суббота, 5 марта 2016 г.

TURANın gizlədilmiş gerçək xəritələri -

Bəxtiyar Tuncay
Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun üzə çıxmasından sonra (1) rus-türk əlaqələrinin tarixinə yeni nəzərlərlə baxmaq və ortaq geopolitik maraqları yenidən dəyərləndirmək üçün yeni imkanlar açılmışdır. Söhbət prezidentin göstərişi ilə rusiyalı iş adamı Əlişir Usmanovun dünyanın müxtəlif yerlərindən əldə edərək Rusiyaya gətirilən və müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən gedir.
XIII – XVIII əsrlərə aid olan bu xəritələrin hamısında bugünkü Rusiya ərazisinin tamamının «Böyük Tartariya», başqa sözlə, «Böyük Tatarıstan» adlandığını və 1771-ci ilə qədər «Rusiya» adının işlədilmədiyini görürük. Yalnız həmin ildən sonra Rusiya indiki Peterburq və Moskva şəhərləri arasında yerləşən kiçik bir ərazidə peyda olur. Öncəki xəritələrdə isə həmin kiçik ərazi ya Avropanın bir hissəsi kimi göstərirlir, ya da «Avropa Moskoviyası» (Avropa Moskva dövləti) kimi qeyd edilir. Onun şərqində İsə Böyük Tartariyanın (Böyük Tatarıstanın) önəmli hissəsini əhatə edən «Moskva Tartariyası» (Moskva Tatar dövləti) göstərilir.
1
Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə Ausburqda dərc edilmiş xəritə (Guil. Delisle. Tobias Conrad Lotter. Asia. Augsbourg. 1772). Boyanmış qravüra. Rusiya Dövlət Tarix Muzeyinin xəritəşünaslıq bölməsində saxlanılır (Moskva, şifrəsi ГО-7891077/4).
Bu xəritədə Avropanın bir hissəsi kimi göstərilən Avropa Moskoviyası ilə Moskva Tatar dövləti arasında sərhədlərin haradan keçdiyi dəqiq göstərilib. Bu sərhədd 1772-ci ildə Azov dənizindən Don çayının yuxarı axarı böyunca uzanır və daha sonra isə Novqoroddan keçirdi.
2
3
4
XVIII əsrin daha öncəki dövrlərə aid digər xəritələri ilə müqayisə göstərir ki, 1772-ci ildə sərhədd xətti Moskva Tatar dövlətinin xeyrinə dəyişərək, bir qədər qərbə tərəf sıxışdırılmış və Don çayının aşağı axarına çatmışdır. Rus alimlərindən Q. V. Nosobskiy və A. T. Fomenki hesab edirlər ki, həmin ildə iki ölkə arasında müharibə baş vermiş və ehtimal ki, hərbi əməliyyatlara ilk öncə tatarlar başlamışlar. Onlar bildirirlər ki, həmin dövrdə paytaxtı Tobolsk şəhəri olan Moskva Tartariyası, yəni Moskva Tatar dövləti dünyanın ən böyük dövləti olmuşdur (2). Bu fikri Britaniya Ensiklopediyasının 1771-ci il nəşri də təsdiqləyir. Ensiklopediyanın «Coğrafiya» bölümündə əks olunmuş bir cədvəl var. Həmin cədvəldə dövrün əsas dövlətləri sadalanır, onların sahəsi, paytaxtı və Londondan olan uzaqlığı, eləcə də Londonla saat fərqi qeyd edilmişdir.
Sözügedən ensiklopediyada Rusiyanın adı Avropa bölümündə, sadəcə bir dəfə çəkilir. Paytaxtının Peterburq, sahəsinin isə 1.103.485 mil kvadrat olduğu göstərilir. Paytaxtı Tobolsk olan Moskva Tatar dövlətinin sahəsinin isə bunda təqribən üç dəfə daha böyük, yəni 3.050.000 mil kvadrat olduğu yazılıb. Həmin dövrdə dörd hissədən ibarət olan (Krım xanlığı, Moskva Tatar dövləti və Çin Tatarıstanı bir dövlət idi və Krımdan idarə olunurdu, Azad Tatar dövləti adlandırılan Türküstan isə bağımsız idi) Böyük Tartariyanın, yəni Böyük Tatarıstanın ümumi sahəsi 4.472.290 mil kvadrat olmuşdur (3).
