Düşmənini tanımayan və onu dərk etməyən millət ölümə məhkumdur
EDUARD FUKLER - əsl adı Mark Sumbadır, yəhudidir, amerikalı mikrobioloqdur. Millətə qarşı strateji plan hazırlamışdır. Dörd ölkənin vətəndaşı olub (ABŞ, İngiltərə, İsrail, Fransa). Bu ölkələrdəki hərbi-sənaye komplekslərində, elmi-tədqiqat laboratoriyalarında insan əzaları, genetik dəyişmələr, toksikoloji araşdırmalar istiqamətində, eləcə də virusologiya sahəsində güclü nəticələri var. O vətəndaşı olduğu ölkələrin elmi laboratoriyasında 150-dən artıq bəşəriyyətə, insanlığa, ekoloji duruma təsir edib onu dəyişdirən proseslərin hazırlanmasında Mİ-6 (İngiltərə) kəşfiyyat mərkəzi üçün xeyli iş görüb. O amerikalı olsa da, həmişə ingilis (əslində yəhudi) xüsusi xidmət orqanlarına xidmət edib. Xüsusən ölkənin ən iri neft şirkəti olan BP-nin dünya yanacaq resurslarında iş görən, çalışan əsas işçi qüvvəsi arasında psixoloji durumu sabit saxlamaq, insanlarda nökərçilik və hər şeyə qane olmaq (?) prinsiplərini qorumaq, istənilən anda, lazım olan vaxt işçi qüvvəsini mövcud hakimiyyətin və dövlətin ictimai-siyasi dayaqlarına qarşı qaldırmaq və s. kimi məsələlər onun dərman preparatlarına, “konteyner tozları”na bağlı olub. O, “Kəşfiyyat statistikası”nda dünyanı sarsıdan on dörd tədqiqatçıdan biridir. Rus general-mayoru Y.Antonov onunla bağlı məxfi arayışlarında yanacaq resursları və mənəvi-əxlaqi dəyərləri, düşüncə və dərketmə qabiliyyətləri güclü olan ölkələrin dövlət və hökumət strukturlarına xəbərdarlıq edir.
Professor Fukler müsəlman xalqını, xüsusən Qafqazda ən güclü potensialı özündə saxlayan, həmişə yaşamaq həvəsi çox olan Azərbaycan ərazisini, azərbaycanlı olan hər kəsi özünün bir nömrəli düşməni hesab edib. O tez-tez dünyanın müharibə gedən ərazilərinə getmiş, tərəflərin əsir və girov götürdükləri insanları satın almaqla məşğul olmuşdu... Bütün bunlar onun canlı laboratoriyası üçün əsl xammal idi.
Araşdırma materiallarına görə professor E.Fukler və onun qrupu bir neçə dəfə Azərbaycanın işğal olunmuş ərazilərində olmuş, erməni separatçılarının girovu olan həmyerlilərimizlə söhbətlər etmişdir (?). Həmçinin bədnam professor məlumata görə 23 dəfə Azərbaycana, onun müxtəlif yaşayış məntəqələrinə “turist səfərləri” edib. İnsanlığa qənim və düşmən kəsilmiş, xüsusən azərbaycanlılara qarşı amansız işlər görən professor “Qarğa təbəssümü”nü hazırlayan (söhbət insanı patoloji və ümumən fiziki cəhətdən şikəst qoyan, beyin yarımkürələrini “daşlaşdıran” xəstəlik mənbəyindən gedir) yeddi alimdən biridir.
“201499” rəqəmi yazılmış bir qovluqda toplanılmış sənədlər maraqlıdır. Bu sənəddəki qeydlərə görə məlum olur ki, hələ 1989-cu ilin avqust ayının 28-dən İttifaqın tərkibindəki hər hansı bir respublikaya müxtəlif həcmlərdə zəhər ayrılıb. Kiçik konteynerlərə yüklənmiş bu kiçik preparatlar vasitəsilə hər bir dövlət və yaxud hakimyyət özünü qorumağı bacarmalı idi. Məlumata görə Mərkəzi Kəşfiyyat İdarəsinin xəttilə ayrılmış “zəhər kütləsi” Ağ Evdə müzakirə olunub və sonra respublikalara göndərilirdi. Məsələn, 1990-cı ilin yarvarın 20-dən Ukraynaya 40 qram, Belorusiyaya 35 qram, Gürcüstana 12 qram, Ermənistana 9 qram, Özbəkistana 55 qram, Azərbaycana 17 qram, Türkmənistana 14 qram, Pribaltika ölkələrinə üst-üstə 70 qram... üstündə “Felau-1” yazılmış kiçik konteynerlər yola salındı. Məlumata görə, daha dəqiq olsun, deyək ki, Kremlin Xüsusi Mühafizə dəstəsinin əməkdaşlarından olan D.X.Tanfilov “201499” saylı qovluğa qoyduğu açıqlamasında yazır: “Bu zəhər konteynerlərini Kapitoliydan göndərirlər. Bu zəhər konteynerləri yenicə ayrılıb müstəqillik arzulayan ictimai-siyasi quruluşların düşmənləri üçün idi. İnsanı məhv etmək, onu sıradan çıxarmaq cəmi on altı saniyə çəkirdi”.
Xarici kəşfiyyat üçün misilsiz xidmətlər göstərən professor E.Fukler deyir: “Yer üzündə bizə mane olan artıq millət var... Artıq dil var... Artıq din var... Artıq adət-ənənə var...” Bu ideya altında “Qarğa təbəssümü” profilli yeni tele-layihələr, yaşamaq üçün (?) modellər hazırlayır.
Fikrimcə “Qarğa təbəssümü” altında ölüb sıradan çıxmaq daha amansız bir görüntü idi...
İSMAEL JAN TOLE - özünü gah fransız, gah ingilis hesab etsə də, yəhudidir. Professor E.Fuklerin qrupunda çalışan alim-genetik uzun müddət Böyük Britaniyanın xüsusi xidmət idarələrində çalışıb. 1980-cı ildən başlayaraq Azərbaycan istiqamətində tədqiqatlar aparıb. Əsli-nəsli bilinməyən bu alim ilk dəfə genetik kodlara bilavasitə təsir edən, insanları depressiyadan deformasiyaya qədər aparıb çıxaran, patoloji cəhətdən şikəst edən ilk tele-layihələrin əsasını qoyub.
Azərbaycanlılara qənim kəsilmiş “Fukler qrupu”nun ən öndə gedən mütəxəssislərindən olan İ.J.Tole haqqında Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında ilkin məlumatlar dinlənilmişdir. Bu yığıncağın nəticəsi olaraq RF-dəki qeyri-hökumət təşkilatları tərəfindən Rusiya Televiziya və Radio verilişləri üçün, eləcə də aparıcı mətbuat mərkəzləri üçün nəzərdə tutulan 347 tele-layihələrin icrası dayandırılmışdır. (Bu məsələ ilə bağlı RF prezidenti V.V.Putin xarici kanallara açıqlamasında bildirdi ki, Rusiya Federasiyası ərazilərində 643 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onların 93 faizi ayrı-ayrı xüsusi xidmət orqanlarına xidmət edir. Artıq son iki ayda bu təşkilatların fəaliyyəti üçün ərazimizə 2 milyard dollar gətirilib. Bütün bunlar rus xalqını məhv etmək, onun mənəvi dəyərlərini, genetikasını şikəst etmək üçün nəzərdə tutulub).
