суббота, 26 июля 2014 г.

.ERMƏNİ LOBBİSİNİN MƏALİYYƏ QANADI

ERMƏNİSTANA XEYRİYYƏ YARDIMLARINA GÖRƏ MİLLİ QƏHRAMAN ADI ALAN MİLYONÇU..

.ERMƏNİ LOBBİSİNİN MƏALİYYƏ QANADI. “Forbes”in reytinqinə əsasən, 2011-ci ildə planetin varlı adamlarının siyahısında beş erməni yer alıb. Bunlardan biri var-dövləti 32 mlrd dollar olan 93 yaşlı Kirk Kirkoryandır. Ermənistan müstəqillik əldə edəndən sonra orda xeyriyyəçilik işləri ilə məşğul olan Kirkoryan “Arsax” fonduna milyonlarla dollar pul ayırıb. Onun yaratdığı “Linsi” fondunun Ermənistanda maliyyələşdirdiyi proqramların ümumi dəyəri 242 mln dollar olub. Kirkoryan təkcə 2003-cü ildə Ermənistana 200 mln dollar pul ayırıb. Kirkoryan həmçinin Dağlıq Qarabağ separatçılarının fəaliyyətini də maliyyələşdirməsi ilə tanınır. ABŞ-da yaşayan bu iş adamı Ermənistana etdiyi köməyə görə 2004-cü ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb. Yerevandakı küçələrin birinə onun adının verilməsi təklif edilsə də, erməni iş adamı bu təklifdən imtina edib ABŞ-ın "Ford", General Motors, "Kraysler" kimi nəhənglərinin aksiyalarını əlində cəmləmiş, "Tracinda Corporation"ın prezidenti, Hollivudda da "Metro-Goldwyn-Mayer" (MGM), "United Artists", "Columbia Pictures" və "20th Century Fox" kimi nəhəng kino istehsalçılarının direktorluğunda təmsil olunan Kirk Kirkoryan Ermənistana ən çox yardım edən milyarderdir.Ermənilər bu varidatın son anda Ermənistana bağışlanacağını xəyal edirlər.

пятница, 25 июля 2014 г.

Zəngilan гауоnu

Zəngilan гауоnu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazın cənub – şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 707 km2, əhalisi 37.4 min nəfərdir (01.01.2006). Mərkəzi Zəngilan şəhəridir.
Rayona Zəngilan şəhəri, Ağ Oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri, Şərikan qəsəbələri və Malatkeşin, Genlik, Beşdəli, Keçikli, Bartaz, Qarqulu, Ördəkli, Qaragöz, Qaradərə, Çöpədərə, Baharlı, Sobu, Dəlləkli, Rəzdərə, Kolluqışlaq, Sa­tarız, Məşədiismayıllı, Zəngilan, İçəri Müşlan, Məlikli, Qıraq Müşlan, Üdgün, Yenikənd, Rəbənd, Sarıl, Xumarlı, Hacallı, Şərifan, Muğanlı, Xurama, Məmmədbəyli, Babalı, Zərnəli, Havalı, Aşağı Yeməzli, Orta Yeməzli, Yuxarı Yeməzli, Sarılı Xəştab, Quyudərə Xəştab, İsgəndərbəyli, Ağbiz, Ağakişilər, Vejnəli, Muğanlı, Aladin, Dərə Gilətağ, Şamlı, Mirzəhəsənli, Burunlu, Seyidlər, Şayıflı, Qaragöl, Nəcəflər, Yusiflər, Tağlı, Cahangirbəyli, Turabat, Tiri, Vəliqulubəyli, Ağkənd, Əmirxanlı, Qazançı, Canbar, Günqışlaq, Dərəli, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Yuxarı Gəyəli, Sarıqışlaq, Birinci Alıbəyli, İkinci Alıbəyli, Böyük Gilətağ, Vənəndli, Aşağı Göyəli, Şəfibəyli, Pirveysli, Kosaqan kəndləri daxildir.

Rayonun relyefi qərbdə dağlıq, şərqdə düzənlikdir. Yura, Tabaşir və Neogen Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. Ərazisinin çox yerində qışı quraq keçən mülayim isti iqlim üstünlük təşkil edir. Orta temperatur yanvarda 1°C, iyulda 25.3°C-dir. İllik yağıntı 400-500 mm-dir. Çayları (Həkəri, Oxçu və s.) Araz hövzəsinə aiddir.

