воскресенье, 29 ноября 2015 г.

Birinci Dünya savaşı yıllarında binlerce Türk, Ermeni çeteleri tarafından vahşice katledildi.

Birinci Dünya savaşı yıllarında binlerce Türk, Ermeni çeteleri tarafından vahşice katledildi.
Hatta bazı köylerde erkeklerin tamamı şehit edildi.
Hal böyle olunca köylerde muhtar ve azaları kadınlar oldu.
O günlerin şahitleri, yıllar önce, yaşanan acıları,TRT mikrofonlarına bakın nasıl anlatmıştı.

четверг, 19 ноября 2015 г.

İŞID-ı yaradan ele İsrail deyilmi???

İŞİD-in İsrailə hücum etməməsinin səbəbi


İsrailin 
müdafiə naziri Moşe Yalon İŞİD –in ölkəsinə niyə hücum etmədiyinin və terror hadisələri törətməməsinin səbəblərini açıqlayıb.


ANS PRESS-in məlumatına görə, Moşe Yalon ölkənin rəsmi radiosuna açıqlmasında bildirib ki, İŞİD sərt qarşılıq görəcəyi üçün buna cəhd etmir. 

Nazir Yalon İŞİD terror təşkilatının bəzi ərazilərinin ölkəsi ilə sərhədə yerləşdiyini bildirib. “İŞİD-in bizimlə sərhədləri var. Amma ölkəmiz üçün bir təhlükə görmürəm. Terrorçular bizdən qorxduğu üçün ölkəmizə hücum etmirlər”. 

İŞİD-i təhlükəli hesab etməyən Moşe Yalon İranı ölkəsi üçün təhdid hesab edib. 


Moşe Yalon - İsrailin müdafiə naziri


Misirdə Ərəb Baharı baş verdikdən sonra İŞİD terror təşkilatı Sinay yarımadasının bir hissəsini ələ keçirib. Terrorçuların nəzarət etdiyi torpaqların bəzi hissəsi İsraillə sərhəd ərazilərə çox yaxın yerləşir. 

Oktyabr 31-də Rusiyaya məxsus sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Böyük Britaniya və ABŞ qəzanın terror hadisəsi nəticəsində baş verdiyini desə də Rusiya və Misir hökümətləri bunu dəfələrlə təkzib ediblər.

Qərb kəşfiyyatçıları təyyarənin ya Sinay yarımadasının İŞİD-in nəzarətində olan ərazilərindən atılan raketlə vurulduğunu, ya da ki, təyyarənin içərisinə bomba qoyulmasını ehtimal edirdilər. Rusiya isə ötən gün təyyarənin terror hadisəsi nəticəsində qəzaya uğradığını açıqladı. Partlayış nəticəsində təyyarədə olan bütün sərnişinlər həyatını itirib.


Sinay yarımadasında İŞİD-in nəzarət etdiyi ərazilər


Bu terrorun ardından İŞİD Livanda və Fransada daha qanlı terror aktları ilə gündəmə gəldi. Bu hadisələrdən sonra dünyanın əksər dövlətləri İŞİD təhlükəsindən qorunmaq üçün təhlükəsizlik tədbirlərini gücləndirdilər. 

Bütün bu hadisələr baş verdiyi bir vaxtda İsrail rəsmisi İŞİD-in olar üçün təhlükə törətmədiyini açıqlayır. Moşe Yalonun açıqlamasından belə aydın olur ki, İŞİD-dən qorunmaq üçün təhlükəsizlik tədbirləri görən ABŞ, RusiyaFransaTürkiyə və digər dövlətlər zəif olduqları üçün İŞİD onları hədəf seçir. İŞİD terror təşkilatı isə bir müddət əvvəl verdiyi açıqlamada İsraili yer üzündən siləcəklərini bildirimişdi. Təşkilat nümayəndəsi yəhudiləri öldürəcəklərini iddia etmişdi. Yayda isə İsraildə 6 ərəb İŞİD üzvü olduqları şübhəsi ilə saxlanılmışdı.

