Sonuncu Osmanlı Əsgəri öldü
Sonuncu Osmanlı əsgəri Novruz Dədə öldü. Artıq biz Azərbaycan türkləri üçün alışmış olduğumuz Azərbaycan əsgəri ifadəsi var. Bu Azərbaycan əsgəri də ara-sıra döyüş bölgəsindən aldığımız xəbərlərdən qulağımıza çatır ki, atəşkəs dövründə düşmən gülləsindən bir-bir, iki-iki ölür. Biz Azərbaycan əsgərinə acıyırıq, içimizdə bu əsgəri öz övladımız kimi dəfn edirik, ağlayırıq. Bəlkə də buna görə duyarlı Azərbaycan türkləri üçün sonuncu Osmanlı əsgərinin ölümü bu qədər duyarsız bir xəbər olaraq ancaq sosial şəbəkələrdə dolaşdı. Çünki artıq öz dövlətimiz var, bu dövlətimizin öz əsgəri var, yaddaşımızda ancaq Azərbaycan əsgəri obrazı var. Bu gözəl bir duyğudur ki, öz əsgərimizin acısını da, qətiyyətini də içimizdə həssaslıqla izləyirik. Ancaq bizim indi dövlət olmağımıza təminat verən əsgərlə yanaşı, bizim niyə dövlət olmağımıza səbəb olan bir əsgər də var ki, biz onu artıq yad bir əsgər olaraq unutmuş durumdayıq. Bu da Azərbaycanın istiqlalı üçün şəhid olan Osmanlı əsgəridir.
Bu sonuncu Osmanlı əsgəri Novruz Dədənin 97 il öncə hansı fövqəladə şücaət göstərdiyini bilmirəm. Sadəcə bilirəm ki, 1918-ci ildə Azərbaycan türkünün sonunun gəlməməsi üçün onlar bu torpağa gəlmişdilər. Öz ölkələrinin ağır vəziyyətini gözardı edərək, qan və din qardaşlarını erməni-rus vəhşətindən xilas etməyə gəlmişdilər. Hələ də sonuncu Osmanlı əsgərinin ölümünə cəmiyyətimizdə duyarsızlığın izahını verə bilmirəm, ancaq bilirəm ki, o zaman birinci Osmanlı əsgərinin uzaqdan at üstündə vüqarlı yürüşünü görəndə bütün ümidlərini itirmiş məzlum bir xalqın gözlərinə yenidən işıq gəlmiş, yenidən yaşamaq barədə düşüncəyə qovuşmuşdu. O zaman Şaumyanın başçılıq etdiyi erməni-bolşevik ordusu Kürdəmirə qədər gəlib çıxmışdı, Gəncəyə hücum ərəfəsindəydi və əfsanəvi komutan Nuri Paşanın qətiyyətli əmrini gözləyərək addımlayan birinci Osmanlı əsgəri bu torpağa bir həftə gec ayaq bassaydı, Gəncə ermənilər tərəfindən işğal olunacaqdı və Azərbaycan adlanan dövləti elan etməyə sadəcə ərazi qalmayacaqdı. Başıpozuq şəkildə qalmış bu xalqın aydınlarını 31 mart soyqırımında olduğu kimi məhv edəcəkdilər və qalanlarını da Rusiya, Ermənistan və Gürcüstan dövlətlərinin təbəəliyinə verəcəkdilər. Mən bunu fantaziya və ya ehtimal olaraq yazmıram, dövrün real mənzərəsini ağılla və vicdanla təhlil edən, o dövr quru yurdda müstəqilliyimizi elan edən liderlərin xatirələrini, çıxışlarını oxuyub dərk edən hər kəsə açıqca anlaşılan gerçəkləri göz önünə gətirirəm. Bir də göz önünə “nə yapışmısınız bu Osmanlıdan, bu türklərdən, onları bizi işğala gəlmişdilər” deyə söyləmiş, söyləyən və söyləyəcək naxələf obrazları gətirirəm.
Beləliklə, birinci Osmanlı əsgərinin gəlişi ilə Azərbaycanın həm güneyi, həm də quzeyi böyük bir qətliamdan, davam edən soyqırımdan xilas oldu. Ardınca bu əsgər 15 sentyabrda Bakını işğaldan azad edib Azərbaycan dövlətinə həyati önəmi olan bir paytaxt bəxş etdi. Müstəqilliyin atributlarına qovuşmaq üçün ilkin olaraq nə lazımdırsa, onu da qoyub getdilər.
Mən Osmanlı pərəstişkarı deyiləm. Azərbaycanı bir Vətən olaraq çox sevirəm. Həm də bu Vətənin bir müstəqil dövlətə çevrilməsi üçün haqq sahibi olanlara bir vicdan borcu daşıdığımı düşünürəm. Yəni Osmanlı ordusunun hər bir əsgərinə, onun şanlı komutanı Nuri Paşaya sağ qalan, yaşayan, dövlət sahibi olan, müstəqilliyə sevinən bir millətin, cəmiyyətin fərdi olaraq bir şükran borcumuzun olduğunu, bir can borcumuzun olduğunu düşünənlərdənəm. Çünki bu ordu gəlməsəydi, hansı aqibəti yaşayacağımızı tam təsəvvürümə gətirərək bu düşüncəyə gəlmişəm.
Artıq sonuncu Osmanlı əsgəri Novruz Dədə öldü. Mən tarixdən saxta qəhrəman axtaranların saxtakarlıqlarına qarşı sərt mövqe qoyanda hər dəfə məhz bu məqamı düşünmüşəm. Bunlar niyə tarixin uzaq köşəsindən uydurulmuş, şişirdilmiş, bu millətin varlığında, mövcudluğunda haqqı belə olmayan kimlikləri canfəşanlıqla özləri üçün bir idola çevirməkdən utanmırlar?
Azərbaycanı pafossuz, olduğu kimi, şeir, nəğmə vətənsevərliyindən uzaq bir dəyər kimi görən, onun yüksəlişi üçün çalışan, onun mövcudluğunda haqqı olanların haqqını tanıyan hər bir duyarlı vətəndaşımız üçün bu ölən sonuncu Osmanlı əsgəri, Azərbaycanın gerçək və ümumiləşmiş bir obrazı ifadə edən qəhrəmanı idi. O qəhrəman haqqını çoxdan Azərbaycana halal etmişdi. Azərbaycan da ondan, onlardan halallıq almışdır. Ancaq biz, Azərbaycan türkləri, bu Azərbaycanın insanları onu necə yola salmağımızdan anlaşıldı ki, qəhrəmanımızın kim olduğunu anlamadıq. Çünki biz hələ də Azərbaycan deyilik. Biz Azərbaycandan çox-çox balacayıq. Vətəndən balaca olan millətlərin, xalqların boyu nə tarixi, nə də gələcəyi görməyə çatmır. Onlar sadəcə say etibarilə Vətənin ərazisini doldurmağa yarayırlar. Və balaca olduqlarına görə Vətəni də yüksəlişə daşıya bilmirlər. Ona görə də bizim üçün ölən sıradan bir Novruz Dədəydi. 1918-ci ildə Birinci Osmanlı əsgərini dərhal boylanıb görə bildik. 2015-ci ildə Sonuncu Osmanlı əsgərini görməyə boyumuz çatmadı.
mənbə
Modern.az

Комментариев нет:
Отправить комментарий