вторник, 14 октября 2014 г.

KOD ADI: “DÖRD T”

Artıq bir neçə müddətdir ki, ermənilərin mənfur plan və siyasətlərinin tərkib hissəsi olan ərazi iddiaları yenidən mütəmadi şəkildə gündəmə gətirilir. Xüsusilə də, beynəlxalq arenada böyük güclərin ideoloji silahı qismində çıxış edən bir sıra media orqanları ermənilərin mənfur niyyət və mövqelərinin təbliğatçısı rolunu oynamaqdadırlar. Məsələn, “New Armenia Daily” (Kanada), “Armenian Observer” (Kanada), “Armenian Reporter” (ABŞ), “News of Armenia” (Fransa) və bu kimi digər imperialist güclərin, o cümlədən erməni lobbisinin xidmətçisi missiyasını daşıyan nəşrlər mütəmadi qaydada ermənilərin təcavüzkar və işğalçı niyyətlərini müdafiə etməkdədirlər. Bu nəşrlər periodik olaraq ermənilərin müxtəlif xalqlara və millətlərə qarşı olan təcavüzkar iddalarını gündəmə gətirirlər.
Şübhəsiz, Ermənistanın ərazi iddialarını şirnikləndirən məqamaların başında qlobal güclərin imperialist ambisiya və siyasətləri dayanır. O baxımdan ki, bəhs edilən güc mərkəzləri özlərinin ekspansionalist strategiyalarını reallaşdırmaq naminə ermənilərdən “piyada” kimi istifadə edirlər. Məhz buna görə də müxtəlif zaman kəsiklərində işğalçı Ermənistanın təcavüzkar iddiaları beynəlxalq miqyasda gündəmə gətirilir, “soyqırımı” iddiaları müxtəlif dövlətlərin parlamentlərində müzakirə mövzusuna çevrilir. Ermənistan isə bunlardan heç bir müsbət qazanc əldə etmir. Əksinə, işğalçı mövqeyin fonunda ölkə getdikcə məhvə doğru sürüklənir. Böyük güclər isə Ermənistana yalnız “şirin” vədlər verirlər. Bu vədlərin reallaşdırılması isə praktik baxımdan mümkün deyil. Ümumiyyətlə, məhz bu cür vədlərin fonunda Ermənistanın təcavüzkar iddiaların əsasında və arxasında “Dörd T” kod adı ilə tanınan planlar dayanır. Bəs “Dörd T” adı verilən plan nədir və özündə hansı niyyətləri, hədəfləri ehtiva edir?
“Dörd T” planı erməni lobbi birlikləri və təşkilatları ilə yanaşı, Ermənistanın da fəaliyyətində əsas tutduğu “qızıl qayda”ları təşkil edir. Belə ki, Ermənistan dövlətinin ən önəmli üç rəsmi sənədinə - “Müstəqillik aktı”, “Müstəqillik bəyannaməsi” və konstitusiyasına nəzər yetirdikdə “Dörd T” planının aydın təzahürünü müşahidə etmək olur Ümumiyyətlə, bu plan böyük güclərin vədlərindən başqa bir şey deyil və özündə aşağıdakı prinsipləri birləşdirir:
1T planı - Terror və ya təkrar canlanma: ermənilər tarix boyunca öz ekspansionalist - təcavüzkar niyyətlərinə çatmaq üçün ilk növbədə terrora baş vurublar. Mərhələ-mərhələ həyata keçirilən terror olayları Hınçak, Ramqavar, ASALA, ARA, JCAG, Qaraxaç cəmiyyəti kimi terrorçu qruplar tərəfindən törədilib. 1905-1906-cı il hadisələri, 1918-ci il mart soyqırımı, 1988-ci il olayları, 1992-ci il Xocalı faciəsi və ümumilikdə, törədilən terror aktları nəticəsində milyonlarla insanların həyatına son qoyulub;
2T planı - Tanınma: bu plan özlərini “məzlum” millət kimi göstərməyə çalışan təcavüzkar ermənilərin uydurma “soyqırımı” iddiasını tanıtmaq cəhdləri ilə bağlıdır. Bununla onlar özlərinin müxtəlif dönəmlərdə dəhşətli soyqırımları törətmələrinə baxmayaraq, bu iyrənc vasitəni əllərində bayraq etməyə çalışırlar. Belə ki, ermənilər Amerika Erməni Assambleyası (AAA), Erməni Milli Komitəsi (ANC), Erməni İnqilab Federasiyası (ARF) kimi geniş təsir gücünə malik olan lobbi birlikləri vasitəsilə hər il müxtəlif ölkələrin parlamentlərində türklər tərəfindən məruz qaldıqlarını iddia etdikləri “soyqırımı”nı tanıtdırmağa çalışsalar da, öz imperialist maraqlarına görə ermənilərdən “məharətlə” istifadə edən dövlətlərdən başqa, əksər ölkələrin parlamentlərində bu çirkin niyyətin gerçəkləşdirilməsinə nail ola bilmirlər;
3T planı - Təzminat: Əgər “2T planı”, yəni “soyqırımı”nın tanınması tam olaraq baş tutarsa, bu zaman ermənilər türklərdən külli miqdarda təzminat( bu, müxtəlif formalarda baş verə bilər-N.Q.) tələb edəcəklər. Türkiyə 1915-ci il köçürmə hadisələrinə “soyqırımı” qiyməti verərsə, yəni ermənilərin çirkin iddialarını qəbul edərsə, “3T planı”n baş tutmuş olacaq və “4T planı”na keçid alınacaq.
4T planı - Torpaq iddiaları: mənfur qonşularımızın “Hai-Tahd” ideologiyasına görə, Ermənistan özünün tarixi ərazisi olan (bunun belə olmadığı hamıya yaxşı məlumdur-N.Q) “itirilmiş torpaqlar”ı nəyin bahasına olursa-olsun geri qaytarmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, hətta bunun üçün terrora baş vurulması belə “haqq yolu” hesab edilir. “İtirilmiş torpaqlar” dedikdə isə onlar Şərqi Anadolu, Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və Kür çayınadək olan əraziləri, Gürcüstanın Cavaxetiya, Borçalı və bunlara paralel bölgələrini nəzərdə tuturlar.
Göründüyü kimi, bu planların hamısı ekspansionalist - təcavüzkar niyyətlərə xidmət etməklə sistematik şəkildə bir-birinə bağlılıq təşkil edir. Yəni bunlardan birinin tam olaraq həyata keçirilməsi “zəncirvari reaksiya” kimi digərlərinin də ard-arda gəlməsinə səbəb ola bilər. Qlobal güc mərkəzləri isə nəyin bahasına olursa-olsun, bu cür dağıdıcı planların reallaşdırılmasına mane olmalıdırlar. Əks təqdirdə, bəşəriyyətin mövcudluğunu təhdid edən yeni təhlükələrin ortaya çıxması qaçılmaz olacaq.

Комментариев нет:

Отправить комментарий