суббота, 24 октября 2015 г.

Qarabağda azərbaycanlıların əsir düşərgələri: qul kimi işlədilən böyüklər, orqanları satılan uşaqlar...

Qarabağda azərbaycanlıların əsir düşərgələri: qul kimi işlədilən böyüklər, orqanları satılan uşaqlar...



Keçən il Kəlbəcərə turist kimi getmiş əcnəbilər, işğal altındakı torpaqlarımıza səfər etmiş Gürcüstan vətəndaşları əsir azərbaycanlıların qul kimi işlədildikləri yerləri aşkarlamışdılar. Məlumatlara görə, həmin şəxslər Kəlbəcərdə Zod kəndi yaxınlığındakı əraziləri gəzərkən oradakı mədənlərdə işləyən çəlimsiz, yarıac, yarıçılpaq xeyli sayda adam görüblər. Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işçilərin kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni bildirib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir. Əzaba, ağır şərtlər altında işləməyə dözməyib ölən əsirlərin izini isə elə həmin ərazidəcə itirirlər...
 
Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslər 4210 nəfərdir. Onlardan 3401-i hərbçi, 802-si mülki şəxsdir, 7 nəfərin isə hərbçi və ya mülki olduğu məlum deyil.
 
Dağlıq Qarabağda qanlı müharibələrin başladığı ilk günlər azərbaycanlı əsirləri Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər Qırımızı Xaç və digər beynəlxalq təşkilatların gözlərindən onları gizlətmək üçün bir neçə əsas gizli məkan seçir. Onlardan biri Spitak şəhərində zəlzələ nəticəsində yararsız hala düşən binaların birində yaradılan gizli düşərgə (Ermənistan, ünvan; 306-cı məhəllə), digərləri Əsgəran rayonunda (Qarabağ) yerləşən bankın zirzəmisi, Şuşa həbsxanasının zirzəmisi idi. Girov götürülmüş qadınlar isə Xankəndidə uşaq bağçalarında saxlanılırdı.
 
Məlumatlara görə, digər azərbaycanlılar işğal olunmuş ərazilərdəki əsir düşərgələrindədir. Kəlbəcər rayonunda qızıl çıxarılan mədənlərin içərisində, Gümrüdə keçmiş hərbi bazalarda... Əsirlər ilk olaraq işğal olunan rayonlarda ermənilərin talançılıq məqsədi ilə fəhlə kimi işlədilib. Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Amma onlar bu adamların konkret saxlanma yerini açıqlamağa qorxurlar. Hazırda onların bir çoxu Kəlbəcər rayonunun Zod kəndi, Ağduzdağ və Tutxun qızıl yataqlarında qul kimi işlədilir.
 
Əsasən, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. İrəvanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan, əsasən, ağır fiziki işlərdə istifadə olunur.
 
ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunur ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.
 
Erməni əsirliyində olmuş Pənah İskəndərovun izahatından: “Məni bir yerdə saxlamırdılar. Şuşada 1-2 gün qaldıqdan sonra yenidən Xankəndinə göndərildim. Yaram nisbətən sağalmışdı. Xankəndidə tikintidə işləyirdim. Məni və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər. Evin tikintisində istifadə olunan daşları Malıbəyli kəndindən söküb gətirirdik. Qarnımdan aldığım yara çirk elədiyi üçün Xankəndidə olan 3 saylı uşaq xəstəxanasına apardılar. Orada əsir götürülmüş azərbaycanlı yaralılar saxlanılırdı. Onların arasında qadın, uşaq da vardı. Azərbaycanlı əsirlər mənim yaralarımı açır, təmizləyib sarıyırdılar. Birinin adını təxmini xatırlayıram, Gülcahan idi. Dediyinə görə, Kəlbəcər rayonunda anadan olmuşdu və elə orada əsir düşmüşdü”.
 
1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu 30.06.2003-cü il tarixli 474/DK saylı izahatında əsirlərin Azərbaycanın tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin söküldüyünü və müsəlman qəbiristanlıqlarının dağıdıldığını bildirib.
 
