суббота, 12 августа 2017 г.

Qızılbaş ordusunun xanım fədaisi - Bəhruzə.

Qızılbaş ordusunun xanım fədaisi - Bəhruzə..
“... Sinan paşanın dəstəsindən olan yeniçərlərdən biri Bəhruzəni orda görən kimi tanıdı. Vaxtilə o da Çaldıranda qızı əsir alanlardan biri idi. Tez yoldaşlarından birilə Sinan paşaya xəbər yolladı, özü isə təqibdə qaldı.

Bəhruzə isə bir çıxış yolu axtara – axtara var – gəl edirdi. Sinan paşanın dəstəsinin yaxınlaşdığını görəndə ordan uzaqlaşmaq istədi. Lakin artıq gec idi. Qazi Tacızadə Cəfər Çələbinin ölüm xəbəri hər yerə yayılmışdı. Sultan Səlim onu hüzuruna çağırtdırmaq üçün adam göndərmiş və nəticədə onun öldüyünü və Bəhruzənin qaçdığından xəbər tutmuşdular. Bundan sonra yazıq, biçarə qızın edam fərmanı verilir. Qızın edamına tamaşa üçün Sultan Səlim də təşrif buyurur. O, düşmən bildiyi Şah İsmayılın “zövcə”sinin edamına böyük həvəslə baxmaq istəyirdi.
“Məhkum”a son sözünü demək üçün icazə verdilər. Bəhruzə başını dik tutaraq hamı yaxşı eşitsin deyə var – gücü ilə bərkdən dedi:
- Mən adi, fağır bir kişinin qızıyam. Həmişə halal çörəyimizi yemişik, ailəmlə birlikdə ədalətli dövlətdə yaşamışam. İblislərlə döyüşmək üçün özüm könüllü Şahbanumuz Taclı Bəyimə qoşulmuşam. Mənim kimi minlərlə xanım Naibeyi Səfəviyyəmizə olan sevgimizdən bu savaşa girmişik. Bizim məmləkətdə oğurluq, yalan, başqasının xanımına yan baxmaq alçaqlıq sayılır və Şahənşahımız, cənnətməkanımız xaqan İsmayıl belə hərəkətləri törədənə ağır cəza kəsdirir. Bizdə dövlət ali dini hökmlərlə idarə olunur. Sizdən fərqli olaraq, o hökmləri Şah belə olsa dəyişdirə bilməz. Çünki hökm uca Allahındır!
Ey Sultan! Mənim canına fəda olduğum şahım indi sarayında oturub zövcələri Taclı Bəyim və Bəhruzə xanımla, övladları ilə şad – xürrəm ömür sürürlər. Sən elə bildin ki, Şahıma qarşı alçaq hərəkətinlə onu nüfuzdan saldın. Amma yanıldın. Mənim də adım Bəhruzədir. Lakin mən Şahın zövcəsi deyiləm. Biləsən ki, sən bu namərd hərəkətinlə şahımı pərt etmək istədin, amma özün pərt haldasan. Bizlər Şahımızın yolunda ölməyə hazırıq. Bir can nədir ki, onun yolunda qurban verməyək!
Sultan Səlim Bəhruzənin üsyankar çıxışından pis vəziyyətə düşmüşdü. Buna görə qızın sözünü yarımçıq qoyub cəlladlara işarəsini verdi. Bəhruzə, o mərd, cəsur qız edam olundu...
Bəhruzə edam olunsa da Sultanın gecəsi gündüzünə qarışdı. Şah İsmayıla içində kin, nifrətlə qarışıq həsəd var idi. Rəiyyətinin Şaha olan məhəbbətini anlaya bilmirdi. Döyüş zamanı Sultanəli Əfşar canını fəda edərək İsmayılı qorudu. Bəhruzə isə Taclı Bəyimin qaçmasına şərait yaratdı və ölənə qədər özünü Şah arvadı kimi qələmə verib məni ələ saldı. Mən hələ iki fədaini gördüm. Savaşdakı döyüşçülərin də əliyalın şahlarını qoruduqlarını dedilər. İsmayıl onlara neyləyib ki, bu sevgini qazana bilib? Görəsən, mənim üçün də canından keçən biri varmı?..”
Dəyərli yazarımız Məhbubə Hacıyevanın hələlik şərti adı "Taclı Bəyim" olan romanından bir hissə..

воскресенье, 16 июля 2017 г.

среда, 14 июня 2017 г.

