среда, 3 декабря 2014 г.


May 28 1919 celebration Yerevan 1024x675 Erməni etnosunun mənşəyi
Ermənilerin mənşəyinin konkret bir ərazi ile bağlılığı hələ də qaranlıq qalır. Onları əslinde hər hansı bir irqə aid etmək də mümkün olmamışdır. Fransız mənşəli Qafqazşünas alim İ.Şopen haqlı olaraq yazırdı ki, «aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamile başqa xalqın adı ilə dəyişib tərcümə ediblər. Aydındır ki, Yafəs mənşəli, şimaldan gəlmə dağlı Armenlə, cənubdan gəlmə sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur və ola da bilməz».
Ermənilərin etniki cəhətdən formalaşmasının və onların ilkin tarixi məskənlərinin məhz Kiçik Asiya sahəsində olması haqqında erməni tarixçiləri, akademikleri S.T.Yeremyan, K.V.Trever və bir çox başqa alimlər ciddi fikirlər söyləmişlər.
Qədim dünya tarixçilərindən Herodot, Evdoks ve başqaları protoermənilərin mənşəyinin frakiya-frigiya tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Tanınmış tarixçi-şərqşünas İ.M.Dyakonov bununla əlaqədar olaraq qeyd edirdi ki, «nə qədər ki, qədim erməni dili ərməniyə yaylasının avtoxton xalqlarının dillərilə qohum deyildir… aydındır ki, o, buraya kənardan gətirilmişdir… protoermənilər bu əyalətə (ərməniye yaylası erməni müəlliflərinin uydurduqları bir terimindir —A.M.) bizim eradan evvəl VII ve VI əsrlər arasında gəlmişlər… Qədim erməni xalqı ilkin olaraq yuxarı Ferat vadisində bərqərar olmuşdur…» .
Beləliklə, bu alim də ermənilərin əcdadlarının Kiçik Asiyaya gəlmə olduqlarını təsdiq edir .
Erməni tarixçiləri öz xalqlarının avtoxton – əslən yerli olmasını, yəni ermənilərin əcdadlarının qədimdən Ön Asiyada yaşamalarını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Sovet alimlərinin kollektiv əsəri olan «Qədim dünya tarixi»ndə açıq-aydın yazılır ki, «ermənilərin bu yaylanın avtoxtonları olması barədə  son vaxtlar yayılmış fikri bir sıra səbəblərə görə əsaslı saymaq olmaz» . Daha sonra kitabda bu fikir elmi cəhətdən tam əsaslandırılmışdır.
Məlum olduğu kimi, e.ə. VII əsrə aid Urartu dilində yazılmış mənbədə Kiçik Asiyanın şərqində, Dəclə və Fərat çaylarının yuxarı axarları boyunu əhatə edən ərazi, yəni indiki Türkiyə ərazisinin şərqində kiçik bir əyalət Arme adlandırılır. E.ə. VII-VI əsrlər arasında Balkanlardan gəlmiş friq tayfalarının bir qolu olan ermənilərdən əvvəl bu əyalətdə yaşayan əhali hurri ve luviya dillərində danışmışdır. Maraqlıdır ki, Əhəməni hökmdarı Kserksin hərbi yürüşündə ermənilər ile friqler bir bayraq altında, alordlar ve saspeyrler isə başqa bayraq altında durmuşlar.
Bu bir həqiqətdir ki, gəlme vəhşi tayfalar, o cümlədən ermənilər burada özlərindən yüksək mədəniyyətə malik olan aborigen xalqların mədəniyyətinin müxtəlif ünsürlərini mənimsəyərək özününküləşdirmişdilər. Bu fikri erməni yazıçısı və alimi Nalbəndyan da təsdiq edərək yazırdi ki, «erməni xalqı Dəclə ve Fərat çaylarının yuxarı axarları boylarına söykənən ərazilərdə bərqərar olmuşdu. Bu ərazilərin aborigenleri ise (hetler, hurriler, urartulular) yüksək inkişaf etmiş xalqlar idi» .
Başqa bir erməni müellifi Kapançyan bu fikri inkişaf etdirərək belə bir qənaətə gəlir ki, «Makedoniyali İskəndərin yürüşünün (e.e. 323-cü ilde) iştirakçılarının fikrincə, guya arqonavt Armenin adi ilə adlandırılmış Ərməniyə yalnız Fəratın yuxarı axarları boyunda, Armenosun silahdaşlarının ilk dəfə məskunlaşdıqları yerdə idi. Akilisena əyaləti bu Ərməniyəyə söykənsə də, M.İskəndər dövründən Kiçik Ərməniyə adlandırılmağa başlamış ve bu da ermənilərin ilkin vətəninin Kiçik Ərməniyə olduğunu təsdiq edir».
