пятница, 6 февраля 2015 г.

RUS ÇARLARININ DƏBİLQƏLƏRİ QURAN AYƏLƏRİ İLƏ BƏZƏDİLİB

Rus çarlarının dəbilqələri Quran ayələri ilə bəzədilib
İslaminsesi.org -  Aleksandr Nevski  Rusiya tarixinin ən tanınmış simalarındandır. Ölkə ağır durumda olsa da, bu təcrübəli sərkərdə Tevton Ordeninin yürüşlərini dəf edə bilmişdi.
1237-ci ildə Roma papası IX Qriqori tərəfdarlarını Novqorod üzərinə xaç yürüşünə çağırdı. 1240-cı ildə həlledici döyüşdə knyaz Aleksandr Nevskinin xaçlı ordusunu darmadağın etdi. Bu hadisə tarixdə “Buz döyüşü” adı ilə qaldı.
Tatar oğlu
Amma rus tarixçiləri daim bir həqiqəti gizləyiblər. Düzdür, ayrı-ayrı tarixçilər Aleksandr Nevskiyə tatar xanlarının verdiyi dəstəyi təsdiqləyiblər. Tatar xanlarının Nevskinin köməyinə göndərdikləri qoşunlar olmasa, o, çətin ki, qələbə qazanardı.
Bir maraqlı məqam da indiyədək rus tarixçilərini çaş-baş salır. Aleksandr Nevskinin yaraq-əsləhəsi indiyədək qorunub saxlanır. Maraqlıdır ki, dahi sərkərdənin dəbilqəsində qızılı xaç görmək mümkündür. Amma dəbilqəni həm də müqəddəs Quran kitabından olan ayələr bəzəyir.
Rus knyazının dəbilqəsində “Və "və bəşşir əl möminin” (möminlərə bəşarət ver, müjdələ.– red.) sözləri yazılıb.
Nevski ilə bağlı sirlər çoxdur. Hətta bəzi tarixçilər onu tatar xanı Batının çoxsaylı oğullarından biri hesab edirlər.
Ərəbcə yazılar
Kremldəki məşhur Silah Palatasında ən qəddar hökmdar, Kazan və Həştərxanın fatehi İvan Qroznının çar tacı saxlanılır. Tacın üstündə kiril əlifbası ilə çarın adı və ərəb əlifbası ilə 7 dəfə “Allah, Məhəmməd” sözləri yazılıb.
Kremldəki Silah Palatasının direktor müavini Lukian Yakovlev jurnalistlərə bildirib ki, usta Nikita Davıdsov tərəfindən 1661-ci ildə çar Mixail Fyodoroviç Romanov üçün xüsusi olaraq düzəldilmiş tacın da üstünü Qurani-Kərim kitabından sitatlar bəzəyir.
Maraqlıdır ki, taclarda yalnız çarların adı kiril əlifbası ilə yazılıb. Qalan yazılar ərəbcədir.
Hətta pravoslav yepiskopların daş-qaşla bəzədilən əsaların üstündə belə xaçla yanaşı ərəb yazıları var.
Müqəddəs dil
Məntiqlə Tevton ordenində olan cəngavərlər yaraq əsləhələrini xaçla, müsəlman döyüşçülər isə ərəb yazıları ilə bəzəyə bilərlər.
Rus döyüşçülərdə isə kiril əlifbası ilə yazılar olmalı idi. Ancaq Silah Palatasındakı cəngavər paltarları və silahlarının hamısı ərəb əlifbası ilə bəzədilib. Özü də bu silahlar başqa yerdən gətirilməyib. Elə yerli ustalar tərəfindən düzəldilib.
Bəs elə isə, səbəb nədir?
Rus tarixçilərin bir çoxu bu qənaətdədir ki, XVIII əsrə qədər ərəb dili Rus pravoslav kilsəsi tərəfindən müqəddəs dil kimi istifadə edilib. Bu haqda çoxsaylı sübutlar var. /publika/

вторник, 3 февраля 2015 г.

