ŞOK! Hər şey ifşa olundu! Rusiya İŞİD-ə kimyavi maddə göndərən Türkiyә şirkətlərinin adlarını açıqladı
May 26, 2016 - 12:50 PM
- News Code : 756452
BMT Baş Katibliyinə məktub göndərən Çurkin, Gültaş Kimya, Marikem Kimya vә Sənaye Məhsulları, Metkim, Ekim Gübre vә Diversey Kimya şirkətlərinin İŞİD-ə kimyəvi maddələr göndərdiyini bildirib.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin, partlayıcıların istehsalında istifadə edilən maddələrin İŞİD-ә göndərən Türkiyә şirkətlərinin adlarını açıqlayıb.
BMT Baş Katibliyinə məktub göndərən Çurkin, Gültaş Kimya, Marikem Kimya vә Sənaye Məhsulları, Metkim, Ekim Gübre vә Diversey Kimya şirkətlərinin İŞİD-ə kimyəvi maddələr göndərdiyini bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi məktubda yazıb: "İraqın Tikrit və Suriyanın Kobani bölgələrində İŞİD yaraqlıları tərəfindən istifadə olunan partlayıcı qarışıqlarındakı kimyəvi maddələrin üzərində istehsalçı firmaların müəyyən edilməsi və bu maddələrin digər ölkələrə satış şərtlərinin öyrənilməsi üçün aparılan təhlil, həmin maddələrin ya Türkiyədə istehsal olunduğu, ya da üçüncü ölkələr üzərindən yenidən ixrac hüququ olmadan Türkiyəyə göndərildiyini göstərir".
Çurkin məktubunda həmin şirkətlərin İŞİD-ə göndərdiyi kimyəvi maddələrin növlərini də qeyd edib. O, Türkiyә şirkətləri tərəfindən İŞİD-ə göndərilən kimyəvi maddələr arasında alüminium tozu, ammonium nitrat, kimyəvi karbamid və hidrogen peroksid olduğunu qeyd edib. Çurkin Türkiyədən Suriyaya aparılan ammonium nitratın nəqlinin 7 dəfə artdığına da diqqət çəkib.
Rusiyalı diplomat İŞİD-in Yaxın Şərqdəki mütəxəssisləri tərəfindən hazırlanan əl istehsalı olan partlayıcıların fərqləndirici xüsusiyyətinə diqqət çəkib: "Bu partlayıcıları digərlərindən ayıran xüsusiyyət, ABŞ-ın Microchip Technology firmasına məxsus mikrokontroler, İsveçrəin ST Microelectronics şirkəti tərəfindən istehsal edilən tranzistor və Nokia 105 RM-908 model cib telefonlarının istifadə edilməsidir".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Комментариев нет:
Отправить комментарий