среда, 30 ноября 2016 г.

Qərbin soyqırımları - Tarix heç nəyi unutmur

Avropanın dünya tarixində etdiyi soyqırımlar sadəcə olaraq dəhşət doğurur.
İslaminSesi bildirir ki, işğal etdiyi ərazilərdə soyqırım apararaq özlərinə məkan açan avropalılar bu soyqırımları sənədləşdirməkdən də çəkinməyiblər. 

1. İspaniya və Amerikalıların yerli xalqlara tətbiq etdikləri soyqırımlar. 1492-ci il də Kolumbun  Amerikanın kəşfindən sonra orada yerli xalqların sayı 22 il içində 8 milyondan 28 min nəfərə endi. 


2. Noveçlilərin Taterlərə tətbiq etdikləri soyqırım. 1920-30-cu illərdə Norveçdə çıxarılan yeni qanuna əsasən norveçlilərin irqini təmiz saxlamaq naminə etnik qrup olan taterlərin qızlarını qısırlaşdırmağa başladılar. Qısırlaşdırılmayan taterləri isə insulin və elektroşokla cəzalandırırdılar. 



3. 1788-1938-ci illərdə Avstraliyada yerli xalqı-aborigenləri məhv etdilər. İngilislər onların arasında epidemiya yaydılar, ölməyənlərə isə zəhər verdilər. Onların soyqırımından  Avstraliyada yalnız 31 min insan sağ qurtula bilib.

4.  1891-ci ildə almanlar Cənub qərbi Afrikanı işğal etməyə başladı. Bu işğaldan sonra Herero və Nama xalqları qətl etməyə başladılar. Bütün bu qətliamdan  135 min yerli xalqdan 15 mini zorla canını qurtara bildi. 


5. 1933-1945- ci illərdə mükəməl Alman irqi yaratmaq məqsədi ilə yəhudiləri və qaraçıları soyqırım etdilər. Qaraçıların 94%-i qısırlaşdırdılar. 

6. Amerikalılar və ingilislərin almanlara qarşı soyqırımı. 1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra ingilis və amerikalılar Drezden şəhərini 3 gün bombardman etdilər. Bu bombardman zamanı 200 min insan öldü. 


7. Danimarkalıların almanlara etdiyi soyqırım. 1945-ci ildə müharibə bitəndən sonra 250 min alman qaçqın Danimarkaya sığındı. Üçdə biri 15 yaşdan balaca olan bu miqrantlar tikanlı məftillərlə əhatəlnmiş məkanda saxlandılar və hamısı dəhşətli xəstəliklərdən öldülər. 



8. Yunanların Kiprdə türkləri soyqırım etməsi. 1912- 1974-cü ildə Enozis nəticəsində EOKA adlı təşkilat Kiprdə yüzlərlə türkü öldürərək, kəndləri və şəhərləri dağıtdılar. 


9. Amerikalıların İraqda soyqırımı: Fəllucada 1500 mülki vətəndaşı öldürüb küçələrə atdılar. Onların cəsədlərin itlər yeyirdi. ABŞ təhlükəsizlik adı altında 250 min insanı bölgədən sürgün etdi və daha 100 min insan qətl etdi. Qərb qətiyyən Fəlluca soyqırımına səsini çıxarmamışdı. 


10. Belçikalıların Konqodakı soyqırımları: Belçika işğal etdiyi Konqoda 1910-cu ilə qədər 10 milyon insanı qətl etmişdi. 












пятница, 18 ноября 2016 г.