ŞOK - Türkiyə xəstəxanaları İŞİD-ə xidmət göstərir Müəllif: Anar R.

“Xəstəxanalar şəhər əhalisinə yetərli xidmət göstərmir. Çünki son zamanlar bu şəhər və sərhədə yaxın digər şəhərlərin xəstəxanaları terrorist İŞİD təşkilatının yaralı üzvləri ilə dolub..."
“RealnieNovosti” Albaniyanın “Mesazhieri” qəzetinə istinadən xəbər verir ki, bu günlərdə Türkiyənin Şanlıurfa şəhərindəki xəstəxanalar İŞİD-in yaralı üzvləri ilə dolub. Şəhərin ən böyük xəstəxanalarından birinə müraciət etmiş yerli sakinlərdən biri deyib: “Xəstəxanalar şəhər əhalisinə yetərli xidmət göstərmir. Çünki son zamanlar bu şəhər və sərhədə yaxın digər şəhərlərin xəstəxanaları terrorist İŞİD təşkilatının yaralı üzvləri ilə dolub. Demək olar ki, xəstəxanalarda boş yer yoxdur. Biz öz xəstələrimizin müalicəsi üçün digər şəhərlərə getmək məcburiyyətində qalırıq. Təcili yardım maşınları daim Türkiyənin Suriya və İraqla sərhəd bölgəsində get-gəldədir. Onlar sərhəd yaxınlığından yaralı İŞİD terroristlərini şəhər xəstəxanaları və Türkiyə dövlətinin hazırladığı səhra xəstəxanalarına çatdırırlar.”

Nəşr edilib 28.01.2015 11:53

Bakıya qoşunun Amerikanın təkidilə yeridildiyi üzə çıxıb

Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxıb.
Bu fakt Dağlıq Qarabağın işğalının və Ermənistanın tərkibinə keçirilməsi cəhdlərinin arxasında həm də ABŞ-ın durduğunu təsdiq edir.
Məlum olub ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib.
RealnieNovosti xəbər verir ki, APA-nın “Karabakhrecords.info” saytına istinadən verdiyi məlumata görə, amerikalı senatorların müraciətində son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməni qaçqın vəziyyətinə düşüb.

Müraciətdə deyilir ki, Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər.

“Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”, - deyə müraciətdə qeyd olunur.

Maraqlıdır ki, müraciəti imzalayan senatorlar arasında ABŞ-ın indiki dövlət katibi Con Kerri də olub. Bundan başqa, müraciəti senatorlardan Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell də imzalayıblar.

Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşü olub. Söhbət əsnasında K. Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir.

“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”, - deyə K. Pell vurğulayıb.

понедельник, 2 февраля 2015 г.

AYƏTÜL-KÜRSÜ

AYƏTÜL-KÜRSÜ
Bismillahir-rəhmanir-rəhim
Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi, yələmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərz, və la yəuduhu hifzuhuma, və huvəl-Əliyyul-Əzim. La ikrahə fid-dini qəd təbəyyənər-ruşdu minəl-ğəyy, fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa, lən-fisamə ləha, vəllahu Səmiun Əlim. Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.