"Təcrübə siçovulu"

İslamofob-sionizmin “təcrübə siçovulu”





Nəyə görə Azərbaycanın ali məktəbləri qərbin “qolf meydançasına” dönüb? Bir ovuc “ziyalı” dını və milli adət-ənənələrimizə zərbə vurmağa çalışır? Qəzet və jurnallarımızda qeyri-əxlaqi məsələlər gündən-günə geniş yer alır, mənəvi dəyərlərdən bəhs edən yazılar onların kölgəsində itib-batır? Ancaq və ancaq Qərbin seçdiyi və bəyəndiyi ideyalar və əqidələr (istər iqtisadi, istər ictimai və siyasi sahələrdə) bizə yeganə düzgün yol kimi təlqin olunur. Təbii ki, bu məsələlər hər bir azad düşüncəli insanı narahat etməyə bilməz. 

Bu gün müsəlmanlara qarşı mübarizə aparmaq üçün Qərbdə sionistlərin idarə etdiyi bir çox elmi bazalar fəaliyyət göstərir. Bu haqda söhbətə başlamazdan əvvəl bir az keçmişə boylanmağımız mühümdür. Belə olsa, bu gün baş verən hadisələr bizim üçün daha aydınlıqla cilvələnər.

İtaliyalı mütəfəkkir Antonio Qramşi 1889-cu ildə anadan olmuş, 1937-ci ildə dünyasını dəyişmişdir. O, 1926-cı ildə həbs olunmuş, 1929-cu ilin əvvəllərindən “Həbsxana dəftərləri” yazilarını yazmağa başlayır. Bu yazılar çox çətin dildə yazılmağına baxmayaraq, çoxlu sayda mütəxəssis mətnin mənasını açıqlaya biliblər. 

Təsadüfi deyildir ki, bu gun amerikalılar bu təlimlə əlaqədar nəhəng elmi bazalar açıblar.

Qramşiyə görə ağalıq edənlərin hakimiyyəti təkcə güc və məcbur etmə metodu ilə deyil, həm də inandırmaq yolu ilədir. Beləliklə, hakimiyyət iki əsas üstündə qurulur; güc-qüvvət və razılıq. Hegemoniya lazım olan qədər razılıq əldə olunan haldır. Hegemoniya- bir yerdə qalan, sabit hal deyil, dinamik və daim hərəkətdə olan haldır. Bununla bərabər hakimiyyət zor zirehinə bürünmüş hegemoniyadır. Hegemoniya sadəcə razılıq deyil, həm də arzuolunan razılıqdır. Yəni, “qara camaat” hakimiyyətdə olanları qane edən şeyləri istəyə bilərlər. 

Yaxşı, deyək ki, hakimiyyətin əsasını razılıq təşkil edir-yəni, hegemoniya, bəs onda ictimai- siyasi sabitliyi və yaxud çevrilişi necə həyata keçirməli? Bu işdə əsas casus kimdir? 

Qramşiyə görə hegemoniyanı qurmaq və ya dağıtmaq “molekulyar” səviyyədə olmalıdır. Yəni, yavaş-yavaş hər bir insanın ruhunda və əhval-ruhiyyəsındə dəyişiklik yaratmaq. Eyni fikri təkrarlamaq və yenə də təkrarlamaq. Yaxşı, bəs onda kütlənin içində bu “təxribatı” aparanlar, camaatı xaricdə və daxildə oturan düşmənlərə kölə vəziyyətinə salmaq istəyənlər kimlərdir? 

Qramşi buna birbaşa cavab verir: “Ziyalılar.” O ziyalılar ki, özünü xalqdan ayırır, vəzifə, var-dövlət yığmaq xəstəliyinə tutulublar. Bundan sonra A. Qramşi ziyalılar haqqında böyük bir bəhsə başlayır. Şubhəsiz ki, ziyalıların sözü cəmiyyət içində həmişə xüsusi nüfuza malik olub. 

Qramşiyə görə, ziyalılar həmişə o tərəfə meyl edirlər ki, orda özlərinə lazımi şərait yarada və var-dövlət əldə edə bilərlər. Ziyalı öz zehninin məhsulunu satır. Bu gün də “bazar iqtisadiyyatı” şəraitində böyümüş bəzı ziyalılar üçün vacib deyil kimə satılır, onun üçün mühümdür ki,bilsin-“neçəyə?”

