воскресенье, 30 ноября 2014 г.
BİTKİ ÖRTÜYÜ
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.
BİTKİ ÖRTÜYÜAzərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.
Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.
Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir.
Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır.
Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər.
Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyəvidir.
Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir.
Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır.
Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yaylımışdır. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir.
Göstərilən zonalarda şahsevdilik səhraları da geniş yayılmışdır. Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsludar yarımsəhralıqlar yaradır. Xüsusilə dağşorangəsi gəngiz dağ ətəkliklərində həm tək və həm də yovşanla birlikdə şorangəlik-yovşanlıq səhrası, bir qədər inkişaf etmiş torpaqlarda isə yarımsəhralıq yaradır. Ağacvarı şorangə (qarağan) az şorlaşmış torpaqlarda rast gəlinir; sezonun tərkibi onlarca müxtəlif efemer və efemeroid bitkilərlə zəngindir. Ağacvarı şorəngə ən çox yovşan, dəvətikanı və biyanla birlikdə xüsusi yarımsəhra cəngəlliyi yaradır. Ümumiyyətlə, respublikada şorəngə cinsinin 22-dək növünə təsadüf edilir ki, bunun da əksəriyyəti xüsusi formasiyalar yaradır. Meyvələmə zamanı çox əlvan görünən şorangə cəngəlliklərinə Şəki yaylasının az şorlaşmış torpaqlarında təsadüf edilir. Yovşanlıq ən geniş yayılmış səhra tiplərindən biridir; müxtəlif torpaqlarda, xüsusilə boz və zəif şorlaşmış torpaqlarda rast gəlir. Çox zaman yovşan şorangə və yaxud çoxillik taxıl otları ilə birlikdə bitərək qarışıq yarımsəhra formasiyaları yaradır. Yovşanlığın bütün variantlarında 30-35-dək və bəzən də 50-55-dək efemer, efemeroid bitki bitir. Məsələn, soğanaqlı qırtıc, yapon toqalotu, bərk quramit, şərq bozağı, durnaotu, xırda qarayonca, göy qarayonca və s. yovşanlığın daimi bitkilərindən sayılırlar. Yovşanlıqda bəzən kolcuqlar da bitir. Dənizkənarı və dəniz altından çıxmış qumsallıqlarda yovşanın başqa növu (qumluq və yaxud dəniz yovşanı), gəvən, İran sarmaşığı, Xəzər xəşənbulu və yüzlərcə başqa efemer bitki növlərinə rast gəlinir. Abşeronun qumsal sahələrində çox zəngin və nadir bitkilər qısaömürlü olsa da, inkişafını yazda fəallaşdırır və tez də solurlar. Yarımbozqırlar və bozqırlarda qifav, daraqvarı qiyaqotu və çoxillik müxtəlif otlar bolluq təşkil edən bitkilərdəndir. Dağ kserofit bitkiliyi çox vaxt bozqırlara birləşərək xüsusi formasiyalar yaradır.
Respublikanın quru və isti rayonlarında (Naxçıvan MR, Cəbrayıl, Zəngilan), Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Quraqlıq rayonlarda kəkotu və onun növləri tumil-kəkotu formasiyalarını yaradır. Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqıldaq da xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Saqqızağaclıq, ardıclıq, dağdağanlıq, sarağanlıq da respublikaya xas formasiyalardan olmaqla hər biri öz-özlüyündə xüsusi bitki örtüyü əmələ gətirir.
Respublikanın Şimal-Qərbində Eldar düzünün bozqır yaylasında Üçüncü dövrün qalığı olan endemik və relikt Eldar şamı öz təbiiliyini saxlamışdır. Eldar şamı meşəliyində ardıc, püstə, qaratikan və 30-35-dək digər ali bitkinin olması buranın dağ-kserofit bitkiliyinə aid edilməsinə imkan verir.
Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir.
Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunmuşdur. Burada ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar.
Quba-Xaçmaz, Qarabağ zonaları və eləcə də Alazan-Əyriçay çökəkliyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil edir. Alazan-Əyriçay vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur.
Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Bu relikt ağac cinslərindən əlavə burada Qafqaz vələsi, 2 növ azat ağac, qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir. Bu meşəliklərin aşağı mərtəbələrində bigəvər, danaya kimi həmişəyaşıl kollara da təsadüf edilir. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı Talışda üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.
Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır. Fıstıq və palıddan əlavə həmin meşələrdə cökə, vələs, 5-6 növ ağcaqayın, xüsusilə Şərq palıdı ilə birlikdə trautfetter ağcaqayını da bitir. Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir. Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu çox yayılmışdır. Yüksək dağ qurşaqlarında isə (1800-2000 m) park tipli meşələr vardır. Park tipli meşələr subalp çəmən və hündürotluq ilə birlikdə subalp seyrək meşəliyi yaradırlar.
Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında (1600 m hündürlükdə) xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir.
Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür. Həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakteridən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında hündürotluq da xüsusi formasiya əmələ gətirir; tərkibi olduqca müxtəlifdir. Hündürotluq və subalp bitkilərinin əksəriyyəti meşə altından çıxmış bitkilərdən ibarətdir. Hündürotluq ən çox baldırğan, qankəsən, boymadərən, çobantoppuzu, quşqonmaz, yumşaq süpürgə növləri, əvəlik, xaççiçəyi, gicitkən, xəşəmbül, gülçiçəklilər fəsiləsinin müxtəlif nümayəndələri ilə zəngindir. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-ədək bitki növü yayılmışdır.
Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Alp xalıları iki qrup formasiyadan: xırda şumal torpaqlarda həqiqi alp xalısı (zirəlik, bağayarpağılıq, şehduranlıq, zəncirotuluq) və daşlı yerlərdə alp xalısından (sibbaldiya, zınqırovotluq, makrotomiyalıq) ibarətdir.
AZƏRBAYCANIN TƏBİƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT
AZƏRBAYCANIN TƏBİƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.
Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 - e.ə. təqr.120), Strabon (e.ə. 64/63 - eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 - təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 - təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu - XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII - VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.
Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli EA-nın rolu böyükdür.
Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.
Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.
Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir.
Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Relyefi
Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzənliklər və dağlar üstünlük təşkil edir.
Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.
Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.
Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə - Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyi.
Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.
Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri - Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.
Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.
Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri.
Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.
İqlimi
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır.
Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.
Daxili suları
Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.
Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları - Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.
Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.
Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.
Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.
Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.
Bitki örtüyü
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.
Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir.
Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.
Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.
Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.
Heyvanlar aləmi
Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.
Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.
Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.
Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.
Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.
Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.
Azərbaycanın faydalı qazıntıları
Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir.
Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir.
Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.
Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.
Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.
Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
Xəzər dənizi
Dünyanın ən iri qapalı su hövzəsi - Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.
Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.
Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.
Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.
Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.
Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.
Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir - 42 növ; xulkimilər - 31, siyənəkkimilər - 17, qızıl balıqkimilər - 2, nərəkimilər - 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.
Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın "Qırmızı kitabı"na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir.
Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.
İlk herbi nazir..
İLK HƏRBİ NAZİR
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy Hərbi Nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. Xosrov bəy 1947-ci ildə vəfat etmişdir.
Qafqazda erməni tarixi necə yaradılıb....????
“Zati-alilərindən xahiş edirik ki, cənab İvan Fyodoroviç Paskeviçi barışıq vaxtı İran şəhər və kəndlərində yaşayan ermənilərin Rusiya himayəsi altında sərbəst geri qayıtmalarını nəzərdə tutan maddənin sazişə daxil edilməsinə razı salasınız”.
Erməni katolikosu Nerses Aştrakesi 1827-ci ilin noyabrında o vaxt Təbrizdə olan, yeni ələ keçirilmiş Azərbaycan xanlıqlarının ərazisinə İran ermənilərinin yerləşdirilməsinə rəhbərlik etmək üçün rus komandanlığının xüsusi olaraq Peterburqdan dəvət etdiyi çar ordusunun polkovniki Yeqizar Lazaryana (Lazarev) belə yazırdı. İran və Rusiya arasındakı ikinci müharibənin (1826-1828) taleyi artıq həll olunmuşdu və 10 fevral 1828-ci ildə Qacarlar səltənətinin varisi Abbas Mirzə və general İvan Paskeviçin öz möhürləri ilə təsdiqləyəcəkləri sülh müqaviləsinin mətni rus qoşunlarının ələ keçirdikləri Təbrizdə yazılırdı. Ermənilik səbrsizliklə həmin günü gözləyirdi.
Azərbaycanın bölünməsinə və Azərbaycanın şimal xanlıqlarının (İrəvan və Naxçıvan istisna olmaqla) Rusiyanın əlinə keçməsinə səbəb olan Rusiyanın İranla birinci müharibədə (1804-1813) qələbəsi və Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ermənilərin köçürülməsini xeyli irəli çəkdi. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsi başladı. Qacarlar dövləti Rusiyanın birinci müharibədə ələ keçirdiyi Azərbaycanın şimal torpaqlarını geri qaytarmağa hazırlaşırdılar. Müharibə tərəflərin bir-birini əvəzləyən uğuru ilə müşayiət olunurdu. Əvvəlcə Abbas Mirzənin (Fətəli şah Qacarın oğlu və varisi) qoşunları Hüseynqulu xan Bakuvinin, Uğurlu xanın (1804-cü ildə rusların qətlə yetirdikləri Cavad xan Gəncəlinin oğlu) və Mustafa xan Şamaxılının yardımı ilə Qarabağı (Şuşa istisna olmaqla) və Şirvanı öz nəzarəti altına aldılar. Ruslar Qubadan və Şəkidən sıxışdırılıb çıxarıldılar və Lənkəranı tərk etdilər. Lakin Şəmkir ətrafında gürcülərlə birləşən ruslara məğlub olan İran qoşunları geri çəkilməli oldular.
