| ||||
FaktXeber.com-un verdiyi məlumata görə, RT sənədli kanalın müəllifləri yeni filmlərin çəkilişləri zamanı Ankaranın İŞİD terrorçuları ilə ehtimal olunan əlaqəsi ilə bağlı sübutlar ələ keçiriblər.
İŞİD barədə yeni film çəkmək üçün RT kanalının çəkiliş qrupu Suriya Kürdüstanında Əş-Şəddadi şəhərinə yollanırlar. Əş-Şəddadi ona sahib olan üçün böyük əhəmiyyətə malik bir şəhərdir: Bu ərazi Suriyanın şimal-şərqində ən nəhəng neft hasilatı mərkəzlərindən biridir. RT qrupu kürd xalq özünümüdafiə könüllülərinin İŞİD-çiləri qovmasından cəmi 10 gün sonra bu şəhərə gəlirlər. Terrorçular özlərindən sonra su və kanalizasiya sistemləri qismən işləyən, xarabalığa çevrilmiş şəhər qoyublar…
«Çəkilişlərin çoxu 10 min insanın yaşadığı Əş-Şədadda aparıldı. İŞİD terrorçuları bütün əşyalarını, o cümlədən vacib sənədləri də tullayaraq qaçmışdılar. Onları biz tapdıq. Bu, neft çıxarılması barədə fakturalardır: Gün ərzində quyulardan nə qədər neft çıxırdı, nə qədər satılırdı, hamısı göstərilib», - deyə rejissor məlumat verir.
(Terrorçuların Əş-Şəddaddidə qoyub qaçdıqları neft çıxarılması ilə əlaqədar fakturalar, yuxarıda İŞİD-in ştampı görünür)
Sənədlərə baxanda aydın olur ki, terrorçular satılan neftin peşəkarcasına hesabatını aparıblar.
«Neftin hara satıldığının ən yaxşı şahidləri yerli sakinlərdir, çünki onlar İŞİD dövründə yaşayıblar və onların çoxu terrorçu qrup üzvlərinin əlinin altında işləyirdi. Neft Rakka və Hələbdən olan vasitəçilərə satılırdı. Onlar da tez-tez Türkiyənin adını çəkərək nefti aparırdılar».
(İŞİD-in neft satışı barədə kvitansiyası)
«Kürd xalq özünümüdafiə könüllüləri terrorçuların meyitləri üzərindən götürdükləri sənədləri göstərdilər. Orda tam internasional idi. Ümumi cəhətləri isə Türkiyədən keçmə barədə üzərilərində ştampın olmasıydı».
Rejissorun sözlərinə görə, əsir düşən terrorçular Suriya ilə sərhəddə türk əsgərlər olmadığını deyiblər: «Girovlardan biri dedi ki, sərhədi keçmək və İŞİD sıralarına yazılmaq onun üçün asan oldu, həm də ona görə ki, bu, Türkiyənin özünə sərf edir. O, Türkiyənin burda nəsə marağı olduğunu və bu «nəsə»nin də neft olduğunu izah etdi».
Rejissorun sözlərinə görə, yerli sakinlərin əksəriyyəti onlara deyib ki, Türkiyə İŞİD-lə sərhəddə dəliyi bağlasa idi, onlara insan, silah, ərzaq yardımı gəlməsəydi və onlar Türkiyəyə müalicə almağa, yaxud istirahətə yollana bilməsəydilər, terrorçular böyük sponsordan məhrum olardılar.
(İŞİD-in nəzarətində olan ərazidən neft aparan sürücülərin və maşınların siyahısı)
Sərhədi keçməzdən öncə terrorçular İstanbulda gəzir, gözəl, görməli yerlərdə şəkillər çəkdirirlər. Çəkiliş qrupu ələ keçən terrorçuların birinin fleş-kartından bu məlumatları ala bilib.
(Türkiyədə çəkilən foto)
(Suriyada çəkilən foto)
FaktXeber.com-un məlumatına görə, sənədli filmin müəllifləri deyirlər ki, onları ən çox məktəblərdə potensial müəllimlər üçün test şoka salıb: «Burda belə bir sual var idi: İŞİD üzvünün kəsilmiş başına məsxərə edən adama necə münasibət göstərmək lazımdır? Və cavab – o, kafirdir»
(«Əsəd cinayətkar rejiminin devrilməsi üçün ən yaxşı döyüş üsulları», adlı broşura. İstanbulda dərc olunub. Və İŞİD-in bayrağı)
Kürd xalq özünümüdafiə könüllüləri hücuma keçərkən, Əş-Şədadidən qaçan terrorçular nəinki sənədləri, hətta öz şəxsi əşyalarını da, ayaqqabılarını belə atıblar. «Bəzi mənzillərdə biz qırxılmış saqqallarla rastlaşdıq. Çünki terrorçular mülki geyimdə qaçıblar», - deyə rejissor bildirir.
(İŞİD-çilərin qaçmasından sonra Əş-Şəddadi)
Qeyd edək ki, sənədli film RT sənədli kanalının efirlərində cari ilin aprel ayında nümayiş olunacaq.
| ||||
четверг, 24 марта 2016 г.
İŞİD-in Türkiyəyə satdığı neftin sənədləri ələ keçdi - FOTO-VİDEO
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий