вторник, 31 марта 2015 г.

1918-ci ilin yazı üçün bolşevikler Bakını herbi qalaya çevirdiler.

1918-ci ilin yazı üçün bolşevikler Bakını herbi qalaya çevirdiler. Qarabağ üzre Herbi İnqilab Komitesi Bakıda yerleşdriridi. Sedri milliyyetce ermeni olan Korqanov İ.N. idi. Qırmızı qvardiya ve Xezer Donanması Bakı Sovetine tabe etdirildi.
Cebheden qayıdan 8 min ermeni ile daşnakların herbi qüvvesini öz serencamına tabe olmağa nail olan Şaumyan mart ayı üçün 20 min silahlı qüvveye arxalanırdı.
Söz yoxdur ki, Bakı bolşevikleri ile ermeni milletçilerinin birge mübarizesi hedefi eyni idi. Azerbaycan Milli fikrini boğmaq milliyyetçi herekatını def etmek.
“Böyük Ermenistan” xülyasını gerçekleşdireceklerine ümid besleyen ermeniler daha çox canfeşanlıqla her bir siyasi akta meqsedeuyğun mezmun vermeye çalışırdılar.
Zaqafqaziyada sovet hakimiyyetinin qelebesine nail olmaq günün vacib meselesi idi. Bu missiyanı heyata keçirmek Lenin terefinden Qafqaz işleri üzre müveqqeti fövqelade komissar teyin edilmiş Stepan Şaumyana tapşırıldı. Hemin günlerde keçirilen seçimlerde bolşeviklerin nüfuzu bir qeder aşağı düşdü. Bele olduqda bolşevikler siyasi gedişe el atdılar. Yeni xüsusi seçki qanunu qebul etdiler ve Bakıda hakimiyyeti özleri üçün serfeli zeminde temin etdiler. Onlar ilk önce harda qüvve toplamağın zeruri olduğunu başa düşerek Dünya müharibesinin Qafqaz cebhesinde Erzican barışığına göre geri qayıtdılar. Rusiya esgerlerinin ermeni tebliğatının tesiri altında silah ve herbi sursatın Bakı bolşeviklerinin eline keçdi. Daşnaksütyun partiyasının bolşeviklerle ittifaqda hereket etdiyini, ermeni milli şurasında da tebii ki, daşnaklarla bir cebhede olduğunu Bakıdakı ermeni herbi hisselerinin, bolşeviklerin xidmetinde durmağını bilse de Şaumyan Moskvadan herbi meqsedli vesait ve serencamlar teleb edirdi. 1918-ci ilin yazı üçün bolşevikler Bakını herbi qalaya çevirmek üçün irelileyirdiler.
Qafqaz üzre Herbi İnqilab Komitesi Bakıda yerleşdirildi. Sedrin milliyyetce ermeni olan Korqanov idi. Qırmızı Qvardiya ve Xezer Donanması Bakı Sovetine tabe etdirildi.
“Böyük Ermenistan” xülyasının baş tutacağına ümid besleyen ermeniler daha çox canfeşanlıqla her bir siyasi akta meqsedyönlü mezmun vermeye çalışırdılar. Nehayet, 1918-ci il martın 17-den 21-ne qeder davam eden mart hadiseleri baş verdi.
Axır ki, martın 30-da Bakıda ilk ateş sesleri eşidilmeye başladı. Qırğın erefesinde Neriman Nerimanovun menzilinde müselman kommunistlerinin yığıncağı keçirildi. Şaumyan da buraya devet edilmişdi. Burada Şaumyanı silahlı mübarizeden çekindirmeye çalışdılar. Şaumyan yığıncağın telebi ile razılaşmış, lakin 2 saat sonra Nerimanov öz ailesi ile birlikde “Sovet Hakimiyyetinin müdafieçileri olan” daşnaklar terefinden tecavüze meruz qalır.
Mart soyqırımı erefesinde Qırmızı Qvardiya terefinden 18 min herbçi fealiyyet gösterirdi. Onlardan 13 mini ermeni esjerleri, zabitlerin ise hamısı ermeni idi. Bu qüvveler Bakı quberniyasının qezalarında qırğınlar töredirdiler. Onlar Şaumyanın etimadını qazanmışdılar. Bakının ardınca Lenkeranda, Şamaxıda, Selyanda, Qubada müselmanlara tutulan divan “Sovet Hakimiyyetinin tentenesinden” xeber verirdi. Öz qeddarlığı, alçaqlığı ile meşhur olan daşnak Amazasp Quba yürüşünde özünü öyerek beyan etmişdi: “Mene emr olunmuşdur ki, deniz sahillerinden Şahdağa kimi bütün müselmanları mehv edim, Şirvanda etdiyim kimi yurdumuzu yerle-yeksan etdim. Bu heyasız ve qaniçen daşnak. O Qubanın dinc ehalisini meydana yığıb heyasızcasına demişdi: “Siz bele bilmeyin. Men bura bolşevik hökumetini qurmaq üçün gelmişem. Xeyir! Men bura ermeni bacı ve qardaşlarımın qisasını almağa gelmişem”.
Amazaspın quldur desteleri Quba yürüşünde 122 müselman kendini yandırıb bundan başqa qatı ermeni daşnakı olan Lalayan öz başkesenleri ile Şamaxı şeherine jelmiş, bütün kendleri torpaqla beraber etmiş, ehalisini ise qırmışdır. O, şeherde ele vehşilik etmişdir ki, tesvir etmek olmur. Şeherde ütün kişileri öldürmüşdür, hetta oğlan uşaqlarına bele rehm etmemişdir. Qadınları erlerinin ve valideynlerinin gözü qarşısında zorlamışlar. Şeher bütünlükloe talan edilmişdir. Sonra ise yandırılmışdır. Bir mescid bele salamat qalmamışdır. Şeherdeki 5 min ev, yüzlerle mekteb binası dağıdılmışdır. Şeher bütünlükde qebristanlığa benzeyirdi. Bizim başımıza açılan belalardan yalnız Stepan Şaumyan teqsirkardır. Her şey onun emrine esasen yerine yetirilmişdir, öz qeyyumu Stepan Şaumyan vasitesile azad olunmuş ve cezadan yayınmışdır.
1918-ci ilde Şamaxı kendlilerinin ingilis generalı Tomsona yazdıqları mektubda Lalayanın azerbaycanlılara qarşı töretdikleri cinayet faktları bele aşkarlanır: “Bize çatan düzgün melumata göre, hazırda polisin hebs etdiyi Stepan Lalayan sizin serencamınıza verilmişdir. Bütünlükle vicdanını itirmiş ve bix şamaxılılara her cür ziyan vurmuş bu vehşi insana herbi mehkemeye verin.
Belelikle, 1918-ci ilde Bakı Xalq Komissarları Sovetinin sedri Stepan Şaumyanın rehberliyi altında “Böyük Ermenistan” uydurma dövletinin terkib hissesi kimi azerbaycanlılara qarşı soyqırım planını heyata keçirdiler.
Qeyd etmek isterdim ki, ermeniler bu soyqırımını heyata üçün uzun müddet hazırlaşmışlar. Onların elinde yaxşı silahlanmış herbi desteler vardı.
Stepan Şaumyanın Bakıda qayıdan ermeni-daşnak destelerini terksilah etmeye icaze vermemişdi. Onun tabeçiliyinde hemin dövrde 6 min, daşnakların tabeçiliyinde 4 min 600 esger ve zabit vardı. Bundan elave, Bakıdakı ermenilerin de ekseriyyeti silahlanmışdı.
Şaumyanın şexsi tapşırığı esasında müselman diviziyasının rehberleri hebs edilmiş, şexsi heyetin terksilahı heyata keçirilmişdir. Amma yaxşı silahlanmış ermeni esgerlerine toxunulmamış, onlar da şeherde serbest gezirdiler.
1918-ci il bolşevik-müsavat qarşıdurmasını yatırtdmağa çalışan İnqilabi Mübarize Komitesi tezlikle öz isteyine nail oldu. Müsavat herbi birleşmeleri martın 31-de Bakı şeheriden çıxarıldı. Bakı bolşeviklerinin rehberi Şaumyanın tehriki ile şeherde dehşetli soyqırıma başladı. Bakıda ermeni daşnakları dinc ehaliye divan tutdu. 15 minden çox azerbaycanlı qetle yetirildi. Hüseyn Bayqara mart soyqırımını bele tesvir etmişdir: “Türklerin mağazaları talan edildi, evleri yandırıldı. Bu barede menim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gezdirildikden sonra müxtelif şekilde tecavüzler, öldürmeler ve daha başqa cinayetler…
Tecavüzler bununla bitmedi. Ermeni-rus könüllü desteleri Bakıda olduğu kimi Azerbaycanın diger erazilerinde qırğınlar, talanlar töredir ve tarixde görünmemiş cinayetler töretdi”.
Bakı şeherinde soyqırımlar bolşevik bayrağı altında keçirirdi. Guya bolşevikler hökumete qarşı çıxan qüvvelere divan tuturdular.
Stepan Şaumyan öz meqsedini perdeleyerek yazırdı: “Bizim siyasetimiz vetendaş müharibesi aparmaqdır, kim bu siyasete qarşı çıxarsa o, düşmenlerimizin nökeridir”.
Yaranmış veziyyetden istifade ederek bolşevik sıralarına soxulmuş ermeni daşnakları başda Şaumyan olmaqla çox ustalıqla istifade etdiler. “Böyük Ermenistan” planının reallaşdırmaq üçün Azerbaycanın her yerinde etnik temizleme aparırdılar. Yeni Azerbaycan türklerinin yaşadıqları erazileri temizleme siyaseti heyata keçirildi.
Bakıda baş veren hadiselerin esl mahiyyetini tehrif olunmuş şekilde merkeze çatdıran Şaumyan Leninden tebrik teleqrammı almışdı.
İnqilabın rehberi Şaumyanın xidmetlerini terifleyerek yazırdı: Sizin möhkem ve çetin siyasetinize meftunam. Hemin siyasetin indiki çox çetin şeksiz teleb etdiyi çox ehtiyatla diplomatiya ile birleşdirin”.
Stepan Şaumyanın özü ise Bakıda töretdikleri vehşiliklerden özü ise Bakıda töretdikleri vehşiliklerden, soyqırımından ferehlenerek Rusiya Xalq Komissarları Şurasına bele melumat verilmişdi: “Zaqafqaziya Sovet hakimiyyeti uğrunda fexri silahlı mübarize merhelesine daxil olub üç gün müddetinde 30-31 mart ve 1 aprel tarixinde Bakı şeherinde döyüşler olub. Bir terefden sovet Qızıl Ordusu, diger terefden müselman vehşi diviziyası, Musavat partiyasının rehberlik etdiyi müselman silahlı desteleri… Bizim üçün döyüşün neticeleri hedden artıq yaxşı olmuşdur. Biz onlara öz teriqetlerimizi diqte etdik, onlar da danışıqsız olaraq bu şertleri qebul etdiler”.
Yuxarıda gösterilenlerden başqa qeyd etmek isterdim ki, ermenilerin xalqımıza qarşı töretdikleri soyqırımın tüğyan etdiyi hele 1915-ci ilde tekce İrevan mahalından 10 min azerbaycanlı qetle yetirilmişdir. Qafqaza qayıdan ermeni silahlı desteleri İrevan quberniyasında azerbaycanlıların yaşadıqları 211 kendi yandırmış, ehalisini ise qetle yetirmişler. 1918-ci ilde ermeni silahlı desteleri Bakı quberniyasında 229 kendi, Gence quberniyasında 272 kendi, tekce Zengezurda 115, Qarabağda 157 kendi yerle-yeksan etmiş, yüz minlerle azerbaycanlını qılıncdan keçirmiş ve ya didergin salmışlar.
1918-20-ci illerde daşnaklar Ermenistanda 565 min azerbaycanlını qırmışlar.
Belelikle, qeyd etmeliyem ki,ermeni daşnaklarının azerbaycanlılara qarşı töretdikleri soyqırımlar barede daha geniş yazmaq olardı. Çünki onlar esrler boyu xalqımızın qanının içmiş ve indi de içir.
Bu gün qan yaddaqoımız berpa olunur. Şehidler xiyabanının yerleşdiyi yerde 1918-ci il mart qurbanları defn olunub. 3 gün erzinde Bakıda 17 min azerbaycanlı qetle yetirilmişdir. Dişleri esrler boyu xalqımızın qanına batmış ermeni faşizmi 1992-ci ilin fevral ayının 26-da beşeriyyet tarixinde xalqımızın faciesi ile müqayise edilecek bir dehşetli cinayet töretdiler. Xocalı şeherinde yaşayan xalqımıza qarşı divan tutdular. Onlar qocaları, uşaqları, qadınlarımızı tankların tırtılları altında qanlarına qeltan elediler. Ermeni faşistleri belekde olan körpeleri mehv etmişler. Bu ermeni faşistleri terefinden evvelki illerde xalqımızın başına getirdikleri soyqırımların davamı idi. Biz bu gün yer üzünde yaşayan bütün tereqqiperver beşeriyyete üz tutub deyirik: “Ey insanlar! Sesimize ses verin. Xocalı soyqırımını tanıyın! Ne vaxta kimi ermeni faşistleri cezasız qalacaqlar?