Müəmmalı şəkildə aradan götürülən general Y.Antonovun Məxfi Arayışında İsmael Jan Tolenin adı bir neçə dəfə çəkilir. Başqa bir məlumata görə 1992-ci ilin iyun ayının 20-də kəşfiyyat mayoru, əslən müsəlman olan və azərbaycanlıları çox sevən Oqrum Odaroviç Smirnov-Tatarin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə məktub göndərir. O, məktubunda xahiş edirdi ki, (həm də xəbərdarlıq edirdi) “E.Fukler” qrupunun üzvlərini Azərbaycan sərhədlərini keçməyə qoymasınlar. RF-nın XİN-nin arxiv sənədləri arasında saxlanılan bu məktub bağlı qaldı...
Toksikoloq, Paris Tibb Akademiyasının məzunu İ.J.Tole (mayor Tatarinin açıqlamasına görə onun əsl adı İsmayıl Nikol, yaxud İsmayıl Bayle olub) ölkə kəşfiyyatı üçün hazırladığı “Qafqazdakı Azərbaycan üçün məxfi nəticələr” konsepsiyasında iddia edir: “Qafqazdakı Azərbaycan ərazisini həmişə nəzarətdə saxlamaq vacib olacaq. Bu xalqın (söhbət Azərbaycan millətindən gedir) psixoloji durumunu sarsıtmadan, onun genetik kodlarına hakim kəsilmədən onu ram etmək olmaz. Biz sınaq təcrübələrimizi başa vurduq. Mən təcrübələrin nəticəsi olaraq elə layihələr həyata keçirəcəyəm ki, o xalqın, o millətin nümayəndələri bir-birini yesin, bir-birinin sonuna, axırına çıxsın... Nəzərdə tutulan layihələri elə o millətin öz nümayəndələri həyata keçirəcək. Sadəcə bizə ayrılan məbləği artırın...”
Araşdırma materiallarına görə 2011-ci ilin mart ayının 10-dan Azərbaycanın kütləvi informasiya vasitələri və mətbuatı üçün bilavasitə xaricdəki Strateji Araşdırmalar Mərkəzlərində (o cümlədən İngiltərədə 26, ABŞ-da 31, İsraildə 19, Fransada 21, Almaniyada 13, Hollandiyada 9, Yaponiyada 6, Səudiyyə Ərəbistanda 12, Bəhreyndə 4, Kanadada 17 tele-layihə və “mətbuat üçün məktub” deyilən layihələr) hazırlanmış layihələr reallaşdı.
Kəşfiyyat “Statistikası”nın məlumatına görə, eləcə də kəşfiyyat zabiti O.O.Simonov-Tatarinin “Xüsusi Qovluq” üçün hazırladığı məxfi arayışa görə bu tele-layihələr bilavasitə hazırlanarkən insanlara, auditoriya və kütləyə aşağıdakı qaydada təsir etməli idi:
1.Sinir toxumaları (Sinir hüceyrələri). Sinir toxumaları əslində sinir sistemidir. Sinir sistemi orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətini tənzim edir. Tele-layihələr tədricən sinir hüceyrələrini dağıdıb zədələməli və yaxud sıradan çıxarmalıdır.
2.İnsanda xromosomların sayının itməsi. (Belə tele-layihələrdə və tele-şou proqramlarda ideyaları reallaşdırarkən auditoriyada yaranmış hay-küy, qorxu, yalvarış, ağlaşma, məntiqsiz və qorxulu çıxışlar, ümidsizlik bu məsələni asanlıqla həyata keçirir. Məsələn, akademik S.M.Leonov iddia edir ki, insan psixologiyasını şikəst edən, “Qarğa bazarları”nı xatırladan hay-küylü səhnələr onun artım üçün bölünmüş xromosomlarının sayını azaldır və yaxud insan hüceyrələrinin inkişafını, bölünməsini ləngidir. Məsələn, insan xromosomlarının sayı 46-dır. Bu tipli tele-layihələr və tele-şou proqramları ilə onu 22-yə endirmək, yəni ondan olanı qurbağaya, sayını 16-ya endirmək, yəni ondan olanı qarğaya, sayını 12-yə endirməklə, yəni ondan olanı, onun belindən gələni siçovula oxşatmaq mümkündür.
3.Patoloji şikəstlik. Yəni intihar hallarının artması. Vaxtından qabaq doğuşlar. (Məsələn, Azərbaycanda məlumata görə 2011-ci ildə yarımçıq doğulan uşaqların göstəricisi əvvəlki illərə nisbətdə ümumən 2 dəfə artıb).
4.Tele-layihələrdə qorxu “sindromlarının” çəkisinin artması. Tele-layihə ən güclü tərbiyə “məktəbi” kimi cəmiyyətdə qurulmuş auditoriyalarda yer tutması eybəcər və yaxud insanı haldan-hala salan, onu özündən çıxaran verilişlərin ailələrə soxulması...
5.Cinsiyyət üzvlərnin iflic və hərəkətsiz olması. Akademik N.K.Xitrov hələ 1989-cu ildə (RF) Moskvada keçirilən “Elmi-praktik Konfrans”da xatırladırdı ki, 1988-ci ilin tele-layihələri Rusiya cəmiyyətinin böyük bir hissəsini kişilikdən və qadınlıqdan məhrum etdi. Mən hələ BMT xətti ilə ölkənin doğum evlərinə, məktəb və universitetlərinə, yetimxanalara, ordu hissələrinə paylanılan yardımların, dava-dərmanların törətdikləri fəsadlardan danışmıram. Mənim millətim üçün bu tele-şounu yaratdılar.
Araşdırma materiallarına görə Rusiyada bu gün kişiliklərini əldən verənlərin həcmi 34 faizi keçir. Bu rəqəm Sovet İttifaqı vaxtında cəmi 11 faiz idi (?).
Azərbaycan üçün məxfi elmi nəticələrini araşdıran professor İ.J.Tole həm fransız, həm ingilis, həm də ABŞ kəşfiyyat xidmətlərinə məsləhət bilirdi ki, Azərbaycan istiqamətində aparacaqları kəşfiyyat nailiyyətlərini ilk növbədə kütləvi məlumat vasitələrindən gizlətsinlər. Məlumata görə Azərbaycan mühitinə “Qarğa təbəssümünü”nü gətirən E.Fukler qrupunun fəal üzvlərindən olan professor İ.J.Tole olub (Hələ bir müddət öncə, yəni 1992-ci ildə professor O.O.Simonov-Tatarin Moskvadakı daimi nümayəndəliyimizə göndərdiyi məktubda xəbərdarlıq edirdi ki, dağılmış İttifaq ərazisində onlarla “Tole və Fukler məktəbləri” təsis ediləcək).