XVIII əsrin ortalarına aid edilən, Moskvada, Qədim Aktlar Arxivində qorunan bir rus xəritəsində isə üç tatar dövləti qeyd olunub: Böyük Tartariya (Krım xanlığı və Moskva Tatar dövlətlərini əhatə edir), Azad (bağımsız) Tartariya və onun tərkib hissəsi olan və Krımdan idarə edilən Çin Tartariyası (Çin Tatar dövləti) (2).
Lakin Bir qədər sonrakı xəritələrdə artıq başqa mənzərə ilə rastlaşırıq Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində Moskva Tatar dövlətinin ərazisi Sibir kimi göstərirlir və onun haqqında belə yazılır. Böyük Sibir ölkəsi. Əvvəllər xanlıq idi, indi Rusiyanın tərkibindədir (2).
5
Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində
Eyni mənzərəni 1796-cı ildə cızılmış bir alman xəritəsində də görməkdəyik. Burada artıq Böyük Tatarıstan önəmli hissəsi, yəni Moskva Tatar dövlətinin və Krım xanlığının ərazisinin Rusiyanın tərkibində göstərilir. Bununla belə, Azad Tartariya (Türküstan) və Çin Tatar dövləti Rusiya sınırlarından kənardadır. Yəni onlar hələ bağımsızlıqlarını sürdürməkdədirlər.
6
Rusiya imperatorluğunun Böyük Tatarıstanın əks olunduğu alman xəritəsi (Gussefeld F.L. Carte de l’Empire de Russie & de la Grande Tatarie. Publiee par les Heredum Homannianorum. Norimberg. 1786). Moskva, Dövlət Tarix Muzeyinin Xəritəşünaslıq bölməsi. Şifrəsi ГО-6217.
V. Nosovskiy və A. T. Fomenki hesab edirlər ki, Romanovlar sülaləsinin hakimiyyətdə olduğu Rusiya ilə Böyük Tatarıstan arasında sonuncu savaş 1768-1774-cü illər Rusiya-Osmanlı müharibəsi ilə paralalel getmiş və bu müharibədə tatarlar Osmanlı xəlifəsinin təbələri kimi savaşmışlar. Lakin 1774-ci ildə Osmanlıların gözlənilmədən Rusiya ilə sülh sazişi imzalaması tatarları arxasız qoymuş və bu, ruslara, Çin Tatarıstanı və Azad Tatarıstan dışında, Böyük Tatarıstanın digər ərazilərini işğal etməsinə imkan vermişdir (2). Nəticədə Krımın və Böyük Tatar dövlətinin sonuncu xanı Şahin Gəray 14 aprel 1783-cü il tarixində xaqanlıq taxtından imtina etməyə, tatar bəyləri də rus təəbəliyini qəbul etməyə məcbur olmuşlar (4).
Avropa mənbələrində, o cümlədən ensiklopediya və xəritələrdə Tatarıstanın adı «Tartariya», tatarların adı isə «tartar» kimi tələffüz edilir və beləcə də yazılırdı, Başqa sözlə, «tartar» kəlməsi tatarların, «Tartariya» adı isə Tatarıstanın sinonimi kimi işlənirdi (5, 255-256). Latın dilində tərtib edilmiş mətnlərdə adı «Tartaria», fransızdilli mətnlərdə «Tartarie», ingilis dilində «Tartary», almancada isə «Tatarei» kimi qeyd edilən bu ölkə Qara dənizindən Sakit Okeana, Çin və Hindistana qədər uzanırdı. Onun şimal sərhəddini Şimal Buzlu Okeanı təşkil edirdi. Adı XIII-XVIII əslərə aid xəritələrdə dünyanın ən böyük dövlətinin adı olaraq keçirdi. Bu hala hətta artıq mövcud olmadığı dövrün, daha dəqiq desək, XIX əsrin bəzi xəritələrində də rast gəlinir (6, 35).
