вторник, 8 ноября 2016 г.

Müqəddəs İslama heyran olmuş dünya dahiləri və deputat Ağacan Əbiyev

“Müsəlman Əndəlüsündən bizə 30 kitab qaldı. O 30 kitabın hesabına atomu parçalaya bildik. Halbuki yandırılan milyonlarla kitablar qalsaydı, kosmosda qalaktikalar arasında gəzərdik.”
İslaminSesi bildirir ki, Milli məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev verdiyi son müsahibədə İslam dininin hər hansı bir elmi kəşfə imza atmadığından şikayətlənib. Həmçinin bildirib ki, İslam dini heç bir texniki tərəqqiyə nail olmayıb.

Buradan belə bir sual meydana çıxır: İslam dünyaya elmi kəşf və ya tərəqqi etməyə gəlmişdi? Ağacan Əbiyev ilk növbədə dinin hansı funksiyaları olduğunu özü üçün müəyyənləşdirməlidir. Din cəmiyyətin saflaşması, mənəvi, ictimai dayaqlarının möhkəmləndirilməsi, ilk növbədə Allah və insan münasibətlərinin ayırd edilməsi üçün var. Dinlə məşğul olan insanların hansısa bir elmi kəşfə imza atması isə həmin cəmiyyətin ictimai və təhsil sistemindən asılıdır.

İslam dünyasının hansısa elmi tərəqqiyə imza atması isə zamanında yetişdirdiyi alimlərin saysız-hesabsızlığı ilə uzlaşır. İslam dünyasında olan bir çox yeniliklər bu gün bütün dünyanın baza sistemini təşkil edir. Avropada elm üstündə insanları tonqalda yandırırdılarsa, Şərqdə Bürunilər, Xarəzmlər. əl-Kindilər elmə öz tövhələrini verirdilər. Dinin bu aspekti bu zaman qabarır: Cahil Avropa onu tonqalda yandırıb, Kamil İslam irəli çəkib mükafatlandırıb.

Buna ən bariz sübut isə elə Avropanın ən əhəmiyyətli alimlərindən olan Pyer Kürinin dediyi sözlər kifayətdir:

“Müsəlman Əndəlüsündən bizə 30 kitab qaldı. O 30 kitabın hesabına atomu parçalaya bildik. Halbuki yandırılan milyonlarla kitablar qalsaydı kosmosda qalaktikalar arasında gəzərdik.”

Bundan əlavə elə Qərbin öz dilindən bu dinin necə bir qüdrətə sahib olduğunu eşitmək başqa bir gözəllikdir. Halbuki müsəlmanlar buna göz yummaq tərəfdarı olanda insan yalnız o mütəfəkkirləri xatırlayır. O mütəfəhkkirlər ki, İslam haqqında tamamilə başqa cür ( Ağacan Əbiyevdən çox fərqli) fikirlər səsləndiriblər.

Buna ən parlaq nümunə almnan filosof Hötedir. 22 yaşında Qurani-Kərim təfsirləri üzərində çalışmalara başlayır. Bununla da Almanyada islamiyyətə pozitiv yanaşan ilk ədəbiyyatçı olur. Höte, "Məhəmməd" (Mohamets Gesang) qəsidəsində peyğəmbərlik missiyasının mahiyyəti haqqında öz anlayışını metaforada əks etdirərək peyğəmbəri (s) böyük mənəvi güc sahibi, daim irəliləyərək Tanrı qüdrətinin simvolu olan "okeana" axıb-tökülən bir çayla müqayisə edib. Höte 27 yanvar 1816-cı ildə "Paralipomena" əlyazmasında deyir: "Muhəmməd (s) xəlq edilmişlərin ən alisidir".

Daha başqa bir misal: Məşhur ingilis yazıcısı George Bernard Şou İslam haqqında deyir:
“Mən Məhəmmədin (s) dinini onda olan həyat gücü və yaşam əhvali-ruhiyyəsi baxımından yüksək dəyərləndirirəm.
Fikrimcə, İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir.
Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək”.

Ya da: Lothran Stodard amerikalı alim, tarixçi deyir:
“İslamın əzəməti üçün onun bütün maneələrə baxmayaraq, yenə də öz həqiqət və fəzilətlərini dünyada aşkar etməsi kifayətdir. Çünki İslam həm sadə, həm də ağıla müvafiq dindir”.

Alman şərqşünası C. de Gobineau “Asiyada üç il” kitabında yazır:
“ İslam bəşər üçün pak, qatqısız və nöqsansız bir din gətirmişdir”.

Fransız tədqiqatçı Emile der Menghen yazır:
“İslam ürəklərə təkan verən bir çağırış tək, şərq və qərbi dinsizlik və qəflətdən oyatdı. Qəlblərə elə bir təsir bağışladı ki, bəşər tarixi heç bir əsrdə belə bir daxili oyanış və ictimai hərəkata təsadüf etməmişdir”.

Qərbin ilhamlandığı İslam dəryası budur. Bu dərya elmə, öyrənməyə təşvi edər, cahilliyə qarşı mübarizə aparır.

Bəli, dinin funksiyası budur. Din insanı elm öyrənməyə təşviq edər, necə ki, Peyğəmbərimiz(s) “Elm Çində olsa belə ardınca gedin!” (yəni həmin məkanın uzaq və ya bütpərəst olmasına fikir vermədən) deyə xitab edib. Bu gün elm öyrənməyi daim özünə qayə etmiş dinin ardıcılları əgər hər hansı bir tərəqqiyə qarşı gəlirlərsə və ya hansısa elmi kəşfə imza atmırlarsa bunda qətiyyən İslam dinin günahı yoxdur.

Deputat Ağacan Əbiyev İslamdan yalnız tarix öyrəndiyini qeyd edib. Halbuki dinin tarix öyrətmək funksiyası da yoxdur. Necə ki namaz qılmağın insanın cəmiyyətdə yetirəcəyi vəzifəyə heç bir dəyişiklik gətirməyəcəyi kimi. Yəni nə qədər ki, doğru hədəflərə yanlış oxlar atıb bizə lazım olan nəticəni gözləyəcəyiksə, onda bütün gördüyümüz işlər nəticəsiz qalacaqdır.

İslam nə nanotexnologiyanın, nə də müasir elmlə ayaqlaşmağın əleyhinə deyil. Buna aid bu dində heç bir müddəa tapmaq mümkün deyil. Əksinə beşikdən qəbirə qədər elm oxumağı vacib bilən bir dindir. Ona görə ilk növbədə nədən bəhs etdiyimizi və nə üçün bəhs etdiyimizi bilməliyik. Din nədir və funksiyaları nədir sualını qoymaq və onun sadə cavabını tapmaq, daha sonra isə eyni cümlədə nanotexnogiya sözünü işlətmək qədər cəsarətli olmaq qədər...

Комментариев нет:

Отправить комментарий