четверг, 26 марта 2015 г.

Hitler gestapoçusu namaz qılarkən - Tarixi foto

Hitler gestapoçusu namaz qılarkən - Tarixi foto

Hitler ordusunda müsəlman polklarının olması heç kimə sirr deyil. Bu polklarda azərbaycanlılar, tatarlar, özbəklər və digər millətlərin nümayəndələri xidmət keçirdi. Lakin yüksək rütbəli alman zabitləri arasında da islamı qəbul edənlər vardı. RealnieNovosti - Bunlardan ən məşhuru Vilhelm Hinterzatç Almaniyada, yevangelist kilsə xadiminin ailəsində doğulmuşdu. Lap uşaqlıqdan hərb elminə marağı vardı.
Birinci Dünya müharibəsi zamanı gənc Vilhelm artıq Türkiyə ordusunun Baş Qərargahında alman silahlı qüvvələrinin nümayəndəsi idi. Elə Türkiyədə xidmət keçdiyi zaman islamı qəbul etmişdi. O öz adını da dəyişdi. İndi Vilhelmi “Harun Rəşid bəy” deyə çağırırdılar.
Almaniya Birinci Dünya müharibəsində məğlub olduqdan sonra Vilhelm Hinterzatç vətəninə qayıtdı. Berlində kommersiya ilə məşğul olmağa başladı. Hitler Almaniyanın siyasi səhnəsində peyda olduqdan sonra Vilhelm Hinterzatç nasistləri dəstəklədi.
İkinci Dünya müharibəsi başlayanda o, artıq yaşlanmışdı.
Lakin Reyx Vilhelmə etibar edirdi. Elə bu etibarın nəticəsində SS-in müsəlman polkunun komandanlığı ona həvalə edildi. Vilhelmin iki oğlu da özü kimi islamı qəbul etmişdi.
Müharibənin sonuna yaxın isə Vilhelm Hinterzatç – Harun əl-Rəşid bəy 3-cü Reyxin Qüds müftiliyindəki nümayəndəsi idi.
SS ştandartenfureri Harun əl-Rəşid bəyin nadir fotolarından birini təqdim edir. Foto Vilhelm Hinterzatç namaz qılarkən çəkilib. /axar/



среда, 25 марта 2015 г.

'Hitler ölmedi, 95 yaşına kadar Brezilya'da yaşadı'

Arjantin'de ormanlık bir alanda saklanmış taştan yapılar bulundu. Keşfi gerçekleştiren arkeologlar, yapıların 2'nci Dünya Savaşı sonrasında Arjantin'e kaçan Nazilere ait sığınaklar olabileceğini düşünüyor.
Arjantinli arkeologlar, ülkenin kuzeyinde daha önce bilinmeyen taştan yapılar buldu. Teyu Cuare ulusal Parkı'nda keşfedilen yıkık yapıların Nazilere ait sığınaklar oldukları sanılıyor.
Buenos Aires Üniversitesi'nde görevli arkeologlar, ormanlık alanda oldukça iyi saklanan barınakların bölgede bulunan diğer yapılardan farklı bir şekilde inşa edildiğine dikkat çekiyor.
Geçtiğimiz aylarda "Hitler in Brazil" isimli kitabın yazarı Simoni Renee Guerreiro Dias isimli Nazi araştırmacısı, Adolf Hitler'in savaşın kaybedileceğini anladıktan sonra önce Arjantin üzerinden
Paraguay'a oradan da Brezilya'ya kaçtığını ve 95 yaşına kadar burada yaşadığını iddia etmişti.
Arkeloglar, gerçekleştirecekleri çalışmalarla bu yapıların niçin inşa edildiğini bulmayı umuyor.
NTV'de yayımlanan habere göre, söz konusu kalıntıların keşfinin ardından Hitler'in bir süre burada yaşamış olabileceği iddiaları yeniden dillendirilmeye başlandı.
İkinci Dünya Savaşı'nın sona ermesinin ardından 180 kadar Nazi savaş suçlusu bu ülkeye kaçmıştı.
Kalıntılarda yapılan incelemelerde, ikinci dünya savaşında basılmış alman madeni paralarıyla almanya'da üretilen porselen parçaları da bulundu.
Sovyetler Birliği, Hitleri'in eşi Eva Braun ile 30 Nisan 1945 günü intihar ettiğini, cesetlerin ise yakıldığını açıklamıştı. Cesedi teşhis edilemeyen Hitler bu yüzden yıllardır komplo teorilerine konu oluyor.