Roma yazıçısı Plini yazırdı ki, Fərat «Karanitisdə, Böyük Ərməniyənin prefekturasından başlanır» .
Musa Xorenli yazırdı ki, «Armenak Van gölü etrafından şimal-şərqə gələrək uca dağlarla əhatə olunmuş ve qərb tərəfdən axıb gələn hay-küylü çaylarla suvarılan geniş düzənlikdə məskunlaşdı». Sonralar ermənilər «Armenak» sözünü şəxs adı kimi təqdim etsələr də, əslində o, armanok, başqa sözlə arman tayfası anlamındadır.
Tədqiqatçıların gümanına görə, friq tayfalarının bir qolu olan indiki ermənilər Arme ve sonralar Hayasa adlandırılan əyalətlərə gəlib orada məskunlaşmışdılar. Sami (semit) dillərində danışan ve Mesopotamiyanın şimalında yaşayan arameyler Arme əyalətində yaşayanlara oranın adı ile «Armina», hurri dilli urartulular isə «Armini» deyirdilər. Bu ad etnik mənsubiyyət bildirmir.
İndiki ermənilərin ulu babalarının məskənləri hesab edilən Şərqi Anadoludakı Hayas ve ermən vilayətlərində qədim zamanlardan, yəni çağdaş ermənilərə ad qoyulmamışdan əvvəl Balkan yarımadasından köçüb gəlmiş hayların törəmələrilə yanaşı, çoxsaylı avtoxton etnoslar — het, hurri, urartu xalqları, həmçinin e.ə. I minilliyin birinci yarısında Cənub-Şərqi Avropadan gələrək buralarda məskunlaşmış türkdilli kimmer (kəmərli), skif, sak ve başqa tayfalar da yaşayırdılar. Sonralar Şərqi Anadoluda yaşayan iri tayfalardan biri, başqa xalqlar tərəfindən «ermənilər» adlandırılmışdır. Ermənilərin bu adı etnonim kimi qəbul etməmələrinin və inadkarlıqla «hay» etnoniminden ayrılmaq istəməmələrinin əsas səbəbi isə hay xalqının bu ərazilərdə köklü, qədim əlaqələrinin olmaması və bu tayfanın nə vaxtsa Balkan yarımadasından köçərək bu torpaqlarda məskunlaşması, özlerini başqa millətlərə daha üstün toplum kimi, təqdim etmələri
idi.
Hay xalqı heç vaxt Şərqi Anadolu regionunda əhalinin əksəriyyətini təşkil etməmişdir. Sonralar erməni müəllifləri tərəfîndən Ermənistan yaylası adlandırılan bütün Şərqi Anadolunun yerli əhalisi orada qədimlərdən yaşamış het, hurri, urartu və türk tayfalarının nəsilləri sayıla bilər.
«Armini» sözü coğrafi ədəbiyyatda Şərqi Anadoluda «Erməni yaylası» kimi işlənməkdədir. Lakin «Armini» adı qədim yunanlara keçdikdən sonra «Armeniya» formasını kəsb etmişdir. Sonralar Avropa dillərinə də yayılan bu termin həmin dillərdə «hay» adlananlar üçün etnik ada çevrilmişdir. Görkəmli rus tarixçisi Dyakonov yazırdı ki, «haylar heç vaxt özlərinə «erməni» deməmişler».
Fransız mənşeli rus tedqiqatçısı İ.Şopen erməni-hayların mənşəyindən bəhs edərək belə bir nəticəyə gəlmişdir ki, «ermənilərdən, parsuqlardan, haykanlardan və yəhudilərdən yeni, qarışıq bir xalq əmələ gəldi ki, o, nəinki öz tipik müstəqilliyini, hətta özünün həqiqi (doğma) adını da itirdi» . Erməni alimi Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlmişdir: «Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlere gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etniki tərkibinə kim necə təsir göstərib?
Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur» .
Ermənilərin mənşəyi olduqca müəmmalıdır və az öyrənilmişdir. Tanınmış rus tədqiqatçısı Veliçko da belə bir qənaətə gəlmişdir ki, «…əvvəlcə Babil əsarəti zamanı, sonra isə Yerusəlimin dağıdılmasından beri yehudilerin böyük bir kütləsi onlarla qarışmışdır» . Təsadüfi deyil ki, yəhudilərin də bir hissəsi haylaşaraq «zok» adını almışdılar.
Atamoğlan Məmmədli “Ermənilərin gerçək tarixindən”,
Bakı-2008