7
Böyük Tatarıstanın XVIII əsrdə tərtib edilmiş daha bir xəritəsi. “L’Asie dresse sur les observations de l’Academie Royale des Sciences et quelques autres, et Sur les memoires les plus recens. Amsterdam. Chez R. & J. Ottens”. Tərtib edildiyi il məlum deyil.
Orta əsrlərdə Avropada bütün türklər «tartar», yəni tatar adı ilə tanınırdılar. Qədim farslar bütün türk xalqlarını «saka» (sak), yunanlar «skyth» (iskit), ərəblərsə «türk» adlandırdıqları kimi, avropalılar, o cümlədən slavyanlar da «tatar» deyirdilər. Bu ad XIII əsrdə Çingiz xanın parça-parça olan əski Turan torpaqlarını öz hakimiyyəti altında birləşdirməsindən və yenidən vahid dövlətə çevirməsindən sonra geniş yayılmışdır. Avropalılar sözügedən etnonimi qərəzlə «cəhənnəm» mənasında işlətdikləri «Tartar» adı ilə eyniləşdirərək, bu şəkildə də işlətməyə başladılar. Onlar üçün ucu-bucağı görünməyən bu ölkə ilk dövrlərdə bir müamma olaraq qalmaqda idi (7, 192-198; 8, 27).
S.Qorşeninanın yazdığına görə, Çingiz xanın tarix səhnəsinə çıxışı avropalıların ürəyinə elə bir qorxu salmışdı ki, onlar bu türk xalqını xristian miflərindəki Yəcuc və Məcuclarla eyniləşdirməyə başladılar (9, 108-109). Bu mövzu 1846-cı ildə ruslar tərəfindən dərc edilmiş bir akademik nəşrdə öz obrazlı əksini aşağıdakı şəkildə tapmışdır: «Avropalıların təsəvvüründə tatarlar dəhşət saçan və axır-zamanı başladan xalq idi və bu səbəbdən də etnonim xristianlığa qədərki təsəvvürlərlə uyğunlaşdırılaraq «tartar» şəklini almışdı»(5, 256). 8
Böyük Tatarıstan 1670-1680-ci illərdə.
Maraqlıdır ki, «Tartariya», yəni «Tatarıstan» terminini Çingiz xanın tarix səhnəsinə çıxmamışdan təqribən yarım əsr öncə Navarralı səyyah Veniamin Tudelli işlətmiş və bu adla Tibetin bir hissəsini, Türküstanla Tanqutlar ölkəsi arasındakı geniş ərazini adlandırmışdır (5, 255). Eyni terminə «Relatio de David» (1221) adlı kitabda da rast gəlinir. Fəqət bu kitabda həmin ölkənin coğrafi məkanı göstərilməyib. Burada söhbət nestorian məzhəbindən olan tatar xanı Davudun müsəlmanlar üzərində çaldığı qələbədən söhbət açılır. Fransalı salnaməçi Alberik də eyni ölkənin adını çəkmişdir. Bu iki mənbədə «tartar» adı qətiyyən mənfi çalar daşımır, tatarlar isə xristian missioneri pastor İohanın adı ilə əlaqədar yad edilir. Adın mənfi çalar daşıması Çingiz xan dövründən sonrakı illərə təsadüf edir (9, 107).
Ehtimal ki, «tartar» (tatar) adının mənfi anlamda ilk dəfə qıpçaqların qadın hökmdarı Russutana 1224-cü ildə Poma papası Honoriyaya yazdığı məktubunda işlətmişdir. Həmin məktubda söhbət tatarların Qafqaza hücumundan bəhs edilir. Eyni termindən eyni mənada 1238-ci ildə qıpçaq çöllərində xristianlığı yaymaqla məşğul olan Dominikanlı rahib Yulian da istifadə etmişdir (9, 108-109).