"Komitet-300"ün "Qızıl milyard" planı

"Komitet-300"ün "Qızıl milyard" planı

"Komitet-300"ün "Qızıl milyard" planı1985-ci ilin fevralında «dünya kölgə hökuməti» özünün növbəti yığıncağına toplandı. İclasda SSRİ-nin dağıtmaq, onu 52 müstəqil cırtdan dövlətlərə bölmək və bu ölkələri aralarında münaqişə, müharibə etməsinə şərait yaratmaq barədə qərar verildi.
Nəyə görə? Mütəxəssislərin fikrincə, 2015-ci ilə kimi planetimizin bütün vəsaitləri tamamilə bitəcək. Ancaq bir anbar – Yer kürəsinin 1/6-ni təşkil edən Rusiya qalacaq.
SSRİ-nin dağılması üçün yüz milyardlarla dollar xərcləndi.
Bu proqram «Harvard layihəsi» adını aldı. Əldə edilən vəsaitlə bütün ali hökumət nümayəndələri, KİV-lər satın alındı, 1991-ci ildə isə plan həyata keçirildi.
Hazırda «Hyuston layihəsi» adı altında bu proqramın ikinci aktı həyata keçirilir. Yaxın on illiklərdə «dünya kölgə hökuməti» qorxmadan və həyasızcasına öz planlarını yeniləyib: 2020-ci ilə kimi sabiq SSRİ-nin sakinlərinin sayını iki dəfə azaltmaq barədə qərar qəbul olunub. Yaşlı nəsil kasıbçılıq, gənclər isə əxlaqsızlıq, mənəvi pozğunluq, alkoqol, tütün və narkotiklərlə məhv edilməlidir. Bütün bunlar üçün Qərb indi də milyardlar xərcləyir (Vladimir Qeorqiyeviç Jdanov «Rusiyaya qarşı alkoqollu və narkotik terror»).
15 il öncə ABŞ-ın Rusiya ilə əlaqədar siyasəti barədə danışan Marqaret Tetçer müəmmalı bir ifadə işlətmişdi. O belə demişdi: «Dünya cəmiyyətinin hesablamasına görə, Rusiya ərazisində 15 milyon insanın yaşaması məqsədə uyğundur». O zaman tərcüməçi səhv eşitdiyini düşünərək bu rəqəmi 50 milyon kimi tərcümə etsə də, lakin Tetçer yenidən onun sözünə düzəliş verərək 15 milyon deyir. Qalan 135 milyon isə bu elan olunmamış alkoqol müharibəsində məhv edilməli idi.
Bu hadisədən 4 il sonra Madlen Olbrayt eyni sözü daha yumşaq formada dedi: «Rusiya ərazisində 15 milyon insanın yaşaması iqtisadi cəhətdən əlverişlidir».
Onlardan 2 milyonu Avropaya ən qısa yol sayılan Transsibir dəmiryolu magistralında xidmət üçün saxlanılır. Digərləri isə ən çirkin kimyəvi və metallurgiya istehsalında, nüvə qəbiristanlıqlarında işləyəcəklər. Putin dövründə Dövlət Duması Rusiyanın dünyanın nüvə qəbiristanlığına çevrilməsinə dair qanun qəbul edib. Artıq bütün Sibirdə dünya nüvə tullantılarının basdırılması proqramı əsasında birinci dərəcəli yollar inşa edilir.
Bir müddət öncə Con Kolemanın «Komitet -300» adlı kitabı dərc olunub. İngilis kəşfiyyatının polkovniki olan C.Koleman 30 il xidməti müddətində daxildən qlobal dünya proseslərinin gizli idarəsi mexanizmini öyrənib və belə qərara gəlib ki, qlobal dünya hadisələrini dünyanın 300 zəngin ailə klanı - «Komitet-300» idarə edir. Bu ailələr bir-birləri ilə amansız mason əlaqələri bağlıdır və dünya siyasətini müəyyənləşdirirlər. Dünya hökuməti olan Böyük Yeddilik ölkələri isə onların iradəsini marionetlər kimi həyata keçirir.
Təqribən ötən əsrin 70-ci illərində «Komitet-300» çox vacib elmi-araşdırma işini sifariş edir. Nəticədə, məlum olur ki, Yerdə təbii sərvətlər məhduddur və 3-cü minillikdə komfort həyat tərzi üçün hamıya deyil, cəmi bir milyard insan üçün mümkündür. Bununla əlaqədar olaraq qurum «Qızıl milyard» teoremini irəli sürür. Qərara əsasən 1970-2070-ci illər arasında Yer üzündə bir milyarddan artıq qalmamalıdır, digər insanlar isə sözsüz və elliklə məhv edilməlidir.
«Qızıl milyard»a ABŞ, Kanada, Qərbi Avropa (Şərqi daxil deyil), İsrail və Yaponiya daxildir. Yəqin bu siyahıda bizim kimlərin tərəfində qaldığımız aydın oldu.
«Komitet-300» bu məqsədlə Yerdə sakinləri qlobal məhvi proqramını işə saldı. 70-ci illərdə Afrikaya QİÇS virusu ötürüldü – bu qitənin sakinləri ölümcül xəstəlik və aclıqla məhv edilməli idi. Rusiya və Qafqaz ölkələri əxlaqsızlıq, mənəvi aşınma, alkoqol, tütün və narkotiklərlə yox edilir. İçki, mənəviyyatsızlıq girdabına düşməyən müsəlman dünyasının isə fiziki şəkildə – müharibə ilə məhv edilməsi qərarı alındı…

faktxeber.com

среда, 18 марта 2015 г.