Mircəfər Bağırov

"Müharibənin qızğın vaxtında Bağırov 416-cı Taqanroq diviziyası ilə görüşə gedir. Ayrılarkən əsgərlərə "kimin nə sözü var” deyə, müraciət edir.
Gənc bir əsgər əlindəki məktubu ona uzadır. Mircəfər soruşur:
- Məktubda nə yazılıb?
- Sizdən utanıram, yoldaş Bağırov.
- Yenə soruşuram, orada nə yazılıb?
Oğlan utana-utana Bağırova həqiqəti deyir:
- Yevlaxın kəndindənəm. Mən cəbhəyə gəlməmişdən 6 ay qabaq toyumuz olmuşdu. Əsgərliyə gələndən sonra rayonumuza gələn milis rəisi nişanlımı görüb, ona gözü düşüb. Həmin gündən kənd sovetini və kolxoz sədrini gözümçıxdıya salıb ki, o gəlini mən düzəltməsəniz hər ikinizi ya cəbhəyə göndərəcəyəm, ya da həbs etdirəcəyəm. O gündən kolxoz sədri ilə kənd soveti qıza yalvarır ki, onsuz da yoldaşın cəbhədən qayıdan deyil. Sən ona razılıq ver, bizi də qana-qadaya salma. Nişanlım (əslində arvadıdır. Sadəcə Bağırovdan utanaraq elə deyir) da razı deyil. Məktubda yazır ki, özümü öldürməkdən başqa çarəm qalmayıb.
Mircəfər Bağırov oğlanı təyyarə ilə vətənə gətirir, milis rəisini, sədrləri və gəlini çağırır, hər şeyin doğru olduğunu biləndən sonra milis rəisini kəndin ortasında camaatın gözü qarşısında güllələyir, kolxoz sədrini və kənd sovetini döyüşün ön xəttinə göndərir. Gənc əsgərə deyir:
- Bu qeyrətli gəlinin məktubuna görə səni gətirdim. Səni öz kəndinə kolxoz sədri qoyuram. Bayaq gördüyün hadisə sənə ibrət olsun. Hər bir ailəyə namusla, qeyrətlə yanaş, hamıya o qeyrətli qadının kimi münasibət bəslə.
Xatirə Sədnik Paşa Pirsultanlının "Mir Cəfər Bağırov yaddaşlarda" kitabından götürülüb.

вторник, 8 ноября 2016 г.

Müqəddəs İslama heyran olmuş dünya dahiləri və deputat Ağacan Əbiyev

“Müsəlman Əndəlüsündən bizə 30 kitab qaldı. O 30 kitabın hesabına atomu parçalaya bildik. Halbuki yandırılan milyonlarla kitablar qalsaydı, kosmosda qalaktikalar arasında gəzərdik.”
İslaminSesi bildirir ki, Milli məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev verdiyi son müsahibədə İslam dininin hər hansı bir elmi kəşfə imza atmadığından şikayətlənib. Həmçinin bildirib ki, İslam dini heç bir texniki tərəqqiyə nail olmayıb.

Buradan belə bir sual meydana çıxır: İslam dünyaya elmi kəşf və ya tərəqqi etməyə gəlmişdi? Ağacan Əbiyev ilk növbədə dinin hansı funksiyaları olduğunu özü üçün müəyyənləşdirməlidir. Din cəmiyyətin saflaşması, mənəvi, ictimai dayaqlarının möhkəmləndirilməsi, ilk növbədə Allah və insan münasibətlərinin ayırd edilməsi üçün var. Dinlə məşğul olan insanların hansısa bir elmi kəşfə imza atması isə həmin cəmiyyətin ictimai və təhsil sistemindən asılıdır.

İslam dünyasının hansısa elmi tərəqqiyə imza atması isə zamanında yetişdirdiyi alimlərin saysız-hesabsızlığı ilə uzlaşır. İslam dünyasında olan bir çox yeniliklər bu gün bütün dünyanın baza sistemini təşkil edir. Avropada elm üstündə insanları tonqalda yandırırdılarsa, Şərqdə Bürunilər, Xarəzmlər. əl-Kindilər elmə öz tövhələrini verirdilər. Dinin bu aspekti bu zaman qabarır: Cahil Avropa onu tonqalda yandırıb, Kamil İslam irəli çəkib mükafatlandırıb.

Buna ən bariz sübut isə elə Avropanın ən əhəmiyyətli alimlərindən olan Pyer Kürinin dediyi sözlər kifayətdir:

“Müsəlman Əndəlüsündən bizə 30 kitab qaldı. O 30 kitabın hesabına atomu parçalaya bildik. Halbuki yandırılan milyonlarla kitablar qalsaydı kosmosda qalaktikalar arasında gəzərdik.”

Bundan əlavə elə Qərbin öz dilindən bu dinin necə bir qüdrətə sahib olduğunu eşitmək başqa bir gözəllikdir. Halbuki müsəlmanlar buna göz yummaq tərəfdarı olanda insan yalnız o mütəfəkkirləri xatırlayır. O mütəfəhkkirlər ki, İslam haqqında tamamilə başqa cür ( Ağacan Əbiyevdən çox fərqli) fikirlər səsləndiriblər.

