вторник, 2 июня 2015 г.

Qatır Məmməd kimə xidmət edib: Azərbaycanlılara, yoxsa ermənilərə?

"Qatır Məmmədin ətrafına topladığı insanlar Cümhuriyyət hökümətinə qarşı vuruşmaqla bərabər, həm də yerli əhaliyə qan uddurmuş, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş kəslərdir". FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri tədqiqatçı alim Ədalət Tahirzadə bildirib. O, Sovet hökumətinin  bizə qəhrəman kimi sırıdığı bu şəxsin silahdaşlarının fotolarını da təqdim edərək bildirib: “Bunlar da Qatır Məmmədin quldur dəstəsindəki adı müsəlman, özü ermənidən daha qəddar olan başkəsənlərdir. Bunların hər birinə Cümhuriyyət hökuməti Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə 30 il iş vermişdi. Adlarını sıra ilə yazıram: Dəli Qara, Əli, Xankişi Məmmədov, İsa Namazov, Tapdıq Nəbiyev. Sonralar sovet hokuməti bunları "inqilabçı" adlandıraraq göylərə qaldırdı. Bu quldur dəstəsinin başqa "müsəlman" üzvləri də yaddan çıxmasın: Abdulla, Allahverdi Qurbanov, Alxas İbrahimov, İdris Şahverdiyev, Ağakişi Yusifov və başqaları".
 
"Kimlərsə bu gün yenə Qatır Məmməddən "xalq qəhrəmanı" düzəltmək istəyir! Şaumyanla birləşərək Cümhuriyyətimizə qarşı üsyan etmiş, erməniləri başına toplayaraq bir çox bəylərimizin qanını axıtmış, nəslini kəsmiş, var-dövlətini tar-mar etmiş bu Vətən və millət xaininə tariximizdə yer yoxdur!!!" - deyə alim bildirib.
 
Aşağıdakıə fotolarda Qatır Məmmədin başına topladığı quldur dəstəsindəki ermənilərdir. Adlarını sıra ilə qeyd edilib: Martiros Aruşanov, Haykaz, Hamparsum Koçarov, Mixail Koçarov, Arşak Avakoviç Qriqoryan, Santri Badalyan, Nazar Veliyan”.
 
 
 
 

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan tədqiqatçıları bunula bağlı geniş araşdırma aparıblar. Qısa xülasədə demək olar ki, Qatır Məmməd Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı olub. Adam öldürdüyü üçün sürgün olunmuş, ancaq qaçaraq bolşeviklər ilə dostlaşmışdır. Yenidən həbs olunaraq sürgün olunmuş, 1917-ci il rus inqilabından sonra geri dönmüş və öz dəsətəsi ilə ADR müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Hərbi nazir Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirmiş, bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozmuşdur.- Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində soyqırıma məruz qalmış köməksiz Azərbaycan türkünü erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin. Müsavat qoşunu tərəfindən mühasirəyə alınaraq öldürülmuşdır. Sovet Azərbaycanı zamanı Azərbaycan milli hökumətinin ən qatı düşmənlırindən olan Qatır Məmməd Azərbaycanın xalq qəhrəmanı elan edilmiş, heykəlləri qoyulub, adına küçələr salınmışdır. Haqqında kino çəkilmişdir.

Комментариев нет:

Отправить комментарий