İslamdan öncə Türk qadını



  İslamdan öncə türk qadınının toplumda özəl yeri vardı. Qadının toplumdakı özəl yeri hələ islamın gəlişindən sonra da bir neçə yüzil qorunub saxlanmaqdaydı. Ortaçağ İtaliya səyahətçisi Orta Asiyanı gəzmiş Morko Polo (1254-1324) türk qızlarının üstün mövqeyindən, ömür-gün yoldaşı seçimində özgür olmalarından, atanın müdaxiləsi olmadan özlərinin seçdiyindən yazmışdır. Qədim türklər, əsasən də qadını qutsal hesab edən şamanizmin hakim mövqedə olduğu dönəmlərdə toplantılarda dairəvi şəkildə oturarlardı və beləliklə qadınların və kişilərin bərabər hüququ təmin edilmiş olardı. Özəl törənlərdə də bir qadın bir kişi olmaqla əl-ələ tutaraq rəqs edərdilər, qadınlar da kişilərlə bərabər kımız içərdilər. Əyər erkən orta yüzilliklər ərəb dünyasında ilk övladın qız uşağı olması uğursuzluq hesab edilərək diri-diri dəfn edilir, dəvə qadından daha qiymətli sayılır, qadınlar əşya kimi alınıb- satılır, İngiltərədə 11-ci yüzilliyə qədər qadın «murdar» olduğu üçün «İncil»ə əl vura bilməzdisə, Çində boşanma haqqı sadəcə kişiyə məxsus idisə və ilk dönəmlərdə Budda dininə qadınlar qəbul edilməyib aşağılanırdısa, əski türklərdə qadını xaqanla birlikdə dövləti yönəldirdi.
  Qədim Babilistanda qadınlar özlərinin pəncərəsi olmayan otaqlarını tərk edərək  küçəyə çıxa bilməzdilər.. Kişilərin söhbətinə qoşulmağa, fikir bildirməyə hüquqları rəsmən yox idi. Hətta, onlar ailənin kişi üzvləri ilə eyni süfrədə çörək yeyə bilməzdilər. Çörək yeyilən zaman onlar ailənin kişi üzvlərinin qulluğunda hazır vəziyyətdə durmalı idilər. Bu zaman onların oturmaq hüququ da yox idi.
  Yəhudilərdə isə qadının durumu daha acınacaqlı idi. Ər arvadından incisəydi onu boşaya bilərdi. Qadının isə heç bir halda boşanma hüququ yox idi. Arvad ərinə xəyanət edərdisə daş-qalaq edilərək öldürülürdü. Kişi istədiyi qədər arvad ala bilərdi. Poloqamiya (çoxarvadlılıq) ən geniş şəkildə məhz yəhudilərdə yayılmışdı. Miladdan öncə 955-935-ci illərdə hakimlik edən yəhudi kralı Süleymanın 700 arvadı var idi.
  Qədim Romada qadın qeyri-yetkin , ağıldan nöqsanlı varlıq sayılırdı. Qadın mülk sahibi ola və vəsiyyət edə bilməzdi. Qadın dul qalırdısa bir daha evlənmək hüququ yox idi.
  Bəşər sivilizasiyasının beşiklərindən biri sayılan antik Yunanstanda qadın şərin təmsilçisi sayılırdı. Miladdan öncə 5-ci yüzillikdə yaşamış məşhur faciə ustası Evripid poemalarının birində Zevsə müraciətlə belə yazır:

  Nə üçün ey Zevs, sən, insanlara dərd verdin qadını yaratmaqla?
  Əgər insan nəslini dünyaya gətirmək istəmirdin,
  bəyəm bu xain təbəqəsiz keçinə bilməzdinmi?
  Qadınlar – şərdir, buna çoxlu sübut var,
  Ata, doğma qızını başdan eləmək üçün,
  Onun adaxlısına qızı üçün cehiz verir…” - deyirdisə;