Hətta bəzi girov və əsirlərin Azərbaycan qəbirlərinin dağıdılmasına etiraz olaraq intihar etdikləri bildirilir. Belə şəxslərdən Məmmədəli Qasımovun adını çəkmək olar. Guya o, 16 iyun 1994-cü ildə qaçış zamanı öldürülüb. Əslində, bu şəxs azərbaycanlı məzarını qazmaqdan və başdaşlarını sökməkdən imtina etdiyi üçün güllələnib.
 
Digər bir soydaşımız - Elxan Əhmədov adlı girov Qarabağda işlərdən imtina etdiyi üçün 1994-cü ilin yanvar ayında İrəvan polis idarəsinə aparılaraq güllələnib.
 
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən” öldürülməsi fikrini rədd etmişdi.
 
Səfər Babayev adlı əsirimiz Qarabağda  qəbir daşlarını sökməkdən imtina etdiyinə görə öldürülüb və 1992-ci ilin aprelində meyiti ailəsinə təhvil verilib. Əsirlikdə olan soydaşlarımızın verdiyi məlumatlara görə 5 azərbaycanlının Drambon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub.
 
1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanladığı 474/DK saylı izahatında yazır: "Şuşa şəhərində saxlandığım dövrdə orada azərbaycanlıların qəbiristanlığındakı başdaşlarının, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam.
 
Bundan başqa, qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə nişanlı maşınlarla birbaşa Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm".
 
Yevlax rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə məskunlaşmış Əliyev Akif Yusif oğlunun məlumatına əsasən, Kəlbəcər rayonu işğal olunan zaman yaxın qohumları və ailə üzvləri ermənilər tərəfindən girov götürülüb. Qarşı tərəflə radioəlaqə zamanı onların Kərkicahan kəndindəki fermada saxlandıqlarını, təsərrüfat işlərinə cəlb edildiklərini öyrəniblər.
 
Əsgəran rayonunun Daşbulaq kəndindən olan, milliyyətcə erməni Şahverənov Suqanın Moskva şəhərində verdiyi məlumata görə, bir qrup azərbaycanlı Daşbulaq kəndində saxlanılıb, onları kənd təsərrüfatında işlədirlər.
 
1991-1993-cü illərdə əsir düşən uşaqların çoxu orqan mafiyasının qurbanı olub. Parisdəki Necker (ünvan: 149, rue de Sèvres, Paris 15, France) adına xəstəxana ilə əlaqə quraraq bu işə rəhbərlik edən 1962-ci ildə Sumqayıtda anadan olmuş Laura Gevorkovna Lalayandır. Bu “qadın” müharibə illərində  əsir düşən uşaqların orqanlarını çıxararaq dünya qara bazarında satışını təşkil edib. Bu günə qədər tam olaraq adı bir sənəddə keçməyən xəstəxanaya uşaqları qəddar terrorçu qadın Laura Lalayan aparırdı. Burada uşaqlara fiziki əzab verilməsi ilə yanaşı, mənəvi əzablar da verilirdi. 1992-ci ildə Ermənistan Elmlər Akademiyasının fizika bölməsinin əməkdaşı Aleksandr Tamanyanın rəhbəri olduğu “X” məxfi qrupunun üzvləri ilə birgə həyata keçirilən bu əməliyyatdan Laura və Aleksandr külli miqdarda pul götürürdülər. Hazırda Lauranın yaratdığı məktəbdə əsir və girovların övladları hazırlanır. Məktəbdə əsir azərbaycanlı uşaqlara dərs proqramı belə hazırlanıb: ilk olaraq hər səhər Ermənistan himnini dinlədirlər, daha sonra xaça səcdə və “əzabkeş erməni xalqına” dua edirlər. Ardınca erməni tarixindən seçmələr, erməni mədəniyyəti və türkün düşmən olduğunu göstərən xüsusi psixoloji dərslər keçirlər./publika.az/


четверг, 22 октября 2015 г.

