İslaminsesi.org - Ötən il Suriya və İraqda döyüşməyə gedən sələfi təriqətinin üzvlərinin sayı 100-dən artıqdır. Əksəriyyətinin getdiyi gündən bəri öldürüldüyü və ya itkin düşdüyü barədə xəbərlər yayılsa da, tendensiya artan templə davam edir.
Axar.az il ərzində Suriyaya gedən bəzi azərbaycanlıların siyahısını hazırlayıb.
Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Əhmədov Tural İsmayıl oğlu universitetdə təhsilini yarımçıq qoyaraq ötən ilin 6 yanvarında Suriyaya gedib. Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedən tələbənin taleyi hələ də qaranlıq qalmaqdadır.
21 fevral 2014-cü ildə Xaçmaz rayonunun Armudpadar kəndinin sakini olan iki bacı uşaqlarını da götürərək Suriyaya gedib. Bunlar 1980-ci il təvəllüdlü Bəybalayeva Çiçək Eyyub qızı və onun kiçik bacısı, 1986-ci ildə anadan olmuş Hacıyeva Könül Eyyub qızıdır. Suriyaya əvvəlcə Könül Hacıyeva həyat yoldaşı Taleh Hacıyevlə birgə gedib. Onlar gedərkən övladları 2 yaşlı Seyid və 2 aylıq Xalidi də aparıblar. Daha sonra Könül bacısına zəng edərək Suriyaya gəlməsini məsləhət görüb. Bu zəngdən sonra Çiçək Bəybalayeva 15 yaşlı oğlu Nurlan və 13 yaşlı qızı Ayna ilə birlikdə Türkiyə üzərindən Suriyaya yollanıb.
Martın 3-də bir qrup azərbaycanlının Suriyaya getdiyi barədə xəbərlər yayılıb. Həmin şəxslərin daha sonra videogörüntüsü üzə çıxdığı zaman onların doğurdan da ölkədən toplu şəkildə getdiyi və cihadçılara qoşulduğu təsdiq olunub. Terrorçuların kimliyi hələ də qaranlıq qalır.
Avqustun 25-də peşəkar güləşçi Rəşad Baxşəliyevin ailəsini götürüb Suriyaya cihada getdiyi barədə xəbərlər yayılıb. İsmayıllı rayonundan Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedən 5 nəfərdən biri kimi məhz R.Babayevin adı çəkilib. O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb. Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib. R.Babayevdən başqa daha 3 azərbaycanlı ailənin həmin gün Suriyaya getdiyi bildirilir.
Avqustun 28-də vəhhabi təriqətinə mənsub olan daha bir azərbaycanlı Cavid Rabil oğlu Qasımovun Suriyadakı döyüşlərə qoşulmaq üçün ölkəni tərk etdiyi üzə çıxıb. Bu barədə C.Qasımovun xalası oğlu Aqil Kərimov məlumat verib. Onun sözlərinə görə, Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü Cavid Rabil oğlu Qasımov həyat yoldaşı Gülüzə Adil qızı Kərimovanı da götürərək işləmək adı ilə Türkiyəyə aparıb: “Sonradan qohumların araşdırması nəticəsində məlum oldu ki, Cavid Qasımov vəhhabi təriqətinin təkfirçi qanadına qoşulub. Hətta sosial şəbəkələrdə "Adbullah Sələfi” ləqəbi ilə çıxış edib, internet üzərindən icma üzvləri ilə intensiv əlaqələr saxlayıb”.
Bu il yanvarın 7-də isə Rusiya paytaxtında yaşayan azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanıb. Rusiya vətəndaşı Hacımurad Həmidov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseynova Türkan Fərhad qızı və 1 yaşlı övladı Səfiya Həmidova ilə 2014-cü il dekabrın 31-də evdən çıxıb, bir daha geri qayıtmayıb.
Bu hadisədən bir gün sonra analoji hadisə ölkənin cənubunda baş verib. Lənkəranın Şıxəkəran kəndindən olan bir qadının İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyi deyilir.
Daha bir fakt da bir müddət öncə baş verib. Şəki sakini olan Məmmədova Elnurə Beydullah qızı üç övladını da özü ilə götürərək Suriyaya gedib. Bu barədə məlumatı Məmmədovanın həyat yoldaşı verib. Onun sözlərinə görə, arvadı öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Elnurə Məmmədovanı Suriyaya getməyə təhrik edən anası digər qızının iki azyaşlı övladını da özü ilə aparıb. 9 nəfərlik qrup dekabrın 23-də səhər tezdən Daşüz kəndini tərk edərək Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.
Qeyd edək ki, Elnurə Məmmədova övladlarını hazırda Rusiyada işləyən əri İbrahim Məmmədovun xəbəri olmadan aparıb. Ataları övladları 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günayın ölkədən onun razılığı olmadan çıxarıldığını deyir.
Комментариев нет:
Отправить комментарий