Buna ən parlaq nümunə almnan filosof Hötedir. 22 yaşında Qurani-Kərim təfsirləri üzərində çalışmalara başlayır. Bununla da Almanyada islamiyyətə pozitiv yanaşan ilk ədəbiyyatçı olur. Höte, "Məhəmməd" (Mohamets Gesang) qəsidəsində peyğəmbərlik missiyasının mahiyyəti haqqında öz anlayışını metaforada əks etdirərək peyğəmbəri (s) böyük mənəvi güc sahibi, daim irəliləyərək Tanrı qüdrətinin simvolu olan "okeana" axıb-tökülən bir çayla müqayisə edib. Höte 27 yanvar 1816-cı ildə "Paralipomena" əlyazmasında deyir: "Muhəmməd (s) xəlq edilmişlərin ən alisidir".

Daha başqa bir misal: Məşhur ingilis yazıcısı George Bernard Şou İslam haqqında deyir:
“Mən Məhəmmədin (s) dinini onda olan həyat gücü və yaşam əhvali-ruhiyyəsi baxımından yüksək dəyərləndirirəm.
Fikrimcə, İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir.
Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək”.

Ya da: Lothran Stodard amerikalı alim, tarixçi deyir:
“İslamın əzəməti üçün onun bütün maneələrə baxmayaraq, yenə də öz həqiqət və fəzilətlərini dünyada aşkar etməsi kifayətdir. Çünki İslam həm sadə, həm də ağıla müvafiq dindir”.

Alman şərqşünası C. de Gobineau “Asiyada üç il” kitabında yazır:
“ İslam bəşər üçün pak, qatqısız və nöqsansız bir din gətirmişdir”.

Fransız tədqiqatçı Emile der Menghen yazır:
“İslam ürəklərə təkan verən bir çağırış tək, şərq və qərbi dinsizlik və qəflətdən oyatdı. Qəlblərə elə bir təsir bağışladı ki, bəşər tarixi heç bir əsrdə belə bir daxili oyanış və ictimai hərəkata təsadüf etməmişdir”.

Qərbin ilhamlandığı İslam dəryası budur. Bu dərya elmə, öyrənməyə təşvi edər, cahilliyə qarşı mübarizə aparır.

Bəli, dinin funksiyası budur. Din insanı elm öyrənməyə təşviq edər, necə ki, Peyğəmbərimiz(s) “Elm Çində olsa belə ardınca gedin!” (yəni həmin məkanın uzaq və ya bütpərəst olmasına fikir vermədən) deyə xitab edib. Bu gün elm öyrənməyi daim özünə qayə etmiş dinin ardıcılları əgər hər hansı bir tərəqqiyə qarşı gəlirlərsə və ya hansısa elmi kəşfə imza atmırlarsa bunda qətiyyən İslam dinin günahı yoxdur.

Deputat Ağacan Əbiyev İslamdan yalnız tarix öyrəndiyini qeyd edib. Halbuki dinin tarix öyrətmək funksiyası da yoxdur. Necə ki namaz qılmağın insanın cəmiyyətdə yetirəcəyi vəzifəyə heç bir dəyişiklik gətirməyəcəyi kimi. Yəni nə qədər ki, doğru hədəflərə yanlış oxlar atıb bizə lazım olan nəticəni gözləyəcəyiksə, onda bütün gördüyümüz işlər nəticəsiz qalacaqdır.

İslam nə nanotexnologiyanın, nə də müasir elmlə ayaqlaşmağın əleyhinə deyil. Buna aid bu dində heç bir müddəa tapmaq mümkün deyil. Əksinə beşikdən qəbirə qədər elm oxumağı vacib bilən bir dindir. Ona görə ilk növbədə nədən bəhs etdiyimizi və nə üçün bəhs etdiyimizi bilməliyik. Din nədir və funksiyaları nədir sualını qoymaq və onun sadə cavabını tapmaq, daha sonra isə eyni cümlədə nanotexnogiya sözünü işlətmək qədər cəsarətli olmaq qədər...

суббота, 5 ноября 2016 г.

Venqirya üsyanının yatırılması 4 noyabr 1956

4 ноября 1956 года утром была начата операция «Вихрь» под общим командованием маршала Г. К. Жукова по ликвидации венгерского мятежа. Официально советские войска вторглись в Венгрию по приглашению правительства, в спешном порядке созданного Яношем Кадаром. Были захвачены основные объекты в Будапеште. Советские войска наносили артиллерийские удары по очагам сопротивления и проводили последующие зачистки силами пехоты при поддержке танков. Дело решили быстро.