Qramşi yazır: “Ziyalılar ağalıq edən qruplara xidmətçilik edir, onların ictimai hegemoniyasının və siyasi idarəsinin həyata keçməsində kömək edirlər.”

Sosıoloqların fikrinə görə keçmiş Sovetlər məkanında mövcud olan cəmiyyətlərin idarə forması bu nəzəriyyə əsasında qurulub. 

Bu nəzəriyyələr ABŞ-da bir sıra institutlar tərəfindən geniş şəkildə təhlil olunur. Onlardan biri də sionistlərin və masonların idarə etdiyi məşhur Tavistok ınstitutudur. Tavistok institutu İkinci Dünya Müharibəsindən sonra müxtəlif xalqların psixoloji portretini təyin etməklə, onlarda özünəınam hissini aradan aparmaqla məşğul olur. Tezliklə, bu institunun onlarla şöbəsi fəaliyyət göstərməyə başlayır, çoxlu sayda psıxoloqlar(məxsusən, bihevioristlər) və sosioloqlar burda işə cəlb olunurlar.

Bihevioristlər heyvanlar üzərində müxtəlif təcrübələr keçirməklə ələ gətirilən nəticələri cəmiyyətlərə tətbiq edirlər. (Neodarvinizmdən təlimlənən bihevioristlər əslində insana heyvanın ikiayaqlı növü kimi baxırlar.) Bu təcrübələrdən biri belədir: Bir dəstə təcrübə siçovulunu qəfəsə salırlar. Bu siçovullar ancaq xüsusi dəstəyə toxunmaqla yem ala bilərlər. Dəstəyə toxunanda digər siçovullar elektrik qıcıqlandırıcısı vasitəsilə elektrik zərbəsinə məruz qalırlar. Bir müddət sonra siçovullar öz həmcinslərinə əziyyət verdiklərini hiss etdikləri üçün yemək tələb etməkdən əl cəkirlər. Çox az sayda siçovul (bir və ya iki) yem tələb etməkdə davam edirlər. 

Deməli, nəticə çıxır ki, hər bir cəmiyyətdə bu cür siçovullari tapmaq mümkündür. 

Təəssüflər olsun ki, bizim yaşadığımız cəmiyyətdə də bu cür siçovullar tapılır. Sionizmin təcrübə qəfəslərindən buraxılmış bu siçovullar eybəcər səsləri ilə ciyildəyərək dinə, mənəviyyata və müqəddəs hicaba qarşı hücuma keçiblər. Onların şüarları yalan və iftira, yedikləri öldürülmüş körpələrin qanı və spirtli içkilərdən və əxlaq pozğunluğundan xəstə olan sionist tüpürcəyi ilə yoğrulmuş haramlar, allahları isə humanizm bütüdür. Onları hərəkətə gətirən bir qüdrət var ki, o da İslama nifrətdir.

воскресенье, 28 мая 2017 г.

Tramp -ın məntiqi(((

Tramp: "İran heç bir halda nüvə silahı əldə etməməlidir"
Niyə, a qağa..? Nə üçün nüvə silahı ABŞ-da, İsraildə, Fransada, İngiltərədə olsun, İranda olmasın?! Məgər, 1945-ci ildə atom bombası atıb Xirosimo və Naqasakini viran qoyanların, yetmişinci illərdə dinc, sısqa vyetnamlıları napali bombaları ilə yandıranların, səksənin əvvəllərində Səddama kimyəvi silah verənlərin, 11 sentyabrda Nyu-yorkdakı "əkiz qüllələr"i göyə sovurub terrora qarşı mübarizə bəhanəsilə Əfqanıstanı, İraqı, arxasınca Liviyanı, Suriyanı şumlayanların, İŞİD-i yaradıb dünyanın canına daraşdıranların kimlər olduğunu dünya ictimaiyyəti bilmir? İndi birdən-birə nə baş verdi ki, Qərb mələk libası geyindi, mədəniyyətlər beşiyi Şərq isə təhlükə törətdi...
Amma narahat olmayın, İranın Ali Rəhbəri dəfələrlə kütləvi qırğın silahlarının Allahın buyruqları, İslami yaşam tərzi ilə bir araya sığışmadığını, haram sayıldığını bəyan edib. Bu ölkənin dövləti və xalqı atomsuz da ərazilərini qorumaq iqtidarında, sülhməramlı nüvə strategiyasına uyğun elmi-iqtisadi tərəqqi yolundadır!
...ABŞ-ın İtaliyadakı “Siqonella” hərbi bazasında çıxış edən Donald Tramp, ilk xarici səfərinin Səudiyyə Ərəbistanına səfər etdiyini və bir çox İslam dövlətlərinin liderləri ilə görüşdüyünü xatırladıb.
 ABŞ prezidenti bəyan edib ki, İran heç bir halda nüvə silah əldə etməməlidir.
“Biz bir daha təsdiqlədik ki, İran heç vaxt və heç bir halda nüvə silahına malik olmamalıdır”, deyə Tramp qeyd edib.
Qurban Cəbrayıl

воскресенье, 26 марта 2017 г.