Sinir sistemlərinin, sinir hüceyrələrinin sıradan çıxması prosesini “professor E.Fukler qrupu”nun üzvləri 1988-ci ilin payızında “Meydan hərəkatı” layihəsilə Azərbaycanda sınaqdan çıxartdılar. Bu layihə cəmiyyətdə elə bir mənzərə yaratmışdı ki... hamı özünü “milli qəhrəman” kimi aparırdı.
Milli Məclisdə layihəyə görə “Dördüncü mikrofon” açıldı. Məlumata görə bu mikrofonun açılması və yaxud qurulması üçün 214 min dollar ayrılmışdı (?). Eyni “Dördüncü mikrofon” Qazaxıstan, Türkmənistan, Ukrayna, Belorusiya, Özbəkistan parlamentlərində də açılmışdı. Moskvada isə “Dördüncü mərtəbə” məşhur idi. Məsələn, “Vaşinqton Post” qəzeti 1992-ci ilin fevral saylarında qeyd edirdi ki, Azərbaycanın ictimai-siyasi mühitində elə bir qəribəlik var ki, burada hər kəs elə bilir Azərbaycanı SSRİ-nin tərkibindən o ayırıb. Amma Azərbaycanda qanlı-qadalı hadisələr, qarşıdurmalar, layihələr əsasında hazırlanmış dekorativ səhnələr olmasaydı da o, ayrılacaqdı. Məgər Türkmənistanda qan axıdıldı?..
***
Azərbaycana qan nə üçün lazım idi? Respublika üçün bu qanlı layihələrin icrası güman etmək olmaz ki, bitib. Şübhəsiz, çoxsaylı araşdırmalar göstərir ki, tarixən qədim və hərarət içində yanan bu millətin genetik kodlarında qorxu sindromlarını yaratmaq düşmən üçün, düşmənin kəşfiyyat seti üçün həmişə gərəkli olub. Professor Tatarin nümayəndəliyə ünvanladığı məktubda yazırdı: “Siz millətinizi qoruyun. İmkan verməyin düşmən evinizə, canınıza, ailənizə “Qarğa təbəssüm”ləri ilə girsin. Bu “Qarğa təbəssümləri” altında sizləri məhv edəcək, sizləri qarşı-qarşıya qoyacaq, mənəvi-əxlaqi dəyərləri məhv edə biləcək bir fəlakət yatır...”
Bu fəlakətləri təhlil etməkdə hələ ki acizik. Məsələn, 1990-cı ilin yanvarından (birinci qorxu), 1991-ci ilin noyabrından (ikinci qorxu)... 1992-ci ilin fevralından (üçüncü qorxu)... qan içində boğulan və şikəst hala salınan genetik kodlarımız sağalmaq, dirçəlmək bilmir...
Təhlillər göstərir ki, Azərbaycanla bağlı hələ əllərdə çox eybəcər layihələr yarımçıq qalıb. Məsələn, 9-cu əsrin ən gözəl söz ustalarından olan, filosof Haşim Ağa Sədəfli (Gəncədə doğulub, onun haqqında məlumatlar Daşkənd Dövlət Arxivində saxlanılır) yazır: “Kənarda dayanıb milləti oyatmaq və onu hakimiyyətə, dövlətə qarşı qoymaq acizlik və gücsüzlük nişanəsidir. Hünər və qüvvət, fəzilət və ədəb, əxlaq ondadır ki, oyanmış milləti dövləti sevməyə, qurub-yaratmağa, əldə olanı saxlamağa sövq etdirəsən...” (“Oxunmadan yandırdığım əl yazısı” məqaləsindən. Müəllif pr. Osman Paşa Asadollayev, Daşkənd, 2005-ci il). Fikrimcə, düşmənini tanımayan və onu dərk etməyən millət ölümə məhkumdur…
DANİEL KARLOS KASİSO – bu argentinalı professor iddia edir ki, tarixdə ən güclü və möhtəşəm xalqların inkişafını dayandırmaq, onlarda hökmranlıq ruhunu məhv edib, sıradan çıxarmaq lazımdır. Professor hazırda ölkənin hərbi kəşfiyyat idarəsinin Kordovadakı tam məxfi hərbi-sənaye kompleksində (əslində laboratoriyada) güclü psixoloji tutumu olan, bilavasitə insanları cəmiyyətdən və həyatdan küsdürən tele-layihələrin hazırlanmasına başçılıq edir. Məlumata görə bu “Kordova Mərkəzi”ndə keçmiş İttifaqdan ayrılıb müstəqillik əldə edən, müstəqil yaşayan ölkələrdə ictimai-siyasi mühiti iflic edən tele-layihələrin hazırlanmasında professor Daniel Karlos Kasiso çox yaxından iştirak edib. Başqa bir məlumata görə indiyədək Azərbaycan ərazisində ictimai-siyasi mühiti kor qoyan 27 layihə (söhbət tele-layihədən gedir) hazırlanıb. Azərbaycan tele-məkanı üçün nəzərdə tutulan bu “kəşfiyyat layihələri”nin (Müəlliflər: Azərbaycanşünas (?) pr. Duna Migel, genetik “Nestor qrupu”, Mişel Merfi, mikrobioloq Elizabet Foss, toksikoloq, kəşfiyyat mayoru Meydn Lodçer) təqribən 2010-2011-ci illərdə 75 faizi kütləvi-informasiya vasitələri arasında paylanıldı. Professor D.Migelin başçılıq etdiyi qrupun “Demokratiyanın İnkişafı Fondu”, “Vətəndaş cəmiyyəti” və yaxud “Demokratiyaya yardım” çərçivəsində hazırladığı bu tele-layihələr Azərbaycanda ekranlara çıxarılarkən əsl mahiyyətini gizlətməli idi. Araşdırma materiallarına görə bu layihələrin “nüvəsi” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanırdı. Daha dəqiq desək, “Kordovo Mərkəzi”nin əslində Buenos-Ayreslə heç bir əlaqəsi yox idi. Sadəcə müəyyən çaşqınlıq yaratmaq üçün yerdəyişmələr olurdu. BMT xəttilə, eləcə də ayrı-ayrı ölkələrin “humanitar yardım fondları” vasitəsilə Azərbaycana göndərilən və dərhal da paylanılan (48 saat nəzərdə tutulurdu) dərman preparatlarını alan və qəbul edən (pulsuz) kütlə bundan sonra həmin layihələr əsasında hazırlanmış “sərsəm və insanların psixoloji durumunu sarsıdan” verilişlərə baxmaq üçün tele-auditoriyalara (öz ailələrinə və evlərinə) start götürürdü. İnsanları kitabxanalardan, kitab mağazalarından, açılmayan arxivlərdən “isti peçin dibinə və yaxud, quru tikəsi qalan süfrəyə” (?) səsləyir, hay-haraylı, süni təbəssümlər və çürük dayaqlar üstündə qurulan verilişlərə baxmağa tələsdirirdi. (Bəzən insanlar öz psixoloji durumunun əsirinə çevrilib, öz yasını, öz xeyir işini yarımçıq saxlayırdı).