Yezid: fateh, yoxsa müsəlman torpaqlarını rüşvətlə satan xəyanətkar?

Yezid: fateh, yoxsa müsəlman torpaqlarını rüşvətlə satan xəyanətkar?
Tanınmış ilahiyyatçı Natiq Rəhimov Elşad Miriyə cavab verdi


“Yezidin dövründə İslam çox geniş yayılıb. Bu, tarixdə faktla sübut olunur. Bunu heç kim inkar edə bilməz”.

Bu sözləri APA internet TV-sinin aparıcısı öz sensasion, qıcıqlandırıcı bəyanatları ilə daim gündəmdə qalmağa çalışan dırnaqarası “ilahiyyatçı” ilə müsahibəsində söyləyib. APA-nın özünün məqsəd-məramı, bəzi aparıcılarının mənəviyyatı (Füzuli və Nizami haqqında bu kanalın aparıcısının FB-də işlətdiyi təhqiramiz ifadələr hələ yadımızdan çıxmayıb), verilişə dəvət olunmuş “ilahiyyatçının” Kedicikli Hoca ilə qazandığı imic – bütün bunları bir kənara qoyuruq. Aparıcının savadsız və məsuliyətsiz bəyanatına “ilahiyyatçının” bəli-bəli deməsini və Yezidin sadəcə bir səhv (günah və cinayət yox, səhv) etdiyini söyləməsini də görməməzliyə vururuq.