Tezliklə Gəncə yaxınlığında Abbas Mirzənin qoşunları darmadağın edildi. 1827-ci ilin sentyabrında general İ.Paskeviçin qoşunları Naxçıvanı ələ keçirdilər və İrəvanı mühasirəyə aldılar. İrəvanın azsaylı erməniləri burada da öz mahiyyətlərini bir daha nümayiş etdirdilər. İrəvan qalası çox möhkəm idi və hələ uzun müddət layiqli müqavimət göstərə bilərdi. Lakin ermənilər şəhərin şimal qapılarını açdılar və ruslar şəhərə soxuldular. 1827-ci ilin oktyabrında Paskeviçin qoşunları Cənubi Azərbaycana doğru yürüş edərək Mərənd və Xoyu götürdülər, Təbriz qarət olundu.
Müharibənin yekunu Təbrizdən 50 km məsafədəki Türkmənçay kəndində imzalanan, İrəvan və Naxçıvan xanlıqlarının Rusiyanın tərkibinə keçdiyini təsdiqləyən müqavilə oldu. İran çox böyük təzminat ödəməli oldu (o vaxtkı pulla 20 milyon rubl). İstisnasız olaraq yalnız Rusiyanın Xəzərdə donanma saxlamaq hüququ təsdiq edildi. Müqavilənin imzalanması Araz çayı ilə ikiyə bölünən Azərbaycan xalqının faciəsinin başlanğıcı oldu.
Türkmənçay müqaviləsinin XV maddəsində erməni katolikosunun yuxarıda qeyd edilən xahişi öz əksini tapdı: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst köçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir.”
Eyni zamanda müqavilənin XIV maddəsinə uyğun olaraq yeni hakimiyyətə “uyğun gəlməyən” Azərbaycan zadəganları və ruhaniyyətin nümayəndələri zorla İranın dərinliklərinə sürgün edilirdilər. Onların əmlakları isə ya xəzinəyə, ya da köçürülən ermənilərə keçirdi. Ermənilər dərhal azərbaycanlıların əmlak və torpaqlarını ələ keçirdilər. İş o yerə çatdı ki, hətta katolikos Nersesin “erməni xalqının sadiq müdafiəçisi” adlandırdığı A.S.Qriboyedov da general İ.Paskeviçə məktubunda azərbaycanlı əhaliyə, o cümlədən zadəganlara qarşı törədilən özbaşınalığı və onların təbii narahatçılıqlarını çatdırmışdı.
20 mart 1828-ci ildə çar I Nikolay bu müqaviləni ratifikasiya etdi, daha sonra isə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayətinin yaradılması haqqında fərman imzaladı. 1849-cu ildə bu vilayət İrəvan quberniyasına çevrildi. 24 dekabr 1829-cu ildə polkovnik Lazarev köçürülmənin nəticələri ilə bağlı Paskeviçə yazdığı məktubda köçürülmə işlərinin 26 fevral 1829-cu ildə başladığını, 11 iyun 1829-cu ildə sona çatdığını göstərirdi.
Bu dövr ərzində 8200 erməni ailəsi (50 min nəfər) İrəvan, Naxçıvan və Qarabağ əyalətlərinə köçürülmüşdü. Tezliklə (1829-cu ildə) Rusiya və Osmanlı imperiyası arasındakı müharibənin nəticələrinə görə müqavilə bağlandı. Həmin müqaviləyə əsasən, Türkiyədən Azərbaycan torpaqlarına 90 min erməni köçürüldü. Erməniləri əsas etibarilə Qarabağ, İrəvan, Naxçıvan, Göycə və Zəngəzur vilayətlərində yerləşdirirdilər. Ruslar Azərbaycanın bu vilayətlərini təsadüfən seçməmişdilər. Bu gələcəkdə boş yerdə Qafqaz ermənilərinin tarixini yaratmaq üçün lazım idi.
Azərbaycanın məhz göstərilən vilayətlərində çoxlu qədim alban məzarlıqları, məbədləri, digər tarixi və mədəni abidələr var idi. Çar hakimiyyəti ermənilərin Qafqaz Albaniyasının bütün tarixi və mədəni abidələrini mənimsəmələri üçün bütün şərtləri yaratdı. Rusiya imperiyasına Qafqazda ermənilərin şəxsində forpost lazım idi. Azərbaycan torpaqlarına erməni axını Rusiya imperiyasının süqutuna kimi davam etdi.
пятница, 28 ноября 2014 г.
Ermənilər 6 uşaq və qadın əsir düşərgəsi yaradıb
Erməni cinayətləri (sənədlər əsasında). I cild. Milli Təhlükəsizlik Nazirliyi, Bakı, Vətən 2004 kitabından
Армяне создали 6 детских и женских лагерей для пленных
С 1994 – по нынешний день на территории и захваченных ею землях Азербайджана существуют 6 лагерей для пленных, созданные армянскими вандалами:В результате использования армянскими вооруженными силами фашистских методов ведения войны были оккупированы 12 районов (около 20% территории), до 24 тыс. азербайджанцев было убито, до 4 тыс. мирного населения попали в плен. Большинство пленных составляют дети, женщины и старики. Общее количество пропавших без вести людей составляет 4965 человек. Из них – 320 женщин, 69 детей, а из 783 пленных – 43 женщин, 18 детей. Из 1325 освобожденных от армянского плена 312 женщин и 125 детей.