ƏHD DUASI
Əllahummə Rəbbən-nuril-əzim, və Rəbbəl-kursiyyir-rəfi, və Rəbbəl-bəhril-məscur, və munzilət-tovrati vəl-incili vəz-zəbur, və Rəbbəz-zilli vəl-hərur, və munziləl-Quranil-əzim, və Rəbbəl-məlaikətil-muqərrəbin, vəl-ənbiyai vəl-mursəlin. Allahummə inni əsəlukə bivəchikəl-kərim, və binuri vəchikəl-munir, və mulkikəl-qədim, ya Həyyu ya Qəyyum, əsəlukə bismikəl-ləzi əşrəqət bihis-səmavatu vəl-ərəzun, və bismikəl-ləzi yəsləhu bihil-əvvəlunə vəl-axirun, ya həyyən qəblə kulli həyy, və ya həyyən bədə kulli həyy, və ya həyyən hinə la həyy, ya muhyiyəl-məvta və mumitəl-əhya, ya həyyu la ilahə illa ənt. Allahummə bəlliğ movlanəl-imaməl-Hadiyəl-Məhdiyyəl-Qaimə bi əmrik, sələvatullahi ələyhi və əla abaihit-tahirin, ən cəmiil-mumininə vəl-muminat, fi məşariqil-ərzi və məğaribiha, səhliha və cəbəliha və bərriha və bəhriha və ənni və ən validəyyə minəs-sələvati zinətə ərşillah, və midadə kəlimatihi və ma əhsahu ilmuh, və əhatə bihi kitabuh. Allahummə inni ucəddidu ləhu fi səbihəti yəvmi haza və ma iştu min əyyami əhdən və əqdən və bəyətən ləhu fi unuqi, la əhulu ənha və la əzulu əbəda. Allahumməcəlni min ənsarihi və əvanih, vəz-zabbinə ənhu vəl-musariinə iləyhi fi qəzai həvaicih, vəl-mumtəsilinə li əvamirih, vəl-muhaminə ənh, vəs-sabiqinə ila iradətih, vəl-mustəşhədinə bəynə yədəyh. Allahummə in halə bəyni və bəynəhul-movtul-ləzi cəəltəhu əla ibadikə hətmən məqziyya, fəəxricni min qəbri mutəzirən kəfəni, şahirən səyfi, mucərridən qənati, muləbbiyən dəvətəd-dai fil-haziri vəl-badi. Əllahummə ərinit-tələtər-rəşidətə vəl-ğurrətəl-həmidəh, vəkhul naziri bi nəzrətin minni iləyh, və əccil fərəcəhu və səhhil məxrəcəh, və əvsi mənhəcəhu vəsluk bi məhəccətəh, və ənfiz əmrəhu vəşdud əzrəh, vəmurillahummə bihi biladəkə və əhyi bihi ibadək, fə innəkə qultə və qovlukəl-həqq. Zəhərəl-fəsadu fil-bərri vəl-bəhri bima kəsəbət əddin-nas- fəəzhirillahummə ləna vəliyyəkə vəbnə binti Nəbiyyik, əl-musəmma bismi Rəsulikə hətta la yəzfərə bişəyin minəl-batili illa məzzəqəhu və yuhiqqəl-həqqə və yuhəqqiqəh, vəcəlhullahummə məfzəən liməzlumi ibadik, və nasirən limən la yəcidu ləhu nasirən ğəyrək, və mucəddidən lima uttilə min əhkami kitabik, və muşəyyidən lima vərədə min əlami dinikə və sunəni Nəbiyyik, səlləllahu ələyhi və alih, vəcəlhullahummə mimmən həssəntəhu min bəsil-mutədin. Əllahummə və surrə Nəbiyyəkə Muhəmmədən səlləllahu ələyhi və alih, bi ruyətihi və mən təbiəhu əla dəvətih, vərhəmistikanət bədəh. Əllahumməkşif hazihil-ğummətə ən hazihil-umməti bi huzurih, və əccil ləna zuhurəh, "innəhum yərəvnəhu bəidən və nərahu qəriba”, birəhmətikə ya ərhəmər-rahimin. (sonra 3 dəfə əlini sağ buduna vurub hər dəfəsində bu sözləri de…) Əl-əcəl, əl-əcəl, ya movlayə, ya Sahibəz-zəman. Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman, Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman.