“Kordovo Mərkəzi”nin Azərbaycan üçün nəzərdə tutduğu və ustalıqla həyata keçirdiyi tele-layihələr Azərbaycan mühitini sarsıtmaq üçün, onun mənəvi-əxlaqi dəyərlərini, vətən sevgisini, tarixə, öz soy-kökünə bağlılığını, eləcə də cəmiyyətin milli durumunu məhv edib sərsəm hala salmaq üçün ən güclü “Kəşfiyyatın məğlubedilməz silahı”- psixoloji silah olaraq qalır.
PROFESSOR MİGEL - Rus kəşfiyyat generalı Y.Antonov “Məxfi arayışı”nda anti-xalq işlərlə bağlı sadəcə xəbərdarlıq üçün onun da adını çəkir. Məlumata görə əsl adı və soyadı həmişə pərdəli olan bu elm fədaisi də Azərbaycan xalqını, millətini sevmir, onu birdəfəlik qəbul etmirdi. Nəticədə 2006-cı il iyun ayının 16-da, digər məlumata görə 2012-ci ilin fevral ayının 9-da Pr. Migel öz layihələri əsasında hazırlanmış və hazırlanacaq tele-verilişləri nəzərdən keçirməyi qərara alır... Araşdırma materialları içərisində pr. Migelin “Kiçik xalqlara müraciəti”nə rast gəlirik (?). O, deyir: “Tarixin dolanbac yollarında maşın və yaxud araba (?) təkərlərinə ilişib qalan kiçik xalqlara müraciətim var; -çəkilin yoldan. Böyük inkişafa mane olmayın. Sizin diliniz, adət-ənənəniz, tarixiniz və ibadət yerləriniz heç kəsə lazım deyil. Çəkilin gedin...” (“Buenes-Ayresdən-Kordovayadək düşüncələr” kitabı, 2009). O, bu eybəcər müraciətində Azərbaycan xalqını və millətini də “unutmur” və xahiş edir ki, (?) böyük millətlərin yolundan çəkilib, getsinlər. Onun fikrincə, məsələn, əsl rus doğulmamalıdır. Eləcə də əsl ukraynalı, əsl belorus, əsl gürcü, əsl özbək, əsl çeçen, əsl tacik, əsl türkmən və nəhayət əsl azərbaycanlı doğulmamalıdır. “İnsanları məhv etmək və sarsıtmaq üçün onu əslindən, nəslindən ayırmaq lazımdır. Bu bizim gizlin qalan məqsədlərimizdən biridir...” (Pr. Migel.)
Araşdırma materialları sırasında “Kordova Mərkəzi”ndə hazırlanmış və Pr. Migelin həvəslə açıqladığı belə bir məsələ var. O, ABŞ MKİ-nə yazır: “Başqa xalqlardan və millətlərdən fərqli olaraq, nəyin bahasına olursa-olsun imkan vermək lazım deyil ki, Qafqazda kiçik millətlərdən olan Azərbaycan milləti ayılıb özünü dərk etsin. Bu regionu həmişə təlatüm və sarsıntı içində saxlamaq, onu təəssüf hisslərilə tərbiyə etmək vacibdir. Qələbə üçün əlavə maliyyə dəstəyinə ehtiyacımız var. Qarabağ ərazisində (?) layihələrimizin təsdiqindən sonra şübhə etmirik ki, bizim mərkəz və alimlər qrupu haqqında əlavə düşüncələr olacaq. Apardığımız tədqiqata görə Qarabağ ərazisində bir daha əsl azərbaycanlı balası dünyaya gəlməyəcək. Siz əsl azərbaycanlının doğulmasının nə demək olduğunu bilirsiniz...”
Professor Migel və onun qrupunun hazırladıqları “Səs və işıq” tele-layihələr “büdcəsi”nin tutumu artıq 17 milyon dolları keçirdi.
Araşdırma materiallarına görə Azərbaycanda yeni formalaşmaqda olan tele kanallara nüfuz etmək, orada “xüsusi kadr qrupu”nun hazırlanması üçün “Kordova Mərkəzi”nin İtaliyada, ABŞ-da, Fransada, İsraildə, eləcə də Şərqi Avropanın bir sıra əyalətlərində kurslar açıldı (Biz bu məktəbləri “bitirən”lərin sayını, iş yerini, ünvanlarını qazanclarını da bilirik). Olsun. Şəxsən mənim üçün onların heç bir əhəmiyyəti yoxdur...
Əsl bəla onların qələmilə, “E-bont” təlimlərilə proqramlaşdırılmış beyinlərilə hazırlanmış telelayihələrdir. Pr. Migelə görə bu tele-layihələr vasitəsilə insanların genetik kodları zədələnməli, ailələrin, eləcə də fərdlərin həyat tərzi dəyişməli idi, hər hansı xəstəliyə görə immunitetləri aşağı enməli idi. “Kordova Mərkəzi” bu layihələri çox asanlıqla telekanallarda “əritmiş”di.
Məlumata görə mərkəzin Azərbaycanlılara qarşı ikinci mərhələsi daha ağır nəticələr verməli idi. Bütün bunlar ailələrdə əsl azərbaycanlı balaların doğulması üçün bir əngəl yaradırdı. Araşdırma materiallarına görə 2007-ci ilin yayından Azərbaycanın doğum evlərini gəzən, hamilə qadınlar arasında sorğu-sual proqramları quran “Kordova Mərkəzi”nin üzvlərinin fəaliyyətləri üçün də elə bir hədd və qazanc qoyulmamışdı.
Məsələn, müqayisə üçün deyək ki, İsraildə və Polşada hamilə qadınlarla icazəsiz psixoloji söhbətlər aparan şəxslər üçün məhkəmələr qurulur. Həmin ölkələrin kodeksində hamilə qadınlar toxunulmaz statusu daşıyır. Və yaxud hamilə qadınları incidən, onların həyat tərzinə nüfuz edən hər kəs ciddi cəzalanır və əgər bu proseslərdə ana bətnindəki dölə bir şey olarsa, həmin şəxs... “vətən xaini” hesab olunur (Mən bunu müqayisə üçün dedim).