HACI ZEYNALABİDİN TAĞIYEV.

İşlədikcə insanlar gördüm mən,hansıki çox pul qazanmaq üçün nə yalanlar danışdılar,nə hiylələr işlətdilər,nə yuvalar yıxdılar..Kişiliklərin itirib pul qazandılar.Unutdularki pul ölənədək qazanmaq olar.Amma mənlik şərəf qürur-tək sözlə kişilik arı,namusu itirdikdən sonra qazanmaq olmur.
Qürurunu,həyasını pula dəyişən birindən əsla kişi olmaz.


HACI ZEYNALABİDİN TAĞIYEV.

среда, 22 февраля 2017 г.

Şah İsmayılı niyə sevmirlər?


Niyə görə osmanlılar 500 il keçməsinə baxmayaraq Şah İsmayıla nifrət edirlər ?
Burada yüz illərdir üstü açılmayan psixoloji bir səbəb var. Səbəb Səlimin Şah üzərində namərd, qürur verməyən, adam içərisinə çıxarıla bilməyən, sui-qəsdə oxşar qələbə qazanmağa məcbur olmasıdır. Gəlin, bu nifrətin üzərində bir az dayanaq. Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi. Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Şahın Çaldıranda göstərdiyi bahadırlığı düşmən olmaqlarına baxmayaraq o vaxtkı Osmaniyyə qaynaqları da etiraf etmişlər. Əvvəllər osmanilər, indi də türkiyəlilər, onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın – bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər. Məncə, Koroğlu dastanında “Tüfəng çıxdı, mərdlik getdi” sözüylə nəzərdə tutulan osmanilərin həmin bu namərdliyidir. Təsəvvür edin, hökmdar hökmdarı açıq döyüşə çağırır, ancaq döyüş vaxtı özü çadırda gizlənir. Səlimin bu hərəkəti ümumtürk cəng qaydalarına görə bir dövlətin başını yerə soxan üz qaralığı və tarixi xəcalət idi. Əlbəttə, cəngdə hiylə işlətmək olar, ancaq Səliminki hiylə deyildi, oğuz terminologiyasında bunun adı “aldadıb ər tutmaq” idi. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur. Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir. Türkiyə dövlətinin rəsmi dərsliklərində Şah İsmayıl Xətai hələ də rəzil düşmən adlandırılır, alçaldılır, guya arvadlarını meydanda qoyub qaçması, əyyaş olması və s. haqqında iftiralar həqiqət kimi tədris edilir; Türkiyə televiziya proqramlarında türkiyəli tarix professorları “azerilerin milli kahramanı” adlandırdıqları Şah İsmayılı ələ salırlar; Türkiyədə “qızılbaş” sözü hələ də söyüşdür. Osmaniyyənin bizdən qopartdığı kənd və şəhərlərdə əsir qalaraq, Şah İsmayıl qızılbaşlığını yaşadan ələvilərə əvvəllər Osmaniyyədə, indi də Türkiyədə zülm edilir. Anadoluda “Açılın qapılar, Şaha gedəlim” deyən neçə-neçə Pir Sultan Abdallar öldürülmüşlər. Nifrətin qatılığına baxın ki, M.Füzuli Şah İsmayılı mədh edib deyə, türkiyəlilər onu Y.Əmrə qədər qəbul etmirlər. Yeri gəlmişkən, sünni islamçı Erdoğan'ın nifrət etdiyi Bəşər Əsəd də bir ələvidir. 1993-cü ildə Sivasda Pir Sultan Abdal şənliyi keçirmək üçün toplanan ələvilərin qaldığı otelə od vurulmuş, nəticədə 30-dan çox ələvi intellektualı və sənət adamı diri-diri yandırılmış, Əziz Nesin son nəfəsində xilas ola bilmişdi. Bir sözlə, Çaldıran davam edir.

Akif Eyyub.