Diqqətimizi Yezidin zamanında İslamın çox geniş yayılması və bu faktın inkar edilməyəcək dərəcədə möhkəm olması barədə sensasion bəyanat cəlb etdi və bu deyilənlərin tarixdə əsası olub-olmadığını yoxlamaq qərarına gəldik.
Əvvəla, hələ birinci xəlifə Əbu Bəkrin zamanında başlamış, əvvəlcə Şam istiqamətində uzanmış, daha sonra İran, Orta Asiya və Şimali Afrika cəbhələrinə bölünmüş müsəlman fəthləri o zamanın səciyyəvi reallıqlarından biri idi. Bütün xəlifələr bu istiqamətdə müəyyən səylər göstərmişlər və göstərməli idilər. Çünki bu, dövlət siyasətinin tərkib hissəsi idi. Formal olaraq bütün xəıifələrin zamanında cəbhə bölgələrinə qoşunlar göndərilir, iri və kiçik miqyaslı hərbi əməliyyatlar aparılırdı. Bu hərbi əməliyyatların heç də hamısı müsəlmanlar üçün uğurla nəticələnmirdi. Əslində hər göndərilən qoşun və hər döyüş də fütuhat demək deyildi. Sadəcə olaraq, sərhəddə növbə şəkən əsgərləri yeniləri ilə əvəz etmək, üsyan qaldırmış şəhərləri qaytarmaq, düşmən tərəfin hücumlarına cavab vermək üçün də qoşun göndərilməli idi. Yəni hər hansı xəlifənin zamanında Şam, Afrika, Orta Asiya və ya başqa istiqamətlərdə qoşun göndərilməsi heç də mütləq mənada yeni fəthlərin olması anlamına gəlmir. Təbii ki, Yezid də dövlətçilik ənənəsinə sadiq qalaraq, formal da olsa, cəbhəyə yeni qoşunlar göndərməli idi və bu barədə salnamələrdə ara-sıra məlumatlar da mövcuddur. Bu, məsələnin bir tərəfi.
İkincisi, Yezidin hakimiyyət dövrü qısa və keşməkeşli olmuşdur. Onun başı daxili üsyanları yatırmağa qarışmışdı. Ölkədə vətəndaş müharibəsi gedirdi, Kufə qiyama hazırlaşırdı və İmam Hüseyni dəvət etmişdi, Hicaz özünü xəlifə elan etmiş Abdullah ibn Zübeyrin ixtiyarında idi.
Belə bir şəraitdə sərhəddən kənara hərbi qüvvə toplamaq və uğurlu döyüşlər aparmaq sadəcə olaraq qeyri-mümkün idi. Tarix bunu sübut edir ki, daxili mübarizəyə başı qarışmış demək olar ki heç bir hökmdar fəthlərə vaxt və imkan tapmayıb. Güclü hökmdarlar belə, yalnız ölkə daxilində sabitliyə nail olandan sonra nəzərlərini ölkə xaricinə yönəltmişlər, daxildə vəziyyət gərginləşəndə isə hətta öz qonşuları ilə müvəqqəti sülh bağlayaraq ordunu sərhəd məntəqələrindən ölkənin içərisinə yönəltmişlər. Bu da məsələnin ikinci tərəfi.
Üçüncüsü, Yezidin bacarıq və qabiliyyəti, hökmdarlıq səriştəsi mühüm fəthlərə imza atmağa imkan verməzdi. O, xilafət daxilində vəziyyəti nəzarət altında saxlaya bilmirdi, o ki ola xilafət hüdudlarından kənarda fəthlər aparsın. Yeziddə nə iman, nə fərasət, nə də atasından fərqli olaraq hiylə var idi. Yenə Müaviyə zamanındalı fəthlərdən danışsaydılar dərd yarı idi. (Hərçənd ki, Müaviyə də öz hərbi əməliyyatlarını ölkədə sabitlik yaratdıqdan, İmam Əli və İmam Həsəndən xilas olduqdan sonra apara bilmişdi). Əgər Yezidin zərrəcə düşüncəsi və fərasəti olsaydı, atasının vəsiyyətinə əməl edər, İmam Hüseyni qətlə yetirməklə dünyasını və axirətini cəhənnəmə çevirməzdi. Bu cür düşüncə və fərasət sahibinin böyük fəthlər planlaşdırmasını düşünmək ya sadəlövhlükdür, ya da axmaqlıq.
Nəhayət, dördüncüsü. Aparıcının öz iddiasını hansı mənbələrdən əxz etməsi tam qaranlıq məsələdir. Heç bir mötəbər mənbədə Yezidin zamanında nəzərəçarpacaq böyük fəthlərin baş verməsi barədə məlumata rast gəlmirik. Yuxarıda qeyd etdiyimiz kimi, o da öz sələfləri və xələfləri kimi cəbhə bölgələrindəki hərbi qüvvələri mütəmadi olaraq yeniləri ilə əvəzləmişdir. Onun da zamanında bəzi hərbi əməliyyatlar baş vermişdir. Amma bu döyüşlərin bir hissəsi müsəlmanların xeyrinə qurtarsa da, bir hissəsi ağır məğlubiyyətlə nəticələnmişdir.
Təbəri, Məsudi, İbn Xəldun kimi böyük tarixçilər öz kitablarında Yezid zamanında hər hansı fütuhatın olmasına işarə vurmamışlar. Hətta tarixi hadisələrin təsvirində gen-bol məlumatlar verməsi, mövzuya dəxli olan və olmayan bütün xəbərləri bir araya toplaması ilə seçilən Təbəri Yezid zamanındakı hadisələri kifayət qədər xırdalıqlarla təsvir etsə də, yalnız Orta Asiya istiqamətində üç şəhərin əhalisindən bac-xərac alınmasından danışır. Bu üç şəhərin ikisi Xarəzm və Səmərqənddir, üçüncü şəhərin adını isə Təbəri ümumiyyətlə qeyd etmir və onun Xarəzm yaxınlığında yerləşdiyini yazır.
Biz İslam tarixi barədə bəzi mənbələri araşdırarkən, Yezidin zamanındakı xarici siyasət barədə maraqlı məlumatlar əldə etdik. Aydın oldu ki, onun zamanında nəinki heç bir diqqətəlayiq fəth baş verməmişdir, əksinə, Yezid özündən əvvəlki xəlifələrin tutduğu əraziləri saxlaya bilməmiş və geri qaytarmışdır. Şimali Afrikada əldə edilmiş bütün keçmiş uğurların üzərindən Yezidin zamanında xətt çəkildi və müsəlmanlar bu torpaqlardan qovuldular. Müsəlman dəniz donanmasının fəth etdiyi Kipr, Rodos və sair adalar Yezidin zamanında Bizansa qaytarıldı. Maraqlıdır ki, özü də qanlı savaşların nəticəsində yox, rüşvət müqabilində qaytarıldı!!!


