вторник, 29 марта 2016 г.

Vahabilik virusu

Son illər doğma Vətənimizdə at oynadan vəhhabilik virusu haqqında nə bilirsiniz?
Həşəviyyə, sələfi, vahhabi və sair adlarla tanınan, Allahın yeddinci göyün üzərində oturduğunu, oturduğu stulun cırıldadığını, qıvrımsaç, gözəl bir gənc olduğunu iddia edən, bunu qəbul etməyənləri kafir, müşrik hesab edən, əksər din elmini Əbu-Hureyrə ləqəbli bir nəfərin kisəsindən və onun kimilərdən öyrənən sələfi vahhabilər kimdir? Böyük alim hesab etikləri və Həzrət Zəhraya munafiqə deyən İbn Teymiyyənin qəbrini gözəlləşdirdikləri, Həzrət Əliyə illər boyu müxtəlif tribunalardan lənət oxutduran Müaviyənin qəbrini günbəzlə düzəltdikləri halda, Əhli Beyt imamlarının məzarlarını dağıdıb onları tarixdən silmək istəyən vahhabi-sələfilər kimdir?
Necə olur ki, Azərbaycanın məscidlərində oturub müsəlman xalqımızı təhqir edib rafidi, müşrik və pis ünvanlarla təhqir edən vahhabi-sələfiyyə belə azad şəkildə ğlkəmizdə at oynadır, “ayıq və hər şeyi nəarətdə saxlayan” təhlükəsizlik qüvvələrimiz bunu görməməzliyə vururlar? Məgər bu çirkin sektanın Azərbaycan MTN-ni nəzarətə almış və artıq faş olduğu kimi ölkə müsəlmanları üçün qara yuxular görən israil MOSSADı ilə əlaqəsindən başqa bir şeyin göstəricisidirmi? Vəhabilik-sələfilik sektasının müxtəlif bəhanələrlə İslam ümmətini parçalayıb, xarici kəşfiyyata işlədiyi haqda çoxlu kitablar yazılıb. Bu haqda ən dolğun kitablardan biri sünni alimi Abdullah Əlqəhtaninin “Haulai humul xəvaric” kitabıdır. Burda müəllif müxtəlif sənədlərlə bu terror sektasının yəhudiərlə və ingilis kəşfiyyatı ilə sıx əlaqəsini isbata yetirmişdir. Amma...
Özünü Əhli-sünnə və cəmaət də adlandırıb sünni və şiə qardaşları arasına nifaq salmaq istəyən bu sektanın iç üzünü əhli-sünnə alimləri açıb onların bütün insanların düşməni olduğunu sübut etmişlər.
Bir çox alimlərin nəzərinə görə axır-zamanda olacaq sələfi-vahabi fitnəsini İslam peyğəmbəri (sas) öz hədislərində bizə xəbər vermişdir.
“Axır zamanda ağılsız arzular quran insanlar meydana gələcək. Onlar ən yaxşı insanın (peyğəmbərin hədislərini) sözlərini deyəcək, Quran oxuyacaq, ancaq dedikləri boğazlarından aşağı keçməyəcək. Onlar Allah dinindən ox kamandan çxan kimi çıxacaqlar. Onları görəndə öldürün, onları öldürənə Allah qiyamət günü mükafat verəcək.” (səhih Muslim hedis 2462 və Fəthul –Bari 6930)
Ayrı hədisdə eyğəmbər hədisə bir az da aydınlıq gətirərərək belə buyurur: “Mənim ümmətim üçün üç dəstədən ən çox təhlükə var. Olardan biri də o kəslərdir ki, Quran oxuyar, onun gözəlliyini görər, Allah tərəfindən ona verilmiş İslam libasını geyinər, sonra isə öz qonşusuna silah çəkib, ona zərbə vurar və onu müşrik adlandırar.” Orda olanlardan biri soruşdu: “ Ya rəsululah, bu iki nəfərdən həqiqətdə kim müşrikdir? Başqalarına müçrik deyən şəxs, yoxsa müşrik adlandırılan?” Peyğəmbər cavab verdi ki, başqlarına müşrik deyən birinci şəxs” (kənzul-ummal c.11 s.105)
Sünni imamı Əhməd ibn hənbəlin Musnadində (6658), Mustədrəkus-səhiheyn kitabında (8702) və deyilən səhih hədisdə əlavə olunur ki, bu insanlar çoxlu Quran oxuyar, amma oxuduqlarına inanmazlar. Hər dəfə bir yerdə kəsiləndə ayrı yerdə baş qaldırarlar. Onlardan axırıncıları Dəccalın köməkçiləri olacaq.
Bundan əlavə şiə mənbələrində də axır zamanda baş verən hadisələrə bəzi işarələr var. Onlardan biri Şam və İraq məntəqəsində Əhli-Beyt düşmənləri tərəfindən qaldırılacaq qara bayraqlar, onların hədsiz qəddarlığı, fitnələri, sonda isə məhv olunacaqları haqqında hədislər mövcuddur.


D0ktor  Gencevi

Комментариев нет:

Отправить комментарий