İngilis hərbi jurnalisti ermənilər və daşnaklar haqqında


foto dashnak2 300x212 İngilis hərbi jurnalisti ermənilər və daşnaklar haqqında
1919-cu ildə Cənubi Qafqaza, o cümlədən Qarabağ və Zəngəzura səfər edən ingilis hərbi jurnalisti Skotland-Liddell yazırdı: “Ermənilər ona görə bədbəxtdirlər ki, orada Daşnaksütyun partiyası hakimiyyətdədir. Bu – terrorçu inqilabi təşkilat uzun illər ərzində erməniləri müsəlmanlara qarşı hücuma təhrik edir. Sonunculardan layiqli cavab aldıqdan sonra isə bunu dünyaya yayır, “məzlum ermənilər”ə münasibətdə dünyada rəğbət yaratmaq istəyirlər… Bacarıqlı sistemli təbliğat sayəsində isə layiq olmadıqları rəğbəti qazanırlar”.
Daha sonra isə qeyd edirdi ki, ermənilərlə bir neçə il ərzində yaxından tanış olan ingilis zabiti ona danışıb ki, “Ermənistan daim münaqişə axtarır, buna nail olduqda isə tamamilə layiq olduğu cəzalandırılmanı öz təbliğatlarında “sıxışdırılma” adlandırırlar. Daşnaklar üçün qətlə yetirilmiş erməni daha qiymətlidir. Çünki həmin qətllə bağlı hadisədən lazımi qaydada istifadə etsələr, təbliğat işində xeyli səmərə əldə edə bilərlər. Onların sevimli üsulları aşağı səviyyəli reklam olunmaq üçün “xristian ” sözündən istifadədir. Burada həqiqəti bilirlər, hətta sıravi ingilislər də olmasa, ingilis nazirləri bunu bilməlidirlər”.
T.Köçərli “Qarabağ məsələsinin tarixinə dair” (rus dilində) kitabından, Bakı – 2009 kitabından

Mircəfər Bağırov Stalini ermənilərə “yox” deməyə necə məcbur edib?!


10751878_10152436034067691_990169860_nBir gün Stalin Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovu Kremlə çağırır və deyir: – Ermənistan Ali Soveti sessiya çağırıb. Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmağını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikriniz nədir? – M.Bağırov deyir: – Yoldaş Stalin, mən fikrimi kürsüdə deyəcəm. Söhbət hər ikisinin arasında bitir.

Kremlin iclas zalında sessiya başlanır. Ermənistan tərəfi alovlu çıxış edir, yekunda isə ermənipərəst qüvvələr məruzəçini sürəkli alqışlarla qarşılayaraq əl çalırlar. Söz verilir M.Bağırova. Bağırov üzünü sessiya iştirakçılarına tutaraq deyir: – Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir. Bütün sovet xalqları kimi Azərbaycan və erməni xalqları da faşist Almaniyasına qarşı çiyin-çiyinə mətanətlə vuruşmuşlar. Mən bilirəm ki, Ermənistanın kənd təssərüfatında yararlı torpaq sahələri azdır. Mən Ermənistan sessiyasının qərarını bəyənirəm, Dağlıq Qarabağın Ermənistana verilməsinin tərəfdarıyam, lakin Azərbaycanın qədim torpaqları olan Göyçə mahalı, Dərələyəz mahalı, Zəngəzur mahalı, Borçalı mahalı və Dərbənd Azərbaycana qaytarılsın.