FƏRƏC DUASI (HƏBSDƏN XİLAS OLMAQ ÜÇÜN DUA) 
Şeyx Kəfəmi "Bəll-əmin" kitabında İmam Zaman (ə)-ın duasını nəql etmişdir. Belə ki, həzrət onu həbsdə olan bir şəxsə öyrətmiş və onu oxuyaraq həbsdən xilas olmuşdur. O dua belədir: 
İlahi, əzuməl-bəla, və bərihəl-xəfa, vənkəşəfəl-ğita, vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəl-mustəanu və iləykəl-muştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd, ulil-əmril-ləzinə fərəztə ələyna taətəhum və ərrəft bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acila, qəribən kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhəmmədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyani fəinnəkuma kafiyan, vənsurani fəinnəkuma nasiran, ya Məvlana ya Sahibəz-zəman, əl-ğəvs, əl-ğəvs, əl-ğəvs, ədrikni ədrikni ədrikni, əs-saət, əs-saət, əs-səaəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhəmmədin və alihit-tahirin.
FƏRƏC DUASI
Allahummə kun li vəlliyyikəl-Huccətibnil-Həsən, salavatukə ələyhi və əla abaih, fi hazihs-saə və fi kulli saə, vəlliyyən və hafizən və qaidən və nasira, və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvən və tumməttiəhu fiha təvila, birəhmətikə yə ərhəmər -Rahimin!

вторник, 27 января 2015 г.

Atatürkün Leninə Azərbaycanla bağlı məktubu üzə çıxdı –

Türkiyənin “TV NET” telekanalında türk araşdırmaçı və yazar Mustafa Armağan maraqlı bir faktı açıqlayıb. Belə ki, bu fakt zamanında Atatürk tərəfindən Leninə yazılmış məktubda öz əksini tapıb.
Atatürk imzalı Leninə yazılan bir məktubun 1964-cü ilə qədər bir çox kitablarda gizli saxlandığı və ya həmin maddədə yazılanların göstərilməyərək verildiyi bildirilib.
Həmin məktub Türkiyə Böyük Millət Məclisinin Moskva sovet hökumətinə “birinci təklifnaməsi” adı ilə tanınır.
Məktubda yazılmış təklifnamənin 2-ci maddəsində deyilir ki, “Bolşevik qüvvələri ingilis hərbi qüvvələrini çıxartmaq üzrə onlar əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökuməti üzərinə hərbi hərəkat icrasını və Azərbaycan hökumətini də bolşevik dövlətlər zümrəsinə daxil etməyi tahüd edər”
Tarixçi məktubun sonrakı səhifələrini oxuyaraq bu cümləni qeyd edib: “5 milyon rubl qarşılığında Türkiyə öz əli ilə Azərbaycanı Sovetlərə satıb”
Qeyd edək ki, Mustafa Armağanın açıqladığı fakt doğrudur və həmin sənəd Türk İnqilab Tarixi İnstitutu Arxivi 132/19543, sayfa 13-də yer almaqdadır. Bundan başqa Atatürk Araştırma Merkezi Başkanlığı, Atatürk’ün Tamim, Telgraf ve Beyannameleri, Türk Tarih Kurumu Basımevi, Ankara 1991, sayfa 318. mənbəsində də bu teleqraf mövcuddur.
Həmin teleqrafın orjinal mətni budur:
2- Bolşevik kuvvetleri Gürcistan üzerine askeri harekat yapar veyahut takip edeceği siyaset ve göstereceği tesir ve nüfusla Gürcistan’ın da Bolşevik ittifakına dahil olmasını ve içlerindeki İngiliz kuvvetlerini çıkarmak üzere, bunlar aleyhine harekata başlamasını temin ederse Türkiye Hükümeti de emperyalist Ermeni Hükümeti üzerine askeri harekat icrasını ve Azerbaycan Hükümetini de Bolşevik devletler zümresine ithal etmeyi taahhüt eyler. (Yəni, Azərbaycan hökumətini də bolşeviş dövlətlər qrupuna daxil etməyə söz verirəm).
Təəssüf ki, Mustafa Kamal Atatürk təkcə Ənvər və Nuru Paşaların dəstəyi ilə qurulan cümhuriyyətin yıxılması ilə kifayətlənmədi. Mustafa Kamal Paşa vəfat edənə qədər Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları, xüsusilə Məmməd Əmin Rəsulzadə Türkiyədə “arzuolunmaz şəxs” elan olunmuşdular.