1) Детский лагерь Варденис (250 человек)
2) Детский лагерь Раздан (180 человек)
3) Детский лагерь Ханкенди (180 человек)
4) Женский лагерь Гечашен (320 человек)
5) Женский лагерь Джермук (250 человек)
6) Женский лагерь Кельбеджар (150 человек)
2) Детский лагерь Раздан (180 человек)
3) Детский лагерь Ханкенди (180 человек)
4) Женский лагерь Гечашен (320 человек)
5) Женский лагерь Джермук (250 человек)
6) Женский лагерь Кельбеджар (150 человек)
Армянская армия превратила в руины 870 населенных пунктов, 10 районов. Завоеватели уничтожили 43666 административных объектов, 1145 дошкольных заведений и детских садов, 1831 кинотеатров, 982 библиотек, 862 центров и домов культуры, 695 общеобразовательных школ, до 700 очагов здравоохранения, 22 музея и 1 высшее учебное заведение.
7 тыс. объектов промышленности и строительства, колхозов и совхозов, торговых зданий, 9 млн. м2 жилых площадей было оккупировано.
Армянская армия уничтожила памятники истории, духовной культуры, религии, материальные ценности в завоеванных районах. В оккупированных территориях были захвачены и уничтожены 44 храма, 32 мечетей, 21 исторических мест богослужения, 13 башен, 22 кургана – холма, 8 мостов, 9 сараев, дворцов, бань и комплексов караван – сараев, 2 памятника – источника, 4
7 тыс. объектов промышленности и строительства, колхозов и совхозов, торговых зданий, 9 млн. м2 жилых площадей было оккупировано.
Армянская армия уничтожила памятники истории, духовной культуры, религии, материальные ценности в завоеванных районах. В оккупированных территориях были захвачены и уничтожены 44 храма, 32 мечетей, 21 исторических мест богослужения, 13 башен, 22 кургана – холма, 8 мостов, 9 сараев, дворцов, бань и комплексов караван – сараев, 2 памятника – источника, 4
золотых родников, 2 гранита и 4 каменных карьеров, 5 различных залежей строительных материалов, 10 минеральных, водных промыслов и 2 государственных заповедника.
Под армянской оккупацией остались 808 центров культуры, 85 музыкальных школ, 4 художественных галерей, 6 парков культуры и отдыха, 4 театра, 2 концертных здания.
Адиль Раджабли,
доцент
доцент
http://www.az.ee
среда, 26 ноября 2014 г.
“Günahsız günahkarlar” – LAYİHƏ
Həmin bağlar azərbaycanlıları niyə doğma torpaqlarına bağlaya bilmədi?
Ermənilər Azərbaycanda qalmalarının səbəblərini açıqlayırlar
Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Araşdırmalara görə, hazırda Dağlıq Qarabağ istisna olmaqla, ermənilərin Azərbaycan ərazisində ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlmatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Araşdırmalar göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib. “Karabakhinfo.com”e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda qeyd edilib ki, 2009-cu il əhali siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər təşkil edir.
Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdi. O zaman Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməmişdi. Bu dəfəki siyahıyaalma zamanı görəsən neçəsi bunu edə bilib? Bax, bu cavabı olmayan sualdır. Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan dəfələrlə aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30 min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan vətəndaşları ilə bərabərhüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər belə olsun azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar. Azərbaycan əhalisinin isə 1,3 faizini – 120 min 300 nəfərini ermənilər təşkil edir.
Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq buradakı bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi, Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlər barədə “Karabakhinfo.com” beynəlxalq elektron jurnalının oxucularını da məlumatlandırmaq qərarına gəldik.
Yeni layihə çərçivəsində Azərbaycanda yaşayan ermənilərlə yanaşı, Ermənistandan qovulan azərbayanlılarla olan söhbət də paralel olaraq oxucuların diqqətinə çatdırılacaq.
Bir daha xatırlatmaq istərdik ki, XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı üç mərhələdə aparılıb: Birinci mərhələ – 1905-20-ci illər; ikinci mərhələ – 1948-53-cü illər; üçüncü mərhələ – 1988-92-ci illər. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.
Proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb.
Tarixi məlumatlara görə, 1918-ci ilin avqustunda Zəngəzur vilayətinin (indiki Azərbaycan ərazisilə Naxçıvan Muxtar Respublikası arasında yerləşir) 118 kəndindən 50 mindən çox azərbaycanlı deportasiya olunub. Sonra SSRİ Nazirlər Sovetinin qərarı ilə 1948-53-cü illərdə Qərbi Azərbaycandan on minlərlə azərbaycanlı deportasiya edilib. Onların bir hissəsi yollarda, digəri Azərbaycanın aran hissəsində acınacaqlı həyat şəraitində həlak olub.
Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.
Sonuncu deportasiyanın acısını yaşamış bir neçə soydaşımızın da başına gətirilənlər barədə tanış olacaqsınız.