Pr. Migel görə yeni tele-layihələr nəyin bahasına olursa-olsun birbaşa hamilə qadınlara tuşlanmışdı. Qrupun Şəki, Gəncə, Bakı, Lənkəran, Masallı yaşayış məntəqələrində salınmış doğum evlərində “pulsuz tibbi xidmət” adı və yaxud kodu altında aparılan proqram bilavasitə ana bətnindəki döllərə tuşlanmışdı. Ana bətninə hücum taktikası ciddi bir iş idi. Yeni doğulacaq uşaqlar keçirilən təlimlərdən (?) sonra pr. Migelin layihələri əsasında proqlamlaşdırılan beyinlərlə dünyaya gəlirdi. Pr. Migel utanmadan, həyasızlıq edərək, kütləvi informasiya vasitələrinə açıqlamasında qeyd edirdi ki, mən “...əsl Azərbaycanlıları... yəni doğulacaq əsl Azərbaycanlı uşaqları valideynlərinin gözləri qarşısında... ana bətnində iflic edirəm...”
Pr. Migel xəritəsinə görə Azərbaycan regionları telekanallara görə dörd yerə ayrılırdı. Məsələn, 1-ci qrup Bakı və onun ətraf kəndlərini əhatə edirdi. Araşdırma materiallarına görə 2012-ci ilin martın 26-da Parisdə (Fransa) keçirilən yığıncaqda amerikalı psixoloq Eni Tallifun yazırdı ki, “professor Migel və onun qrupunun üzvlərinin hazırladıqları tele-layihələr Bakı və onun kəndlərini əsl mənada hörümçək toruna salmışdı...” Nəticədə doğulan uşaqların, yeni azərbaycanlıların böyük bir hissəsi stress və yaxud qorxu altında doğulurdu. Sonra onlar gülünc, sərsəm və qorxu altında tele-auditoriyalara istiqamətləndirilirdi. (Bütün bunlardan sonra, zahirən bu tele-auditoriyalar insanların problemlərini cəsarətlə (?) həll edən, onları yoluna qoyan, ratifikasiya edən parlament funksiyalarını icra etməli idi...)
Məlumata görə “Kordova Mərkəzi”ndə, “Devid Olster Mərkəzi”ndə, “Uilyam qrupu”nda... hazırlanmış və bilavasitə Azərbaycana qarşı ünvanlanmış tele-layihələr artıq Azərbaycanı işğal etmişdi (Digər qruplardan danışmağı lazım bilmədim).
Azərbaycanda yeni bir nəsil formalaşır. Fikrimcə əsl azərbaycanlı nəsli deyil (?). Mən isə əsl Azərbaycanlı övladlarını gözləyirəm. Doğulacaqmı belə övladlar, bilmirəm. Amerika işğalından azad olmasaq yox!
***
Araşdırma məlumatlarına görə, məxfi qaydada 1949-cu ildə Vaşinqtonda “İmmuniteti zəif olan millətlər və xalqlar haqqında” dinləmələri təşkil edən “Bermud konfransı” baş tutdu (şübhəsiz, bu şərti bir ad idi). Bu eyni mövzuda beşinci konfrans idi. Məlumata görə bu həm də kəşfiyyat sənədlərində (İsveç, Kanada məxfi sənədlərində) “İnsanları həyata gətirən”, “Dünyanı sarsıdan” konfrans kimi yadda qalmışdı. Rus patriarxının beynəlxalq məsələləri araşdıran keşişi Pyotr Qolovanov isə bu konfransı “Cinayətkar həkim-genetiklərin rüsvayçı yığıncağı”, azərbaycanlı mikro-bioloq, din xadimi Mir Mahmud Şövqizadə isə “əclafların yığıncağı” adlandırırdı. Hər halda maraqlı tamaşalar idi. Məsələn, Vaşinqton konfransının təşkilatçılarından olan ABŞ-ın Pensilvaniya ştatındakı hərbi sənaye komplekslərinin birində aparıcı həkim kimi çalışan hərbi kəşfiyyat zabiti, professor Meyer Adamoviç (yəhudidir) iddia edir ki, dünya nəyin bahasına olursa-olsun “artıq genlərdən və qan daşıyıcılarından” boşalmalıdır. Başqa bir hərbi həkim, ixtisasca cərrah olan, lakin toksikoloji prosesləri gözəl bilən professor Əbdül Salam Moisey (yəhudidir) isə təklif edirdi ki, Vaşinqton regionlarda “genetik işğalı” gücləndirmək planını ləngitməməli, öz ərazisində dünyanın “bir nömrəli sağlam gen bankını” yaratmalıdır. Həmçinin maraqlı regionlarda (?) Amerika özü üçün məxfi laboratoriyalar yaratmaq planlarını genişləndirməlidir.
Keçirilən konfranslarda və görüşlərdə məxfi qaydalar saxlanılmaqla yanaşı, ancaq tezislər müzakirə olunurdu. Araşdırma materiallarına görə, hər iki həkim, kəşfiyyat zabiti, professor Meyer Adamoviç və professor Əbdül Salam Moisey Azərbaycan ərazilərini yaxşı tanıyırdılar. Məlumatlardan aydın olur ki, hər iki həkim Azərbaycanda yaşayan etnik qruplar, xalqlar və millətlər istiqamətində çox ciddi kəşfiyyat araşdırmaları aparmış, tarixən məşhur olan ailə və nəsillərin genetik kodlarını tədqiq etməklə məşğul olmuşlar. Məsələn, “Ali irqi öyrənən qrup”un qapalı yığıncaqlarında professop Əbdül Salam Moisey (o, Amerikada təhsil almasına baxmayaraq Fransada keşiş ailəsində doğulmuşdur, lakin fransızlara qarşı həmişə amansız olmuş, onları “sonuncu irq” adlandırmışdır) qeyd edirdi ki, bir millətin genetik kodlarını zədələmədən, “şikəst” etmədən onu diz çökdürmək olmaz. Bu dr.Moiseyin ən ciddi tezislərindən biri olmasına baxmayaraq, onu təhlil etmək fikrimiz yoxdur. Çünki dr.Moiseyin Azərbaycanın yaşayış məntəqələrində “Ana südü” ilə, “süd damlaları” ilə bağlı elmi tədqiqatları bizim üçün daha maraqlı göründü. Məlumata görə dr.Moisey aşağıdakıları qeyd edir: “Azərbaycan milləti yer üzündə artıq millətdi. Onun haradan çıxması, məhv olması ilə yer üzündə heç bir katastrofik hadisə və yaxud faciə baş verməz. O millət tarixdə elə bir xariqə yaratmayıb ki, onun itirilməsi, yer üzündən silinməsi nə isə, hansısa bir fəlakətin başlanğıcını qoysun. Mən Azərbaycanda tədqiqatlar apararkən o millətdə xeyli saxtakarlıq, yaltaqlıq, ikiüzlülük, paxıllıq və xəyanət gördüm. Sərvət toplamaq, varlı olmaq üçün o millət hər şeyə hazırdır. Elmli, bilikli, təhsilli, zəngin mənəvi dəyərləri olan bu millətin istedadlı nümayəndələri həmişə zülm və işgəncələr altında əzilib. Mən, bilmirəm, elə bir gün gələcək ki, bu millət özünün vəkilliyini öyrənsin, dərk etsin? Doğurdanmı məşhur Babək, Koroğlu, Qaçaq Nəbi, Fizuli, Nizami, Şah İsmayıl bu millətdən çıxıb? Mən o yerlərdə tarixin yetirdiyi bu şəxsiyyətlərə süd verən anaları axtardım, onları görmək üçün çox axtardım, amma tapa bilmədim. O yerlərdən və orada yaşayan insanlardan maksimum canlı laboratoriyalar kimi istifadə olunması məsləhətdir. Tez-tez o yerlərə keçmək bizim üçün lazımdır”.