S.Qorşeninanın yazdığına görə, tatarların adı ilk öncələr pastor İohanla birlikdə hallandırıldığı üçün Avropada xoş qarşılansa da, Çingiz xanın yürüşləri bu münasibəti dəyişdi. 1241-1242-ci illərdə yürüşlər Avropanı da hədəfə alandan sonra tatarlara «Tartar»ın (Cəhənnəmin) elçiləri kimi yanaşılmağa başlanıldı (9, 111-112).
9
Tatarıstanın xəritəsi 1640-1670. Blau Nəşrlər Evi. Amsterdam. Mis üzərində qravüra.
Bu xəritələrin sayı təqdim etdiklərimizdən qat-qat çoxdur. Və onlar bizə Turanın gerçək ərazisinin haraları əhatə etdiyini göstərməklə yanaşı, qarşımızda duran hədəfin də nə qədər böyük olduğunu nümayiş etdirir. Xatırladaq ki, Avropa mənbələrində qədim zamanlarda «Skhytya» (İskitlər ölkəsi), sonralar isə «Tartariya» adlandırılan ərazi fasr mənbələrində «Türyana» (Avesta), «Turan» (Firdövsi) və «Türküstan» adlandırılmışdır. Turan idealını bizə miras qoyan Əli bəy Hüsynzadə, İsmayıl bəy Qaspıralı, Zəki Vəlidi Toğan və Ziya Gökalp kimi fikir böyüklərimiz bu adı Firdövsidən əxz etmişlər. Çingiz xan isə onu «Yekə Menqu El Ulus» adlandırmışdır. Əski türkcəmizdə bu, «Böyük və Əbədi Respublika Ölkəsi» (Yekə-Böyük, Menqu-Əbədi, El – xalq, dövlət, başqa sözlə Xalq Dövləti, yəni Respublika, Ulus-Ölkə) deməkdir. Fikrimcə, Turanı bərpa etmək və onu ulu xaqanın adlandırdığı şəkildə adlandırmaq ən böyük hədəfimiz olmalıdır.
Ədəbiyyat
Великая Тартария – только факты.https://www.youtube.com/watch…
Фоменко А. Т., Носовский Г. В. Петр и Пугачев. Где зарыта собака русской истории. Часть 2. Глава 1.
http://ruvera.ru/…/gde_zaryta_sobaka_russkoiy_istorii_2_cha…
«Encyclopaedia Britannica; or, a Dictionary of Arts and Sciences, compiled upon a new Plan. In which the different Sciences and Arts are digested into distinct Treatises or Systems; and the various Technical Terms, etc. are explained as the occur in the order of the Alphabet. Illustrated with one hundred and sixty copperplates». By a Society of Gentlemen in Scotland. In three volumes. – Edinburgh: Printed for A.Bell and C.Macfarquhar. M.DCC.LXXI (1771)., с.682-684.
Şahin Gəray. https://az.wikipedia.org/wiki/%C5%9Eahin_G%C9%99ray
Карманная книжка для любителей землеведения. —СПб.: Императорское Русское Географическое Общество, 1848.
Витсен Н.Бруно Наарден. Николаас Витсен и Тартария // Северная и Восточная Тартария, включающая области, расположенные в северной и восточной частях Европы и Азии. В 3 т / пер. с гол. В. Г. Трисман; ред. и науч. рук. Н. П. Копанева, Б. Наарден.. — Амстердам: Pegasus, 2010.
Закиев М. З.Происхождение татар // Происхождение тюрков и татар. — М.: Инсан, 2002.
Е. А. Федорова, В. П. Сливинский.Сибирь в лингвомифологическом континууме России: Постановка проблемы осмысления в русском языковом сознании // Вестник КемГУКИ. — 2013. — № 22.
Gorshenina, Svetlana.L’invention de l’Asie centrale: histoire du concept de la Tartarie à l’Eurasie. — Droz, 2014. — 702 p.