Layihənin məqsədi Azərbaycanda minlərlə erməninin tam təhlükəsiz vəziyyətdə yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlının nəinki yaşamasına, hətta ora getmək istəyənlərin təhlükəsizliyinə təminat verilməməsi və oradan deportasiya olunanların hüquqlarının pozulmasına diqqət çəkməkdir.
Naibə Qurbanova
“KarabakhİNFO.com”
“KarabakhİNFO.com”
вторник, 25 ноября 2014 г.
Babəki məğlub etmiş Afşini necə edam etdilər? (İbn əl-Əsirin kitabından)
Sərkərdə Afşin İslamı qəbul etmiş, sonra da Babəki məğlub edərək xəlifə Mötəsimin gözündə ucalmışdı.
Amma bundan cəmi 3 il sonra - 841-ci ildə dəhşətli ölümə məhkum edilmişdi.
Afşini xəlifənin hüzurunda qurulan məhkəmədə nədə ittiham edirlər:
- zərdüştiliyi islamdan üstün tutmaqda,
- bütpərəst məbədini məscidə çevirən imamı cəzalandırmaqda,
- sünnət olunmamaqda,
- evində “Kəlilə və Dimnə” kitabı saxlamaqda,
- boğub öldürülmüş heyvanın ətini yeməkdə,
- Təbəristan şahzadəsi Mazyarı Xilafətə qarşı qaldırmaq cəhdində.
- bütpərəst məbədini məscidə çevirən imamı cəzalandırmaqda,
- sünnət olunmamaqda,
- evində “Kəlilə və Dimnə” kitabı saxlamaqda,
- boğub öldürülmüş heyvanın ətini yeməkdə,
- Təbəristan şahzadəsi Mazyarı Xilafətə qarşı qaldırmaq cəhdində.
Bunları ərəb tarixçisi İbn əl-Əsir “Əl-Kamil fi-t-Tarih” əsərində yazır. O, 9-cu əsrdə baş verən və İslamda sapqınlıq (zındıqlıq) ilə bağlı ən diqqətçəkən hadisələrdən sayılan həmin mühakimə və edamı belə təsvir edir:
Xəlifə Mötəsim Afşinin ona xəyanət etməsi, hətta onu zəhərlətmək istəməsindən şübhələnir. Onu həbs etdirib vəzir-vəkilinin, Təbəristan şahzadəsinin və qazinin iştirakı ilə məhkəmə qurur.
Məhkəmə başlayan kimi içəri pal-paltarı cırıq iki adam girir. Qazi Afşindən onları tanıyıb-tanımadığını soruşur. Afşin cavab verir ki, tanıyır: “Bunlardan biri Uşrusanadakı məscidi tikdirən müəzzin, o biri isə həmin məscidin imamıdır. Hər birinə min şallaq vurdurmuşdum. Səbəbi odur ki, mən fəth etdiyim yerlərdə xalqların öz dinlərinə sərbəst şəkildə sitayiş etmələri ilə bağlı Soğdlu sərkərdə ilə razılıq əldə etmiş və bunun şərtlərini razılaşdırmışdım. Amma bu iki nəfər Uşrusana camaatının bir bütxanadakı bütlərini çölə atıb oranı məscidə çevirməklə əhdimizi pozdular.
Sonra Afşindən soruşurlar ki, “içində allaha küfr olan” “Kəlilə və Dimnə” kitabını evində niyə saxlayır. Afşin cavab verir ki, həmin kitab ona atasından qalıb. Kitabda İran ədəbiyyatına aid parçalarla yanaşı həqiqətən də allaha küfr olan hissələr var. Amma o, yalnız ədəbiyyata aid olanları oxuyur. Bundan başqa düşünmür ki, həmin kitab insanı İslamdan sapdıra bilər.
Bundan sonra içəri bir zərdüşti rahibi girir və Afşinin boğub öldürülmüş heyvan əti yediyini söyləyir. Deyir ki, Afşin boğub öldürülmüş heyvanın ətinin İslam qaydalarına uyğun kəsilmiş heyvanın ətindən ləzzətli olduğunu düşünür və onu da bu cür ət yeməyə məcbur edib: “Hətta bir gün mənə dedi ki, bu qövmün (ərəblərin) ona iyrənc gələn adətlərinə əməl etsə də, zeytun yağı yesə də, dəvəyə və qatıra minsə də, sünnət olunmayıb”.
Afşin bunu da etiraf edir. Deyir ki, əvvəla, rahibin kəsilmiş heyvanın ətini yeməsi onun öz dininə sadiq olmadığını göstərir. Daha sonra rahibdən soruşur: “Səni özünə yaxın bilən, öz sirlərimi bölüşən mənmiydim?” Rahib “əlbəttə” cavabını verir. Onda Afşin belə deyir: “Sən təkcə dininə yox, sözünə də sadiq deyilsən, çünki sənə etibar olunan sirri açırsan”.