Düzən və dağətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır. Quru çöl, dağ kserofit bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr (palıd, vələs və s.). Bəsitçayın dərəsində nadir çinar meşəsi (Bəsitçay Dövlət Təbiət Qoruğu) var. Heyvanları: cüyür, çöldonuzu, ayı, tülkü və s. Quşları: turac, kəklik və s.

Rayonun əsas təsərrüfatı üzümçülük, tütünçülük, tərəvəzçilik və heyvandarlıqdır. Rayonda 2 şərab zavodu, çörək zavodu, konserv zavodu, 2 toxuculuq kombinatı, tikiş, mərmər və əhəng sexləri və s. var.

Zəngilan rayonunda 39 ümumtəhsil məktəbi, 3 yeddiillik musiqi məktəbi, tarix-diyarsünaslıq muzeyi, 1 kitabxana, mərkəzi rayon xəstəxanası, 4 kənd xəstəxanası, 4 feldşer-mama məntəqəsi, dəmiryol xəstəxanası və s. var.

Tarixi-memarlıq abidələrindən dairəvi bürc (14 əsr), türbə (1304-05 illər), sərdabələr (13-14 əsrlər) və s. qeydə alınmışdır.

29-30 oktyabr 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.

Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.875





Qubadlı rayonu




Qubadlı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə təşkil edilmişdir. Kiçik Qafqazın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 800 km2, əhalisi 35.7 min nəfərdir (01.01.2006). Mərkəzi Qubadlı şəhəridir. Rayona Qubadlı şəhəri və Gödəklər, Əliquluuşağı, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənlı, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaqlı, Yuxarı Xocamusaqlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaq, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qılıcan, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Başarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərçik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskanlı, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Yuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli, Qundanlı, Mahmudlu kəndləri daxildir.   Səthi, əsasən, dağlıqdır. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayları arası) burada 450 m-ədək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq və inşaal materialları yatağı var. İqlimi, əsasən, mülayim isti quru subtropikdir. Orta temperatur yanvarda -4°C-dən l°C-yədək, iyulda 14- 26°C-dir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Heyvanları: canavar, tülkü, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qumsiçanı və s. Quşları: boz kəklik, turac, qırqovul, göyərçin və s. Qubadlı yasaqlığı rayonun ərazisindədir.   Qubadlı kənd təsərrüfatı rayonudur. Əsas təsərrüfatı tütünçülük, taxılçılıq, üzümçülük, baramaçılıq və heyvandarlıqdır. Rayonda, həmçinin yağ-pendir, asfalt, beton, cihazqayırma, çörək zavodları, quşçuluq fabriki, daş karxanası, mərmər sexi və s. var.   Rayonda 38 ümumtəhsil məktəbi, kitabxana, klub, 4 xəstəxana və s. var.   Rayon ərazisində memarlıq abidələrindən mağara-ibadətgah (4 əsr), qalalar (5 əsr), türbələr (14 -17 əsr), məscid (19 əsr). körpü (1867) və s. qeydə alınmışdır. 31 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.   Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.865
                 QUBADLININ öLMƏZ OĞULLARINDAN BİRİ-Kazımağa Möhsün oğlu Kərimov 

