пятница, 8 апреля 2016 г.

Vəhhabilərin hansına bu sualı vermisiz. ???



Vəhhabilərin hansına bu sualı vermisiz. ???
Görəsən, siz vəhabilər tarix boyu şiələrin hansısa əqidəsini, işini və ya şiə alimlərinin yüksək səviyyəli kitablarını bəyənib təhqir etmisinizmi? Onlara din və vətən yolunda apardıqları müharibələrdə dəstək olmusunuzmu?Din yolunda şəhid olan insanlarını xoş fikirlə xatırlamısınızmı? Cənubi Livanda İsraillə müharibədə hansı vəhabi şiələrə yardım edib, hansı vəhabi İraqda və Fələstində olan müsəlmanlara yardım edir? Neçə vəhabi indiyədək bu yolda can verib? Bəli, əslində elə bunlar kömək etməməlidirlər. Çünki bunlar həqiqətən şiələri müsəlman bilmirlər. Lakin Əbu Sufyan, Müaviyə, Yezid, İbn Ziyad və Şimr kimi cinayətkar şəxsləri Peyğəmbər (s) zülm etdikləri və onun Əhli-beytini qətlə yetirdikləri halda müsəlman bilib lənət etmirlər.
Bu cənablar şiələrin imamlarına, müqəddəs ziyarətgahlarına həqarətlə yanaşır, Əhli-beyt (ə) tərəfdarlarının azan, namaz, əqd-
nigahlarını batil hesab edirlər. Lakin özlərinin saxta din və əqidələrini Səudiyyə Ərəbistanının muzdlu və saxta din xadimlərindənöyrəndikləri fikirləri İslam şəriətindən hesab edirlər. Məsələdən agah şəxslər bilirlər ki, bunların şiələrin məscidlərini və din alimlərini pisləməkdən məqsədləri özlərinə haqq
qazandırmaq və bu yolla öz batil əqidələrini insanlar arasında yaymaqdadır. Bəzi vaxt özlərini haqq tərəfdarı kimi göstərmək üçün İmam Baqir (ə) və İmam Sadiq (ə) – dan hədislər gətirib onların tarixdə yaşayış tərzindən danışırlar. Lakin Azərbaycan xalqı bilməlidir ki, bu bir hiylə və vəhabiliyi yaymaq üçün bir gedişdir. Siz statusumu oxuyanlar üçün bu firqənin cinsi məsələrlə əlaqədar olan hökm və məsələlərinə istinadən baxmaq kifayət edər. Biz o mənbələrdə yazılanı şəbəkələrdə qısa da olsa sizin üçün weyd edərik. Əminəm ki, hər kəs bunların çirkin əqidələrindən xəbərdar olsa, onlara qız verib-qız almaz. Bu şəxslərlə ailə qurub özünü rüsvay etməz. Çünki qadına bu səviyyədə hörmətsizliyi ancaq onların mənbələrində tapmaq olar vəhabilər dedikdə məqsədimiz bu əqidələri bilib inadkarlıqla onları müdafiə edənlərdir. Lakin bu həqiqətlərdən xəbəri olmayıb o firqədə olan kəslərə xüsusən də cavanlara biz dinin düşməni kimi baxmamalıyıq. Əksinə, onları başqa əqidəyə mənsub müsəlman hesab edib həqiqəti onlara sakit və əxlaqi tərzdə çatdırmalıyıq.
Məhzəb qardaşlasrımızdan, yəni şiələrdən xahişimiz budur ki, bu mətləbləri vəhabilərə izah edərkən mücadilədən, həmçinin bəyənilməyən kəlmələrdən istifadə etməsinlər. Çünki Allahın Quranda Peyğəmbərə (s) buyurduğunu əsas gətürərək bu kiçik hazırlamaqda hədəfimiz haqqı vəhabilərə çatdırmaqdır: “Və ma alər-rəsuli illəl-bəlağ”, “Peyğəmbərin üzərinə düşən vəzifə haqqı insanlara çatdırmaqdır”. Ərəblərdə belə bir məsəl var: “Evi şüşədən olan kəs özgəsinə daş amaz.” Vəhabilər bu qədər çirkin, nifrətə ayiq, mədəniyyətdən və müsəlmançılıqdan kənar fətvaları ola-ola digər şəxsləri töhmət etmələri və pisləmələri heç bəyənilmir. Görəsən, hansı namuslu bir qız, yaxud qeyrətli bir oğlan bu qədər çirkin və rüsvayçı fətvalardan sonra vəhabi olmağa razı olar? Çünki vəhabilik, həqiqətən islamdan və şəriətdən sayılmır. Əksinə, bu çirkin bir çibana bənzəyir ki, sağlam insanın bədəninin hansısa bir yerində törəyib bütün bədənə əziyyət verir.
Biz burada vəhabilərin etiqad göstərdikləri əhkam və fətvaları onların inandığı mənbələrdən qeyd etmişik. Həmin fikirlər və fətvalardan bəzisini sizlərə təqdim edərik inşallah.

Комментариев нет:

Отправить комментарий