Afşini həm də onda ittiham edirlər ki, fəth etdiyi ərazilərdə yerli xalqlar ona “tanrılar tanrısı” kimi müraciət edirlər. “Müsəlman olan kəs belə ifadəni özünə rəva bilərmi? Fironluq iddiasınamı düşmüsən?” Afşin cavab verir ki, bu, həmin xalqların onun atasına, sonra isə onun özünə müsəlmanlığı qəbul etməmişdən əvvəl etdiyi müraciət forması olub, sadəcə, itaətkarlıq bildirir.
Afşin Babəklə danışıqlar aparır. Qədim miniatür
Sonra şahzadə Mazyar önə çıxır. Afşindən “bu adama məktub yazmısanmı” soruşurlar. “Xeyr” cavabı verir. Onda Mazyardan soruşurlar: “Bu adam sənə məktub yazıbmı?”. Şahzadə “bəli” deyir: “Onun qardaşı mənim qardaşım Kuhyara məktub yazmışdı ki, “məndən, səndən və Babəkdən başqa bu Bəyaz dinə (zərdüştiliyə) yardım edən qalmayıb, amma Babək axmaqlığı ucbatından özünü öldürtdü, mən ölümü hər vəchlə ondan uzaqlaşdırmağa çalışdım, amma o yenə də axmaqlığından qalmadı və özü-özünü ölümün girdabına saldı. Əgər mən həqiqətən ona qarşı olsaydım, indi mən, mənimlə bərabər süvarilərim və nəcdədlilər sənə tərəf olmazdıq. Əgər biz bir olsaq, bizimlə savaşacaq yalnız üç toplum qalar: ərəblər, məğriblilər (?) və türklər. Ərəblər .... (təhqiramiz ifadə işlədir – red.) kimidirlər, önünə qır-qırıntı atarsan, sonra da başını kəsərsən. Məğriblilər də onun başını yeyərlər. Türklərə gəlincə, onlar oxları bitincəyə qədər bir fəlakətdirlər. Oxları bitəndən sonra da atları ilə sel kimi axıb-gələrlər”.
Afşin deyir ki, qardaşının kiminsə qardaşına məktub yazmasının ona aidiyyatı yoxdur, əgər məktubu onun özü yazsaydı, onda həmin adamı öz tərəfinə çəkər, sonra da tutub xəlifənin hüzuruna gətirərdi.
Və sünnət olunmamaq ittihamı. Afşindən soruşurlar ki, sünnət olunubmu. Afşin cavab verir ki, “xeyr”. Bunun səbəbini xəbər aldıqda isə deyir ki, “qorxdum ki, bədənimdən bir parçanı qoparsam, ölərəm”. Onda ona deyirlər ki, “necə olur ki, sən oxla yaralanırsan, qılınc zərbəsi alırsan və bütün bunlar sənin müharibədə iştirak etməyinə mane olmur, amma xırdaca bir dəri parçasının kəsilməsindən şikayətlənirsən...”.
“Amma bu dedikləriniz müharibədə məcburən olur, biri də var bunu öz istəyinlə etmək”.
Bundan sonra qazi üzünü məhkəmədə iştirak edənlərə tutaraq “bu adamın işləkləri sizin önünüzdə məlum oldu” deyərək Aşfinin həbsə atılması barədə qərarını elan edir. Xəlifə isə əmr edir ki, Afşinə o qədər az yemək verilsin ki, həbsə ölsün.
Afşinin evindəki axtarış zamanı, deyilənə görə, qiymətli daş-qaşla bəzədilmiş bütlər, “Kəlilə və Dimnə” kitabı və “onun gerçək inanclarından xəbər verən” başqa kitablar çıxır. Aclıqdan öləndən sonra başqalarına görk olsun deyə onun meyiti əvvəl asılır, sonra isə evindən çıxdığı deyilən bütlər də üzərinə atılaraq yandırılır.
Ahmet Yaşar Ocak-ın “Osmanlı toplumunda zındıqlar və mülhidlər” kitabından
понедельник, 24 ноября 2014 г.
ŞOK: Vəhhabilərin cavab verə bilmədiyi 10 sual
Aşağıdakı suallar vəhhabilərin mövqeyini onların özlərinə əsaslanaraq təyin etmək üçün hazırlanıb. Düşünürəm ki, bu suallar onlara, atalarının inanclarından doğan boş təəssublərdən azad olub, özlərini tanımağa və şiələri ittiham edərək onların əleyhinə hər hansı bir nəticəyə gəlməzdən əvvəl dərindən düşünməyə kömək edəcək. Fikrimcə, sələfi alimləri bu suallara qaneedici cavab verməkdən acizdirlər.
