngilislərə əsir düşdü. Bu əsgərlərdən bir qismi Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Seydibəşir Usarə düşərgəsinə aparıldı. 12 iyun 1920-cil il tarixinə qədər iki il boyunca həmin əsgərlər hər tipdə işgəncə gördü. Onlara ağır işgəncələr verib alçaltmağa çalışdılar. Bütün bunların günahkarı isə ermənilər idi. Düşərgədə Türk dilini bilən erməni tərcüməçilər və erməni həkimlər bilərəkdən əsgərlərin ağır işgəncə görməsi üçün əllərindən gələni elədilər. Müharibənin başa çatmasına baxmayaraq əsirlər geri qaytarılmadı. Əsirlər geri qaytarılardısa onlar yenidən ingilislərə qarşı savaşacaqdı. Bu fikirlər ermənilər tərəfindən ingilislərin beyninə yeridildi. Qətliam qərarı verildi. Əsgərlər böyük hovuzlara məcburi olaraq dolduruldu. Suya isə normaldan çox yüksək səviyyədə “Kerasol” adlı kimyəvi maddə qatıldı. Ayağını suya salanlarda bədəndə yanmalar başladı. Sudan çıxmaq istəyən əsgərlər güllələndi. Ölməmək üçün çox əsir başını suya saldı və “Kerasol” maddəsi onların gözlərini yandırdı. Başını sudan çıxaran artıq görmürdü. Kor olmuşdular. Həmin ay 15 min Türk əsgəri kor edildi. Bu vəhşilik 25 may 1921-ci ildə Türkiyə Böyük Millət Məclisində baxıldı. Edirnə millət vəkilləri Faiq bəy və Şərəf bəyin Atatürkə təqdim etdikləri sənəddə 15 min türk əsgərinin kor edildiyi yazılmışdı. Sənəddə bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb olundu. Yeni qurulan dövlətin böyük problemlərinin olması məsələni geri plana atdı və TBMM-də unuduldu.
Ermənilər "soyqırım edildi" bəhanəsiylə dünyanı ayağa qaldırırlar. Təbii ki, bu nağıldan başqa bir şey deyil. 15 min Türkün bilərəkdən kor edilməsinin isə sübutları var.
1 Türkün ürəyi heç vaxt alçaq itaətə vərdiş etməyib...
Bu paylaşımı şikayət edib silinməsini istəyənlərin nəzərinə.
SİLİNSƏ TƏKRAR PAYLAŞILACAQ....
Комментариев нет:
Отправить комментарий