Uzun müddət azərbaycanlıları tədqiq etmiş professor N.Q.Xamutov yazır: “Daha azərbaycanlı adlı millət yoxdur, dostum. Var idi, indi yoxdur. Onun yaratdığı tarix də, ədəbiyyat da, musiqi də, kino da özününkü deyil daha. Daha yoxdur tarixdə dahilər doğan, ixtiralar edən, düşünən o millət, yoxdur. Arxayın olun”.
Biz həmin professorun məktubunu yarımçıq saxlayıb, təhlil etmirik. Çünki ondan da ağır və insanı düşündürən məktublar, araşdırmaların nəticələri var.
Kəşfiyyat zabiti dr.Moiseyin ötən əsrin 40-cı illərində, daha dəqiq desək 1948-ci ilin avqust ayında Vaşinqtonda nəşr olunmuş “Qafqazın süd damarları: Azərbaycan” elmi-tədqiqat əsəri əslində bu gün də ölkəsinin səhiyyə kəşfiyyatı üçün çox qiymətli əsər olaraq qalır. Kitab çıxmazdan əvvəl əsər hissə-hissə Amerika mətbuatında çap olunurdu. Məlumata görə 1949-cu ilin sonlarında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru general Allen Dalles ölkənin ən nüfuzlu dövlət şəbəkələrinə həmin kitabı nişan verərək deyirdi: “Cənablar və xanımlar! Müharibə qurtarıb. Kimin nəyi varsa: var-dövləti, sərvəti, malı və mülkü... hamısını ortaya qoymalıdır. Biz bu sərvətlə insanların beynini oğurlayacaq, onların nəyə qadir olduqlarını dəyişəcək, iflic vəziyyətinə salacağıq. Sovet İttifaqında (xüsusən yanacaq resursları ilə zəngin olan dövlətlərdə, məxsusən Azərbaycanda) düşünən hər nə varsa iflic etməliyik. Bütün bunları əldə etmək üçün o yerlərdə əqidə dostlarımızı tanımalıyıq. Onlar ən yüksək dövlət və hökümət orqanlarında yerləşdirməliyik. Onların əli ilə ərazilərin (Azərbaycana diqqət edin) ən düşünən beyinlərini, ağıllı və diribaş, istedadlı adamları hər şeydən uzaqlaşdırmalı, onları iflic etməli, onları hər yerə çıxarmalıyıq... tədricən düşünən beyinləri bir yerə yazmalı (məsələn, hökumətdən və dövlətdən kənar təşkilatlar yaratmaqla), onlar üçün öz vasitəmizlə əyləncə mərkəzləri düzəltməliyik. Onların beyinlərini, düşüncələrini dayandırmalıyıq. İdarəetmə orqanlarında fahişəlik və homoseksualizm əngəllərini genişləndirməli, narkotik maddələri artırmalı, xaos və başıpozulluluq yaratmalıyıq. Milli ənənələri, dinə və saflığa, mənəvi dəyərlərə bağlı olan nə varsa hər şeyi öldürməli, onların əlindən almalıyıq. Qoy yerlərdə ata öz qızına aşiq olsun, oğul bacısını zorlasın, qardaş qardaşı, övlad atasını, anasını döyüb öldürsün. Ədəbiyyat və incəsənətdə bütün bunları təbliğ etməyə hazırlaşmalıyıq. Satqınlıq, xainlik və paxıllıq hisslərini genişləndirməliyik. Milli münaqişələri, dini ayrıseçkiliyi, bu istiqamətdə vuruşmaqları genişləndirməliyik. Yerlərdə (xüsusən Azərbaycanda) dini ayrı-seçkilik salmaq, xüsusən bizim üçün qorxulu olan İslam dininin ən ciddi atributlarını məhv etmək üçün xüsusi qruplar hazırlamalı və onları nəzərdə tutduğumuz yerlərə göndərməliyik. Biz bütün bunları çox sadə və sakit, hiss olunmadan həyata keçirməliyik. Bunun üçün ABŞ heç nəyini əsirgəməməlidir. Biz bütün bu prosesləri nəsildən-nəsilə ötürməliyik. Ağıllı nəsilləri iflic edib öldürməliyik. Biz əqidəmiz uğrunda yaşamağı bacarmalıyıq. Bu istiqamətdə əsasən gənclər və istedad sahiblərinə tərəf getməliyik. Cavanları soyundurmalı və əyləndirməli, biri-birlərinə güldürməyi, kef və ədabaz məclisləri rəngarəng edib, bəzəməyi bacarmalıyıq”.
(Məlumata görə A.Dalles həmçinin Beynalxalq Əlaqələr Şurasının direktoru idi).
Fikrimizcə dr.Əbdül Salam Moiseyin xüsusi xidmət orqanları üçün nəzərdə tutduğu “Qafqazın süd damarları: Azərbaycan” kitabı, görünür başlanğıc üçün çox vacib idi. Məlumat üçün deyək ki, dr.Moisey “süd damarları” deyəndə hamilə qadınların, eləcə də doğuşdan yenicə çıxan anaların süd vəzilərini əzib, zədələmək, regionda yeni doğulan uşaqların məhv olması üçün düşünülmüş planlar hazırlayırdı.
Amerika kəşfiyyat tarixinin araşdırıcısı Berd Vulson “Qırxıncı otaq” kitabında yazır ki, Əbdül Salam Moisey Azərbaycan ərazisində kəşf etdiyi vaksinlərini çox sakit və təmkinli sınaqdan çıxarırdı. Müəllif daha sonra yazır: “Moisey hiyləgər idi. Sınaqdan çıxardığı vaksinlərdən və digər dərman preparatlarından milyonlar qazanırdı. O, Amerika kəşfiyyatı üçün xeyli iş görmüşdür. Yeddi dəfə müxtəlif vaxtlarda Azərbaycanda olub. Regionun Gülbəndə, Şəmsabad yaşayış məntəqələri, Kür çayının ətəyindəki Cırdxan, Ağçıraqlı zolaqları onun əsas təcrübə əraziləri idi. Dr.Moisey o yerlərə uzun müddətli turist səfərləri adı ilə gedirdi. O, həm genetik idi, həm də bioloq. Toksikoloji və biokimyəvi araşdırmalarına gəlincə... o çox şeyi bilirdi”. Araşdırma materiallarına görə Gülbəndə və Şəmsabad yaşayış məntəqələri Ağdaş rayonu ərazisinə düşür. Adıçəkilən Cırdxan və Ağçıraqlı yaşayış məntəqələri isə Yevlax rayonunun payına düşür.