əski türklərdə isə qadını xaqanın ilham və güc qaynağı idi. Ən əski türk inanclarından birinə görə Xaqan və qadını (Xan və Xatun) Göy övladlarıdı. Beləliklə, qadın Xaqana bərabər tutulur və qutsallaşdırılırdı. Əski türklərdə qadın kişinin silahdaşı, etibarlı dostu və dayağı idi. Bunun izlərini dastanlarımızda aydın şəkildə görmək mümkündür. «Dədə Qorqud dastanları»ndan bəlli olur ki, qadını Dəli Domrulun əvəzinə canını verməyə hazırdır. Türk qadını həm də döyüşçü idi. Ərənlər kimi onlar da çox yaxşı at minir, qılınc oynadır, güləşə bilir və bəzən onunla evlənmək iddiasında olan ərənlərə at minməkdə, qılınc oynatmaqda, güləşməkdə və bir sözlə yarışda onu yenəbiləcək igidlə evlənəcəyi şərtini qoyur. Bunun da izlərini Bamsı Beyrək boyunda və gerçək tarixə dayanan Nihal Atsızın «Bozqurdlar» romanında görürük. Qadına sayğı bütün türk boylarında yüksək səviyyədə olmuşdur. Qazax türklərinə məxsus bir atalar sözündə «birinci zənginlik sağlamlıq, ikinci zənginlik qadındır» deyilirsə, Qırğız türklərinə məxsus «Manas»da qadın evin, ailənin namusunun qoruyucusudur. İslam öncəsi heç bir türk toplumunda qadınsız qərar verilməzdi. Qadın kişinin tamamlayıcısı sayılardı. Özəl törənlərdə və digər dövlətlərin elçilərini qəbul edərkən qadınları xaqanların solunda əyləşər və dartışılan mövzularda qadın da elçi, dövlət yönədiciləri və xaqanla birgə düşüncələrini ortaya qoyardı. Qadın bəzən xaqan adına başqa dövlətlərlə danışıq aparardı. Tarixi qaynaqlarda Çin ilə barış anlaşmasını Hun İmperatorluğu adından Mete xanın qadınının imzalaması haqqında bilgilər var. Eyni zamanda Avropadan Hun dövlətinə gələn elçiləri Atillanın qadını Arığ xatun qəbul edərdi.
  Haşiyə: Orta məktəblərin 3-cü sinifləri üçün hazırlanmış «Həyat bilgisi» dərsliyində yanlış olaraq öyrədilir ki «...dünyada qadınların hüquqları uzun illər tapdalanmışdır. Qadınlara ikinci dərəcəli adamlar kimi baxmışlar. Heç kim qızı olmasını arzulamırdı. İslam dini yayılanda Şərqdə qadınların vəziyyəti xeyli yaxşılaşdı». (3-cü sinif üçün «Həyat bilgisi» Bakı-2010, səh.63)Yəni din qadınlara hüquq verdi. Ancaq aydınlaşdırılmır ki, İslamdan öncə hansı qadının hüququ yox idi və din hansı qadınlara hüquq tanıdı? Dinin meydana gəlməsi ilə ərəb dünyasında qadınlar hüquq qazanmış oldu. Qız uşaqları diri-diri basdırılmaqdan xilas oldu. İki qadın bir kişiyə bərabər tutulsa da qadının da şahidlik etmə haqqı tanınmış oldu. Hansı ki İslamdan öncə ərəb dünyasında qadının ümumiyyətlə heç bir hüququ yox idi. Ərəb kişisi üçün qadınla cansız əşyanın dəyərində fərq yox idi. O yalnız nəsil artırmaq və ehtiyac ödəmək üçün yaradılmış xidmətçi varlıq idi. Din ərəb qadınına dəyər verdi və ona bir sıra hüquqlar tanımış oldu. Lakin, bunu türk qadınına aid etmək olmaz. Çünki, İslamın türk dünyasına gəlişi ilə türk qadının hüquqları xeyli məhdudlaşdırılmış oldu. Dünənə qədər at belində gəzən, qılınc oynadan, kişilərlə güləşən, Ərinin tək qadını olan türk qadını yavaş-yavaş arxa plana keçməyə, ikinci dərəcəli insana çevrilməyə başladı. Türk saraylarında hərəmxanalar yaranmağa, başçıların çox qadın alması adət halını almağa başladı, qadınlar qara çadraya gizlədildi, boşanma haqqı yalnız kişilərə aid oldu. Osmanlı sultanlığında bu adətlərin əsası Sultan Fatehin dönəmində qoyuldu. Bir zamanlar Kül Təkinlə birgə Göytürk dövlətini yönətən anası Bilgə xatun, qadını Kutlu sultan yüz illər sonra idarə olunan yazıq, hüquqsuz məxluqa çevrildilər...
  Əski türklərdə;
  Dünyanın bir çox yerində qadının heç bir hüququ olmadığı çağda türk qadınının miras haqqı vardı, hər bir qadının özünə məxsus mülkü və mülkdən istədiyi kimi yararlanmaq haqqı vardı.
  Qadının da kişilər kimi boşanma haqqı vardı, kişi qadınını boşaya bildiyi kimi qadın da ərini boşaya bilərdi.
  Xaqanın göstərişi yalnız «Xaqan buyurur...» ifadəsi ilə başlardısa keçərli sayılmazdı. Yazılı əmrlərə xaqanla bərabər xatun da imza atardı və göstərişlər «Xaqan və xatun buyurur...» ifadəsi ilə bəlli edilərdi.
  Heredot özünün Tarix kitabında İskit qadınlarının döyüşkənliyindən, cəsarətindən yazır və iskit qızlarının döyüşdə üç düşmən öldürmədən evlənmədiyini qeyd edir.
  Qadınlar kişilərdən çəkinmədən çaylarda çimər, örtüyə bürünməzdilər. Nədəni bu ki türklərdə zina etmək yox idi. Türk boylarında bu hala təsadüf olunardısa suçlunun cəzası ikiyə bölünmək idi.
  Qadın və kişi hüquqca bərabər idi. Qadının bir əri olduğu kimi, kişinin də bir qadını olurdu. Qadın hökmdar, qalanın qorquqçusu, dövlətin elçisi, əsgər, ordu başçısı və hərbi şuranın üzvü ola bilirdi.
  Kişilər evlənmək istərkən ən yaxşı qılınc oynadan, ox atan, at çapan, ən yaxşı döyüşən və güləşən qadına üstünlük verərdilər. Eyni zamanda qadının da bütün bunları ən yaxşı bacaran igidi gələcək əri olaraq seçmək hüququ vardı. Qızlar döyüşdə onları yenə bilməyən kişi ilə əsla ailə qurmazdı.
  Bilgə Xaqan kitabəsi «Sizlər anam xatun, böyük analarım...» sözləri ilə başlayır.
  Əski türk mifologiyasında Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Yel Ana, Ulu Ana kimi obrazlar da qutsal qoruyucular- ilahələdrir. Ərgənəkon dastanında türklərə yol göstərən də məhz Ana qurd - Asenadır.
  Əski türklər xaqanı və xatunu Göylərin övladı sayaraq qutsallaşdırır. Bu, Oğuz dastanında belə anladılır:
              Oğuz xaqan bir yerdə Tanrıya yalvarırkən,
              Qaranlıq oldu birdən, bir işıq düşdü göydən!
              Elə bir işıq endi, parlaq Aydan, Günəşdən.
              Oğuz xaqan yeridi yaxınına işığın,
              Oturduğunu gördü qarşısında bir qızın...
  Bu Göy qızı ilə evlənən Oğuz ondan olan övladlarına Gün, Ay, Ulduz adlarını verir.
Əski türk qadını yaxşı həyat yoldaşı, ərinə arxa, dayaq olmaqla bərabər daha öncə vurğulandığı kimi tarixlərdə silinməz iz buraxan döyüşçülər idi. İskit türkləri qız uşaqlarını kiçik yaşlarında döyüşçü kimi böyüdürdülər. İskit qadınları döyüş yolu keçmədən, evlənməzdən öncə əri olacaq kişi ilə yarışmadan evlənməzdilər. İskit qızı ilə evlənmək istəyən kişi mütləq onu yenməliydi.
  Qədim yunan mifologiyasında haqqında heyranlıqla danışılan Amazon qadınlarının Orta Asiya kökənli döyüşçü türk qadınları olduğu artıq çoxlarında şübhə doğurmur. Kaliforniya Universitetinin professoru arxeoloq Kimbal yunan mifologiyasının cızdığı konturlarla amazon qadınların izinə düşür. Qafqazda da amazonların iziylə rastlanan, Altay dağlarının ətəklərini, Qazaxstanı və bütün orta Asiyanı Monqolstana qədər gəzən arxeoloq açdığı onlarla kurqan içərisində savaşçı amazon kurqanlarının da olduğunu kəşf etmiş və bir az da irəli gedərək yunan mifologiyasında sarışın olduğu təsvir edilən amazon döyüşçü qadının sümük qalıqları ilə Altay dağlarının ətəklərində yaşayan 9 yaşlı bir qızı test etdirmişdir. Sonuc demək olar ki, 3 min il əvvəl yaşamış amazon döyüşçüsünün sümük örnəkləri ilə yüz faiz üst-üstə düşmüşdür. Son zamanlar döyüşçü amazon qadınlarının ilk məskəninin Qobustan olduğunu iddia edən və isbatlamağa çalışan araşdırmaçılar da var (Bax: N.Atəşi «Olimpiadanın beşiyi-Qobustan» «525-ci qəzet» 08.08. 2009-cu il, http://www.azerbaycanli.org/az/news-307.html).
  Ümumtürk tarixində önəmli yer tutan Kirin hakimiyyətinə son vermiş Tomris Xatun, Bizans qaynaqlarından gələn bilgilərə görə 6-cı yüzillikdə yüz minlik orduya başçılıq edən Suvar türkü Boğaruq Xatun, Göytürk xaqanı Tonyukukun qızı Xaqan Xatun (8-ci yüzillik), Kül Tikinin anası Bilgə Xatun, qadını Kutlu Sultan (8-ci yüzillik), 18-ci yüzillikdə çinlilərə qarşı savaşmış, haqqında yaponların film çəkdiyi uyğur türkü Dilşad Xatun, ruslarla savaşan və əsir düşdüyündə namusunu qorumaq üçün özünü xəncərlə öldürən Toxtamış xanın nəvəsi Böyük (Büyükə, Bikə) Xatun, 1236-1240-cı illərdə Dehli Türk Sultanlığına başçılıq etmiş Raziyə Bəyim sultan, Kırım xanı Kərim Girayın qadını, ruslarla savaşda şəhid olan Əminə Banu, dünyanın ilk qadın savaş pilotu Səbihə Gökçən və digər onlarla qəhrəman türk qadını ayrıca araşdırmanın və geniş söhbətin mövzusudur.
  Bu millət min illər öncə Altay dağlarının ən uca zirvəsinə «Qadınbaşı» ismini verdi. Ən uca bildikləri məqama verilən bu ad əski türklərin qadına verdiyi dəyəri simvolizə edirdi. 