пятница, 26 февраля 2016 г.

Xocali faciesi

Yaranma tarixi – 26. 11. 1991 
Ərazisi – 0,94 min kv. km 
Əhalinin sayı – 25,8 min nəfər (1 yanvar, 2009-cu il) 
Əhalinin sıxlığı – 1 kv. km 27 nəfər (1 yanvar 2009-cu il) 
Şəhər – 1 
Kəndlərin sayı – 50 
Qəsəbələrin sayı – 1 
İnzibati-ərazi dairəsi – 19 
Bələdiyyə – 0 
İri və orta müəssisələrin sayı – 4 
Məktəbəqədər uşaq müəssisələrinin sayı – 1 
Ümumtəhsil məktəblərinin sayı – 12 
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı – 1 
Xəstəxanalar və tibb müəssisələrinin sayı – 1 
Mədəniyyət ocaqlarının sayı – 54 
Xocalı rayonu ilə Bakı arasında olan məsafə – 375 km 
26.02. 1992-ci ildən erməni işğalı altındadır.



  Xocalı soyqırımı  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəriniişğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı""Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü""Xocalı hadisəsi"terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (ing. "Khojaly Massacre"fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir. Əslində Xocalı Azərbaycanın ərazisidir.Erməni daşnaqları buranı özünüküləşdirmək istəyir
7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-ŞuşaƏsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakıyeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 ahısqa türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.
Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalı soyqırımının qurbanlarından biri də Xocalı adlı 2 yaşlı körpə idi.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

воскресенье, 3 января 2016 г.

İran blokadada olan Naxçıvanı necə xilas elədi.

Kor olanlar qəlbi daşlaşanlar bunada inanmayacaqlar ?
İran blokadada olan Naxçıvanı necə xilas elədi...
1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, millət vəkili Eldar İbrahımov: "Heydər Əliyev İranla əlaqələri bərpa edəndən sonra, Naxçıvanın 350 min əhalisi İranın bizə göndərdiyi yardımlarla yaşadı. Bəs Azərbaycan harda idi?"Qərb meyillilər türkçülər irani ona görə məzəmmət edirlər ki İran köməklik etməseydi H Əliyev hakimiyyətə gəlməzdi. Bəli gəlməzdi amma o vaxt azərbaycanda olmazdi. Azərbaycan regionlara parçalanmişdi vətəndaş müharibəsi yetişmişdi. Nələr olacaqdi Allah bilir.Bəli bu gün ki Azərbaycanin yaşamasina İranin rolu var.

четверг, 3 декабря 2015 г.

İran blokadada olan Naxçıvanı necə xilas elədi...

İran blokadada olan Naxçıvanı necə xilas elədi... 1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, millət vəkili Eldar İbrahımov: "Heydər Əliyev İranla əlaqələri bərpa edəndən sonra, Naxçıvanın 350 min əhalisi İranın bizə göndərdiyi yardımlarla yaşadı.

воскресенье, 29 ноября 2015 г.

Birinci Dünya savaşı yıllarında binlerce Türk, Ermeni çeteleri tarafından vahşice katledildi.

Birinci Dünya savaşı yıllarında binlerce Türk, Ermeni çeteleri tarafından vahşice katledildi.
Hatta bazı köylerde erkeklerin tamamı şehit edildi.
Hal böyle olunca köylerde muhtar ve azaları kadınlar oldu.
O günlerin şahitleri, yıllar önce, yaşanan acıları,TRT mikrofonlarına bakın nasıl anlatmıştı.