Yarımçıq qalmış jurnalist ömrü

Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Kazımağa Möhsün oğlu Kərimov 1 sentyabr 1951-ci ildə Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olub. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına, milllətinə layiqli övladlar olaraq böyütmək olub. Çətin də olsa, Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar.
Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda tez-tez qələmini sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə, gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür, bu da onun taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Kazımağa xarakter etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi, mehriban və heç zaman heç kimsədən köməyini əsirgəməyən bir insan idi. İkiüzlülükdən, riyakarlıqdan çox-çox uzaq olan bu insan ən xırda haqsızlığa, ədalətsizliyə belə, dözə bilmir və həmin an öz haqq səsini ucaldırdı. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə onun son dərəcə uzaqgörən olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə analiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində onun müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı söylədiyi və qələmə aldığı xatirələrində də öz əksini tapmışdı. Yazıçı Kazımağada olan bu xarakteri onun adında olan “ağa” sözü ilə uyğunlaşdırıb və bu sözün sanki onun xarakterinə yansıdığını dəfələrlə öz fikirlərində, yazılarında vurğulayıb.
Universiteti bitirdikdən sonra Kazımağa sevib-seçdiyi peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.
1988-ci ildə doğma Vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər zaman uca tutduğu peşəsini arxada qoyaraq cəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranbaydan keçdi. Goranbay rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.
Döyüş yolu Goranboydan keçən Kazımağa doğma Qubadlını da unutmadı. Qubadlıda yaranan III özünümüdafiə batalyonun formalaşmasında yaxından iştirak etdi. Kazımağa yeni yaradılan batalyonun silah-sursat, hərbi texnika ilə təmin edilməsi üçün əlindən gələni əsirgəmədi.
Hərbi geyim Kazımağanın boy-buxununa nə qədər yaraşsa da, o, xasiyyətcə hərbçilikdən çox uzaq bir insan idi. Nəinki onu tanıyanların, heç onun özünün də ağlına belə, gəlməzdi ki, ömründə qarışqa tapdalamayan bir insan nə vaxtsa əlinə silah alacaq, nişan alıb adam öldürəcək. Əgər erməni quldurlarını adam adlandırmaq mümkünsə!...
Ancaq onu da qeyd etmək lazımdır ki, Kazımağada Vətənə, torpağa qarşı olan məhəbbət təsadüfi deyildi. Çünki o, hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində ali hərbi məktəbi bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarımızın müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsidir.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak edib. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən Kazımağa üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxıb. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur.
1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşkünlüyünün yarandığını hiss edən Kazımağa yenidən döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olması günü kimi Azərbaycan tarixinə həkk olur.
Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən hərbi hospitala çatdırılır. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an belə özünü itirmədən əllərini havaya qaldıraraq, yaxşı ki, yazan əlim var deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan insanların heç ağlına belə, gəlməzdi ki, onu bütünlüklə itirəcəklər. Çünki o insanların heç biri bu fikri bir anlıq da olsa belə, qəbul edə bilmir, “dağ boyda” bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman belə, etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz necə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Bu ada layiq görülən Kazımağa ilk jurnalist idi ki, belə bir fəxri ada layiq görülürdü.
Eyni zamanda Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində adına küçə verildi. Goranboy rayonunda büstü qoyuldu. Qubadlı rayon Balasoltanlı kənd orta məktəbi və Goranboy rayon Qızılhacılı kənd Mədəniyyət evi onun adını daşıyır.
Son dəfə Bakı şəhərində tələbə yoldaşları və qələm dostları ilə görüşən Kazımağa onlara yaxın zamanlarda Qarabağ müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını söyləyir və düşmən tapdağı altında olan bütün torpaqlarımız azad olduqdan sonra qələmini yenidən əlinə alacağına, onlarla çiyin-çiyinə çalışacağına dair söz verir. Yoldaşları ilə sağollaşan Kazımağa növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyir və görüş yerini Şəhidlər xiyabanı deyə verir. Həmin tarixdə Kazımağa ilə görüşmək üçün Şəhidlər xiyabanına gələn yoldaşları gözləmədikləri bir mənzərə ilə rastlaşırlar. Çünki gələn Kazımağanın özü deyil, cansız bədəni idi. Kazımağa bu dəfə onu sevənlərin çiynində son mənzilə yola salınırdı.
Kazımağanın vaxtsız ölümü ilə nəinki onun doğmaları, eləcə də tələbə yoldaşları, qələm dostları da barışa bilmirlər. Zaman-zaman dövri mətbuatda Kazımağa ilə bağlı xatirələrini bölüşən onun tələbə yoldaşları, qələm dostlarına rast gəlinir. Bu, Kazımağanın ölümündən illər keçsə də, onun xatirələrdə hələ də yaşadığını göstərir.
Kazımağa xarakterinə, düşüncəsinə yaxından bələd olan bir insan olaraq qeyd etmək istəyirəm ki, bu gün onun ruhu şad deyil. Cünki, canını Vətən yolunda, torpaq yolunda qurban verən Kazımağanın doğulub boya-başa çatdığı doğma Qubadlısı düşmən tapdağındadır.
Kazımağanın və onun kimi doğma torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarını qurban verən Azərbaycanın mərd oğul və qızlarının ruhları yalnız düşmən tapdağında olan torpaqlarımız azad olduqdan sonra şad olacaq. Bu gün bizlər nə qədər də ruhunuz şad olsun desək belə.
Mən əminəm ki, o gün uzaqda deyil. Öz doğma övladlarının isti nəfəslərinə həsrət qalan torpaqlar yaxın gələcəkdə düşmən tapdağından azad ediləcək. Məhz həmin gün bizlər desək də, deməsək də, doğma torpaqlarımız uğrunda şəhid olmuş Vətən övladlarının ruhları şad olacaq!
Şəfəq XANLARQIZI