                                          Namiq Hacıheydərli

среда, 11 марта 2015 г.

ABŞ 100 min adamı diri-diri necə yandırdı - (Yaxın tarixin qaranlıqları)

ABŞ 100 min adamı diri-diri necə yandırdı - (Yaxın tarixin qaranlıqları)
İndi dünyada insan haqları və demokratiya ideallarının köməyi ilə öz hegemonluğunu yaymağa çalışan ABŞ-ın çox da uzaq olmayan keçmişdə azı 100 min qadını, qocanı və uşağı diri-diri yandırıb qətlə yetirməsinikim xatırlayır?!


Cəmi 70 il əvvəl yüzlərlə ABŞ bombardmançısının yarım milyona yaxın napalm bombası ilə amansızcasına bütöv şəhəri külə çevirərkən hansı arqumentlərə əsaslanmışdı?

Virtualaz.org saytı II dünya müharibəsinin ən qanlı günü - Yaponiyanın paytaxtı Tokio şəhərinin napalm bombaları ilə külə çevrildiyi gün haqda ABŞ-ın “Jacobin” nəşrinin hazırladığı, dəhşətli təfərrüatların yer aldığı məqalədən xülasələri təqdim edir.

***

70 il bundan əvvəl martın 9-da ABŞ-ın alovsaçan bombalarının yağdırıldığı şəhərdə nüvə bombalarının atıldığı Naqasaki və Xirosima şəhərlərində həlak olanların cəmi sayından daha çox insan həlak olmuşdu.

Lakin aradan 70 il keçmiş ABŞ-da çox az adam belə bombardmanın olduğunu bilir. Çünki bu dəhşətli bombardmanın ildönümü qeyd edilmir, ABŞ indiyədək Yaponiyadan buna görə rəsmən üzr istəməyib. Amerikalıların əksəriyyəti inanır ki, II dünya müharibəsi “ədalətli” olub, çünki onu “böyük nəsillər” aparıb. Bu cür ştamplara görə həmin müharibədə törədilən vəhşiliklər haqda demək olar ki, danışılmır.


General Lemay

1945-ci il, martın 9-da Tokionun bombardman edilməsi əməliyyatı haqda ABŞ hərbi arxivlərində yer alan sənədlərdə ancaq o göstərilir ki, bu əməliyyatı planlaşdıran və ona rəhbərlik edən general Kertis Lemayın başqa çıxış yolu olmayıb. Yəni amerikalıların 100 mindən çox mülki yaponu diri-diri yandırması “yeganə seçim” olub.

Tarixçilərin çoxu əmindir ki, general Lemay bu “çətin seçimi” etdiyi üçün tərifə layiqdir, çünki bombardman Yaponiyanın təslim olmasını tezləşdirdi, bununla da hər iki tərəfdən xeyli adamın həyatı xilas oldu.

Əlbəttə, II dünya müharibəsində bütün tərəflər qəddarlıqlara yol veriblər. Yaponiya ordusu müharibə zamanı 6 milyona yaxın çinlini, filippinlini və koreyalını məhv etmişdi. Lakin yapon hökumətinin Asiyanın digər ölkələrində mülki sakinləri qətlə yetirməsinə görə amerikalıların yapon dinc sakinlərini diri-diri yandırmasına nə dərəcədə haqq qazandırmaq olar?