***
Məlumata görə, 1955-ci ili aprel ayından 1978-ci ilin may ayınadək (Pr. B.Vulson) xarici kəşfiyyat mərkəzləri Azərbaycanın yaşayış məntəqələrində 147 dərman preparatını sınaqdan keçiriblər. Bunun 53-ü Böyük Britaniyanın, 35-i Fransanın, 16-sı Almaniyanın, 43-ü isə ABŞ-ın məxfi həkim briqadasının əli ilə baş tutub. Məqsəd Azərbaycan torpağını zəhərləmək, milləti qırıb çatmaq, məhv etmək, yer üzündən silmək idi. Bu istiqamətdə 5 iyul 1956-cı ildə Fransanın Nansi şəhərində “Nansi Memorandumu” imzalanıb.
Ağdaş və Yevlax yaşayış məntəqələrində aparılan elmi-tədqiqat araşdırmalarına gəlincə, bütün bunlardan sakit ötüşmək olmur. Araşdırma materiallarında üstündə “201.DS” yazılmış məktubu oxuduqda bəzi mətləblər aydınlaşır. 1952-ci ildə Ağdaşın Yeni Arx kəndində yaşayan Əhəd Məhəmməd Tağı oğlu Şabanov SSRİ Səhiyyə Nazirliyinə ünvanladığı məktubda iddia edirdi ki, Ağdaşın doğum evlərində, poliklinika və xəstəxanalarda təbabətə bəlli olmayan dərman preparatları paylanılır. BMT-nin xüsusi qablarında “yardım” adı ilə paylanılan bu dava-dərmanlar hamilə qadınlar üçün, həmçinin 1 yaşından 3 yaşınadək körpə əmizdirən analar üçün nəzərdə tutulmuşdu. Araşdırma materiallarına görə Yeni Arx kənd sakini Ə.M.Şabanov ixtisasca həkim olduğundan baş verənlərə laqeyd qala bilmirdi. Həkim M.Ə. Şabanov nazirliyin məxfi idarəsinin rəis müavini, təhlükəsizlik generalı Nikolay Kuzmiç Kovalçuka ünvanladığı məktubda yazırdı: “Cənab general! Sizə qədər mən Azərbaycan KP MK-na məsələ ilə bağlı teleqram göndərdim. Amma cavab verən olmadı. Sizə müraciət edirəm. Şübhə etmirəm ki, Azərbaycan rəhbərliyi bütün bunlara görə məni cəzalandırsın... Amma susa bilmərəm. Mən həkiməm, doğulduğum ərazidə adı və istehsalı heç yerdə qeydiyyata düşməyən, çox fəsadları olan dərman preparatları paylanılır. Biz bu dərman preparatlarının hansı xəstəliklərin əleyhinə olduğunu da bilmirik. Məktəblərdə, uşaq bağçalarında, xəstəxana və poliklinikalarda “immune” adı ilə (ya da kı “immunitet”) verilən bu dərman preparatlarınının (o həm iynə, həm toz halında, həm də həb kimi verilir) acı nəticəsi görünür. Cənab general! Bizə yardım edin. Ola bilsin növbəti məktub Kremlə, yoldaş Stalinə ünvanlansın. Bizə başa salın, bu genetik qırğının arxasında kimlər dayanır? Axı müharibə qurtarıb...”
Üstündə on üç nəfərin imzası olan bu məktub əsl mənada həyəcan doğuran siqnal idi. İki gün sonra kənd həkimi M.Ə.Şabanov Bakıya çağrılır. Məlumata görə 1952-ci ilin sentyabrın 15-də Ağdaşa, 1952-ci ilin oktyabrın 13-də isə Yevlaxa xüsusi təyinatlı “Moskva həkim qrupu” göndərilir. Başqa bir məlumatda bildirilir ki, 1952-ci ilin sentyabrın 16-da Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov şəxsən özü gəlir. Bu vaxt ona ana südündən məhrum olan, süd əvəzinə öz analarının döşlərindən qan əmən, qan sovuran solğun, ölüm ayağında olan uşaqları, süd vəzilərindən əziyyət çəkən, yeni doğulan övladlarını əmizdirə bilməyən, döş yarasına tutulmuş anaları, süd damarları iflic olan qadınları və bir də Ağdaş rayon xəstəxanasının arxasında (həyətində) salınmış, kimsəsiz ölən, atılan uşaqların və anaların qəbirlərini nişan verirlər. Moskvadan Ağdaşa gələn həkim yoxlama qrupunun rəhbəri, uzun müddət Kremlin briqadasında işləyən kəşfiyyat polkovniki Alim Qorskiy “məxfi arayış”da qeyd edir: “Yoldaş Bağırovun gördüyü mənzərə əsl partlayış idi”.
Araşdırma materiallarından məlum olur ki, Ağdaş və Yevlax yaşayış məntəqələrində dərman preparatları insan xromosomlarını iflic edən, cinsi hüceyrələrini ləngidən, vəzilərini düyünləndirən, “daşlaş”dıran və nəhayət insanlarda sonsuzluq hallarını artıran əsas faktorlardan biri olub. Polkovnik Alim Oskaroviç Qorskiy Kreml üçün hazırladığı arayışda göstərir: “Müşahidə etdiyimiz xəstələrdə orqanizm öz gücünü və normal həyat fəaliyyətini saxlamaq məqsədilə bəzi hüceyrələrini qurban verir. Hüceyrə çoxhüceyrəli orqanizmlərdə heç vaxt sərbəst və yaxud müstəqil olmur. Çünki hüceyrələr nisbi sərbəstliyə malikdir. Lakin fəaliyyət cəhətdən o həmin orqanizmə (yəni mənsub olduğu) tabedir. Müşahidə etdiyim xəstələrdə isə tam əksini gördüm. Orqanizm cinsi hüceyrəyə tabedir. Bu da istər qadın olsun, istər kişi, cinsi orqanlarında xərçəngə, yaman şişə aparıb çıxarır. Biz onu da müşahidə etdik ki, bu zonalarda insanlar arasında qeyri-qanuni bölünən dərman preparatları anaların süd vəzilərini əridib, suya çevirir. Xəstə döşlərdən süd əmən körpələrin nəticədə qanı zəhərlənir və bu tədricən boğulma və tənəffüs yollarının tutulmasına gətirib çıxarır. Yevlax və Ağdaş ərazilərində xərçəng və yaxud döş yarası keçicidir”. (Demək xərçəng Azərbaycan ərazisində keçici funksiyasıyaya malikdir).
Araşdırma materiallarından aydın olur ki, ilk döş xərçəngi (yarası) 1952-ci il 1 oktyabrda Ağdaş rayonu ərazisində qeydə alınıb...
