Qızılbaş ordusunun xanım fədaisi - Bəhruzə..
“... Sinan paşanın dəstəsindən olan yeniçərlərdən biri Bəhruzəni orda görən kimi tanıdı. Vaxtilə o da Çaldıranda qızı əsir alanlardan biri idi. Tez yoldaşlarından birilə Sinan paşaya xəbər yolladı, özü isə təqibdə qaldı.
Bəhruzə isə bir çıxış yolu axtara – axtara var – gəl edirdi. Sinan paşanın dəstəsinin yaxınlaşdığını görəndə ordan uzaqlaşmaq istədi. Lakin artıq gec idi. Qazi Tacızadə Cəfər Çələbinin ölüm xəbəri hər yerə yayılmışdı. Sultan Səlim onu hüzuruna çağırtdırmaq üçün adam göndərmiş və nəticədə onun öldüyünü və Bəhruzənin qaçdığından xəbər tutmuşdular. Bundan sonra yazıq, biçarə qızın edam fərmanı verilir. Qızın edamına tamaşa üçün Sultan Səlim də təşrif buyurur. O, düşmən bildiyi Şah İsmayılın “zövcə”sinin edamına böyük həvəslə baxmaq istəyirdi.
“Məhkum”a son sözünü demək üçün icazə verdilər. Bəhruzə başını dik tutaraq hamı yaxşı eşitsin deyə var – gücü ilə bərkdən dedi:
- Mən adi, fağır bir kişinin qızıyam. Həmişə halal çörəyimizi yemişik, ailəmlə birlikdə ədalətli dövlətdə yaşamışam. İblislərlə döyüşmək üçün özüm könüllü Şahbanumuz Taclı Bəyimə qoşulmuşam. Mənim kimi minlərlə xanım Naibeyi Səfəviyyəmizə olan sevgimizdən bu savaşa girmişik. Bizim məmləkətdə oğurluq, yalan, başqasının xanımına yan baxmaq alçaqlıq sayılır və Şahənşahımız, cənnətməkanımız xaqan İsmayıl belə hərəkətləri törədənə ağır cəza kəsdirir. Bizdə dövlət ali dini hökmlərlə idarə olunur. Sizdən fərqli olaraq, o hökmləri Şah belə olsa dəyişdirə bilməz. Çünki hökm uca Allahındır!

Ey Sultan! Mənim canına fəda olduğum şahım indi sarayında oturub zövcələri Taclı Bəyim və Bəhruzə xanımla, övladları ilə şad – xürrəm ömür sürürlər. Sən elə bildin ki, Şahıma qarşı alçaq hərəkətinlə onu nüfuzdan saldın. Amma yanıldın. Mənim də adım Bəhruzədir. Lakin mən Şahın zövcəsi deyiləm. Biləsən ki, sən bu namərd hərəkətinlə şahımı pərt etmək istədin, amma özün pərt haldasan. Bizlər Şahımızın yolunda ölməyə hazırıq. Bir can nədir ki, onun yolunda qurban verməyək!
Sultan Səlim Bəhruzənin üsyankar çıxışından pis vəziyyətə düşmüşdü. Buna görə qızın sözünü yarımçıq qoyub cəlladlara işarəsini verdi. Bəhruzə, o mərd, cəsur qız edam olundu...
Bəhruzə edam olunsa da Sultanın gecəsi gündüzünə qarışdı. Şah İsmayıla içində kin, nifrətlə qarışıq həsəd var idi. Rəiyyətinin Şaha olan məhəbbətini anlaya bilmirdi. Döyüş zamanı Sultanəli Əfşar canını fəda edərək İsmayılı qorudu. Bəhruzə isə Taclı Bəyimin qaçmasına şərait yaratdı və ölənə qədər özünü Şah arvadı kimi qələmə verib məni ələ saldı. Mən hələ iki fədaini gördüm. Savaşdakı döyüşçülərin də əliyalın şahlarını qoruduqlarını dedilər. İsmayıl onlara neyləyib ki, bu sevgini qazana bilib? Görəsən, mənim üçün də canından keçən biri varmı?..”
Dəyərli yazarımız Məhbubə Hacıyevanın hələlik şərti adı "Taclı Bəyim" olan romanından bir hissə..
Комментариев нет:
Отправить комментарий