Həmin gün “Meetinghouse” adlı əməliyyatda ABŞ-ın 300-dən çox B-29 bombardmançısı iştirak edirdi. Bombardmançılar adi vaxtlarda olduğu kimi 10 min metr hündürlükdən deyil, 3 min metr hündürlükdən bomba atırdılar. Bu hündürlükdən bombardman ona görə aparılırdı ki, təyyarələr saatda 160-320 kilometr saatla uçan reaktiv alov kürəsindən yayına bilsinlər.

Bombardmançılar Tokionu martın 9-da axşamdan xeyli keçmiş külə çevirdilər. Amerika təyyarələri şəhərə 500 mindən çox M-69 bombaları atdılar. Bu bombalar xüsusi olaraq elə konstruksiya olunmuşdu ki, Tokionun taxtadan tikilmiş evlərini bir neçə dəqiqə ərzində külə çevirsin və heç kimin sağ çıxmaq şansı olmasın.

Bombalar 38 ədəd bombadan ibarət kaset halında atılırdı. Hər bombanın ağırlığı 3 kiloqram idi. Kasetlər bombaları yerə 600 metr məsafə qalmış səpirdi. Bombaların ucundakı fosfor alışdırıcısı jele halında olan yandırıcı mayeni yerlə təmas zamanı alovlandırırdı. Alov topu saniyələr ərzində qarşısına keçən hər şeyi külə çevirirdi.


Tokio bombardmandan sonra

M-69 bombaları Tokionun bombardman edilməsində o qədər effektli olmuşdu ki, həmin gecə əsən güclü külək şəhəri alov dənizinə çevirmişdi. Bombardman üçün qəsdən elə vaxt seçilmişdi ki, küləyin sürəti saatda 45 kilometr idi və güclü külək alov dilimlərini hər yerə yayırdı.

Bu cəhənnəm alovundan xilas olmaq üçün heç bir şans qalmırdı. Şəhərdə temperatur 980 dərəcə Selsiyə çatmışdı. Bəzi rayonlarda asfalt da alışıb yanırdı. Nəticədə şəhər başdan-ayağa yanıb kül oldu.

General Lemay iddia edirdi ki, yaponların hərbi sənayesu kustar idi və nəticədə Tokioda hərbi sənaye ilə məşğul olanlar hava zərbələri üçün tamamilə məqbul hədəflər idi. Lakin 1944-cü ildə yaponlar evlərin zirzəmisində sursat istehsalını dayandırmışdılar və sursatların 97 faizi yeraltı sığınacaqlarda saxlanılırdı.

Amerika kəşfiyyatı da bunu yaxşı bilirdi. Amerikalılar 1945-ci ildən əvvəl yaponların şifrələmə maşınının kodlarını ələ keçirmiş və düşmənin hərbi sirlərinin böyük əksəriyyətini əldə etmişdilər. Amerika generalları bilirdilər ki, yaponların gücü tükənir və tezliklə onlar müharibəni davam etdirmək imkanında olmayacaqlar.

ABŞ-ın hərbi-dəniz blokadası martın 9-na xeyli qalmış Yaponiyanı neft, metal və dgər vacib materiallardan məhrum etmişdi. Yaponiya xammal təchizatından o qədər məhrum olmuşdu ki, təyyarələri praktiki olaraq ağacdan düzəltməli olurdu.

Əhali isə aclıq içində idi. Düyü hasilatı 1909-cu ildən bu yana ən aşağı səviyyədə olmuşdu. 1945-ci ilin əvvəlində müttəfiqlərin Yaponiya üzərində qələbəsi artıq təminat altına alınmışdı.

General Makartur yaponların kapitulyasiya təklifini prezident Ruzveltə çatdırmışdı. Lakin Ruzvelt bu məruzəyə məhəl qoymadı və yaponlara göz dağı verdilər. Baxmayaraq ki, hərbi baxımdan Tokionun napalm bombaları ilə bombardman edilməsinə heç bir zərurət yox idi.

Bu bombardmanın qurbanları qadınlar, uşaqlar və qocalar oldular. Çünki əli silah tutan yaponların hamısı cəbhədə idi.


Bəs amerikalılar müharibənin başa çatmasına az qalmış Yaponiyanın mülki əhalisini niyə bombalamaqda davam edir və onlara divan tuturdu?

Bir çoxları hesab edir ki, Amerika bununla “soyuq müharibə” ərəfəsində ruslar qarşısında güc nümayiş etdimək istəyirdi. Bu haqda çox yazılıb. Elə Naqasaki və Xirosimaya atom bombaları atılmasının motivlərinin da bundan ibarət olduğu haqda versiyalar var.

Lakin həmin günlərdə ABŞ-da hökm sürən rasizmi də yaddan çıxarmaq lazım deyil. Napalm bombalarının Tokioya yağdırılmasının əsas səbəbini də bununla izah edirlər. Amerikalıların yaponlara münasibətini həmin vaxt ABŞ-da 200 mindən çox yapon əsilli amerikalının üzləşdiyi təqiblər, onların Ruzvelt düşərgələrinə salınması, yaşamaq imkanlarından məhrum edilməsi də sübut edir.

ABŞ napalm bombalarını mülki əhaliyə qarşı ilk dəfə Tokioda tətbiq edib. Amerikalılar yeni silahlarını adam hesab etmədikləri yaponların üzərində sınaqdan keçirmək istəyirdi.

General Lemay sonradan deyirdi: “Yaponların öldürülməsi məni o qədər də narahat etmirdi. Çünki müharibəni uduzsaydıq, indi məni hərbi cani kimi mühakimə edərdilər”.

Napalm bombardmanından 1 milyona yaxın adam zərər çəkdi, onların 100 mindən çoxu külə döndü, qalanları yaralandı.