Onun haqqında müxtəlif epitetlərlə danışmaq olar.
“New York Times” onu həm nifrətə, həm sevgiyə layiq Düşmən adlandırıb. “Newsweek” onun şəklini üz qabəğında çap edərək üstündə belə yazıb: O, əvvəl Amerika ilə döyüşürdü, indi isə İŞİD-i darmadağın edir. MKİ-nin İraqdakı səlahiyyətli nümayəndəsi Con Makquaer onu Yaxın Şərqdə bütün hadisələrə təsir edə bilən ən nüfuzlu şəxs olmasına baxmayaraq, ən məxfi xəfiyyə hesab edib. Fransa Xəbər agentliyinin təbirinə görə o, XX əsrin sonu və XXI əsrin ən zirək və tədbirli generalıdır. 2014-cü ildə World jurnalı onu dünyanın ən təhlükəli adamları siyahisinda birinci yerə qoyub. Onu İranın qeyri-rəsmi Xarici İşlər naziri də adlandırırlar.
KİMDİR O?
Adı: Qasim Süleymani
Doğulduğu tarix: 11 mart 1957-ci il
Doğulduğu yer: İran, Kirman ostanı, Rabər şəhristanı, Qənat Məlik kəndi
Hərbi rütbəsi: General – Mayor
Hərbi vəzifəsi: Sepahın “Əl-Qüds” Xüsusi Təyinatlı bölməsinin komandırı (1997-ci ildən)
ًQasim Süleymani kasıb bir kəndli ailəsində doğulub. O, ikisi oğlan, üçü qız olan övladlardan ortancılıdır. Ailələri çox kasıb olduğundan ibtidai təhsili bitirdikdən sonra 12 yaşından işləməyə başlamışdır. Yeniyetməlik dövründə o, Kirman şəhərinə yollanmış, bənnalıqla məşğul olaraq ailəsinə maddı yardım edirdi. İslam İnqilabından sonra Kirman Su Təchizatı idarəsində işləməyə başladı. Süleymani idmançı idi və karate üzrə kəmər sahibi idi. O həm də idman salonlarının birində işləyirdi. Eyni zamanda yeni yaradılmış İnqilab Mühafizləri Ordusunun (Sepah) üzvü oldu. Əvvəl o, sepahın fəxri üzvü idi, lakin sonra Kirmanda Sepahın Qüds qarnizonunun qərargahına təyinat aldı.
İraq-İran müharibəsi başlayanda bir neçə dövrə könüllülərə təlim keçərək cəbhəyə yollayandan sonra kirmanlı könüllülərdən (Bəsic) “Sarəllah 41” batalyonu yaradaraq cəbhəyə yollandı.
23 yaşlı Qasim Süleymaninin komandiri olduğu batalyon düşmənlə mübarizədə çox böyük uğur əldə etdi. Onlar bir sıra böyük hərbi əməliyyatlarda rəşadətlə vuruşaraq düşmənə ağır zərbələr endirdilər. Onlardan Vəl-Fəcr – 8, Kərbəla – 4, Kərbəla – 5, Tək Şələmçə və s. göstərmək olar.
Müharibə qurtarandan sonra Qasim Süleymani “Sarəllah 41” batalyonu ilə ölkənin şərq sərhədlərində narkotrafiklə mübarizəyə başladı. Həmin dövrdə Əfqanıstan və Pakistan sərhədlərindən İrana külli miqdarda narkotika daşınıraq, daha sonra Türkiyə vasitəsi ilə Avrioaya ötürülürdü. O bu sahədə də ciddi dönüş yarada bildi. 1997- ci ildə Ali Baş komandan onu Tehrana çağıraraq Sepahın Qüds Xüsusi Təyinatlı bölməsinin komandiri təyin etdi.
Qasim Süleymani 1998-ci ildə baş vermiş siyasi iğtişaşlar zamanı iğtişaşçılara qarşı tədbir görülməsi üçün prezident Xatəmiyə ultimatumla müraciət edən 24 hərbi komandirdən biri idi.
Qasim Süleymani Hizbullahin möhkəm siyasi və hərbi təşkilata çevrilməsində əsas rol oynamış və 2006-cı ildə İsraillə 33 günlük müharibədə qazanılmış uğurun müəllifidir. Mossadın Xarici Kəşfiyyat Xidmətinin direktoru general Meir Daqan Süleymani haqqında belə söyləmişdi: Onun sistemin bütün sahələri ilə əlaqəsi var. Mən onu siyasi cəhətdən çox bəsirətli bir şəxs hesab edirəm.
Qasim Süleymani İraq və Suriyada İŞİD-in məhv edilməsi planının müəllifidir. O, Rusiyanı İŞİD-lə mübarizəyə qoşulmağa inandırmaq üçün şəxsən Moskvaya səfər edərək danışıqlar aparmışdı. Süleymani İŞİD-lə döyüşən bütün qüvvələri əlaqələndirir və bu əməliyyatlara şəxsən başçılıq edirdi. MKİ-nin İraqdakı nümayəndəsi onun haqqında belə söyləmişdi: Onun icazəsi olmadan İraq və Suriyada heç nə baş vermir.
Lakin bu cür qüdrətli bir şəxsiyyət həyatda çox təvazökar bir insandır. O heç vaxt siyasi məsələlərə qarışmır, özünü Vəliyye Fəqihin əskəri sayır və hər an onun əmrinə hazır olduğunu izhar edir.
ًQasim Süleymani evlidir, iki oğlan və iki qız olmaqla dörd övladı var.
Süleymaninin atası vəfat etməmişdən qabaq Kirmanın qubernatoru ona baş çəkir. Söhbət zamanı qubernator deyir:
– Bilirsiz, sizin oğlunuz hecə qüdrətli bir şəxsdir? Bütün imperialist qüvvələr ondan qorxur.
Atası deyir:
– Mən sizin bu sözünüzə təəccüb edirəm.
Qubernator soruşur:
– Nə üçün?
Süleymaninin atası deyir:
– Mənim oğlum bir Vilayət əskəridir. Onlar İslamdan qorxurlar, mənim oğlumdan yox!
Комментариев нет:
Отправить комментарий