1-ci sual: Şiələrdən fərqli olaraq, siz, müt`əni (müvəqqəti kəbini) haram bilirsiniz və şiələri, müt`əni Ömərin haram etdiyini iddia etdiklərinə görə tənqid atəşinə tutub deyirsiz ki, bunu Peyğəmbərin (salləllahu aleyhi va əlihi va səlləm) özü haram edib. O zaman, öz kitablarınızdakı, müt`əni Peyğəmbər (salləllahu aleyhi va alihi va səlləm) tərəfindən halal edildiyini bildirən səhih hədisləri necə izah edə bilərsiz? Məsələn, Səhih Müslimin “Ən-nikah” kitabının “Nikahul-mut`ə va tahrimuhu” babında Cabir ibni Abdullah va İbni Abbas kimi böyük səhabələrdən nəql olunan hədislərdə müt`ənin halal olduğu bildirilir. Cabir ibni Abdullah belə buyurub: “Biz Peyğəmbərin zamanında müt`ə edirdik və o, bunu bizə ömrünün sonunadək qadağan etmirdi. Eləcə də, Əbu Bəkrin hakimiyyəti dövrundə və Ömərin xilafətinin ilk yarısında müt`ə edirdik, Ömərin bunu qadağan etdiyi zamanadək. Ondan sonra isə bu əməli bir daha etmədik.”
Məgər kimsə (səhabə və s.) peyğəmbərin (salləllahu aleyhi va əlihi va səlləm) halal etdiyini haram edə bilərmi? Bu, bidət deyilmi? Bu hədislərin aşağısında Müslim müt`ənin haramlığı barəsində olan hədislər gətirir. Bəzi hədislərdə deyilir ki, mt`ə Xeybər günündə haram edilib, bəzilərində isə mütənin Məkkənin fəthi zamanı peyğəmbər (salləllahu aleyhi va əlihi va səlləm) tərəfindən haram edildiyi deyilir. Maraqlıdır ki, sünni alimləri Müslimdəki olan bütün hədisləri səhih bilirlər. Elə buna görə də bu kitabi “Səhih Müslim” adlandırıblar. İndi biz yuxarıdakı hədislərin hansı birinə inanaq? Bu hədislər bir-birinin ziddinə deyil mi? Hər şeyi ətraflı anladın.
2-ci sual: Sizin çoxsaylı hədis kitablarınızda Quranda təhrifin olduğuna dair rəvayətlər mövcuddur. Məsələn, Səhih Müslimdə “Zəkat” kitabının “Ləv kənə libəni adəm vadiəyn ləibtəqa səlisə” babında Əbu Musa Əşərinin belə dediyi nəql olunur: ”...Ey Bəsrənin Qur`an qariləri, qorxuram ki, Şeytan, sizdən öncəki oxuyucuların qəlbinə girdiyi kimi, sizin də qəlbinizə girər. Çünki onlar, Qur`anı təhrif edib bəzi surələri oxumazdılar. Məsələn, yadımdadır ki, ayələrin sayında “Tövbə” surəsinə bənzəyən bir surə var idi. Lakin o, Qur`andan yox oldu, mən də o surəni unutdum. Yalniz bir ayə yadımdır: “ləv kana li adəmi vadieyn ləibtaqa səlisə”. Səhih kitablarınızda buücur hədislərin olması bunu göstərir ki, sizin məzhəbinizə əsasən, Quran təhrif olunub. Bu məsələni aydınlaşdıra bilərsinizmi?
3-cü sual: Siz Allahın “Tövhidinə” inanırsınızmı? Əgər belədirsə, onda Allahın varlığı vacibul-vucuddur (yəni Allah həmişə olub və olacaq, həddi-hüdudu yoxdur), yoxsa mümkinul-vucud (yəni Allah həmişə var olmayıb və Onun həddi– hüdudu var)? Allah vacibul-vucuddursa, o zaman “Hulul” barəsində nə düşünürsünüz? Hulul Allahın hər hansı diri bədənə yerləşib insanlarla əlaqə qurmasına, yaxud Onun hər gecə Ərşdən bizim birinci göyümüzə (yeddi göydən birincisinə) enib bizdən gecə namazı gözləməsinə inanmaqdır. Sizin bu inancınız Allahın həddi-hüdudu olduğunu bildirmirmi?
4-cü sual: Sizin etiqadınıza görə, imam yaxud xəlifəni Allah yox, insanların özləri təyin edir. Buna görə də siz imamət bəhsini İslamın əsasına daxil etmirsiz. Xəlifənin dini əhəmiyyəti yoxdursa və bu məsələnindinlə heç bir əlaqəsi yoxdursa, nə üçün siz bu barədə şiələrlə daimən mubahisə edirsiz? Bu, bir ixtilaf deyil mi? Məgər siz siyasi məsələləri ancaq siyasətə aid olduğunu demirsiz? Bəs əgər Xilafət və İmamət dini məsələdirsə, o zaman, Qurana əsasən, Allahın sünnəsi dəyişilməzdir. Adəmdən (ə) tutmuş İsa peyğəmbər ( aleyhisalama) dək hansı bir peyğəmbərdən sonra onun səhabələri peyğəmbər vəsisini onun ailə üzvlərini bu haqqdan məhrum edərək özbaşına təyin ediblər? Amma əgər Məhəmməd (s) dən öncə heç bir peyğəmbər öz ailəsindən kənar birisini özündən sonra vəsi seçməmiş olsa, o zaman niyə Allahın sünnəsi rəsulullaha gəldikdə dəyişilibdir? Bizə bu dəyişikliyi sübut edən Quran ayəsi və bir hədis göstərin.