Stalin Mir Cəfərin axırıncı sözünü eşidən kimi Ermənistan Ali Sovetinin qərarının üstündən qırmızı karandaşla yazır “Nelzya!”. Bununla da iclas sona çatır.


“KarabakhİNFO.com”

понедельник, 1 декабря 2014 г.

General Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu

   Kaspi    q  zetinin redaksiyas  n  n binas  n  n yan    ndan sonra daxili goeruentuesue. M  nb   Solmaz Ruest  mova     Tohidi    1918 ci il Az  rbaycan Q  r    nlar       kil v   S  n  dl  rd      fotoalbomu General Talışinskinin həbsi şəhərin türk müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu
“Kaspi” qəzetinin redaksiyasının binasının yanğından sonra daxili görüntüsü. Mənbə Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azərbaycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu
1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər”.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı( 1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər.
Bir neçə il əvvəl Quba yaxınlığnda tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri, kəllələri bunu bir daha sübut edir.Qatı daşnak Andronikin rəhbərliyi altında erməni dəstələri Naxçıvanda 11, Ordubadda 9, Culfada 3 kəndi viran qoymuş, 20 minə yaxın dinc əhali qətlə yetirilmişdir.Cəbrayılda, Qarabağda, Zəngəzurda və başqa ərazilərdə də oxşar vəhşiliklər törətmişlər.
Görünməmiş vəhşilikləri ilə özlərindən sonra müsəlman və türk qanına susayan digər qatillər üçün “vəhşilik nümunəsi” oldular.Hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, “Quran” kitablarını yığaraq tonqal qalayıb atəşində mollaları yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və s.-bütün bu vəhşiliklərə ilk dəfə (bəlkə də yeganə) imza atanlar məhz ermənilər idi.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu…
www.vvoda.nl

Azyaşlı qızlarla intim əlaqəyə girən dini icma rəhbəri – Azərbaycanda


ibrBu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualı həyata keçirirlər.
İlk baxışda adi şəxslərdən fərqlənməyən bu təriqət üzvləri əsasən tez-tez “Allahın salamı” olsun xitabəti ilə diqqət çəkirlər. Xarici görkəminə görə çox zaman təriqətin kişi üzvləri saçlarını kəsdirir, daz olmağa üstünlük verirlər.
Son illər Azərbaycanda ibrahimilər ciddi şəkildə biznes əlaqələri qurublar və onlardan kimsə kasıb həyatı yaşamır. Hətta qısa bir vaxtda varlanmaq imkanları var. Sadəcə, təriqətdə radikalizm, siyasi ambisiyalar olmadığına görə, onlar təhlükəli sekta kimi qəbul olunmayıblar. Mənbə bildirir ki, əslində, ibrahimilərin iqtisadi potensialının güclənməsi ilk növbədə təhlükəli perspektivdən xəbər verir.
***
Qeyd edək ki, İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin hədislərini qəbul etməyib, Qurani-Kərimə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər.
Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.
Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. Mətbuatda gedən xəbərlərdə bildirilir ki, Musayev hələ Sovetlər dönəmində şiə kimi fəaliyyətə başlayıb, sonralar vəhhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək ibrahimilər adlı qeyri-islam təriqətini yaradıb.
İbrahimilər (sonralar Ələsgər Musayevin adına uyğun olaraq “ələsgərilər” adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər.
***
Onunla bağlı bioqrafik xəbərlərdə yer alan başqa məqamlar da var. Ələsgər Musayev 1996-cı ildə Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.
Belə ki, ibrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq “qədr gecələri” keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualı həyata keçirirlər.
Musayev dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o yaşadığı qadının qızı da daxil olmaqla, 3 azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb. Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib.
Ələsgər Musayevin qardaşı oğlu sələfi kimi tanınan Əlixan Musayevdir. O, Hacı Qamət Süleymanovla arasında olan konfliktdən sonra “Əbubəkr” məscidindən uzaqlaşdırılıb.
Mənbə qeyd edir ki, ibrahimilərin Bakı, Quba-Xaçmaz, Salyan və başqa yerlərdə təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s.azinform.az

Yenilik.Az:Xəbəri götürərkən istinad etmək mədəniyyətdir, əxlaqdır. Kim normal ailə tərbiyəsi görməyibsə, əxlaqında problem varsa istinad etməyə bilər.