İslam fəthləri mövzusunda qələmə alınmış ilk və mötəbər mənbələrdən sayılan Bəlazurinin “Fütuh əl-buldan” (Şəhərlərin fəthi) kitabında yazılıb ki, Yezid hakimiyyət başına keçdikdən sonra Kipr adasındakı müsəlman qarnizonunu geri çağırmış və Kiprdə müsəlmanların saldığı şəhəri uçurmağı əmr etmişdi: “Mühəmməd ibn Müsəffa əl-Himsi Vəliddən rəvayət edir ki, bizə bu xəbər gəlib-çatdı ki, Yezid ibn Müaviyə hədsiz miqdarda çoxlu mal-dövlət rüşvət alıb, Kipr qoşununu geri çağırdı. Qoşun geri dönəndən sonra Kipr əhalisi müsəlmanların şəhərini və məscidini dağıtdı” (Bəlazuri. Fütuh əl-buldan, Beyrut, miladi 1987-hicri 1407-ci il nəşri, səh. 209). Yenə həmin kitabda Bəlazuri Rodos adasının fəthindən danışaraq qeyd edir ki, müsəlman qarnizonu Rodosda ələ keçirdikləri qalada yeddi il məskunlaşmışdı. “Müaviyə öləndən sonra Yezid Cənadəyə (Rodosdakı müsəlman qarnizonunun rəisinə) məktub yazıb əmr etdi ki, qalanı uçurub geri dönsün” (səh. 330).
Məşhur tarixçi İbn Əsir də “əl-Kamil fi-l-tarix” kitabında Müaviyə zamanında, hicri 54-cü ildə Konstantinopol yaxınlığındakı Ərvad adasının fəth edildiyini qeyd etdikdən sonra yazır: “Müaviyə öldükdən və oğlu Yezid hakimiyyətə keçdikdən sonra onlara (əsgərlərə) əmr etdi ki, adanı tərk edib qayıtsınlar, onlar da qayıtdılar” (İbn Əsir. Əl-Kamil fi-l-tarix, Beyrut, miladi 1987-hicri 1407-ci il nəşri, 3-cü cild, səh. 344).
Yezidin uğursuzluqları yalnız Aralıq dənizi ilə məhdudlaşmırdı. Onun zamanında Şimali Afrika istiqamətində aparılan əməliyyatlar da məğlubiyyətlə nəticələnmişdi. Yezidin sərkərdəsi Üqbə ibn Nafe 682-ci ildə ətrafında azsaylı döyüşçünün olmasına məhəl qoymadan Şimali Afrikanın içərilərinə qədər soxuldu. Nəticədə bərbər tayfaları onu pusquya salıb, bütün dəstəsi ilə birlikdə öldürdülər. Bundan sonra bərbərlər əks-hücuma keçib, müsəlmanları Məğrib torpaqlarından sıxışdırdılar.
Məşhur şərqşünas Marshall G.S.Hodgson “The Venture of İslam” (İslamın cəsarəti) adlı kitabında Yezid haqqında yazır: “Yezid dörd qarışıq il boyunca (680-683) Müaviyənin siyasətini davam etdirdi. Amma idarəçilikdə onun qədər bacarıqlı deyildi. Onun əsgərləri şimal-şərqi İranda irəliləməkdə idilər. Amma bizanslılar qarşısında Yezid müdafiə vəziyyətini almışdı. Müaviyənin ölümündən əvvəl başlamış və dörd il davam etmiş İstanbul (Konstantinopol) mühasirəsi böyük itki verərək yarımçıq buraxıldı. Suriya dağlarında məskunlaşmış xristianlar Bizansın dəstəyi ilə hücumlar həyata keçirirdilər. Yezid öz hakimiyyətinin başlanğıcında Bizansla sərhəddi möhkəmlətməyə məcbur oldu. Onun Məğribdəki (Şimali Afrikadakı) nümayəndəsi bərbərləri qıcıqlandırdı və bərbərlər uğurla nəticələnən hücuma keçdilər”. (M.G.S.Hodgson. İslamın serüveni (türkcə tərcümə), İstanbul 1995-ci il nəşri, 1-ci cild, səh. 162).
