воскресенье, 23 ноября 2014 г.

OSMANLI'YI YIKAN POLITIKA

-


NİGAR 
Türkler 117 devlet, 32 beylik, 17 hanlık, 16 imparatorluk, 10 cumhuriyet, 4 atabəylik kurdu.

        Yalnızca Osmanlı İmparatorluğu 624 yıl hüküm sürdü, 322 sene  dünyanın lider devleti olarak kaldı.
III Murat devrinde, yani 16’ıncı yüzyılda arazisi bugünkü Türkiye'den 25 kat daha büyüktü. (23 milyon 337 bin 600 km2).

         Bütün bu tarihi olgulara rağmen i dünyanın en büyük üç İmparatorluğu'ndan biri olan Osmanlı'nın neden yıkıldığını düşünmeden edemiyorum. Zaman zaman bunun cevabını az da olsa bulduğuma inanıyorum.

Bugünlerde Turhan Tan'ın''Hürrem''romanını okudum. Roma'nı okuduktan sonra, Osmanlı’nın yıkılmasında   tahminlerimin  pek de yanlış olmadığını gördüm.

Hürrem Sultan’ı  Türkiye’de bir televizyon kanalında yayınlanan , "Muhteşem Yüzyıl" dizisinden sonra  bilmeyen  yoktur sanırım…

 Sultan Süleyman'dan çok  , aşkı  uğruna her şeyi yapmaya  hazır olan  bir padişahı  ve bir   bu rus kızının entrikalarını anlatan bu diziyi  seve seve izleyen seyircilerden değilim.
Birkaç bölümden sonra da izlemeyi tamamen bıraktım. Zira reyting uğruna   şanlı tarihten çok   aşk ve entrikaların ön plana çıkarıldığı  bir kurmaca olarak algıladım.

                  Geçelim temel amaca.
                  Kitabı okudum. Kitap hakkında öyle geniş bilgi verme niyetim yok.

 Kitapta önemli ve tarihi bilgiler vardı. Bu yazımda kitapta dikkatimi çeken ve Osmanlı İmparatorluğu neden yok oldu sorusunun cevabını kısmen de olsa bana veren bölüme değineceğim

            Sultan Süleyman'ın hareminde 32 kadın var ki, (bu 32 kadın bizim bugüne kadar sözünü ettiğimiz zat değildir. Sultan Süleyman'ın eşleri-NB)  hepsi Avrupa'dan ve Rusya'dan ona hediye olarak gönderilmiş güzellerdi. Hiçbirinin de, soyu-sopu  belli değildi.  Sadece  Hıristiyan  oldukları ve saraya geldikten sonra padişahın isteği üzerine  İslam’ı kabul ettikleri bilinmektedir.
Hürrəm dışında… Çünkü kitapta  babasının papaz olduğu  yazılı. Dizde  herkesin Türk kadını olarak tanıdığı  Mahidevran  Sultan da  Kafkasya Rus’u.. Hürrəm!dən 10 yıl önce Süleyman'a hediye olarak gönderilmiş..

Neyse  yukarıda da dediğim gibi konudan uzaklaşmadan  gelelim amaca. Ve sorumun çok basit  olan cevabına.

Bugüne kadar okuduklarım ve araştırmlarıma dayanarak yazabilirim ki, hiçbir gücün, ordunun, silahın yıkamadığı Osmanlı'yı, Avrupa'nın ve Rusya'nın izlediği kadın politikası yok etti.  II. Pyotr da Rus kızların Müslüman erkekleriyle, özellikle Türk erkeğiyle evlenmesini açık şekilde vasiyet ediyordu.  O bununla hem nesillerinin tükenmeyceğini, hem de Türkdən doğan çocuğun Rus gibi büyüyerek dedelerinin elinde kalan toprakları geri alacağını düşünüyordu.
 Çünkü Türk’ü sadece Türk'ün yok edebileceğini  anlıyordu.

Koca dünyaya hükmedebilecek  Osmanlı'yı kadına olan nefsi yıktı. Bunu çok iyi bilen Osmanlı düşmanları da yürütdükləri kadın politikası sonucunda isteklerine nail oldular. Onlar  bununla yetinmeyip, bu siyaseti bugün de  devam ettirmektir.

Türk erkeğinininin kadına olan nefsi bugün de Avrupa, Amerika, Rusya’nın nüfus  artışında büyük rol oynuyor.
Nüfusu azaldığından  tehlike çanı çalani çalan ülkelerin zaman zaman Türklere sınırlarını açması, onları isle temin etmesi bunun bir örneğidir. Birileri düşünebilir ki, bunun neyi kötü?  Türk'ün sayısı artıyor ya diye. Ama madolyonun öteki yüzü  böyle değil.
Nitekim, bizim Azerbaycan Türkleri Rusya  halkının sayısını artırdı. Bizimkilerden doğan bebekler rus kimliğiylə büyütüldü.  366. alayın içinde Hocalı'ya getirildi, Yüzyılın en son katliamlarından biri yaptırıldı. Yani Türkü Türke kırdırdı. Eminim, bir gün başka kimlikler altında doğup-büyüyen Türk cocukları da Türkiyə üzerine yürütüləcək.

Not: Sadece Rusya'dan gelip Türkiye'de iş yapan veya alışveriş yapan kadınların Rusya'ya döndükten sonra dünyaya getirdikleri çocukların soyunu bir araştıralım. Küçük İvan’ların, Pyotr’ların hemen hepsi  Türk "yavruları" dır.
20.09.2011
Habername

Azerbaijan Army military exercise 2014 Широкомасштабные учение Вооруже...

суббота, 22 ноября 2014 г.

Qarabağ savaşı silsiləsi.....

Məhv edilmiş "Arabo" batalyonundan geriyə qalan bir dəstə döyüşcü...(Laçın - oktyabr, 1992)
Gördüyünüz kimi o "elit" deyilən batalyondan fotoda cəmi 21 nəfər var. Hansı ki, bunların da 10-15 nəfəri sonradan dəstəyə qoşulanlardır. O ağır məğlubiyyətdən sonra qaçan komandirləri Manvel Eqiazaryan isə, daha sonra ümumiyyətlə heç bir döyüşdə iştirak etməmişdir. Hətta deyilənə görə o xəyanətlə günahlandırılaraq, həbs olunmuşdur.
Savaş zamanı xəyanətə qurban gedən torpaqlarımızı işğal olunmaqdan qoruya bilməsək də, Qəhrəman oğullarımız düşmənə çox ağır zərbələr endirmişdir. Şübhəsiz bunlardan ən yadda qalanı "Ağdərə" əməliyyatı olmuşdur.
Onsuz Savaş Hələ Bitməyib!
Biz Geri Qayıdacağıq!

Tarixin ən dəhşətli metro qəzası-Terror

28 oktyabr 1995-ci il tarixində Bakı metropolitenində baş vermiş qəza tarixin ən böyük metro qəzasıdır.
"Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olmuş, 400 nəfər isə xəsarət almışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşmüşdür.
| Eradus

вторник, 14 октября 2014 г.

KOD ADI: “DÖRD T”

Artıq bir neçə müddətdir ki, ermənilərin mənfur plan və siyasətlərinin tərkib hissəsi olan ərazi iddiaları yenidən mütəmadi şəkildə gündəmə gətirilir. Xüsusilə də, beynəlxalq arenada böyük güclərin ideoloji silahı qismində çıxış edən bir sıra media orqanları ermənilərin mənfur niyyət və mövqelərinin təbliğatçısı rolunu oynamaqdadırlar. Məsələn, “New Armenia Daily” (Kanada), “Armenian Observer” (Kanada), “Armenian Reporter” (ABŞ), “News of Armenia” (Fransa) və bu kimi digər imperialist güclərin, o cümlədən erməni lobbisinin xidmətçisi missiyasını daşıyan nəşrlər mütəmadi qaydada ermənilərin təcavüzkar və işğalçı niyyətlərini müdafiə etməkdədirlər. Bu nəşrlər periodik olaraq ermənilərin müxtəlif xalqlara və millətlərə qarşı olan təcavüzkar iddalarını gündəmə gətirirlər.
Şübhəsiz, Ermənistanın ərazi iddialarını şirnikləndirən məqamaların başında qlobal güclərin imperialist ambisiya və siyasətləri dayanır. O baxımdan ki, bəhs edilən güc mərkəzləri özlərinin ekspansionalist strategiyalarını reallaşdırmaq naminə ermənilərdən “piyada” kimi istifadə edirlər. Məhz buna görə də müxtəlif zaman kəsiklərində işğalçı Ermənistanın təcavüzkar iddiaları beynəlxalq miqyasda gündəmə gətirilir, “soyqırımı” iddiaları müxtəlif dövlətlərin parlamentlərində müzakirə mövzusuna çevrilir. Ermənistan isə bunlardan heç bir müsbət qazanc əldə etmir. Əksinə, işğalçı mövqeyin fonunda ölkə getdikcə məhvə doğru sürüklənir. Böyük güclər isə Ermənistana yalnız “şirin” vədlər verirlər. Bu vədlərin reallaşdırılması isə praktik baxımdan mümkün deyil. Ümumiyyətlə, məhz bu cür vədlərin fonunda Ermənistanın təcavüzkar iddiaların əsasında və arxasında “Dörd T” kod adı ilə tanınan planlar dayanır. Bəs “Dörd T” adı verilən plan nədir və özündə hansı niyyətləri, hədəfləri ehtiva edir?
“Dörd T” planı erməni lobbi birlikləri və təşkilatları ilə yanaşı, Ermənistanın da fəaliyyətində əsas tutduğu “qızıl qayda”ları təşkil edir. Belə ki, Ermənistan dövlətinin ən önəmli üç rəsmi sənədinə - “Müstəqillik aktı”, “Müstəqillik bəyannaməsi” və konstitusiyasına nəzər yetirdikdə “Dörd T” planının aydın təzahürünü müşahidə etmək olur Ümumiyyətlə, bu plan böyük güclərin vədlərindən başqa bir şey deyil və özündə aşağıdakı prinsipləri birləşdirir:
1T planı - Terror və ya təkrar canlanma: ermənilər tarix boyunca öz ekspansionalist - təcavüzkar niyyətlərinə çatmaq üçün ilk növbədə terrora baş vurublar. Mərhələ-mərhələ həyata keçirilən terror olayları Hınçak, Ramqavar, ASALA, ARA, JCAG, Qaraxaç cəmiyyəti kimi terrorçu qruplar tərəfindən törədilib. 1905-1906-cı il hadisələri, 1918-ci il mart soyqırımı, 1988-ci il olayları, 1992-ci il Xocalı faciəsi və ümumilikdə, törədilən terror aktları nəticəsində milyonlarla insanların həyatına son qoyulub;
2T planı - Tanınma: bu plan özlərini “məzlum” millət kimi göstərməyə çalışan təcavüzkar ermənilərin uydurma “soyqırımı” iddiasını tanıtmaq cəhdləri ilə bağlıdır. Bununla onlar özlərinin müxtəlif dönəmlərdə dəhşətli soyqırımları törətmələrinə baxmayaraq, bu iyrənc vasitəni əllərində bayraq etməyə çalışırlar. Belə ki, ermənilər Amerika Erməni Assambleyası (AAA), Erməni Milli Komitəsi (ANC), Erməni İnqilab Federasiyası (ARF) kimi geniş təsir gücünə malik olan lobbi birlikləri vasitəsilə hər il müxtəlif ölkələrin parlamentlərində türklər tərəfindən məruz qaldıqlarını iddia etdikləri “soyqırımı”nı tanıtdırmağa çalışsalar da, öz imperialist maraqlarına görə ermənilərdən “məharətlə” istifadə edən dövlətlərdən başqa, əksər ölkələrin parlamentlərində bu çirkin niyyətin gerçəkləşdirilməsinə nail ola bilmirlər;
3T planı - Təzminat: Əgər “2T planı”, yəni “soyqırımı”nın tanınması tam olaraq baş tutarsa, bu zaman ermənilər türklərdən külli miqdarda təzminat( bu, müxtəlif formalarda baş verə bilər-N.Q.) tələb edəcəklər. Türkiyə 1915-ci il köçürmə hadisələrinə “soyqırımı” qiyməti verərsə, yəni ermənilərin çirkin iddialarını qəbul edərsə, “3T planı”n baş tutmuş olacaq və “4T planı”na keçid alınacaq.
4T planı - Torpaq iddiaları: mənfur qonşularımızın “Hai-Tahd” ideologiyasına görə, Ermənistan özünün tarixi ərazisi olan (bunun belə olmadığı hamıya yaxşı məlumdur-N.Q) “itirilmiş torpaqlar”ı nəyin bahasına olursa-olsun geri qaytarmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, hətta bunun üçün terrora baş vurulması belə “haqq yolu” hesab edilir. “İtirilmiş torpaqlar” dedikdə isə onlar Şərqi Anadolu, Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və Kür çayınadək olan əraziləri, Gürcüstanın Cavaxetiya, Borçalı və bunlara paralel bölgələrini nəzərdə tuturlar.
Göründüyü kimi, bu planların hamısı ekspansionalist - təcavüzkar niyyətlərə xidmət etməklə sistematik şəkildə bir-birinə bağlılıq təşkil edir. Yəni bunlardan birinin tam olaraq həyata keçirilməsi “zəncirvari reaksiya” kimi digərlərinin də ard-arda gəlməsinə səbəb ola bilər. Qlobal güc mərkəzləri isə nəyin bahasına olursa-olsun, bu cür dağıdıcı planların reallaşdırılmasına mane olmalıdırlar. Əks təqdirdə, bəşəriyyətin mövcudluğunu təhdid edən yeni təhlükələrin ortaya çıxması qaçılmaz olacaq.

суббота, 11 октября 2014 г.

Sara xatun...

Sara Xatun

Onun diplomatik bacarığı Azərbaycan tarixində silinməz izlər qoydu

Azərbaycan qadınları tarix boyu müdrik, uzaqgörən, Vətənə, torpağa və ailəsinə sədaqətli olmuş və zamanın bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarmış, çətin məqamlardan çıxış yolunu düzgün seçərək kişiləri də bu yola istiqamətləndirmişlər. Bunun bariz nümunəsini e.ə. VI əsrdə yaşayan Əhəməni hökmdarı Kirə qan uddurmuş Tomrisin timsalında, öz ağlı və dərrakəsi ilə İsgəndəri düşünməyə vadar etmiş Bərdə hökmdarı Nüşabənin simasında görürük. Bizim Mömünə xatunumuz, İnanc xanım, Mehrcan xanım kimi uzaqgörən, I Şah İsmayılın yaxın həmdəmi olan Taclı xanım və qızı Pərixan xanımımız, Qubalı Fətəli xanın xanımı Tutu Bikəmiz, Gəncə xanı Cavad xanın ömür-gün yoldaşı Bəyim xatunumuz olub, yaşayıb və bundan sonra da tariximiz boyu yaşayacaqlar.
   Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun adını fəxrlə çəkə biləcəyimiz bir qadındır. Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur.
   Azərbaycan tarixində tanınmış və tarixdə iz qoyan şəxsiyyətlərdən biridir. Bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.
  
   Həyatı
  
   Sara Xatun Bayandur elində doğulub. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara Xatunun böyük rolu vardı. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara Xatun hətta Avropa ölkələrində də tanınırdı. O, bir dövlət xadimi kimi hakim sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin möhkəmləndirilməsinə çalışırdı. Bu məqsədlə feodal pərakəndəliyinə və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə saray çəkişmələrinə qarşı mübarizə edirdi. Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ölümündən sonra onun oğulları, habelə bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə onun böyük rolu olmuşdur. Bunun nəticəsində, həmin dövrdə kiçik Ağqoyunlu dövləti kimi iki qüvvətli rəqib arasında müstəqilliyini qoruyub, saxlaya bilmişdi. Olduqca ağıllı və tədbirli qadın olan Sara Xatun dövləti idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparamış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyinin müvəffəqiyyətlə müdafiə etmişdi. Uzun Həsən, xüsusiylə xarici siyasətlə əlaqədər ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilər də Sara xatun başçılıq etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara Xatun göndərilmişdi. Sara Xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur.
  
   Bir diplomat kimi fəaliyyəti
  
   Amma Azərbaycan diplomatiyasının çiçəklənməsi orta əsrlərdə, xüsusilə də Ağqoyunlular dövləti ilə başladı. Uzun Həsənin dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparırdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. O zaman Ağqoyunlular dövlətinin dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
   Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərinə həsr olunmuş araşdırmasında bildirir ki, Uzun Həsən bir sıra dövlətlərlə diplomatik münasibətlər saxlayırdı. Bundan başqa, Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirib, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurmaqla tarixə düşür: "Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarırdı. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparırdı. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trabzon dövləti üzərindən keçib gəlməli idi. Osmanlı isə bunun qarşısını almaq istəyir və 1453-cü ildə II Mehmet tərəfindən İstanbul fəth olunandan sonra Trabzon dövlətini məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara Xatunun başçılığı ilə elçilər yollanır. Sara Xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir və sülh bağlanır".
   Bir diplomat kimi Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara Xatunu sultan II Mehmedin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla, o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə nail olduğundan sonra Sara Xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanın hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə, diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. İki ölkə arasında, ağqoyunluların Osmanlı qoşunlarının Trabzona hücümu zamanı Ağqounlu dövlətinin bitərəf qalması şərtilə sülh bağlandı. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu. Məhz Sara xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi. Lakin Sara Xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetirə bilmədi. Sultanı Trabzon yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi. Tarixçi F. Uspenski Trabzonun alınması ərəfəsində Ağqoyunlu dövləti ilə Türkiyə arasında belə sülh müqaviləsi bağlanıla biləcəyinə şübhə edir. Bizcə, onun bu fikri aşağıdakılara görə elmi cəhətdən dürüst deyil: əvvəla ona görə ki, yuxarıda göstərdiyimiz kimi, bəhs etdiyimiz dövrdə Ağqoyunlu dövləti Türkiyə ilə toqquşa biləcək dərəcədə güclü deyildi; digər tərəfdən Ağqoyunlu dövlətinə arxadan qaraqoyunlular və teymurilərin hücumu gözlənirdi. Buna görə də Uzun Həsən Osmanlı dövləti ilə sülh bağlamağa məcbur idi; bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyub gəldiyi işğalçılıq planlarını yerinə yetirmək üçün tələsirdi. O, Kiçik Asiyada vaxt itirmək itsəmirdi. Daha sonra mənbələrdə Ağqoyunlu dövləti ilə Venesiya arasında haqqında bəhs etdiyimiz sülh müqaviləsinin bağlanmasına dair ətraflı və zəngin məlumat vardır. Ağqoyunlularla müharibə vəziyyətində olan bir ölkəyə hücum etdiyini söyləmək məntiqi cəhətdən də düzgün olmazdı. Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmet Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla ağqoyunlu elçilərini də özü ilə götürdü. Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. Dənizdən osmanlı donaması tərəfindən mühasirə edilən Trabzon 30 günlük mühasirədən sonra, 1461-ci il oktyabrın 26-da türklər tərəfindən zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin-Dəspinə xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra ağqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı. Uzun Həsənin elçiləri ilə birlikdə, Yastıçəməndə bağlamış müqaviləni yeniltmək üçün sultanın qərbdəki istilalarını həyata keçirdikdən sonra öz arxasını təhlükəsizləşdirmək istəyirdi.
   Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.
   Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir mirzə və Uzun Həsənə sifariş göndərir ki, "Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz". Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları damadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.
   Qadınların kişilərə nisbətən həyatın bütün sahələrində hüquqsuz bir vəziyyətdə olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu qürur yaradır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasa da, onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.
  



Şah İsmayıl Xətainin həyat və yaradıcılığı haqqında



Həyati
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir) ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.
Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları - Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

Şah İsmayıl Xətai13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında

K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi»
Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.
Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.

Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.

Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.

Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.

Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.

Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas, Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə "Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü." deyiləcəkdi.

Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.

Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.

Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil." deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.

Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.

Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

Şair Xətai
Xətai divanıŞah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə ədəbiyyatımızı zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və Nəsimi kimi «ənəlhəq» («mənəm allah») şüarına, ideyasına tərəfdar çıxıb özünü «vəhdət gülzarının bülbülü» adlandırır:
Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.

Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü «mütləq həqiqət» («həqqi-mütləq») deyə vəsf edir:

Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:

Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

Şairin panteist olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.

Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Nizami ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.

Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.

Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin «Sirlər xəzinəsi» əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi - insan adını uca tutmağa çağırır:

Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.

Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.

Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:

Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın – bağçada bar olmasa.

Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.

Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.

VikiMənbə bu mövzuya dair məlumatlar var:
Şah İsmayıl Xətai

Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?

Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.

Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.

Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?

Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.

İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.

Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əksiklik görməmişdir ki, şikayətlənsin.

Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:

Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.

Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.

Açıldı yazlar, bitdi çiçiklər,
Gül ilə şol bənövşə susən oldu.

İrişdi vədəsi badi-baharın,
Behər su gül hezaran-xərmən oldu.

Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. «Qızıl gül, bağü bustanım, nə dersən?» misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:

Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, Kişvərinin, Həbibinin, Hamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, orijinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur.

Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun «Nəsihətnamə» məsnəvisi və «Dəhnamə» poeması epik şerin qiymətli nümunələridir. «Nəsihətnamə» adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. «Nəsihətnamə» sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.

«Dəhnamə» Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa «Dəhnamə»lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.

Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.

Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.

Ədəbiyyatşünaslığımızda bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.

Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.

Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…

Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, «Eşq odu yenə bu canə düşdü» deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.

Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.

Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.

«Dəhnamə» mövzusunda Xətaidən əvvəl Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin «Dəhnamə»si ana dilində yaranan ilk epik əsərlərdəndir.

Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə «Dəhnamə» kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.

Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri

ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:

Dərindir bizim dəryamız, boylanmaz,
Min bir kəlam desəm, biri anlanmaz.
Kişi iqrarsız yollara bağlanmaz,
Yolları qoynunda yürüyüb gedər.

Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.

Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.

Nizaminin, Füzulinin, Saibin, Qövsinin, Vaqifin və başqa sənətkarlarımızın söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin «Bir söz» rədifli gəraylısı Füzulinin «Söz» rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:

Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:

Xətai, işin düşər,
Gəlib-gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.

Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır. Füzulu kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan «Bəngü Badə»ni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu «Mürşidi-kamilim, şeyx oğlu şahim» deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətainin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur «Şah İsmayıl» dastanı yaranmışdır. Bu dastan əsasında M. Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin «Bakı-1501», F. Kərimzadənin «Xudafərin körpüsü», Ə. Nicatın «Qızılbaşlar» romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Xətainin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.