среда, 4 мая 2016 г.

Səfəvi - Portuqaliya müharibəsi..

Şah İsmayıl Səfəvi
Səfəvi - Portuqaliya müharibəsi..
Qızılbaşların portuqalları darmadağın etməsi və Şah Abbasdan ingilislərə sürpriz..
1602-ci ildə Bəhreyn hakimi Rükunəddin Məsud, Portuqalların himayəsində olan Hörmüz hakimi Firuzşahın qorxusundan Fars hakimi Allahverdi xandan kömək istədi. Allahverdi xan fürsətdən istifadə edərək Rükunəddini öldürtdü və Bəhreyn Səfəvilərin əlinə keçdi. Bundan sonra Portuqallar və Hörmüz hakiminin qüvvələri Bəhreynə hücuma keçsələrdə məğlub edilərək geri çəkilməyə məcbur oldular. Çünki Portuqalların Bəhreyni Səfəvilərdən almağa yetərincə gücləri yox idi. Lakin Bəhreyni təhlükəsiz saxlamaq üçün Səfəvilər Hörmüzü də ələ keçirməyə məcbur idilər.
Hörmüz Səfəvilərin ən böyük ticarət limanlarından biri idi və Bəsrə körfəzinin girişində yerləşir. Beləki Qərbi Asiya və Hindistan arasında yerləşən Hörmüz çox böyük ticarət əhəmiyyətinə malikdir.
Şah Abbas 1602-ci ildə Bəhreyn adasının fəthindən sonra Allahverdi xana Hörmüzün də ələ keçirilməsini əmr etmişdi. Amma Allahverdi xan Hörmüz məsəlsiylə yalnız 1613-cü ildə məşğul ola bilmişdi. Həmin il adaya hücuma keçən Qızılbaşlar məğlub olmuşdular və bir il sonra Allahverdi xanxəstələnərək ölmüşdü. Allahverdi xanın ölümündən sonra Fars bəylərbəyisi oğlu İmamqulu xan təyin edilmişdi.
Hakimliyinin ilk illərində İmamqulu xan Portuqalların Hörmüz adasını qorumaq üçün tikdikləri Gembrun limamını ələ keçirərək qalanı dağıtdı və qalanın yerində daha möhkəmini düzəltdirdi. Lakin hələdə qalanın qarşısında yerləşən Hörmüz adası hələdə fəth olunmamışdı.
1620-ci ildə 4 İngilis gəmisi Surat limanından Fars körfəzinə doğru hərəkət etdilər. Dekabr ayının 28-də baş verən döyüşdə ingilislər qalib gəlsələrdə kapitan Şilinq öldürüldü. Bu qalibiyyət nəticəsində İngilislərin Fars körəzinə yolları açılmışdı.
İngilis-Portuqal rəqabətindən Şah Abbas istifadə etmək arzusunda idi. Bununla da o, Hörmüzü tamamilə geri almaq istəyirdi. 1621-ci ildə dekabrın 26-da Ost-Hind şirkəti və Səfəvilər arasında müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə:
1) Ələ keçirilən bütün qənimətlər eyni miqdarda bölünəcək.
2) Hörmüz adasına hücum eyni anda olacaq.
3) Adanın gömrük haqqı eyni olaraq .
4) Döyüşdən sonra Xristian əsirlər İngilislərə, Müsəlman əsirlər Səfəvilərə veriləcək.
5) Döyüş xərclərini hər iki tərəf eyni miqdarda qarşılayacaq.
1622-ci ildə İmamqulu xan 3000 Qızılbaş ilə qurudan, ingilislər isə sudan hücuma başladılar. Müttəfiqlər portuqallar üçün ərzaq və su qaynağı olan Keşm adasını tutdular. 9 fevral 1622-ci ildə ingilislər Hörmüz adasının qarşısına dəmir atdılar. Bəndər Abbasdan (Gemburundan) İngilis gəmiləriylə daşınan Səfəvi əsgərlərinə, İmamqulu xan və Şahqulu bəy başcılıq edirdilər. Qızılbaşlar top atəşinin dəstəyi ilə Hörmüz qalasını mühasirəyə aldılar. Aprelin 9-da qalanın hasarları dağıdıldı. Davam gətirə bilməyəcəyini görən Portuqallar avqustun 23-də qalanı tərk edib qaçdılar. İmamqulu xan qalaya 200 nəfərlik Qızılbaş yerləşdirdi. Bununla da 1 əsr işğal altında olan Hörmüz yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı. Adanın işğalından sonra Şah Abbas ingilislərə verməli olduğu imtiyazları onlara vermədi. İngilislərin ələ keçirdiyi qənimətlərdə Qızılbaşlar tərəfindən ucuz qiymətə geri alındı. Hörmüzün azad olunmasından sonra, onun qarşısında yerləşən Gembrun limanının adı dəyişdirilərək, Bəndər Abbas adlandırıldı..

Комментариев нет:

Отправить комментарий