5-ci sual: Siz dörd raşidin xəlifələrin sözundən çıxanları mürtədd (dindən çıxmış) sayırsız. Əbu Bəkrin ona zəkat verməkdən çəkinənlərlə apardığı muharibəni buna misal olaraq gətirmək olar. Siz onları, xəlifənin sözundən çıxdıqlarına görə mürtəd adlandırırsız, halbuki onların arasında Xəlid ibni Vəlidin əliylə həmən münaqişədə öldürülən Malik ibni Ovəynə kimi Peyğəmbər (s) səhabələri də var idi. Əgər belədirsə, onda niyə siz Muaviyə ibni Abu Sufyanı bu dəstə mürtəddlərə aid etmirsiz? Axı o, dördüncü raşid xəlifə olan və Muaviyənin tutduğu vəzifədən azad olunması əmrini verən Əli ibni Abu Talibə (ə) qarşı “ Siffeyn” müharibəsini elan edib. Minlərlə müsəlman qanı axıdmış bu müharibə elə Əlinin (ə) həmən əmri nəticəsində baş verib, çünki Muaviyə Əliyə (ə) tabe olmaqdan boyun qaçırıb. Nəyə əsasən Malik, səhabə olmağına baxmayaraq mürtədd elan olunub, lakin Muaviyə yox? Niyə Muaviyə səhabə olduğu üçün ictihad edə bilər, amma Malik yox? Buna dair dəqiq və məntiqli açıqlama gətirin.
6-ci sual: Peyğəmbər (s) xilafətə işarə etmədənmi dünyasını dəyişib? Əgər belədirsə, onda niyə Bəni Səd səqifəsi zamanı iki şeyx (Əbu Bəkr və Ömər) belə deyirlər: “əl-imamətu minəl-qureyş”(İmamət qureyşdəndir). Məgər onlar hakimiyyətə gəlmək üçün yalan deyirdilər? O zaman niyə Əbu Bəkr peyğəmbərin (s) etdiyinin əksini edərək özündən sonra Öməri xəlifə elan etdi?
7-ci sual: Həzrəti Fatimənin (s.ə) imanı barəsində nə düşünürsünüz? Əgər o, saleh bir qadın idisə, onun ardınca getmək olarmı? Əgər hər səhabə adildirsə, onlardan hər hansı birinin ardınca getmək nicata gətirən yol deyilmi? Saleh deyildisə, o zaman niyə Peyğəmbər (s) buyurub: “Fatimə məndəndir. Onu qəzəbləndirən məni qəzəbləndirmiş olar.” (Səhih Buxari, “Fəzailus-səhabə” kitabı, “Fəzailu Fatimətə bintər-rasuli” babı). Yox, əgər ardınca getmək icazəlidirsə, o zaman, Səhih Buxarinin “Məqazi” (döyüşlər) kitabının “Quzvətu Xeybər” babında deyildiyi kimi, Həzrəti Zəhra (s.ə) iki xəlifədən (Əbu Bəkr və Ömər) narazı idi. O, vəsiyyət – naməsində onların öz cənazə mərasimində iştirak etməmələrini tələb edib. Əgər xanım Zəhra (s.ə) bu iki xəlifədən narazıçılığı İslama zidd deyilsə, onda niyə başqaları onları sevməlidir? Allah öz qəzəbini Fatiməyə (s.ə) bağlayıb, o həzrət isə Əbu Bəkr və Ömərdən narazı halda dünyadan gedib.
8-ci sual: Səhih Buxaridə (4-cü cild, s. 123, Misir çapı) Həsən Bəsridən nəql olunur: “At-təqiyyətu baqiyyətun ilə yavmil - qiyaməti.” (Təqiyyə Qiyamətədək halaldır). Əgər təqiyyə Quran və hədislər əsasında halaldırsa, o zaman niyə sizin təriqətiniz şiələri təqiyyə etdiklərinə görə tənqid edir?
9-cu sual: Siz deyirsiz ki, şiələrin Quranı qırx hissədən ibarətdir və həmçinin deyirsiz ki, onlarda 115-ci surə də mövcuddur. Hətta bu surəni bəzi kitablar və saytlarinizda gətirirsiz. Bu dediklərinizin mənbəsini şiələrin dörd əsas hədis kitablarından (kutubul - ərbəə) gətirin.
10-cu sual: Sizin namazlarınız salavat deyilmədən bitmiş sayılır mı? Belədirsə, bunu tam şəkildə sübut edin. Yox, belə deyilsə, o zaman niyə salavatı namazda yalnız Muhəmməd (s) və onun ailəsinə göndərirsiz, səhabə və zövcələrinə isə yox? Əgər namaz, səhabə və Peyğəmbər (s) xanımlarına salavat göndərmədən qəbuldursa, onda nə üçün əhli-sünnət öz dini mərasimlərində bu qrup insanları da salavata daxil edirlər?
Zaur Nəsirov
AzadXeber.az
Подписаться на:
Сообщения (Atom)