суббота, 26 марта 2016 г.

27 mart Görkəmli milyoner,xeyriyyəçi ,diplomat Ağa Yusif Dadaşovun Vətən uğrunda şəhid olmasından 96 il keçir.



Oxu və paylaş.
27 mart Görkəmli milyoner,xeyriyyəçi ,diplomat Ağa Yusif Dadaşovun Vətən uğrunda şəhid olmasından 96 il keçir.
Ağa Yusif Dadaşovun gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və "Qız məktəbi"nə) sərf edilirdi. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli vəsait sərf edən Dadaşov Maksim Qorkinin, D.İ. Mendeleyevin, neft geologiyası mütəxəssisi İ.M.Qubkinin Bakıya səfərlərini maliyyələşdirmişdi. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edən Dadaşov Bibiheybət məscidini bərpa etdirmiş, həmçinin Buxara əmirinin Moskvada tikdirdiyi məscidə qırxçıraqlı qəndil və qiymətli xalılar bağışlamışdı. Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918 ildə Bakıda mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Silah ardınca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edərkən, Dadaşov "Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz" cavabını vermişdir. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. İşgəncələrə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən azərbaycanlılara çatmasına nail olmuşdur. Ölümündən sonra ermənilər onun üzəri brilyant, zümrüd və yaqutla bəzədilmiş, yaxasından orden və medallar asılmış mundirini ələ keçirmişlər. Qəbri indiyədək aşkar edilməmişdir.
Daha ətraflı məlumat isə burada
http://www.azadliq.org/content/article/26930486.html

Комментариев нет:

Отправить комментарий