Beləliklə, Yezidin Şimali Afrikadakı hərbi kampaniyası da tam iflasa uğradı. Üqbə ibn Nafe əvvəlcə uğur qazana bilsə də, bu uğuru qoruyub-saxlamağı bacarmadı. Nəticədə, xeyli müsəlman əsgəri öldürüldü, müsəlmanların Şimali Afrikadakı əsas dayağı sayılan Qeyruvan şəhəri bərbərlərlə bizanslıların birləşmiş qüvvələri tərəfindən ələ keçirildi.
Yezidin sərkərdələrinin Orta Asiya yürüşü az-çox uğurlu olsa da, birmənalı dəyərləndirilə bilməz. Bu cəbhədə də qələbə ilə məğlubiyyət bir-birini əvəz edirdi.
Zənnimizcə, Yezidin hakimiyyət illərini ən gözəl dəyərləndirən şəxs İbn Cövzi olmuşdur. O, Yezid haqqında yazırdı: “Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sürmüş, birinci il Hüseyn ibn Əlini qətlə yetirmiş, ikinci il Mədinə əhalisini qorxudub camaatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuşdur?” (Sibt ibn əl-Cövzi. Təzkirət əl-xəvass, səh. 291-292).
Həqiqətən, Yezid təqribən 3 il yarım davam etmiş xəlifəlik dövründə üç böyük cinayətə imza atdı. Hakimiyyətə gəldikdən təqribən altı ay sonra İmam Hüseyni (ə) görünməmiş qəddarlıqla qətl etdirdi. Bundan iki il sonra – hicri 63-cü ildə Yezid, ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Şam qoşunu Mədinəyə daxil olanda şəhərdəki hər şey – sakinlər də daxil olmaqla – əsgərlərə halal elan edildi. Mədinədə minlərlə adam, 700-dən artıq elm əhli və Quran qaresi, o cümlədən 80 səhabə qətlə yetirildi. Qadınların və qızların namusu tapdalandı. Sonra Yezidin əmri ilə qoşun Məkkəyə sarı istiqamət aldı. Məkkəyə sığınmış Abdullah ibn Zübeyri məğlub etmək üçün Şam qoşunu şəhərə mancanaqlardan iri daşlar atmağa başladı. Daşlar Kəbənin divarlarını uçurtdu, Kəbənin üzərindəki kisvə (örtük) yandı...
Yezidin fütuhat sərgüzəştləri barədə ağızdolusu danışanlar elə onun atası Müaviyənin vəhy katibi olduğunu həyasızlıqla iddia edən qüvvələrdir. Bu yazını oxuduqdan sonra onların öz fikirlərindən dönəcəklərini güman da etmirik. Çünki Allah onların qəlbini möhürləmiş, gözlərinə və qulaqlarına pərdə çəkmişdir. Qoy təriflədikləri Yezidlə bir cərgədə məhşərə gətirilsinlər.
Yezidin isə əsil qiymətini tarix verib. Yüz illərdir ki, susuz insanlar su içib sərinliklərini yatırandan sonra bir cümlə deyirlər: ALLAH YEZİDƏ LƏNƏT ELƏSİN!
P.S. Sadəcə maraqlıdır. Son illərdə Yezidi millətimizə az qala “qəhrəman” kimi sırımaq istəyənlərin məqsədi nədir? Bu, sadəcə savadsızlıq və axmaqlıq məsələsidi, ya məhz Əhli-beyt düşmənçiliyi?

Natiq Rəhimov