Сəbгауıl rayonu



Сəbгауıl rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049,8 km2, əhalisi 66,4 min nəfərdir (01.01.2006). Mərkəzi Cəbrayıl şəhəridir.
Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcalı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxac, Alıkeyxalı, Maşanlı, Həsənli, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar, Hacılı, Tulus, Dağ Tumas, Qaraağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Xudafərin, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Çocuq Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqayalı kəndləri daxildir.

Səthi, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü), şimalda alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri). Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və Antropogen çöküntüləri yayılmışdır. İqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0-2°C, iyulda 24-25°C-dir. İllik yağıntı 400-500 mm-dir. Çayları (İncəçay, Çaxmaqçay və s.) qısa və müvəqqəti axarlıdır, İran İslam Respublikası ilə sərhədindən Araz çayı axır. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofit bitki örtüyü üstündür. Heyvanları: canavar, tülkü, süleysin, çölsiçanı və s.

İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur.

Rayonda 60 ümumtəhsil məktəbi, 3 musiqi məktəbi, 19 klub müəssisəsi, 31 kitabxana, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi var.

Rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) var.
23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.854

Füzuli гауоnu







Füzuli гауоnu (1930- 59-cu illərdə Qaryagin rayonu) Azərbaycan Respublikasinda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km2, əhalisi 147.1 min nəfərdir (01.01.2006). Mərkəzi Füzuli şəhəridir.
Rayona Füzuli şəhəri, Horadiz qəsəbəsi, 11 Qayıdış qəsəbəsi və Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatlı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşatlı, Hacılı, Mirzəcamallı, Zərgər kəndləri daxildir.

Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri). Əsasən, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. İqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0-l°C. iyulda 24-25°C-dir. İllik yağıntı 400 -600 mm-dir.
Çayları (Köndələnçay, Quruçay, Qozluçay) rayonun İran İslam Respublikası ilə sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra tiplidir. Heyvanları: canavar, çaqqal, tülkü, çöl donuzu, oxlu kirpi və s. Quşları: turac, qırqovul, göyərçin və s.

Füzuli sənaye və kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, üzüm emalı müəssisələri, 100-dən çox iri emal müəssisəsi və s. var.

80 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 22 uşaq bağçası, 12 musiqi məktəbi, 19 klub, 2 muzey, 32 kitabxana, 10 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi var.

Çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (13, 18 əsrlər), məscidlər (17, 18, 19 əsrlər), karvansaray (1684) və s. qalmışdır.
23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.856

Ağdam rayonu





Ağdam rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının cənub-qərbindədir. Sahəsi 1150 km2, əhalisi 167,3 min nəfərdir (01.01.2006). Mərkəzi Ağdam şəhəridir.
Rayona Ağdam şəhəri və Şotlanlı, Şurabad Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalılar, Abdınlı, Sırxavənd, Qaraşlar, Boşirlər, Məlikli, Baş Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazançı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükboyli, Qarabağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəbləhüseyinli, Birinci Yüzbaşılı, İkinci Yüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədətli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxurməhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıl Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağbanlar, Saybalı, İsmayılbəyli, Muğanlı, Pirzadlı, Şıxlar, Nəmirli, Təzəkənd, Manıklı, Mərzili kəndləri daxildir.

Ağdam rayonunun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Düzənlik hissədə Antropogen və Neogen, dağlıq hissədə isə Tabaşir və Yura çöküntüləri yayılmışdır. Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları vardır. İqlimi, əsasən, mülayim isti, quru subtropikdir. Orta temperatur yanvarda -0,2°C-dən l,8°C-yədək, iyulda isə 23°C-dən 26°C-yədəkdir. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Xaçın və Qarqar çayları axır. Şabalıdı və açıq şabalıdı, dağ tünd şabalıdı və qəhvəyi dag-meşə torpaqları yayılmışdır. Bitkiləri, əsasən, kol, quru çöl və yarımsəhra (ağot, yovşan, qarağan və s.) tiplidir.

Heyvanları: çaqqal, canavar, tülkü və s. Quşları: kəklik, turac və s. Gəmiricilər çoxdur.

Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir.

Rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, dram teatrı, muğam məktəbi, çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi. Qurban Pirimovun ev muzeyi, 69 səhiyyə müəssisəsi var.

Xaçındorbotli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr) rayonun qədim memarlıq abidələridir. Papravənd kəndində 18 əsrə aid 2 türbə, məscid və s. var.

23 iyul 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.851

Кəlbəсər rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazın mərkəzi hissəsindədir. Qərbdə Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 3054 km2, əhalisi 73,6 min nəfərdir (01.01.2006). Mərkəzi Kəlbəcər şəhəridir.
Rayona Kəlbəcər şəhər, İstisu qəsəbəsi və Zivel, Keşdək, Nadirxanlı, Taxtabaşı, Həsənriz, Qozlu, Qozlu Körpü, Narınclar, Çərəktar, Lev, Abdullauşağı, Qaraçanlı, Ağyataq, Fətalılar, Mozkənd, Ağdaban, Çayqovuşan, Ağcakənd, Oruclu, Zağalar, Təzəkənd, Yenikənd, Əli Bayramlı, Vəzirxana, Almalıq, Laçın, Əsrik, Çoban Kərəhməz, Çorman, Aşağı Ayrım, Yuxarı Ayrım, Boyaqlı, Bağlıрəyə, Vəng, Bağırlı, Başlıbel, Xallanlı, Əlirzalar, Şahkərəm, Çovdar, Dalqılıçlı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Dəmirçidam, Qanlıkənd, Zar, Yellicə, Alolar, Kaha, Həsənlər, Armudlu, Təkdam, Zəylik, Hopurlu, Şeyinli, Zülfüqarlı, Qaragüney, Keçiliqaya, İstibulaq, Göydərə, Ağdaş, Qamışlı, Bağırsaq, Comərd, Nəcəfalılar, Pirilər, Kilsəli, Alçalı, Quşyuvası, Qılıçlı, Quzeyçirkin,Mərçimək, Ağqaya, Çopurlu, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Günəşli, Allıkənd, Boyur, Orta Qaraşanlı, Baş Qaraşanlı, Tatlar, Aşağı Qaraşanlı, İmambinəsi, Xolazəy Alxası, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Sınıq Kilsə, Başkənd, Tirkəşəvənd, Zərqula, Qazıxanlı, Qalaboyun, Qaraxancallı, Çaykənd, Kəndyeri, Kilsə, Aşağı Xaç, Mişni, Çəpli, Elyasalılar, Şaplar, Məmməduşağı, Aşağı Şurtan, Orta Şurtan, Yuxarı Şurtan, Soyuqbulaq, Təkəqaya, Babaşlar, Bozlu, Çıraq, Tövlədərə, Məmmədsəfi, Yanşaq, Zallar, Yanşaqbinə, Dovşanlı, Bazarkənd, Hayad, Qızılqaya, Yuxarı Oratağ, Vəngli, Çormanlı, Şahmansurlu, Heyvalı, Dəvədaşı, Yayıcı, İmarət-Qərvənd, Çapar, Zardaxaç, Kolatağ, Damğalı, Çıldıran, Mehmana kəndləri daxildir.

Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dolidağdır (3616 m). Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə, qızıl, polimetal, mineral sular, tikinti materialları və s. Ərazisinin yüksək dağlıq hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstünlük təşkil edir. Orta  temperatur  yanvarda -10°C-dən -3°C-yədək, iyulda 5-20°C-dir. İllik yağıntı 700-900 mm-dir. Ən böyük çayları Tərtər (yuxarı axını) və onun qollarıdır (Levçay, Tutqunçay və s.). Bazarçay çayı rayonun ərazisindən başlanır. Ərazisində göllər də vardır. Çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları üstünlük təşkil edir. Rayonun mərkəzi və şərq hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır. Qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal və s. var.

Kəlbəcər, əsasən, kənd təsərrüfatı rayonudur. Heyvandarlıq, tütünçülük və arıçılıq inkişaf etmişdir. Sənaye müəssisələri: İstisu mineral sudoldurma zavodu, Şorbulaq civə zavodu.

Rayonda 114 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 17 klub, incəsənət məktəbi, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası var. Bir sıra tarixi və memarlıq abidələri, о cümlədən Alban məbədləri (13 18 əsrlər) və s. var.
2 aprel 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.

Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.861