Məlumata görə, Ağdaş və Yevlax rayonlarının yaşayış məntəqələrində 1952-ci ilin dekabrın 2-dən xarici və yaxud adı, ünvanı vərəqlərdə yazılmış, təyinatı göstərilmədən satışa çıxarılan dərman preparatlarına qadağa qoyuldu. Xüsusilə üstündə meymun ayaqları şəkli olan dərman qutularını göstərmək bir yana qalsın, onları açmağın özü də cinayət hesabında idi. 1952-ci ilin dekabr məlumatına görə Ağdaş ərazisində bir gecədə 34 uşaq vəfat edir. O da məlum olur ki, London və Vaşinqton hərbi sənaye komplekslərində hazırlanan və Azərbaycanın Ağdaş və Yevlax ərazilərində sınaqdan çıxarılması planlaşdırılan “Penta-4” və “Unansi-2” kimi tozlar, tərkibi bilinməyən və bilavasitə ana bətnindəki döllərə təsir edib, sinir hüceyrələrini iflic edən, cinsi hüceyrələrin normal inkişafına əngəl olan “Aksas-1” iynəsi süd vəzilərinə yara salır. Bunlardan başqa “Arimon-9” həbləri də qadağan edildi. Kəşfiyyat polkovniki A.Qorskiy kəşfiyyat laboratoriyalarında hazırlanmış bu dərman preparatlarının Leninqrad, Moskva, Daşkənd, Rostov, Bakı dayaqlarını və yaxud ocaqlarını araşdırdı. O, “Məxfi arayış”ında yazırdı: “Moskva Siyasi Büro üçün hazırlanıb. Kəşfiyyat generalı H.H.Sasonov, təhlükəsizlik zabitləri D.D.Pastelnin, P.X.Yakov, A.A.Pravdin imza atıblar. Düzəliş və ilkin variantda əlavələr olunmayıb...” A.Qorsiyev qed edirdi ki, heç nə və heç kim cəzadan kənar qalmadı. Ağdaşda 19 nəfər, Yevlaxda isə 25 nəfər həbs edildi. Həmin həkim komissiyasından sonra Azərbaycanın 14 rayonunda yeni doğulan uşaqlar, hamilə qadınlar arasında həkim yoxlamaları keçirildi. Məlum oldu ki, yeni doğulanların 58 faizi ana südündən məhrumdur. 228 nəfər ilk uşağını dünyaya gətirən ana döş yarasına tutulub. “Döş xərçəngi” kimi qəbul olunmuş yaralardan ölənlərin sayı bir gündə 9 nəfərə çatırdı. Amma maraqlı idi ki, məlum olan bu araşdırmalardan sonra tutulan adamlarla bağlı aparılan istintaq nəticələri məlum olsa da, səbəbləri qapalı qalırdı.
Araşdırma materiallarına görə, bu gün də həmin regionlarda eyni bəlalar davam edir. Kəşfiyyat polkovniki A.S.Feklisovun 1960-cı il məxfi arayışına görə, Vaşinqton Azərbaycanın Cənub zonasında və Culfada (Naxçıvan) tam məxfi qaydalarla işlərini quran, uzun ömürlü insanların və zonada tanınmış adlı-sanlı məşhurların xromosamları ilə alqı-satqı işi aparan həkim qrupları təşkil edibmiş. Bu adamların törətdikləri cinayətlərin ümumi həcmi isə ağıla sığmır. Məlum oldu ki, həmin həkimlər Leninqraddakı ABŞ-ın diplomatik korpusundan maliyyə dəstəyi alırmış.
Araşdırma materiallarında qeyd olunur ki, insan orqanizmində ən gec ölən onun xromosomlarıdır. Bu mübahisəli məsələyə həkim, professor M.P.Filippov gəlib. İnsan vəfat edəndən təqribən səkkiz saat 16 dəqiqə sonra onun nəslini artırmaq gücündə olan xromosomları ölür. Vəfat edən lazımlı şəxslərin xromosomlarını “oğurlayan” həkimlər dərhal onu xüsusi konteynerlərə yerləşdirirmişlər.
Digər araşdırma materiallarından aydın olur ki, 1960-65-ci illər arasında ABŞ-ın qoşun kontingentində, xüsusən hərbi hava qüvvələrində uçuşları icra edən hərbçilər arasında boğulma halları, nəfəs daralması, gözlənilmədən qulaqların kar və gözlərin kor olması, yaddaşın itməsi kimi hallar çoxalır. Müdafiə Nazirliyində (Pentaqonda), hərbi kəşfiyyat idarələrində, Səhiyyə Nazirliyində əsl mənada qorxu və çaxnaşma yaranır. Bu azmış kimi, uçuşları icra edənlər arasında qəflətən baş verən ölüm halları da artmaqda idi. Məlumata görə bütün bu bəlaların qarşısını almaq üçün Ağ Ev bir-birindən fərqli ciddi planlar qurur. Həmin planlara ABŞ dövləti çıxış nöqtəsi kimi baxırdı. Planlardan biri Azərbaycanın Lənkəran-Astara zonasını əhatə edirdi. Araşdırma materiallardan aydın olur ki, 9 mart 1962-ci ildə Pentaqonun genetik araşdırmaları ilə məşğul olan general Lourens kəşfiyyat qrupu Ağ Evə, prezident Con Fizerald Kennediyə “Məxfi məktub” ünvanlayır. Maraqlı idi ki, həmin məktub Mərkəzi Kəşfiyyat İdarəsində məsləhətləşmədən ölkənin hərbi Kəşfiyyat İdarəsi tərəfindən şəxsən prezidentə təqdim olunur. ABŞ kəşfiyyat generalı (o həm də hərbi kəşfiyyat İdarəsinin başçısı idi) Jozef Frensis Keroll açıqlamasında izah edirdi ki, ölkənin qoşun kontingentində ciddi “genetik əməliyyatlara” ehtiyac var. Bunun üçün Vaşinqton əməli işləri həyata keçirməlidir. Məlumata görə, əməli planlardan biri də ABŞ-ın Xəzəryanı ərazilərdə ciddi gen və yaxud qan hüceyrələri axtarışı idi. Araşdırma materiallarına görə ABŞ-ın strateji ərazilərindən ən gərəklisi Lənkəran-Astara zonası idi. Kəşfiyyat generalı öz fikirlərini əsaslandırarkən dr.Əbdul Salam Moiseyin “Qafqazın süd damarları: Azərbaycan” kitabındakı elmi nəticələri də misal gətirir və ordunu bürüyən xəstəliyin vaksinlərini Azərbaycanın Lənkəran-Astara zonasında görür. Məlumata görə Vaşinqton-Moskva arasında rəsmi qaydalarla ilk qan alveri 1962-ci ilin avqust ayının 13-dən başlanır. Lənkəran-Astara zonasından yığılan qan, “qan hüceyrələri”, “xroqmosom konteynerləri” ABŞ-a daşınır və bununla da Pentaqon əsgər və zabitləri naməlum xəstəliklərdən xilas olur...
Qeyd: Yazı Rövşən Novruzoğlunun gizli sənədlərlə bağlı kitabları əsasında hazırlanmışdır.